Pharmed

KONTRAKTUBEKS 50 IU 20GR GEL

KONTRAKTUBEKS xaricə istifadə üçün gel CONTRACTUBEX

 

Tərkibi
Təsiredici maddələr:1 q gelin tərkibində 0,1 q Soğan ekstraktı (duru); 0,0004 q (50 BV) heparinin natrium duzu , 0,01 q allantoin  vardır.
Köməkçi maddələr: sorbin turşusu, metilparahidroksibenzoat, ksantan pastası, polietilenqlikol 200, efir yağı (aromat 231616), təmizlənmiş su.

 

Təsviri
Qeyri-şəffaf, açıq-bejdən açıq-qəhvəyi rəngə qədər, xarakterik iyli gel.

 

Farmakoterapevtik qrupu
Çapıqlaşmaya kömək edən digər vasitələr.
ATC kodu: D03AX.

 

Farmakoloji xüsusiyyətləri
Təsiri tərkibinə daxil olan komponentlərin xüsusiyyətləri ilə əlaqədar olan kombinəolunmuş preparatdır. Fibrinolitik, iltihabəleyhinə (tərkibində soğan ekstraktı olduğu üçün), antitrombotik (tərkibində heparin olduğu üçün) və keratolitik (tərkibində allantoin olduğu üçün) təsir göstərir. Hüceyrə regenerasiyasını hiperplaziyasız stimullaşdırır. Kelloid fibroplastların proliferasiyasını inhibə edir.

 

İstifadəsinə göstərişlər
-    Cərrahi əməliyyatlardan, amputasiyalardan, yanıq və travmalardan sonra böyümüş və qalınlaşmış çapıqlar
-    Kontrakturalar (oynaqların ankilozları, Düpüitren kontrakturası, travmatik vətər kontrakturaları)
-    Hamiləlikdən sonrakı dartılmalar
-    Akne və furunkulyozdan sonra yaranan çapıqlar
-    Əməliyyatdan sonrakı dövrdə və ya bədbəxt hadisədən sonra patoloji çapıqların əmələ gəlməsinin profilaktikası.

 

Əks göstərişlər
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.
6 aylığa qədər uşaqlar. Açıq və sağalmayan yara səthləri.
 

Digər dərman preparatları ilə qarşılıqlı təsiri
Preparatın sistem absorbsiyası olmadığı üçün , onu digər preparatlarla birgə istifadə etmək olar.

 

Ehtiyat tədbirləri
Açıq yaraya çəkmək olmaz. Gözə düşdükdə ilıq su ilə gözləri yumaq lazımdır. Kontraktubeksin tərkibindəki metilparahidroksibenzoat allergik reaksiyalar törədə bilər (gecikmiş reaksiyalar da mümkündür). Kontraktubeksin tərkibində sorbin turşusu var, bu isə dermatit tipli yerli dəri
reaksiyaları yarada bilər.

 

Xüsusi göstərişlər
Preparatın təsirini artırmaq üçün əvvəlcədən yumşaldılmış dəriyə çəkmək lazımdır. Preparatın fizioterapevtik tədbirlərlə yanaşı istifadə olunması mümkündür. Yeni çapıqların müalicəsi
zamanı ultrabənöşəyi şüalanmadan, soyuğun təsirindən və intensiv masajdan çəkinmək lazımdır.
İstifadə qaydası və dozası
Bir istifadə zamanı 20-25 sm2 sahəli çapıq sahəsinə 0,5 sm preparat istifadə olunur. Sutkada 2-3 dəfə çapıq toxumasına yüngül sürtmək lazımdır. Təzə çapıqlar zamanı müalicə kursu orta hesabla 4 həftə təşkil edir. Köhnəlmiş, kobud çapıqlar zamanı gecələr gellə birlikdə okklüzion
sarğı qoymaq lazımdır. Müalicə kursu orta hesabla 3-6 ay təşkil edir. Düpüitren kontrakturası zamanı müalicə kursu təqribən 12 ay təşkil edir. Profilaktikanı yaranın epitelizasiyasından
sonrakı fazasında başlayırlar (qranulyasiyaya çəkilmir)

 

Əlavə təsirləri
-    Qaşınma, eritema, teleangioektaziya, çapığın atrofiyası
-    Şişkinlik, istifadə edildiyi nahiyədə ağrı
-    Övrə, səpgi, dərinin qıcıqlanması, papulalar, dərinin qızarması, dəridə bərkimə hissi
-    Allergiya (allergik reaksiyalar)

 

Doza həddinin aşılması
Doza həddinin aşılması ehtimalı azdır.

 

Buraxılış forması
20 q xaricə istifadə üçün gel, alüminium tublarda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 

Saxlanma şəraiti
25ºC-dən aşağı temperaturda, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

 

Yararlılıq müddəti
3 il.
Tubu açdıqdan sonra 6 ay müddətində istifadə etmək olar. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.

 

İstehsalçı
Merz Pharma GmbH & Co. KgaA, Almaniya
Hüquqi ünvan: Eckenheimer Landstraβe 100, 60318 Frankfurt/Main, Almaniya Faktiki ünvan: Ludwigstrabe 22, 64354 Reinheim, Almaniya.