Pharmed
KOMIN B12 1MG N30 TAB
KOMİN, B12 1 mq örtüklü tabletlər
KOMİN tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 1 mq mekobalamin vardır.
İstifadəsinə göstərişlər
KOMİN B12, B 12 vitamin çatışmazlığı nəticəsində yaranan hematoloji, nevroloji və digər simptomlar üçün göstərilir, o cümlədən: • B12 vitamin çatışmazlığı • B12 vitaminin malabsorbsiyası, məsələn, daxili faktorun olmaması (pernisioz anemiya), mədə rezeksiyası və ya nazik bağırsaq xəstəliyi. O, həmçinin B 12 vitaminin rezorbsiyasının pozulmasına səbəb ola biləcək para -aminosalisil turşusu ilə müalicə zamanı göstərilir.
Əks göstərişlər
Mekobalamin və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik zamanı istifadə olunmamalıdır. Laktasiya zamanı qadınlarda mekobalamin istifadəsinə dair heç bir məlumat yoxdur.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Təsir etmir.
KOMİN istifadə qaydası və dozası
Remissiya müalicəsi: Ümumiyyətlə, tam remissiyaya qədər gündə iki dəfə 2 tablet. Bundan sonra dəstəkləyici dozaya keçmək lazımdır. Dəstəkləyici müalicə/profilaktika: Profilaktik məqsədlə gündə 1 tablet. Neyropatiya şübhəsi varsa, parenteral müalicədən təyin edilməlidir.
Qəbul qaydası: KOMİN B12 yeməklər arasında qəbul edilməlidir.