Pharmed
KOKARBOKSILAZA 50MG 2ML N5 AMP (GURCUSTAN)
KOKARBOKSİLAZA
Beynəlxalq patentləşdirilməmiş adı: Cocarboxylase hydrochloride
KOKARBOKSİLAZA Tərkibi
Təsiredici maddə: 1 ampulda 0,05 q kokarboksilaza hidroxlorid vardır. Köməkçi maddələr: natrium hidrokarbonat. Həlledici: inyeksiya üçün su.
Farmakoterapevtik qrupu
Vitamin tərkibli preparat, karbohidrat mübadiləsinin tənzimləyicisi.
ATCkodu: A11DA01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası :Tiaminin ( B1 vitamini) kofermentidir. Zülal və maqnezium ionları ilə birlikdə alfa-keto turşularınn karboksilləşməsini və dekarboksilləşməsini kataliz edən karboksilaza fermentinin tərkibinə daxildir. A asetil kofermentinin yaranmasına səbəb olur və karbohidrat mübadiləsini tənzimləyir.
Farmakokinetikası:Parenteral yeridildikdən sonra yaxşı sorulur, orqanizmdə qalmır. Sidiklə xaric olunur.
İstifadəsinə göstərişlər
Metabolik, tənəffüs və diabetik asidoz; böyrək, qaraciyər, ürək (kəskin, xroniki) çatışmazlığı; ürək ritminin pozulması, miokard infarktqabağı vəziyyət, miokard infarktı; diabetik və qaraciyər koması; periferik nevrit, dağınıq skleroz, xroniki alkoqolizm, kəskin alkoqol zəhərlənməsi, yoluxucu xəstəliklər, nevralgiya, barbituratlarla zəhərlənmələr, intoksikasiya; karbohidrat mübadiləsinin pozulması ilə müşayiət olunan patoloji proseslər.
Əks göstərişlər
Preparata qarşı fərdi yüksək həssalıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Kompleks müalicə şəklində təyin olunur. Qulaqcıq fibrilyasiyası zamanı venadaxili istifadə etmək olmaz.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Ürək qlikozidlərinin tolerantlığıni yaxşılaşdırır və effekti artırır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hec bir məhdudiyyət yoxdur.
KOKARBOKSİLAZA İstifadə qaydası və dozası
Əzələdaxili və venadxaili inyeksiyalar.1 ampulun möhtəviyyatı inyeksiya üçün 2 ml suda həll olunur (1 həlledici ampul). Məhlul bilavasitə istifadə etməzdən əvvəl hazırlanır. Ürək-damar xəstəlikləri zamanı böyüklərdə birdəfəlik doza 0,05-0,15 q, gündəlik doza 0,05-0,2 q-dır. Müalicə kursu 15-30 gündür. Şəkərli diabet zamanı böyüklərdə gündəlik doza 0,1-1 q-dır. Müalicə kursu 5-10 gündür.
Əlavə təsirləri
Allergik reaksiyalar: övrə, dəri qaşınması; əzələdaxili yeridilmə zamanı hiperemiya, dəri qaşınması, inyeksiya yerində şişkinlik.
Doza həddinin aşılması
Doza həddinin aşılması zamanı preparatın istifadəsi dayandirilmalı, tənəffüs və ürək –damar sisteminin fəaliyyətinin normallaşdırılmasına yönəlmiş simptomatik müalicə aparılmalıdır.
Buraxılış forması
0,05 q kokarboksilaza hidroxlorid, ampulda. 2 ml inyeksiya üçün su (həlledici), ampulda. 5 ampul və 5 həlledici, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.