Pharmed
KOGNITEL 4ML N5 AMP
KOQNİTEL, venadaxili və ya əzələdaxili yeridilmə üçün məhlul
KOQNİTEL tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 250 mq xolin alfosserat vardır.
İstifadəsinə göstərişlər
. Ağır kəllə-beyin travmasının və işemik insultun kəskin və sağalma dövrləri,ocaqlı yarım kürə simptomatikası və ya beyin sütunu disfunksiyalarının əlamətləri ilə müşayiət olunan hemorragik insultun bərpa dövrü;. beynin degenerativ və involyusion dəyişiklikləri fonunda gedən psixoorqanik sindrom;. koqnitiv pozğunluqlar (düşünmə qabiliyyətinin pozulması,yaddaş pozğunluğu, motivasiya,konsentrasiya və diqqətin pozğunluqları),o cümlədən demensiyalar və ensefalopatiyalar zamanı müşahidə olunan koqnitiv pozğunluqlar;.
qocalıq psevdomelanxoliyası
Əks göstərişlər
. Preparatın tərkibindəki kompanentərdən hər hansı birinə qarşı hiperhəssaslıq. Hamiləlik və laktasiya dövrü. 18 yaşa qədər uşaqlar.
Hemorragik insult (kəskin dövr)
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə istifadə etmək olmaz.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Koqnitel nəqliyyat vasitələrini və mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir Digər dərman vasitələri ilə qarşılıqlı təsiri Digər dərman vasitələri ilə nəzərə çarpacaq qarşılıqlı təsiri aşkara çıxarılmamışdır. Koqnitel preparatını digər dərman vasitələri ilə qarışdırmaq olmaz.
KOQNİTEL istifadə qaydası və dozası
Kəskin hallarda sutkada 1 dəfə venadaxili (yavaş-yavaş) və ya əzələdaxili dərinə (yavaş-yavaş) 1000 mq (1 ampul) istifadə olunur. Müalicə müddəti 15-20 gündür