Pharmed
KO-AMLESSA 8/2,5/5MG N30 TB
KO-AMLESSA
Beynəlxalq patentləşdirilməmiş adı: Perindopril + Amlodipine + İndapamid
KO-AMLESSA Tərkibi
Tabletlər 2 mq/5 mq/0,625 mq: 1 tabletin tərkibində 2 mq perindopril erbumin, 5 mq amlodipin
(bezilat şəklində) və 0,625 mq indapamid var.
Tabletlər 4 mq/5 mq/1,25 mq: 1 tabletin tərkibində 4 mq perindopril erbumin, 5 mq amlodipin
(bezilat şəklində) və 1,25 mq indapamid var.
Tabletlər 4 mq/10 mq/1,25 mq: 1 tabletin tərkibində 4 mq perindopril erbumin, 10 mq amlodipin
(bezilat şəklində) və 1,25 mq indapamid var.
Tabletlər 8 mq/5 mq/2,5 mq: 1 tabletin tərkibində 8 mq perindopril erbumin, 5 mq amlodipin
(bezilat şəklində) və 2,5 mq indapamid var.
Tabletlər 8 mq/10 mq/2,5 mq: 1 tabletin tərkibində 8 mq perindopril erbumin, 10 mq amlodipin
(bezilat şəklində) və 2,5 mq indapamid var.
Köməkçi maddələr: mikrokristallik sellüloza, jelatinləşdirilmiş nişasta, natrium nişasta
qlikolyatı, kalsium xlorid heksahidrat, natrium hidrokarbonat, sulu
kolloidal silisium dioksid, maqnezium stearat.
Farmakoterapevtik qrupu
Renin-angiotenzin sisteminə təsir göstərən preparatlar, AÇF inhibitorları, digər kombinasiyalar.
ATC kodu: C09BX01
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası:
Ko-Amlessa AÇF inhibitoru olan perindopril erbumin, xlorsulfonamid diuretiki olan indapamid və
kalsium ionlarının antaqonisti olan amlodipinin kombinasiyasından ibarətdir.
Preparatın farmakoloji təsiri onun komponentlərindən hər birinin ayrılıqda xüsusiyyətləri, həmçinin
üç komponentin birlikdə additiv sinergik təsiri ilə əlaqədardır.
Təsir mexanizmi və farmakodinamik təsirləri
Perindopril – damargenişləndici maddə olub, angiotenzin I-i angiotenzin II-yə çevirən fermentin
inhibitorudur. Bundan əlavə, ferment böyrəküstü vəzinin qabıq maddəsində aldosteronun
yaranmasını və bradikininin (damargenişləndirici maddə) qeyri-fəal heptapeptidlərə deqradasiyasını
stimullaşdırır.
Bunun nəticəsində aşağıdakı hallar baş verir:
- aldosteronun yaranması azalır;
- plazma reninin fəallığı artır, çünki aldosteron mənfi əks əlaqəni gücləndirmir;
- uzunmüddətli müalicə zamanı, əsasən, əzələlərin və böyrəklərin damar yatağına təsir etməklə,
damarların ümumi periferik müqavimətinin azalması müşahidə olunur; bu zaman su və duzların
yığılması və ya reflektor taxikardiya baş vermir.
Perindoprilin antihipertenziv təsiri, həmçinin, reninin aşağı və ya normal qatılıqları olan xəstələrdə
təzahür edir.
Perindoprilin təsiri perindoprilat metabolitin fəallığı ilə bağlıdır. Digər metabolitlər fəal deyil.
Perindopril ürəyə düşən yükü azaldır:
- venalara damargenişləndirici təsir göstərməklə, ola bilsin ki, prostaqlandinlərin metabolizminin
dəyişilməsi yolu ilə ilkin yüklənməni azaldır;
- damarların ümumi periferik müqavimətini azaltmaqla sonrakı gərginliyi azaldır.
Təsdiq olunub ki, perindopril ürək çatışmazlığı olan xəstələrdə:
- sol və sağ mədəciklərin dolma təzyiqini azaldır;
- damarların ümumi periferik müqavimətini azaldır;
- ürək atımını artırır və ürək indeksini yaxşılaşdırır;
- əzələlərdə yerli qan dövranını artırır.
Həmçinin, fiziki yüklənmə ilə sınaqların nəticələrini xeyli yaxşılaşdırır.
İndapamid indol halqa ilə sulfonamidlərin törəməsi olub, farmakoloji tərəfdən diuretiklərin tiazid
qrupuna aiddir. İndapamid kortikal seqmentdə natriumun reabsorbsiyasını inhibə edir. O, sidiklə
natrium və xloridlərin xaric olunmasını, daha az dərəcədə isə kalium və maqneziumum xaric
olunması artırır, və bununla da, sidiyin xaric olunmasını artırır və antihipertenziv təsir göstərir.
Amlodipin – kalsiumun antaqonisti olub, miokard və damarların saya əzələ hüceyrələrinə
membranlardan kalsium ionlarının daxil olmasını blokadaya alır. Amlodipinin hipotenziv təsir
mexanizmi damarların saya əzələlərinə bilavasitə boşaldıcı təsiri ilə əlaqədardır. Amlodipinin dəqiq
təsir mexanizmi stenokardiya zamanı axıra qədər müəyyən olunmayıb, lakin amlodipin işemiyanı
aşağıdaki iki yolla azaldır:
1. Periferik arteriolları genişləndirərək, ümumi periferik damar müqavimətini azaldır (ürəyin
sonrakı yüklənməsi). Ürəyin boşalması ilə əlaqədar olaraq, ürəyin üzərinə düşən yük azalır, bu
isə enerjinin istifadəsinin və oksigenə tələbatın azalmasına səbəb olur.
2. Əsas tac arteriyaları və tac arteriolları genişləndirir. Onların genişlənməsi vazospastik
stenokardiyası olan xəstələrdə (Prinsmetal stenokardiyası və ya variant stenokardiyası) oksigenin
miokarda daxil olmasını artırır.
Arterial hipertenziyalı xəstələrdə birdəfəlik gündəlik dozada amlodipinin qəbulu arterial təzyiqin 24
saat ərzində həm “uzanmış”, həm də “ayaqüstü” vəziyyətdə klinik nəzərəçarpan azalmasını təmin
edir.
Stenokardiyası olan xəstələrdə amlodipinin gündə 1 dəfə qəbulu fiziki gərginliyin baş vermə
zamanını artırır, stenokardiya tutmasının əmələ gəlməsinin və ST seqmentin depressiyasının (1mm)
qarşısını alır.
Amlodipin stenokardiyanın başvermə tezliyini və qəbul edilən qısamüddətli təsir göstərən
nitroqliserin tabletlərin miqdarını azaldır.
Amlodipin maddələr mübadiləsinə və qan plazmasının lipidlərinə arzuolunmaz təsir göstərmir və
bronxial astma, şəkərli diabet və podaqrası olan xəstələrdə istifadə oluna bilər.
Klinik effektivliyi və təhlükəsizliyi
Perindopril hipertenziyanın bütün – yüngül, orta və ağır dərəcələrində fəaldır.
Sistolik və diastolik arterial təzyiqin düşməsi xəstələrdə həm “uzanıqlı”, həm də “ayaqüstə”
vəziyyətdə müşahidə olunur.
Maksimum antihipertenziv fəallıq birdəfəlik dozadan sonra 4-6 saat təşkil edir və 24 saat ərzində
saxlanılır.
24 saat sonra AÇF-in natamam blokadasının yüksək dərəcəsi mövcud olur (təqribən 80%).
Reaksiya vermiş xəstələrdə normallaşdırılmış arterial təzyiqə bir aydan sonra çatır və
taxifilaksiyasız saxlanılır.
Müalicənin dayandırılmasının hipertenziya zamanı əks təsiri olmur.
Perindopril damargenişləndirici xüsusiyyətlərə malikdir, əsas arterial magistralların elastikliyini
bərpa edir, arteriyaların müqavimətin histomorfometrik dəyişiklərini düzəldir və sol mədəciyin
hipertrofiyasının azalmasına səbəb olur.
Tiazid diuretiklərin əlavə edilməsinə ehtiyac olduqda additiv sinergik təsir verir.
AÇF inhibitorlarının tiazid diuretikləri ilə kombinasiyası yalnız bir diuretikin qəbulu ilə bağlı
hipokaliemiyanın əmələ gəlməsi riskini azaldır.
Renin-angiotenzin-aldosteron sisteminin (RAAS) ikiqat blokadasının klinik sınaq məlumatları
İki iri həcmli, randomizə olunmuş, nəzarətli tədqiqat zamanı: ONTARGET (yalnız telmisartan və
ramiprillə kombinasiyada davam edən qlobal yekun sınaq) və VA NEPHRON-D (Diabet zamanı
veteranların işi üzrə nefropatiya) AÇF inhibitorunun angiotenzin II reseptorlarının blokatoru ilə
kombinasiyada istifadəsini araşdırıb.
ONTARGET, anamnezində ürək-damar və ya beyin-damar xəstəlikləri, yaxud hədəf orqanların
zədələnməsi ilə müşayiət olunan 2-ci növ şəkərli diabeti olan xəstələr üzərində aparılan tədqiqat idi.
VA NEPHRON-D 2-ci növ şəkərli diabet və diabetik nefropatiyalı xəstələr üzərində aparılan
tədqiqat idi.
Bu tədqiqatlar böyrək və/və ya ürək-damar xəstəlikləri və ya ölüm nəticələrinə əhəmiyyətli faydalı
təsir göstərməyib. Lakin monoterapiya ilə müqayisədə, hiperkaliemiya, kəskin böyrək çatışmazlığı
və/və ya arterial hipotenziyanın daha yüksək inkişaf riski qeydə alınıb. Bu nəticələr, bənzər
farmakodinamik xüsusiyyətlərə malik olduqlarına görə, digər AÇF inhibitorları və angiotenzin II
reseptorlarının blokatorlarına da aiddir.
Buna görə də, diabetik nefropatiyalı xəstələr AÇF inhibitorları və angiotenzin II reseptorlarının
blokatorlarını birlikdə qəbul etməməlidir.
ALTITUDE (Ürək-damar və böyrək xəstəliklərinin nəticələrindən istifadə etməklə 2-ci növ
diabetlərdə aliskirenin sınağı) 2-ci növ şəkərli diabet və xroniki böyrək xəstəlikləri, ürək-damar
xəstəlikləri, yaxud hər ikisi olan xəstələr üzərində aparılan AÇF inhibitorları və ya angiotenzin II
reseptorlarının blokatorları ilə standart müalicəyə əlavə olaraq aliskirenin təyininin faydasını
yoxlamaq üçün tərtib olunmuş tədqiqat idi. Arzuolunmaz nəticələrin inkişaf riski ilə əlaqədar
olaraq, tədqiqat vaxtından əvvəl dayandırılıb. Aliskiren qəbul edən xəstələr qrupunda ürək-damar
ölümü və insult plasebo qrupunda olduğundan sayca daha tez-tez baş verib. Bundan başqa, aliskiren
qəbul etmiş xəstələr qrupunda əhəmiyyətli ciddi arzuolunmaz təzahürlər (hiperkaliemiya, arterial
hipotenziya və böyrək disfunksiyası) plasebo qrupunda olduğundan daha tez-tez baş verib.
İndapamid monoterapiyada 24 saata qədər davam edən antihipertenziv təsir göstərir. Bu təsir
diuretik xüsusiyyətləri minimum olan dozalarda baş verir.
İndapamidin antihipertenziv təsiri arteriyaların elastikliyinin yaxşılaşması, arteriolların
müqavimətinin azalması və ümumi periferik damar müqavimətinin azalması ilə bağlıdır.
İndapamid sol mədəciyin hipertrofiyasını azaldır.
Tiazid və tiazidəbənzər diuretiklər tövsiyə edilən dozaların artırılması zamanı müalicə təsiri
səviyyəsinə çatır, bu zaman əlavə təsirlərin başvermə tezliyinin artması davam edir. Müalicə kifayət
qədər təsirli olmadıqda, dozanı artırmaq tövsiyə olunmur.
Həmçinin müəyyən edilib ki, indapamid aşağıdakı maddələrin metabolizminə təsir etmir:
- lipidlər (triqliseridlər, aşağı sıxlıqlı lipoproteinlərin xolesterini və yüksək sıxlıqlı
lipoproteinlərin xolesterini);
- karbohidratlar, hətta arterial hipertenziya və şəkərli diabetli xəstələrdə.
Amlodipin:
Ürək tutmalarının qarşısını almaq məqsədi ilə, terapevtik müalicənin yeni formalarını istifadə
etməklə aparılan (amlodipin və ya müalicənin birinci sıra preparatları kimi AÇF inhibitorları),
hipotenziv və hipolipidemik müalicə növlərinin tədqiqatları (Antihypertensive and Lipid-Lowering
Treatment to Prevent Heart Attack Trial, ALLHAT), yüngül və orta dərəcəli hipertenziya zamanı
qəbul edilən tiazid diuretiki ilə müqayisədə, amlodipin və tiazid diuretiklərlə müalicə arasında ürəkdamar nəticələrdə əhəmiyyətli fərq aşkar etməyib.
Perildopril/indapamid:
Perindopril və indapamidin birləşməsi yaşdan asılı olmayaraq xəstələrdə həm “uzanıqlı”, həm də
“ayaqüstü” vəziyyətdə diastolik və sistolik arterial təzyiqə dozadan asılı antihipertenziv təsir
göstərir. Preparatın təsiri 24 saat ərzində saxlanılır. Davamlı müalicəvi təsir müalicənin
başlanmasından ən tez 1 aydan sonra əmələ gəlir və taxikardiya ilə müşayiət olunmur. Müalicənin
kəsilməsi “dayandırma” sindrom ilə müşayiət olunmur. Sübut olunub ki, perindopril və
indapamidin birlikdə təyini sinergik mənşəli antihipertenziv təsir göstərir ki, bu da preparatın
tərkibindəkilərin ayrı-ayrı təsirlərin nəticəsidir.
Çoxmərkəzli, randomizə olunmuş, ikiqat-kor nəzarətli tədqiqat olan PICXEL exokardioqrafiyada,
enalapril müalicəsinə qarşı, perindopril/indapamid kombinasiyasının sol mədəcik hipertrofiyası
(SMH) üzərində təsirini qiymətləndirib.
PICXEL-də SMH (sol mədəciyin kütləsinin indeksi (SMKİ) > 120 q/m2 kişilərdə və > 100 q/m2
qadınlarda) olan hipertenziv xəstələr bir illik müalicə üçün gündə bir dəfə ya perindopril tertbutilamin 2 mq/indapamid 0,625 mq, ya da enalapril 10 mq-a randomizə olunub. Doza, gündə bir
dəfə perindopril tert-butilamin 8 mq və indapamid 2,5 mq və ya enalapril 40 mq-a qədər olmaqla,
qan təzyiqinin yoxlanmasına uyğunlaşdırılıb. Obyektlərin yalnız 34%-i perindopril tert-butilamin 2
mq/indapamid 0,625 mq (enalapril 10 mq-la 20%-ə qarşı) ilə müalicədə saxlanılıb.
Müalicənin sonunda SMKİ randomizə olunmuş xəstələrin hamısında perindopril/indapamiddə (-
10,1 q/m²) enalapril qrupunda (-1,1 q/m²) olduğundan əhəmiyyətli dərəcədə daha çox azalıb. SMKİ
-də qruplar arası fərq dəyişikliyi -8,3 (95% CI (-11,5,-5,0), p < 0,0001) olub.
SMKİ üzərində daha yaxşı təsir daha yüksək perindopril/indapamid ilə əldə olunub.
Qan təzyiqi ilə əlaqədar, randomizə olunmuş əhalidə qruplararası fərqin hesablanmış orta qiyməti,
perindopril/indapamid qrupunun lehinə olaraq, müvafiq olaraq, sistolik qan təzyiqi üçün –
5,8 mm cv.süt. (95% Eİ (-7,9, -3,7), p < 0,0001) və diastolik qan təzyiqi üçün -2,3 mm cv.süt. (95%
Eİ (-3,6,-0,9), p = 0,0004) olub.
Uşaqlar:
Perindopril/indapamid:
Perindopril/indapamidin uşaqlarda qəbulu ilə əlaqədar məlumat yoxdur.
Amlodipin:
İkincili hipertenziya üstünlük təşkil edən 6-17 yaşlı 268 uşağı əhatə edən tədqiqatda, 2,5 mq və
0,5 mq amlodipin dozasının plasebo ilə müqayisəsi göstərdi ki, hər iki doza sistolik qan təzyiqini
plasebodan əhəmiyyətli dərəcədə daha çox azaldıb. İki doza arasındakı fərq statistik cəhətdən
əhəmiyyətli olmayıb.
Böyümə, yetkinlik və ümumi inkişaf üzərində amlodipinin uzun müddətli təsirləri öyrənilməyib.
Amlodipinin uşaqlıqda ürək-damar xəstəliyi və böyük yaşda ölüm hallarını azaltmaq üçün qəbul
edilmiş müalicə üzərində uzun müddətli təsirliliyi müəyyən edilməyib.
Farmakokinetikası:
Ko-Amlessa preparatının tərkibində perindopril və amlodipinin farmakokinetik göstəriciləri və
tərkibində bir komponent olan tabletlərin qəbulu zamanı göstəricilər cüzi fərqlənir.
Perindopril:
Daxilə qəbul etdikdə perindopril tez sorulur, maksimum qatılığa (Cmax) 1 saat ərzində çatır.
Plazmada yarımxaricolma dövrü 1 saat təşkil edir.
Perindopril dərmanönüdür. Perindoprilin qəbul olunmuş dozasının 27%-i qan dövranına fəal
metabolit – perindoprilat şəklində daxil olur. Fəal perindoprilatdan əlavə orqanizmdə daha beş
qeyri-fəal metabolit əmələ gəlir. Plazmada perindoprilatın Cmax-na preparatın qəbulundan 3-4 saat
sonra çatır.
Qida qəbulu perindoprilin perindoprilata çevrilməsini və nəticədə onun biomənimsənilməsini
azaldır. Buna görə də, perindopril erbumini gündə bir dəfə səhər yeməyindən əvvəl peroral qəbul
etmək tövsiyə olunur. Perindoprilin dozası və onun plazmada ekspozisiyası arasında əlaqə xəttidir.
Birləşməmiş perindoprilatın paylanma həcmi təqribən 0,2 l/kq təşkil edir. Perindoprilatın plazma
zülalları ilə birləşməsi 20% təşkil edir. Birləşmə əsasən angiotenzinçevirici fermentlə (AÇF) baş
verir, lakin preparatın qatılığından asılı olur. Perindoprilat sidiklə xaric olunur, onun sərbəst
fraksiyasının son yarımxaricolma dövrü təqribən 17 saat təşkil edir ki, bu da, 4 gün ərzində tarazlıq
vəziyyətinə çatmasına imkan verir.
Yaşlı xəstələrdə, həmçinin, ürək və ya böyrək çatışmazlığı olan xəstələrdə perindoprilatın xaric
olması ləngiyir. Buna görə də, adi tibbi müşahidəyə kalium və kreatinin səviyyələrinin tez-tez
monitorinqi daxil edilməlidir. Böyrək çatışmazlığı zamanı dozaya düzəliş funksiyanın pozulma
dərəcəsindən (kreatinin klirensi) asılı olaraq arzuolunandır.
Perindoprilatın klirensi dializ zamanı 70 ml/dəq təşkil edir. Qaraciyər sirrozu olan xəstələrdə
perindoprilin kinetikası dəyişir: ilk molekulun qaraciyər klirensi ikiqat ləngiyir. Lakin əmələ gələn
perindoprilatın miqdarı azalmır və dozaya düzəliş tələb olunmur.
İndapamid:
İndapamid mədə-bağırsaq traktından tez və tam sorulur.
İnsanların qan plazmasında maksimum qatılığa peroral qəbuldan təqribən 1 saat sonra çatır. Qan
plazmasının zülalları ilə birləşməsi 79% təşkil edir.
Yarımxaricolma dövrü (t½) 14-24 saat təşkil edir (orta hesabla – 18 saat). Təkrar qəbulu
kumulyasiyaya səbəb olmur.
İndapamid əsasən sidiklə (dozanın 70%-i) və nəcislə (22%) qeyri-fəal metabolit şəklində xaric olur.
Böyrək çatışmazlığı olan xəstələrdə farmakokinetika dəyişilməzdir.
Amlodipin:
Müalicəvi dozalarla daxilə qəbul edildiyi zaman amlodipin yaxşı sorulur, Cmax-a qəbulundan 6-12
saat sonra çatır. Tam biomənimsənilməsi 64-80% təşkil edir. Paylanma həcmi təqribən 21 l/kq-a
bərabərdir. Qida qəbulu amlodipinin biomənimsənilməsinə təsir etmir. Dövr edən amlodipinin
təqribən 97,5%-i plazma zülalları ilə birləşir.
Plazmanın t½-si 35-50 saat təşkil edir ki, bu da preparatın gündə 1 dəfə təyin olunmasına
müvafiqdir. Amlodipin qaraciyərdə qeyri-fəal metabolitlərin əmələ gəlməsinə qədər xeyli dərəcədə
metabolizə olunur, qəbul olunmuş dozanın 60%-i sidiklə, 10%-i isə dəyişilməmiş amlodipin
şəklində xaric olunur.
Plazmada amlodipinin Cmax-a çatma vaxtı yaşlı və cavan xəstələrdə eynidir.
Yaşlı xəstələrdə amlodipinin klirensi azalıb, AUC və t½ artması ilə müşayiət edilir.
Yaşlı xəstələr üçün tövsiyə edilən dozalama rejimi eynidir, lakin dozanı ehtiyatla artırmaq lazımdır.
Böyrək çatışmazlığı:
Böyrək çatışmazlığı olan xəstələrdə indapamidin farmakokinetikası dəyişilməzdir.
Qaraciyər çatışmazlığı:
Qaraciyər sirrozu olan xəstələrdə perindoprilin kinetikasına düzəliş edilir: dərmanın qaraciyər
klirensi yarım dəfə azalıb. Bununla belə, perindoprilatın formalaşmış kəmiyyəti azalmır və buna
görə də, dozaya düzəliş tələb olunmur.
Bütün kalsium antaqonistlərində olduğu kimi, amlodipinin yarım-ömrü qaraciyər funksiyası
pozulmuş xəstələrdə uzanıb.
Uşaqlar:
Gündə bir və ya iki dəfə verilən 1,25-20 mq amlodipin qəbul edən 12 aydan 17 yaşa qədər olan 74
hipertenziyalı uşaq (34 nəfər 6-12 yaşlı xəstə və 28 nəfər 13-17 yaşlı) üzərində PK əhali tədqiqatı
aparılıb. 6-12 yaşlı uşaqda və 13-17 yaşlı yeniyetmədə səciyyəvi oral klirens (CL/F) kişilərdə
müvafiq olaraq 22,5 və 27,4 L/s və qadınlarda 16,4 və 21,3 L/s olub. Fərdlər arasında ekspozisiyada
böyük dəyişkənlik müşahidə olunub. 6 yaşdan aşağı uşaqlar üzrə məlumat məhduddur.
Klinikayaqədərki təhlükəsizlik məlumatları
Perindopril:
Xronik peroral toksiklik tədqiqatlarında (siçovullar və meymunlar), hədəf orqan geri qayıdan zədəli
böyrəkdir.
İn vitro və ya in vivo tədqiqatlarda mutagenlik müşahidə olunmayıb.
Reproduksiya toksikoloji tədqiqatlar (siçovullar, siçanlar, dovşanlar və meymunlar) heç bir embrion
toksikliyi və ya teratogenlik işarəsi göstərməyib. Bununla belə, angiotenzin çevirici ferment
inhibitorları, sinif olaraq, gəmiricilər və dovşanlarda dölün inkişafının gecikməsinə arzuolunmaz
təsir göstərərək, dölün ölməsinə və anadangəlmə təsirlərə səbəb olub: böyrəklərin zədələnməsi və
peri- və postnatal ölüm müşahidə olunub.
Siçovullar və siçanlar üzərində aparılan uzun müddətli tədqiqatlarda kanserogenlik müşahidə
olunmayıb.
İndapamid:
Fərqli heyvan növlərinə yeridilmiş ən yüksək dozalar (müalicəvi dozadan 40-8000 dəfə çox)
indapamidin sidikqovucu xüsusiyyətlərinin kəskinləşməsini göstərib. Vena daxilinə və ya periton
daxilinə yeridilmiş indapamidlə aparılmış kəskin toksiklik tədqiqatları zamanı zəhərlənmənin əsas
simptomları, indapamidin farmakoloji fəaliyyəti, yəni, bradipnoe və periferik vazodilatasiya ilə
əlaqədar olub.
İndapamid mutagen və karsinogen xüsusiyyətlərə qarşı mənfi olmaqla sınaqdan keçirilib.
Amlodipin:
Reproduktiv tədqiqatlar göstərib ki, kalsium antaqonistləri bəzi növlərdə embriotoksik və/və ya
teratogen təsirləri, əsasən də distal skelet malformasiyalarını əmələ gətirib.
10 mq/kq/gün-ə qədər olan dozalarda (mq/m2 əsasda 10 mq maksimum tövsiyə olunan insan
dozasından 8 dəfə çox*) amlodipinlə müalicə edilmiş siçovulların (erkəklər cütləşmədən 64 gün
əvvəl və dişilər cütləşmədən 14 gün əvvəl) ölümlülüyünə təsir olmayıb. Erkək siçovulların mq/kq
əsaslı insan dozası ilə müqayisə edilə bilən dozada 30 gün amlodipin bezilatla müalicə edilmiş
olduğu digər bir siçovul tədqiqatında, plazmada follikul stimullaşdırıcı hormon və testosteronun
azalması, eləcə də, spermatozoidlərin sıxlığında, yetişmiş spermatidlərin və Sertoli hüceyrələrinin
sayında azalma aşkar edilib.
İki illik pəhrizdə amlodipinlə müalicə olunan siçovullar və siçanlar, 0,5, 1,25, və 2,5 mq/kq/gün
gündəlik dozalama səviyyələrini təmin etmək üçün hesablanmış qatılıqlarda, heç bir karsinogenlik
dəlili göstərməyib. Ən yüksək doza (siçanlar üçün, analoji olaraq, siçovullar üçün də mq/m2
-ə
10 mq maksimum tövsiyə olunan klinik dozadan iki dəfə çox*), siçovullar üçün yox, siçanlar üçün
maksimum dözülə bilən dozaya yaxın olub.
Mutagenlik tədqiqatları həm genetik, həm də xromosom səviyyələrində dərmanla əlaqəli təsirlər
aşkar etməyib.
*50 kq çəkili xəstə əsas götürüldükdə.
İstifadəsinə göstərişlər
Ko-Amlessa arterial hipertenziyalı xəstələrin müalicəsində perindopril, indapamidin və amlodipinin
sabit dozalarda müalicəsi vacib olduğu hallarda göstərişdir.
Əks göstərişlər
− Hemodializdə olan xəstələr;
− perindoprilə qarşı (və ya AÇF-in hər hansı digər inhibitoruna qarşı), indapamidə və ya
sulfonamidlərin digər törəmələrinə, amlodipinə qarşı (və ya dihidropiridinin hər hansı digər
törəmələrinə qarşı) və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq;
− AÇF inhibitorları ilə əvvəlki müalicə ilə bağlı anamnezdə qeyd olunmuş angionevrotik ödem;
− irsi və ya idiopatik angionevrotik ödem;
− hamiləlik;
− ağır dərəcəli arterial hipotenziya;
− kardiogen şok daxil olmaqla, şok;
− sol mədəciyin çıxış traktının obstruksiyası (məsələn, aortanın ağır stenozu);
− kəskin miokard infarktından sonra hemodinamik qeyri-sabit ürək çatışmazlığı;
− ağır böyrək çatışmazlığı (kreatinin klirensi < 30 ml/dəq); orta və ağır dərəcəli böyrək
çatışmazlığında 8 mq/5 mq/2,5 mq və 8 mq/10 mq/2,5 mq dozalarının istifadəsi (kreatinin
klirensi < 60 ml/dəq);
− qaraciyər ensefalopatiya;
− ağır qaraciyər çatışmazlığı;
− hipokaliemiya;
− Ko-Amlessa preparatının aliskiren tərkibli məhsullarla birlikdə qəbulu şəkərli diabeti və ya
böyrək çatışmazlığı olan xəstələrə əks göstərişdir (YFS < 60 ml/dəq/1,73 m2).
− Sakubitril/valsartanla birlikdə qəbulu. Ko-Amlessa preparatının qəbulu sakubitril/valsartanın son
dozasından 36 saatda tez olmamalıdır.
− Qanın mənfi yüklənmiş səthlərlə təmasına səbəb olan ekstrakorporal müalicə üsulları.
− Böyrək arteriyasının əhəmiyyətli iki tərəfli stenozu və ya tək işləyən böyrəyə gedən arteriya
stenozu.
− Ko-Amlessa tabletinin müalicə təcrübəsinin kifayət qədər olmaması səbəbi ilə, müalicə
olunmayan dekompensasiya olunmuş ürək çatışmazlığı olan xəstələrdə istifadə etmək olmaz.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Neytropeniya/aqranulositoz/trombositopeniya/anemiya
Perindopril də daxil olmaqla, AÇF inhibitorları qəbul edən xəstələrdə neytropeniya/aqranulositoz,
trombositopeniya və anemiya qeydə alınıb. Qaraciyərinin funksiyası normal olan xəstələrdə və
digər ağırlaşdırıcı amillər olmadıqda neytropeniya nadir hallarda baş verir. Perindoprili kollagenozdamar xəstəlikləri olan pasiyentlər, immunodepressant müalicə, allopurinol və ya prokainamidlə
müalicə alan, yaxud da, xüsusilə də, böyrək funksiyasının mövcud pozulması zamanı bütün
göstərilən ağırlaşdırıcı amilləri olan pasiyentlərdə ehtiyatla istifadə olunmalıdır. Bu xəstələrin
bəzilərində intensiv antibiotik müalicəsinə cavab verməyən ciddi infeksiyalar inkişaf edib. Belə
xəstələrə perindoprili təyin edən zaman leykositlərin sayının müntəzəm monitorinqini aparmaq
tövsiyə olunur və pasiyentləri infeksiyaların istənilən əlamətləri barədə məlumat verməyin
mühümlüyü barədə təlimatlandırmaq lazımdır (məsələn, boğazda ağrı, istilik).
Hiperhəssaslıq reaksiyaları/angionevrotik ödem:
Perindopril daxil olmaqla, AÇF inhibitorları ilə müalicə qəbul edən xəstələrdə üz, ətraflar, dodaqlar,
dilin, səs yarığı və/və ya qırtlağın selikli qişalarında angionevrotik ödemin olması barədə nadir
hallarda məlumat verilib. Belə hallarda Ko-Amlessa preparatının qəbulu dərhal dayandırılmalı,
simptomların tam ləğv olunmasına qədər lazımi monitorinq keçirilməlidir. Adətən, ödem yalnız üz
və dodaqlarla məhdudlaşdığı hallarda, antihistamin preparatların simptomları yüngülləşdirməsinə
baxmayaraq, müalicə edilmədən aradan qalxır. Qırtlağın ödemi ilə müşayiət olunan angionevrotik
ödem ölümlə nəticələnə bilər. Dil, səs yarığı və ya qırtlağın ödemi zamanı (bu zaman tənəffüs
yollarının obstruksiyası mümkündür), dərhal adrenalin (epinefrin məhlulu 1:1000 (0,3-0,5 ml))
təyinini və/və ya tənəffüs yollarının keçiriciliyinin dəstəklənməsini əhatə edə biləcək ilk yardım
göstərmək lazımdır. Pasiyent simptomlar tam və birdəfəlik aradan qalxanadək ciddi tibbi nəzarət
altında olmalıdır. AÇF inhibitorları qəbul edən qaradərili xəstələrdə, qara dərili olmayanlarla
müqayisədə, angionevrotik ödem hallarının daha yüksək olması haqqında məlumat verilmişdir.
AÇF inhibitorların qəbulu zamanı angionevrotik ödemin baş verməsinin yüksək riski AÇF
inhibitorlarının qəbulu ilə əlaqəli olmayan angionevrotik ödem keçirmiş xəstələrdə mövcuddur.
AÇF inhibitorları qəbul edən xəstələrdə bağırsaq angioödemi barədə nadir hallarda məlumat
verilmişdir. Bu xəstələrdə qarın nahiyəsində ağrı baş vermiş (ürəkbulanma və qusma ilə və ya
onlarsız); bəzi hallarda bundan əvvəl üzdə angioödem olmamış və C-1 esterazanın səviyyələri
normada olmuşdur. Angionevrotik ödem diaqnozu, kompüter tomoqrafiyası, ultrasəs və ya cərrahi
əməliyyat daxil olmaqla, proseduralar vasitəsi ilə qoyulur, simptomlar AÇF inhibitorlarının qəbulu
dayandırıldıqdan sonra aradan qalxmışdır. AÇF inhibitorları qəbul edən və qarın nahiyəsində ağrı
olan xəstələrdə bağırsaq angioödemi diferensial diaqnoza daxil olunmalıdır.
AÇF inhibitorlarının sakubitril/valsartan ilə birlikdə qəbulu angionevrotik ödem riskinin yüksək
olması səbəbi ilə əks göstərişdir. Sakubitril/valsartan ilə müalicə perindoprilin son dozasının
qəbulundan 36 saat keçənə qədər başladılmamalıdır. Perindoprillə müalicə sakubitril/valsartanın son
dozasının qəbulundan 36 saat keçənə qədər başladılmamalıdır.
AÇF inhibitorlarını NEP inhibitorlari (rasekadotril), mTOR inhibitorları (məs., sirolimus,
everolimus, temsirolimus) və qliptinlər (məsələn, linaqliptin, saksaqliptin, sitaqliptin, vildaqliptinlə)
birlikdə qəbul edən xəstələrdə angionevrotik ödem (məs., tənəffüs yollarının və ya dilin şişməsi,
tənəffüs yollarında çatışmazlıqla və onsuz) riski arta bilər. Artıq AÇF inhibitorları qəbul edən
xəstədə rasekadotril, mTOR inhibitorları (məs., sirolimus, everolimus, temsirolimus) və qliptinlərin
(məsələn, linaqliptinin, saxaqliptinin, sitaqliptinin, vildaqliptinin) qəbuluna başlayan zaman
ehtiyatlı olmaq lazımdır.
Dekstran sulfat absorbsiyası vasitəsi ilə ASLP aferez proseduralarını keçən xəstələrdə AÇF
inhibitorları təyin etdikdə nadir hallarda həyat üçün təhlükəli anafilaktoid reaksiyaların əmələ
gəlməsi qeydə alınıb. AÇF inhibitorlarının hər dəfə aferezin keçirilməsindən əvvəl müvəqqəti
istifadəsinin dayandırılması yolu ilə bu reaksiyaların qarşısının alınması mümkün olmuşdur.
Zərqanadlıların (arılar, eşşəkarıları) zəhəri ilə desensibilizasiya keçirilən zaman AÇF inhibitorları
qəbul edən xəstələrdə həyati təhlükəli anafilaktoid reaksiyaların əmələ gəlməsi ayrı-ayrı hallarda
qeydə alınıb. Desensibilizasiya müalicə kursu qəbul edən allergiyalı xəstələrdə AÇF inhibitorları
ehtiyatla qəbul olunmalı və zəhərlərlə immunomüalicə qəbul edən xəstələrdə istifadə
olunmamalıdır. Həm AÇF inhibitorların qəbulu, həm də desensibilizasiya müalicə kursu tələb
olunan xəstələrdə desensibilizasiyaya başlamazdan ən azı 24 saat əvvəl AÇF inhibitorlarının
istifadəsinin müvəqqəti olaraq dayandırılması yolu ilə bu reaksiyaların qarşısının alına bilər.
AÇF inhibitorları qəbul edən xəstələrdə yüksəkaxarlı membranları istifadə etməklə (məsələn,
AN69) yeridilən hemodializ zamanı anafilaktoid reaksiyalar qeydə alınıb. Hemodializin
keçirilməsinə ehtiyac olduqda digər növ membranlardan istifadə olunmalıdır, yaxud xəstəni digər
sinfindən antihipertenziv preparatının qəbuluna keçirmək lazımdır.
İlkin aldosteronizm:
İlkin hiperaldosteronizmi olan xəstələr, adətən, renin-angiotenzin sistemin inhibə olunması yoluyla
ilə fəaliyyət göstərən antihipertenziv preparatlara cavab vermir. Buna görə də, bu preparatlardan
istifadə etmək tövsiyə olunmur.
Perindoprilin və kaliumtutucu diuretiklərin, kalium duzlarının kombinasiyası adətən tövsiyə
edilmir.
Fotohəssaslıq:
Qaraciyər funksiyasının pozulması ilə tiazid diuretikləri və tiazidlərlə əlaqəli diuretiklər, xüsusən də
elektrolit balansının pozulması ilə, qaraciyər komasına qədər irəliləyə bilən qaraciyər
ensefalopatiyasına səbəb ola bilər. Belə halda diuretiklərin qəbulu dərhal dayandırılmalıdır.
İşığa qarşı həssaslıq reaksiyalarının əmələ gəlməsi halları tiazid diuretiklərin və tiazidlərə aid olan
diuretiklərin istifadəsi zamanı qeydə alınıb. İşığa qarşı həssaslıq reaksiyaları əmələ gəldiyi zaman
müalicəni dayandırmaq tövsiyə olunur.
Diuretikin təkrar qəbuluna ehtiyac olduğu zaman günəş və ya süni ultra-bənövşəyi şüaların təsirinə
məruz qalan nahiyələri qorumaq tövsiyə olunur.
Böyrək çatışmazlığı:
Ağır dərəcəli böyrək çatışmazlığı olan xəstələrdə (kreatinin klirensi < 30 ml/dəq) Ko-Amlessa
preparatı ilə müalicə əks göstərişdir. 8mq/5mq/2,5mq və 8mq/10mq/2,5mq dozalar ağır və orta
dərəcəli böyrək çatışmazlığı zamanı (kreatinin klirensi < 60 ml/dəq) istifadəyə əks göstərişdir.
Əvvəllər böyrəklərin məlum zədələnmələri olmayan və qanın böyrək analizləri funksional böyrək
çatışmazlığını bəzi hipertenziv xəstələrdə, müalicə dərhal dayandırılmalı və ya aşağı dozada, ya da
bir komponentlə yenidən başladılmalıdır.
Belə xəstələr üçün sonrakı adi tibbi müşahidələr, müalicədən iki həftə sonra, daha sonra isə
terapevtik stabillik dövründə hər iki aydan bir kalium və kreatininin tez-tez monitorinqini əhatə
etməlidir.
Böyrək çatışmazlığı halları, əsasən, ağır ürək çatışmazlığı olan xəstələrdə və ya böyrək arteriyasının
stenozu daxil olmaqla, ilk böyrək çatışmazlığı olan xəstələrdə müşahidə olunub.
Böyrək arteriyalarının ikitərəfli stenozu və ya fəaliyyət göstərən tək böyrək arteriyasının stenozu
zamanı preparatın istifadəsi tövsiyə olunmur.
Tiazid diuretikləri və tiazidlə əlaqəli diuretiklər yalnız böyrək funksiyası normal olduğu zaman və
ya yalnız yüngül dərəcədə pozulduqda (böyüklər üçün kreatinin səviyyələri təxminən < 25 mq/l,
yəni 220 μmol/l) tam şəkildə təsirli olur. Yaşlılarda xəstənin yaşı, çəkisi və cinsi nəzərə alınmaqla,
plazmada kreatinin səviyyələrinin qiymətinə Kokroft düsturuna əsasən düzəliş edilməlidir:
clcr = (140 - yaş) x bədən çəkisi / 0,814 x plazmada kreatinin səviyyəsi,
c: yaş, illərlə göstərilməklə
bədən çəkisi, kq ilə
plazmada kreatinin səviyyəsi mikromol/l ilə göstərilir.
Bu düstur yaşlı kişilər üçün uyğundur və nəticəni 0,85-ə vurmaqla qadınlar üçün uyğunlaşdırıla
bilər.
Müalicənin əvvəlində diuretikin qəbulu nəticəsində su və natriumun itkisi nəticəsində yaranmış
hipovolemiya yumaqcıq filtrasiyasının azalmasına səbəb olur ki, bu da, qanda kreatinin və sidik
cövhərinin səviyyəsini artıra bilər. Göstərilən müvəqqəti funksional böyrək çatışmazlığının
böyrəklərin fəaliyyəti normal olan xəstələr üçün arzu olunmayan nəticələri yoxdur, lakin mövcud
olan böyrək çatışmazlığı ağırlaşa bilər.
Belə xəstələrə sonrakı adi tibbi müşahidələrə müalicədən iki həftə sonra, daha sonra isə terapevtik
stabillik dövründə hər iki aydan bir kalium və kreatininin tez-tez monitorinqi daxil olmalıdır.
Digər dərman maddələri ilə qarşılıqlı təsiri
Klinik sınaqların məlumatları göstərir ki, AÇF inhibitorları, angiotenzin II reseptor blokatorları və
ya aliskirenin kombinə olunmuş istifadəsi vasitəsi ilə renin-angiotenzin-aldosteron sisteminin
(RAAS) ikiqat blokadası, tək RAAS-fəal agentinin qəbulu ilə müqayisədə, hipotenziya,
hiperkaliemiya və böyrək funksiyasının azalması kimi əks təsirlərin daha yüksək tezliyi ilə müşayiət
olunur.
Hiperkaliemiya əmələ gətirən dərman maddələri:
Zərdabda kaliumunun adətən normal həddə qalmasına baxmayaraq, Ko-Amlessa ilə müalicə alan
bəzi xəstələrdə hiperkaliemiya baş verə bilər. Bəzi dərmanlar və ya müalicə sinifləri
hiperkaliemiyanın əmələ gəlməsini artıra bilər: aliskiren, kalium duzları, kaliumtutucu diuretiklər
(məsələn, spironolakton, triamteren və ya amilorid), AÇF inhibitorları, angiotenzin II reseptor
antaqonistləri, QSİƏP, heparinlər, siklosporinlər və ya takrolimus kimi immunodepressant
maddələr, trimetoprim və ko-trimoksazol (trimetoprim/sulfametoksazol), çünki trimetoprimin
amilorid kimi kaliumtutucu diuretik kimi fəaliyyət göstərdiyi məlumdur. Bu dərmanların
kombinasiyası hiperkaliemiya riskini artırır. Buna görə də, Ko-Amlessanın yuxarıda göstərilən
dərmanlarla kombinasiyası tövsiyə edilmir. Birgə istifadəyə göstəriş olarsa, onlar ehtiyatla və qan
zərdabında kaliumun tez-tez nəzarət edilməsi ilə istifadə edilməlidir.
Birgə istifadəsi əks göstəriş olan dərmanlar
Aliskiren:
Diabetli və ya böyrək çatışmazlığı olan xəstələrdə hiperkaliemiya riski, böyrək funksiyasının
pisləşməsi və ürək-damar xəstəliyi, eləcə də ölüm halları artır.
Ekstrakorporal müalicələr
Bəzən dekstran sulfat ilə LDL plazmaferez, dializ və ya müəyyən yüksək axıcılığa malik
membranlar (məs. poliakrilonitril membranlar) hemofiltrasiya zamanı ACE inhibitorları alan
xəstələrdə həyati təhlükəli anafilaktoid reaksiyalar bildirilmişdir. Belə müalicə tələb olunduğu
təqdirdə, fərqli dializ membranı növü və ya fərqli antihipertenziv maddə sinfindən istifadə nəzərə
alınmalıdır.
Sakubitril/valsartan:
AÇF inhibitorlarının sakubitril/valsartanla birlikdə qəbulu, angionevrotik ödem riskini artırdığı
üçün əks göstərişdir.
Tövsiyə edilməyən kombinasiyalar:
Aliskiren
Diabetli və ya böyrək çatışmazlığı olmayan xəstələrdə, hiperkaliemiya riski, böyrək funksiyasının
pisləşməsi və ürək-damar xəstəlikləri, eləcə də ölüm hallarının artması.
AÇF inhibitorları və angiotenzin II reseptor blokatorları ilə birlikdə müalicə
Ədəbiyyatda verilən məlumata görə, aterosklerotik xəstəlik, ürək çatışmazlığı və ya son orqan
zədələnməsi ilə diabet müəyyən edilmiş xəstələrdə AÇF inhibitorları və angiotenzin-reseptorları
blokatorları ilə birlikdə müalicə, tək renin-angiotenzin-aldosteron sistemi maddəsinin istifadəsi ilə
müqayisədə, hipotenziya, ürəkgetmə, hiperkaliemiya və böyrək funksiyasının pisləşməsi (kəskin
böyrək çatışmazlığı) ilə müşayiət olunub. İkiqat blokada (məs., AÇF inhibitorunu angiotenzin II
reseptor antaqonisti ilə kombinasiyasıyla), böyrək funksiyası, kalium səviyyələri və qan təzyiqinin
yaxından monitorinqi ilə fərdi müəyyən edilmiş hallarla məhdudlaşdırılmalıdır.
Litium və AÇF inhibitorlarının kombinəolunmuş qəbulu zamanı zərdabda litiumun qatılığının
geridönən artma halları və toksiklik halları qeyd olunub. Tiazid diuretiklərinin eyni zamanda qəbulu
litiumun səviyyələrini əlavə olaraq artıra və litiumun AÇF inhibitorları ilə birlikdə toksik təsirini
gücləndirə bilər. Perindopril və indapamidin litium ilə kombinasiyasının qəbulu tövsiyə edilmir,
lakin bu kombinasiyanın istifadəsinə ehtiyac olduqda, qan zərdabında litiumun səviyyələrinin ətraflı
monitorinqini keçirmək lazımdır.
Zərdabda kaliumun miqdarının adətən norma çərçivəsində qalmasına baxmayaraq, perindopril
qəbul edən bəzi xəstələrdə hiperkaliemiya baş verə bilər.
Kaliumtutucu diuretiklər (məsələn, spironolakton, triamteren və ya amilorid), kalium əlavələri və
kaliumtərkibli duz əvəzediciləri qan zərdabında kaliumun səviyyəsinin əhəmiyyətli dərəcədə
artmasına səbəb ola bilər. Hiperkaliemiya (potensial ölümcül), xüsusən də böyrək çatışmazlığı ilə
birlikdə (əlavə hiperkaliemik təsirlər). Trimetoprim amilorid kimi kaliumtutucu diuretik olaraq
fəaliyyət göstərdiyi üçün perindoprili trimetoprim və ko-trimoksazol (trimetoprim/sulfametoksazol)
kimi zərdabda kaliumu artıran digər maddələrlə birlikdə qəbul edərkən ehtiyatlı olmaq lazımdır.
Buna görə də, perindoprilin bu dərman preparatları ilə birlikdə qəbulu tövsiyə olunmur. Əgər bu
preparatların birgə qəbulu göstəriş olarsa, onların qəbulu zamanı xüsusilə ehtiyatlı olmaq və qan
zərdabında kalium səviyyəsinin tez-tez monitorinqini keçirmək lazımdır. Ürək çatışmazlığında
spironolaktondan istifadə üçün “Xüsusi ehtiyatlıq tələb edən kombinasiyalar” bölməsinə baxın.
Ko-trimoksazol (trimetoprim/sulfametoksazol)
Birgə ko-trimoksazol (trimetoprim/sulfametoksazol) qəbul edən xəstələrdə hiperkaliemiya riski arta
bilər.
Estramustin angionevrotik ödem kimi (angioödem) arzuolunmaz təsirlərin riskini artırır.
Xüsusi ehtiyatlıq tələb edən kombinasiyalar
Baklofen hipotenziv təsirin effektivliyini gücləndirir. Arterial təzyiqin və böyrək funksiyasının
monitorinqi tələb edilir, həmçinin zəruri hallarda, antihipertenziv preparatın dozasını
uyğunlaşdırmaq lazımdır.
Qeyri-steroid iltihab əleyhinə preparatlar (QSİƏP), ≥ 3 q/gün dozalarda aspirin daxil olmaqla:
AÇF inhibitorları ilə birlikdə qəbul etdikdə onlar hipotenziv təsiri azaldır. AÇF inhibitorları və
QSİƏP birlikdə qəbulu, mümkün kəskin böyrək çatışmazlığı daxil olmaqla, böyrək funksiyasının
ağırlaşması riskini artıra bilər və xüsusilə artıq mövcud olan böyrək funksiyasının pozulması olan
xəstələrdə qan zərdabında kaliumun miqdarını yüksəldə bilər. Bu preparatların kombinasiya
olunmuş qəbulu, xüsusilə yaşlı xəstələrdə, ehtiyatla təyin olunmalıdır. Xəstələrin orqanizminin
adekvat hidratasiyasına nəzarət etmək lazımdır. Kombinasiya olunmuş müalicənin əvvəlində,
həmçinin, müalicə zamanı müntəzəm olaraq böyrək funksiyasının monitorinqini aparmaq lazımdır.
Diabetəleyhinə preparatlar (insulin, peroral hipoqlikemik sulfonamidlər)
Epidemioloji tədqiqatlar göstərir ki, AÇF inhibitorları və diabetəleyhinə dərmanların (insulinlər,
oral hipoqlikemik maddələr) birlikdə qəbulu hipoqlikemiya riski ilə qanda qlükozanın enməsi
təsirinin güclənməsinə səbəb ola bilər. Bu hal kombinə olunmuş müalicənin ilk həftələrində və
böyrək çatışmazlığı olan xəstələrdə daha çox meydana gəlir.
Qeyri kaliumtutucu diuretiklər
Diuretik qəbul edən xəstələrdə, xüsusən də həcmi və/və ya duzu azalması müşahidə olunan
xəstələrdə AÇE inhibitoru ilə müalicəyə başladıqdan sonra qan təzyiqində həddindən artıq azalma
müşahidə oluna bilər. Perindoprilin aşağı və proqressiv dozaları ilə müalicəyə başlamazdan əvvəl
diuretikin dayandırılması, həcminin və ya duz qəbulunun artırılması yolu ilə hipotenziv təsirlərin
yaranma ehtimalı azaldıla bilər.
Diuretiklərlə əvvəlki terapiyanın duzun/həcminin azalmasına səbəb ola biləcəyi hipertenziyada,
AÇE inhibitorunun qəbuluna başlamazdan əvvəl diuretik dayandırılmalı, bu halda qeyrikaliumtutucu diuretik bundan sonra yenidən tətbiq oluna bilər və ya AÇE inhibitorunun qəbulu
aşağı dozadan tədricən artan dozaya qədər başlamalıdır.
Diuretiklərlə müalicə olunan durğunluq ürək çatışmazlığında AÇE inhibitoru çox aşağı dozada, ola
bilsin ki, əlaqəli olmayan qeyri kaliumtutucu diuretikin dozası azaldıqdan sonra başlamalıdır.
Bütün hallarda, AÇE inhibitorları ilə terapiyanın ilk bir neçə həftəsində böyrək funksiyasına
(kreatinin səviyyəsi) nəzarət etmək lazımdır.
Qeyri kaliumtutucu diuretiklər (eplerenon, spironolakton)
Eplerenon və ya spironolakton ilə gündə 12,5 mq-dan 50 mq-a qədər dozada və AÇE
inhibitorlarının aşağı dozaları ilə:
Qanqovma fraksiyası <40% olan II-IV sinif (NYHA) ürək çatışmazlığının müalicəsində, eləcə də
əvvəllər AÇE inhibitorları və ilgək diuretikləri ilə müalicə olunduqda, hiperkaliemiyanın inkişaf
riski potensial ölümcüldür, xüsusən də bu birləşmə üçün tərkib barəsində tövsiyələrə riayət
edilmirsə.
Kombinasiyaya başlamazdan əvvəl hiperkaliemiya və böyrək çatışmazlığının olub-olmadığını
yoxlayın.
Müalicənin ilk ayında kalium və kreatininemiyanın diqqətli monitorinqi həftədə bir dəfə əvvəlində,
sonradan isə hər ay tövsiyə olunur.
Hipokaliemiyanın inkişaf riski ilə əlaqədar olaraq, indapamid Torsades de pointes törədən (lakin
bununla məhdudlaşmayan) aritmiyaəleyhinə IA sinif preparatlar (məsələn, xinidin, hidroxinidin,
dizopiramid) kimi; aritmiyaəleyhinə III sinif preparatlar (məsələn, amiodaron, dofetilid, ibutilid,
bretilium, sotalol); bəzi neyroleptiklər (məsələn, xlorpromazin, siamemazin, levomepromazin,
tioridazin, trifluoperazin), benzamidlər (məsələn, amisulprid, sulpirid, sultoprid, tiaprid),
butirofenonlar (məsələn, droperidol, haloperidol), digər neyroleptiklər (pimozid); bepridil,
sisaprid, difemanil, eritromisin (v/d)), halofantrin, mizolastin, moksifloksasin, pentamidin,
sparfloksasin, vinkamin (v/d)), metadon, astemizol, terfenadin kimi digər maddələrlə birlikdə
ehtiyatla istifadə olunmalıdır. Kalium səviyyəsinin azalmasının profilaktikası və doza düzəlişinə
ehtiyac olduqda – QT intervalının monitorinqini aparmaq lazımdır.
Kaliumun səviyyəsini aşağı salan preparatlar (amfoterisin B (v/d)), sistem qlükokortikosteroidləri
və mineralokortikosteroidlər (sistem istifadə edilən), tetrakozaktidlər, stimullaşdırıcı işlədici
maddələr kaliumun səviyyəsinin azalması riskini artırır (additiv təsir), bununla əlaqədar, kaliumun
səviyyəsinin ətraflı monitorinqini aparmaq və dozalara düzəliş etmək lazımdır; ürək qlikozidləri ilə
müalicə hallarında xüsusilə diqqətli olmaq tələb olunur. Stimullaşdırıcı işlədici maddələrin qəbulu
qadağandır.
Ürək qlikozidləri: kaliumun aşağı səviyyəsi ürək qlikozidlərin toksik təsirinə şərait yaradır, bununla
əlaqədar kaliumun səviyyəsinin monitorinqi və EKQ tövsiyə olunur və/və ya ehtiyac olduqda,
müalicəni yenidən nəzərdən keçirmək lazımdır.
Allopurinol:
İndapamidlə eyni vaxtda müalicə allopurinola qarşı yüksək həssaslıq reaksiyalarının tezliyini artıra
bilər.
Ehtiyat tələb edən, birgə istifadə edilənlər:
Kaliumtutucu diuretiklər (amilorid, spironolakton, triamteren)
Bəzi xəstələrdə rasional birləşmələr faydalı olsa da, hipokaliemiya və ya hiperkaliemiya (xüsusilə
böyrək çatışmazlığı və ya diabetli xəstələrdə) hələ də baş verə bilər. Plazmada kaliumun
səviyyəsinə və EKQ-yə nəzarət edilməli və lazım olduqda müalicəyə yenidən baxılmalıdır.
Metformin: mümkün funksional böyrək çatışmazlığının törətdiyi metforminlə bağlı laktoasidoz,
diuretiklərlə, xüsusilə, ilgək diuretikləri ilə əlaqəlidir. Plazmada kreatininin səviyyəsi kişilərdə
15mq/l (135 mikromol/l) üstün və qadınlarda 12 mq/l (110 mikromol/l) olduqda metformini istifadə
etmək olmaz.
Yodlaşdırılmış kontrast preparatlar: diuretiklərin törətdiyi susuzlaşma hallarında, xüsusi ilə də,
yodlaşdırılmış kontrast preparatların yüksək dozalarla qəbulu zamanı kəskin böyrək çatışmazlığının
yüksək riski mövcuddur. Yodlaşdırılmış tərkibin yeridilməsindən əvvəl maye həcmini bərpa etmək
lazımdır.
Kalsium duzları kalsiumun sidiklə azalmış xaricolması ilə əlaqədar olaraq, kalsiumun səviyyəsini
artırır.
Siklosporin, hətta duz və ya suyun azalması olmasa belə, siklosporinin dövr edən səviyyəsini
dəyişmədən, kreatin:inin səviyyəsinin artması riskini çoxaldır. Hiperkaliemiya AÇF inhibitorlarının
siklosporinlə birlikdə qəbulu zamanı meydana gələ bilər. Zərdabda kaliumun monitorinqini
aparmaq tövsiyə olunur. Siklosporinin qatılığının müxtəlif şəkillərdə artması (orta 0-40%) müşahidə
olunan böyrək transplantasiyası keçirmiş xəstələr istisna olmaqla, sağlam könüllülərdə və digər
əhalidə siklosporin və amlodipinlə dərmanların qarşılıqlı təsiri ilə bağlı heç bir tədqiqat
aparılmayıb. Amlodipin qəbul edən böyrək transplantasiyası keçirmiş xəstələrdə siklosporinin
səviyyələrinin monitorinqinin aparılması nəzərə alınmalı və lazım olduqda, siklosporinin dozası
azaldılmalıdır.
Heparin:
AÇF inhibitorlarının heparinlə birlikdə qəbulu zamanı hiperkaliemiya əmələ gələ bilər. Zərdabda
kaliumun monitorinqini keçirmək tövsiyə olunur.
Qeyri-kaliumtutucu diuretiklər:
Sidikqovucular qəbul edən xəstələr, xüsusilə də, həcm və/və ya duz tükənməsi olanlar, AÇF
inhibitoru ilə müalicəyə başladıqdan sonra qan təzyiqinin həddindən artıq azalmasına məruz qala
bilər. Perindoprilin aşağı dozaları ilə başlayıb, getdikcə artırılan müalicədən əvvəl sidikqovucunu
dayandırmaqla, həcm və ya duz qəbulunu artırmaqla, hipotenziv təsirlərin mümkünlüyü azaldıla
bilər.
Arterial hipertenziyada, öncəki sidikqovucu müalicəsi duz tükənməsinə səbəb olduğu zaman, ya
AÇF inhibitorunun qəbuluna başlamazdan əvvəl sidikqovucu dayandırılmalıdır ki, bu halda qeyrikaliumtutucu diuretik daha sonra təkrar təqdim oluna bilər, ya da AÇF inhibitoru aşağı doza ilə
başladılmalı və getdikcə artırılmalıdır.
Sidikqovucu ilə müalicə olunan xronik ürək çatışmazlığı zamanı, mümkün qədər, əlaqəli qeyrikaliumtutucu diuretikin dozası azaldıldıqdan sonra, AÇF inhibitorunun qəbulu aşağı dozada
başladılmalıdır.
Bütün hallarda, AÇF inhibitoru ilə müalicənin ilk həftələri zamanı böyrək funksiyası (kreatinin
səviyyələri) yoxlanılmalıdır.
Kaliumqoruyucu diuretiklər (eplerenon, spironolakton)
Gündə 12,5 mq-50 mq arasında dozalarda eplerenon və ya spironolaktonla və aşağı dozalarda AÇF
inhibitorları ilə:
Atım fraksiyası < 40% olan II-IV sinif ürək çatışmazlığının müalicəsində, əvvəllər AÇF
inhibitorları və ilgək sidikqovucuları ilə müalicə olunmuş, potensial olaraq ölümcül hiperkaliemiya
riski, xüsusilə də, bu kombinasiya haqqında yazılan tövsiyələr müşahidə olunmadığı halda.
Kombinasiyanın qəbuluna başlamazdan əvvəl hiperkaliemiya və böyrək çatışmazlığının olmamasını
yoxlayın.
Müalicənin başlanğıcının ilk ayında həftədə bir dəfə olmaqla, sonra isə ayda bir dəfə olmaqla
kaliemiya və kreatininemiyanın yaxından monitorinqini aparmaq tövsiyə olunur.
Amlodipinin güclü və ya orta CYP3A4 inhibitorları (proteazanın inhibitorları, azol fungisidlər,
eritromisin və ya klaritromisin kimi makrolidlər, verapamil və ya diltiazem) ilə birlikdə qəbulu
amlodipinin təsirinin əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər. Bu dəyişiklərin klinik keçidi
yaşlı xəstələrdə daha da nəzərəçarpan ola bilər. Bununla əlaqədar olaraq, klinik monitorinq və doza
seçimi vacib ola bilər.
Klaritromisin:
Klaritromisin CYP3A4 inhibitorudur. Klaritromisini amlodipinlə birlikdə qəbul edən xəstələrdə
hipotenziya riski artır. Amlodipin klaritromisinlə birlikdə qəbul edildiyi zaman xəstələri yaxından
müşahidə etmək tövsiyə olunur.
Rasekadotril:
AÇF inhibitorlarının (məs., perindopril) angionevrotik ödemə səbəb olduğu məlumdur. Bu risk
rasekadotrillə (kəskin ishaləleyhinə qəbul edilən dərman) birlikdə qəbul edilən zaman arta bilər.
Məməlilərdə rapamisinin mexaniki hədəf (mTOR) inhibitorları (məs., sirolimus, everolimus,
temsirolimus)
Birgə mTOR inhibitorları müalicəsi qəbul edən xəstələrdə angionevrotik ödem riski artmış ola bilər.
mTOR inhibitorları CYP3A substratlarıdır. Amlodipin zəif CYP3A inhibitorudur. mTOR
inhibitorlarının birlikdə qəbulu ilə amlodipine mTOR inhibitorlarına məruz qalmanı artıra bilər.
CYP3A4 induktorlarının (məsələn, rifampisin, dazıotu) birlikdə qəbul zamanı amlodipinin plazmada
qatılığı fərqli ola bilər. Buna görə də, qan plazmasına nəzarət olunmalı, CYP3A4 induktorları ilə
həm birlikdə qəbul zamanı, həm də sonra dozanın tənzimlənməsi nəzərə alınmalıdır.
Bəzi xəstələrdə qreypfrut şirəsi amlodipinin biomənimsənilməsini və hipotenziv təsirini artıra bilər.
Dantrolen (infuziya): heyvanlarda verapamil və dantrolen v/d yeridilməsindən sonra hiperkaliemiya
ilə əlaqədar olaraq, ölümcül mədəcik fibrillyasiyası və ürək-damar çatışmazlığı müşayiət olunur.
Hiperkaliemiyanın əmələ gəlmə riskini nəzərə alaraq, bədxassəli hipertermiyaya qarşı həssas olan
xəstələrdə və bədxassəli hipertermiyanın müalicəsi zamanı amlodipin kimi kalsium kanallarının
blokatorların eyni zamanda qəbulundan çəkinmək lazımdır.
Takrolimus:
Amlodipinlə birlikdə qəbul edilən zaman qanda takrolimusun səviyyəsinin artması riski var, amma
bu qarşılıqlı təsirin farmakokinetik mexanizmi tam şəkildə anlaşılmayıb. Takrolimusun
toksikliyindən yayınmaq üçün takrolimusla müalicə olunan xəstədə amlodipinin qəbulu qanda
takrolimusun səviyyələrinin monitorinqi və müvafiq hallarda takrolimusun dozasına düzəliş
edilməsi tələb olunur.
Klinik qarşılıqlı təsir tədqiqatlarında amlodipin atorvastatin, diqoksin və ya varfarinin
farmakokinetikasına təsir etməyib.
10 mq dozada amlodipinin və 80 mq dozada simvastatinin birlikdə çoxsaylı qəbulu, simvastatinlə
monoterapiya ilə müqayisədə, simvastatinin təsirinin 77% artmasına səbəb olub. Amlodipin qəbul
edən xəstələrdə simvastatinin dozasını gündə 20 mq-a qədər məhdudlaşdırmaq lazımdır.
Ehtiyatlılıq tələb edən kombinasiyalar:
Antihipertenziv maddələr və vazodilatatorlar
Bu maddələrin birlikdə qəbulu perindoprilin hipotenziv təsirlərini artıra bilər. Nitroqliserin və digər
nitratlarla, yaxud digər vazodilatatorlarla birgə qəbul daha sonra qan təzyiqini azalda bilər.
İmipraminəbənzər (trisiklik) antidepressantlar, neyroleptiklər hipotenziv təsiri gücləndirir,
ortostatik hipotenziyanın əmələ gəlməsi riskini artırır (additiv təsir).
Kortikosteroidlər, tetrakozaktid hipotenziv təsiri azaldır (kortikosteroidlərlə törədilmiş maye və
elektrolitlərin ləngiməsi).
Ko-Amlessa preparatının digər hipotenziv preparatlarla birlikdə qəbulu zamanı arterial təzyiqin
daha da nəzərəçarpan düşməsi baş verir.
Allopurinol, sitostatik və ya immunosupressiv preparatlar, sistem qlükokortikosteroidlər və ya
prokainamidin AÇF inhibitorları ilə birlikdə qəbulu zamanı onlar leykopeniyanın inkişafına səbəb
ola bilər.
AÇF inhibitorları ümumi anesteziya üçün bəzi maddələrin antihipertenziv təsirini gücləndirir.
Qliptinlər (linaqliptin, saksaqliptin, sitaqliptin, vildaqliptin)
Dipeptidil peptidaza IV (DPP-IV) fəaliyyətinin qliptin tərəfindən azaldılması səbəbi ilə AÇF
inhibitorları ilə birlikdə müalicə olunan xəstələrdə angionevrotik ödem riskinin artması.
Nəzərə alınmalı olan kombinasiyalar
Simpatomimetiklər AÇF inhibitorlarının hipotenziv təsirini azalda bilər.
Qızıl tərkibli preparatlarla (natrium aurotiomalat) inyeksion müalicə və perindopril daxil
olunmaqla AÇF inhibitorları ilə yanaşı müalicə qəbul edən xəstələrdə nitritoidli reaksiyalar barədə
məlumat nadir hallarda verilib (üzün qızarması, ürəkbulanma, qusma və hipotenziya kimi
simptomlar).
Hamiləlik və laktasiya dövründə istifadəsi
Ko-Amlessa hamiləlik dövründə əks göstərişdir və laktasiya zamanı tövsiyə edilmir.
Hamiləlik:
Perindoprillə əlaqəli:
Hamiləlik zamanı AÇF inhibitorlarının qəbuluna başlamaq olmaz. Əgər AÇF inhibitorları ilə
müalicəni davam etməyə xüsusi ehtiyac yoxdursa, hamiləlik planlaşdıran xəstələr hamiləlik zamanı
müəyyən edilmiş təhlükəsizlik profili olan alternativ hipotenziv müalicəyə keçirilməlidir. Əgər
hamiləlik artıq təsdiq olunubsa, AÇF inhibitorları ilə müalicəni dərhal dayandırmaq, ehtiyac
olduqda, isə alternativ müalicə təyin etmək lazımdır.
Hamiləliyin ilk rübündə AÇF inhibitorları qəbul etdikdən sonra teratogenlik riski ilə əlaqəli
epidemioloji sübut dəqiq olmayıb; bununla belə, kiçik bir risk artımı istisna edilə bilməz. AÇF
inhibitoru ilə müalicənin davam etdirilməsi zəruri hesab edildikdə, hamiləlik planlaşdıran xəstələr
hamiləlik zamanı qəbulu üçün təhlükəsizlik profili müəyyən edilmiş alternativ antihipertenziv
müalicələrə keçməlidir.
Hamiləlik diaqnozu qoyulduğu zaman, AÇF inhibitorları ilə müalicəni dərhal dayandırmaq və lazım
gələrsə, alternativ müalicəyə başlamaq lazımdır.
Hamiləliyin ikinci və üçüncü trimestrində AÇF inhibitorları ilə müalicənin insan fetotoksikliyini
(böyrək funksiyasının azalması, oliqohidramnioz, kəllənin sümükləşməsinin ləngiməsi) və neonatal
toksikliyi (böyrək çatışmazlığı, hipotenziya, hiperkaliemiya) əmələ gətirməsi məlumdur.
Hamiləliyin ikinci trimestrində AÇF inhibitoru qəbul edilərsə, böyrək funksiyasının və kəllənin
ultrasəs müayinəsi aparmaq tövsiyə olunur. Anaları AÇF inhibitorları qəbul edən körpələr
hipotenziya səbəbi ilə yaxından müşahidə altında saxlanılmalıdırlar.
İndapamidlə əlaqəli
Hamilə qadınlarda indapamidin qəbulu haqqında məlumat yoxdur və ya məhdud miqdardadır (300
hamiləlik nəticəsindən az). Hamiləliyin üçüncü trimestrində tiazidlərin uzunmüddətli qəbulu ananın
plazma həcmini, eləcə də uşaqlıq plasentar qan axınını azalda bilər ki, bu da, feto-plasentar işemiya
və böyümənin ləngiməsinə səbəb ola bilər.
Heyvanlar üzərində aparılan tədqiqatlar reproduktiv toksikliklə əlaqədar birbaşa və ya dolayı zərərli
təsirlər göstərmir.
Ehtiyat tədbiri olaraq, hamiləlik zamanı indapamidin qəbulundan çəkinmək lazımdır.
Amlodipinlə əlaqəli:
Hamilə qadınlarda amlodipinin təhlükəsizliyi müəyyən olunmayıb.
Amlodipin qəbul etmiş məhdud sayda hamilələrlə bağlı məlumatlar amlodipin və ya digər kalsium
kanalı antaqonistlərinin dölün sağlamlığına zərərli təsir etdiyini göstərmir. Bununla belə, doğuş
vaxtının uzanması riski mövcud ola bilər. Heyvanlar üzərində aparılan tədqiqatlarda, yüksək
dozalarda reproduktiv toksiklik müşahidə olunub.
Laktasiya:
Ko-Amlessa laktasiya zamanı tövsiyə edilmir. Buna görə də, bu müalicənin ana üçün vacibliyini
nəzərə alaraq, südvermənin dayandırılması, yaxud Ko-Amlessanın qəbulunun dayandırılması ilə
əlaqəli qərar verilməlidir.
Perindoprillə əlaqəli:
Südvermə zamanı perindoprilin qəbulu ilə əlaqəli məlumat yoxdur.
İndapamidlə əlaqəli:
İnsan südündə indapamid/metabolitlərin xaric olması haqqında kifayət qədər məlumat yoxdur.
Sulfonamid törəməsi dərman preparatlarına qarşı yüksək həssaslıq və hipokaliemiya meydana gələ
bilər. Yeni doğulmuşlara/körpələrə qarşı risk istisna edilə bilməz. İndapamid, laktasiya zamanı süd
ifrazının azalması və ya hətta kəsilməsi ilə müşayiət olunan tiazid diuretikləri ilə yaxından
əlaqəlidir. İndapamid laktasiya zamanı tövsiyə edilmir.
Amlodipinlə əlaqəli:
Amlodipin insan südünə xaric olur. Körpənin əldə etdiyi ana dozasının nisbəti, maksimum 15%
olmaqla, 3-7% dörddən bir diapazonda hesablanıb. Amlodipinin körpələr üzərində təsiri məlum
deyil. Südvermənin davam etdirilməsi/dayandırılması və ya amlodipinlə müalicənin davam
etdirilməsi/dayandırılması ilə bağlı qərar verərkən, uşağa əmizdirmənin faydası və amlodipin
müalicəsinin anaya faydası nəzərə alınmalıdır.
Fertillik:
Perindopril və indapamidlə əlaqəli
Reproduktiv toksiklik tədqiqatları dişi və erkək siçovullarda fertillik üzərində heç bir təsir aşkar
etməmişdir. İnsan fertilliyinə təsir gözlənilmir.
Amlodipinlə əlaqəli:
Kalsium kanallarının blokatorları ilə müalicə olunan bəzi xəstələrdə spermatozoidin başcığında
geridönən biokimyəvi dəyişikliklər haqqında məlumat verilib. Amlodipinin fertillik üzərində
potensial təsiri ilə əlaqəli klinik məlumatlar kifayət qədər deyil. Siçovullar üzərində aparılan
tədqiqatların birində erkək fertilliyi üzərində əlavə təsirlər aşkar edilib.
Pediatriyada istifadəsi:
Uşaqlarda və yeniyetmələrdə Ko-Amlessa preparatın təhlükəsizliyi və effektivliyi müəyyən
olunmayıb.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etmək qabiliyyətinə təsiri
Ko-Amlessanın nəqliyyat vasitələrini və digər təhlükəli mexanizmləri idarə etmək qabiliyyətinə
təsiri ilə bağlı tədqiqatlar aparılmayıb. Nəqliyyat vasitələrini idarə edərkən və ya digər təhlükəli
mexanizmləri idarə edərkən nəzərə almaq lazımdır ki, başgicəllənmə, başağrısı, halsızlıq,
ürəkbulanma və ya yorğunluq baş verə bilər.
KO-AMLESSA İstifadə qaydası və dozalar
Daxilə qəbul üçün nəzərdə tutulur.
Ko-Amlessa preparatının tövsiyə edilən maksimum dozası gündə 8 mq/10 mq/2,5 mq təşkil edir.
Gündə bir tablet birdəfəlik doza şəklində səhər yeməyindən əvvəl qəbul edilməsi tövsiyə olunur.
Yaşlı xəstələr və böyrək funksiyası pozulmuş xəstələr
Yaşlı xəstələrdə, həmçinin böyrək çatışmazlığı olan xəstələrdə perindoprilatın xaric olması ləngiyir.
Buna görə də, adi tibbi müşahidəyə kalium və kreatinin səviyyələrinin tez-tez monitorinqi daxil
edilməlidir.
Ağır dərəcəli böyrək çatışmazlığı olan xəstələrdə (kreatinin klirensi (KK) < 30 ml/dəq) Ko-Amlessa
preparatı ilə müalicə əks göstərişdir.
8mq/5mq/2,5mq və 8mq/10mq/2,5mq dozalar ağır və orta dərəcəli böyrək çatışmazlığı zamanı
(kreatinin klirensi < 60 ml/dəq) əks göstərişdir.
Ko-Amlessa preparatını KK ≥ 60 ml/dəq olan xəstələrə təyin etmək olar. Bu xəstələr üçün ayrı-ayrı
komponentlərin dozalarının fərdi korreksiyası tövsiyə edilir.
Amlodipinin plazmada qatılığının dəyişilməsi böyrəklərin zədələnmə dərəcəsi ilə korrelyasiya
etmir.
Qaraciyər çatışmazlığı olan xəstələr:
Ağır dərəcəli qaraciyər çatışmazlığı olan xəstələrdə müalicə əks göstərişdir.
Orta ağır dərəcəli qaraciyər çatışmazlığı olan xəstələr üçün dozalanma rejimi müəyyən olunmayıb.
Buna görə də, Ko-Amlessa preparatı ehtiyatla təyin olunmalıdır.
Pediatriyada istifadəsi:
Uşaqlarda və yeniyetmələrdə Ko-Amlessa preparatının istifadəsinin təhlükəsizliyi və effektivliyi bu
günə qədər müəyyən olunmayıb.
Əlavə təsirləri
Perindoprilin qəbulu renin-angiotenzin-aldosteron sistemini inhibə edir və indapamidlə əlaqədar
kalium itkisinin azalmasına səbəb olur.
2 mq perindopril/0,625 mq indapamid qəbul edən xəstələrin 2%-də, 4 mq perindopril/1,25 mq
indapamid qəbul edən xəstələrin 4%-də və 8 mq perindopril/2,5 mq indapamid qəbul edən
xəstələrin 6%-də hipokaliemiya qeyd olunub (kaliumun səviyyəsi < 3,4 mmol/l).
Ən çox müşahidə olunan və haqqında məlumat verilən əlavə təsirlər aşağıdakılardır:
− perindoprillə: başgicəllənmə, baş ağrısı, paresteziya, disgevziya, görmə funksiyasının pozulması,
oriyentasiyanın pozulması (vertiqo), qulaqlarda küy, hipotenziya, öskürək, təngnəfəslik, qarın
nahiyəsində ağrı, qəbizlik, dispepsiya, ishal, ürəkbulanma, qusma, qaşınma, səpgi, əzələ
qıcolmaları və asteniya;
− indapamidlə: hipokaliemiya, allergik və astmatik reaksiyalara öncədən meyilli olan insanlarda,
əsasən dermatoloji, yüksək həssaslıq reaksiyaları və ləkəli-papullyoz səpgilər;
− amlodipinlə: müalicə zamanı ən tez-tez baş verən əlavə reaksiyalar yuxululuq, başgicəllənmə,
baş ağrısı, ürək çırpıntısı, qızarma, qarın nahiyəsində ağrı, ürəkbulanma, baldır-pəncə oynağının
ödemi, şişkinlik və yorğunluq.
Perindopril/İndapamid
Tez-tez (≥1/100 - <1/10)
− hipokaliemiya
− başgicəllənmə, baş ağrısı, paresteziya, vertiqo
− görmə funksiyasının pozulması (o cümlədən diplopiya)
− qulaqlarda küy (tinnitus)
− hipotenziya (və hipotenziya ilə bağlı təsirlər)
− təngnəfəslik, öskürək
− qarın nahiyəsində ağrı, ürəkbulanma, epiqastral nahiyədə ağrı, qusma, dispepsiya, disgevziya,
ishal, qəbizlik
− anoreksiya
− qaşınma, makulopapullyoz səpgilər
− əzələ qıcolmaları
− asteniya
− yüksək həssaslıq (allergik və astmatik reaksiyalara öncədən meyilli olan hallarda, əsasən
dermatoloji reaksiyalar)
Bəzən ( ≥1/1,000 - <1/100)
− allergik reaksiya: övrə
− əhval-ruhiyyənin dəyişməsi
− depressiya
− yuxunun pozulması
− bronxospazm
− üzdə, ətraflarda, dodaqlarda, dilin, səs yarığı və/və ya boğazın selikli qişalarında angionevrotik
ödem
− yüksək tərləmə
− böyrəklərin funksiyasının pozulması
− impotensiya
− eozinofiliya
− hipoqlikemiya
− qəbul dayandırıldıqda geridönən hiperkaliemiya
− hiponatriemiya
− yuxululuq*
− ürəkgetmə
− ürək döyüntüsü*
− taxikardiya*
− vaskulit*
− ağızda quruluq
− purpura
− tərləmə
− fotohəssaslıq reaksiyaları*
− pemfiqoid*
− artralgiya*
− mialgiya*
− sinədə ağrı*
− süstlük*
− periferik ödem*
− pireksiya *
− qanda sidik cövhərinin artması*
− qanda kreatinin artması*
− yıxılma*
Nadir (≥1/10,000 - <1/1,000)
− qeyri-adekvat antidiuretik hormon ifrazı sindromu (QAHİS)
− hipoxloremiya
− hipomaqneziemiya
− zərdabda bilirubinin və qaraciyər fermentlərin səviyyəsinin yüksəlməsi
− qızartı
− psoriazın kəskinləşməsi*
− anuriya/oliquriya
− yorğunluq
− qaraciyər fermentlərinin artması
Çox nadir (<1/10,000)
− leykopeniya/neytropeniya, aqranulositoz və ya pansitopeniya, trombositopeniya, aplastik
anemiya, hemolitik anemiya
− şüurun dumanlanması
− stenokardiya (yüksək risk qrupundan olan xəstələrdə ehtimal ki, həddindən artıq hipotenziya ilə
törədilmiş)
− miokard infarktı (yüksək risk qrupundan xəstələrdə ehtimal ki, həddindən artıq hipotenziya ilə
törədilmiş)
− aritmiya (bradikardiya, mədəcik taxikardiyası və qulaqcıqların fibrillyasiyası daxil olmaqla)
− rinit
− eozinofil pnevmoniya
− pankreatit
− hepatit, sitolitik və ya xolestatik hepatit
− eritema
− Stivens-Conson sindromu (bədxassəli ekssudativ eritema)
− toksik epidermal nekroliz
− kəskin böyrək çatışmazlığı
− hiperkalsiemiya
− yüksək riskli xəstələrdə yüksək hipotenziya ilə müqayisədə ikincili ola biləcək insult
− stenokardiya
− qaraciyər funksiyasının pozulması
− hemoqlobinin azalması və hematokritin azalması
Məlum deyil (mövcud olan məlumatlara əsasən qiymətləndirmək mümkün deyil)
− Torsades de pointes (ölümlə nəticələnməsi mümkündür)
− qaraciyər çatışmazlığı olan halda qaraciyər ensefalopatiyanın baş verməsi mümkündür
− işığa qarşı həssaslıq
− hipokaliemiya
− susuzluq və ortostatik hipotenziya törədən hipovolemiya ilə hiponatriemiya
− qanda sidik cövhərinin və plazmada kreatininin yüksək səviyyələri, hiperkaliemiya
− miopiya
− bulanıq görmə
− xoriodal ekssudat
− kəskin bağlıbucaqlı qlaukoma
− Reyno fenomeni
− əvvəl mövcud olan kəskin yayılmış qırmızı qurdeşənəyinin kəskinləşməsi
− əzələ zəifliyi, rabdomioliz
− qaraciyər fermentlərinin səviyyələrinin artması
− qanda qlükozanın artması
− elektrokardioqramda QT intervalının uzanması
Amlodipin
Çox tez-tez (≥ 1/10)
− periferik ödem
Tez-tez (≥1/100 - <1/10)
− yuxululuq, başgicəllənmə, baş ağrısı
− qarın nahiyəsində ağrı, ürəkbulanma
− baldır-pəncə oynağının ödemi
− ödem, periferik ödem
− yorğunluq
− görmənin pozulması
− ürək döyüntüsü
− təngnəfəslik
− qəbizlik
− ishal
− dispepsiya
− əzələ qıcolmaları
− asteniya
Bəzən (≥1/1,000 - <1/100)
− çəkinin azalması və ya artması
− yuxusuzluq, əhvalın dəyişilməsi
− titrəmə, hipesteziya, paresteziya
− görmənin pozulması (o cümlədən diplopiya)
− qulaqlarda küy (tinnitus)
− huşun itirilməsi
− hipotenziya (və hipotenziya ilə bağlı təsirlər)
− rinit
− qusma, bağırsaqların peristaltikasında dəyişiklik, ağızda quruluq
− alopesiya, purpura, dərinin solğunlaşması, yüksək tərləmə, qaşınma, səpgi
− artralgiya, mialgiya, əzələ spazmları, beldə ağrı
− sidik ifrazının pozulması, gecə poliuriyası, sidik ifrazının tezləşməsi
− ginekomastiya
− sinə nahiyəsində ağrı, asteniya, ağrı, halsızlıq
− disgevziya
− taxikardiya
− aritmiya (bradikardiya, mədəcik taxikardiyası, titrəyən aritmiya daxil)
− öskürək
− övrə
− ekzantema
− tərləmə
Nadir (≥1/10,000 - <1/1,000)
− şüurun qarışıqlığı
Çox nadir (<1/10,000)
− leykopeniya, trombositopeniya
− Kvinke ödemi, allergik reaksiya: övrə
− hiperqlikemiya
− hipertoniya
− periferik neyropatiya
− miokard infarktı, yüksək risk qrupuna aid xəstələrdə ola bilsin həddindən artıq hipotenziya ilə
törədilmiş
− öskürək
− hipertrofik gingivit
− pankreatit, qastrit
− hepatit, xolestatik sarılıq
− eritema (müxtəlif formaları)
− Kvinke ödemi
− üzdə, ətraflarda, dodaqlarda, dil, səs telləri və/və ya qırtlağın selikli qişasında angionevrotik
ödem
− eritema
− övrə
− eksfoliativ dermatit
− Stivens-Conson sindromu (bədxassəli ekssudativ eritema)
− işığa qarşı həssaslıq
− qaraciyər fermentlərin səviyyəsinin yüksəlməsi: AST, ALT (əsasən, xolestaza uyğun)
− vaskulit
− diş ətinin hiperplaziyası
Naməlum:
− ekstrapiramid pozğunluqlar
− toksik epidermal nekroliz
Kalsium kanallarının blokatorlarının qəbulu zamanı ekstrapiramid sindromun tək-tək halları barədə
məlumat verilıb.
* Tezlik qəfil məlumatdan çıxarılmış əlavə təsirlər üçün keçirilmiş klinik sınaqlara əsasən
hesablanıb.
Seçilmiş əlavə təsirlərin təsviri
1,5 mq və 2,5 mq indapamidin müqayisə edildiyi II və III faza tədqiqatları zamanı plazma kalium
analizi indapamidin dozadan asılı təsirini göstərdi:
− İndapamid 1,5 mq: 4-6 həftəlik müalicədən sonra xəstələrin 10%-də plazmada kalium
<3,4 mmol/l və xəstələrin 4%-də <3,2 mmol/l olmuşdur. 12 həftəlik müalicədən sonra plazma
kaliumunda orta azalma 0,23 mmol/l olmuşdur.
− İndapamid 2,5 mq: 4-6 həftəlik müalicədən sonra xəstələrin 25%-də və plazmada kalium
<3,4 mmol/l, xəstələrin 10%-də <3,2 mmol/l müşahidə edilmişdir. 12 həftəlik müalicədən sonra
plazma kaliumunda orta azalma 0,41 mmol/l olmuşdur.
Doza həddinin aşılması
Perindopril/indapamid
Simptomları: hipotenziya, bəzən ürəkbulanma, qusma, qıcolmalar, başgicəllənmə, yuxululuq,
şüurun dumanlanması, anuriyaya qədər şiddətlənə bilən (hipovolemiya nəticəsində) oliquriya ilə
əlaqəli olan reflektor taxikardiya. Orqanizmdə duz və suyun səviyyəsinin pozulması baş verə bilər
(natrium və kaliumun aşağı səviyyələri).
Müalicəsi: ilk tədbirlər qəbul olunmuş preparatın (preparatların) mədənin yuyulması və/və ya
aktivləşdirilmiş kömürün qəbulu vasitəsi ilə tez xaric olunmasını, su və elektrolit balansının normal
səviyyəyə qaytarılması üçün ixtisaslaşdırılmış müəssisədə su və elektrolit balansının bərpa
edilməsini əhatə edir.
Nəzərəçarpan hipotenziya əmələ gəldiyi zaman başı aşağı halda xəstəni uzanmış vəziyyətə gətirmək
lazımdır. Ehtiyac olduqda, venadaxili izotonik məhlulu yeritmək və ya istənilən digər üsuldan
istifadə etmək olar.
Perindoprilin fəal forması olan perindoprilatı orqanizmdən dializ vasitəsi ilə xaric etmək olar.
Amlodipin zülallarla çox sıx birləşdiyi üçün hemodializ çox az təsirlidir.
Amlodipin:
İnsanlarda amlodipinin nəzərdə tutulan doza həddinin aşılması ilə əlaqəli təcrübə məhduddur.
Simptomları: amlodipinlə nəzərəçarpan doza həddinin aşılması periferik damarların həddindən artıq
genişlənməsinə və ehtimal ki, reflektor taxikardiyaya səbəb ola bilər. Nəzərəçarpan və davamlı
arterial hipotenziya halları, o cümlədən ölümlə nəticələnən şok halları qeydə alınıb.
Müalicəsi: amlodipinlə doza həddinin aşılması nəticəsində klinik əhəmiyyətli arterial hipotenziya
zamanı, ürək və ağciyərlərin fəaliyyətinin göstəricilərinin monitorinqi, ətrafların yuxarıya doğru
qaldırılması, dövr edən maye həcminə və diurezə nəzarət daxil olmaqla, ürək-damar sisteminin
funksiyasının dəstəklənməsinə yönəldilmiş fəal tədbirlərin keçirilməsi tələb olunur.
Əgər əks göstərişlər yoxdursa, AT-ni və damarların tonusunu bərpa etmək üçün damardaraldıcı
preparatların qəbulu mümkündür. Kalsium kanallarının blokadasının nəticələrini aradan qaldırmaq
üçün kalsium qlükonatın venadaxilinə yeridilməsi tövsiyə olunur.
Bəzi hallarda mədənin yuyulması təsirli ola bilər. Sağlam könüllülərdə 10 mq dozada amlodipinin
qəbulundan dərhal sonra və ya 2 saat ərzində aktivləşdirilmiş kömürün təyini preparatın
sorulmasının xeyli ləngiməsinə səbəb olub.
Amlodipin zülallarla əhəmiyyətli miqdarda birləşdiyi üçün hemodializ çox az təsirlidir.
Buraxılış forması
10 tablet, PVX/Al/OPA və Al folqadan olan blisterdə. 3 blister, içlik vərəqə ilə birlikdə karton
qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.