Pharmed
KLOTRIMAZOL 100MG N6 VAG TB (MOLDOVA)
KLOTRİMAZOL
Beynəlxalq patentləşdirilməmiş adı: Clotrimazole
KLOTRİMAZOL Tərkibi
Təsiredici maddə: 1 suppozitoriyanın tərkibində 100 mq klotrimazol vardır. Köməkçi maddələr: bərk yağ.
Farmakoterapevtik qrupu
Antifunqal (göbələkəleyhinə) preparat.
ATC kodu: G01AF02
Farmakoloji xüsusiyyətləri
Klotrimazol – geniş təsir spektrli göbələk əleyhinə preparatdır. Antibakterial, trixomonasid və göbələk əleyhinə təsir göstərir.
Farmakodinamikası: Preparat aşağıda göstərilən mikroorqanizmlərə qarşı aktivdir: Dermofitlər (Trichophyton rubrum, Trichophyton mentagrophytes, Epidermophyton floccosum, Microsporum canis), mayayabənzər və kif göbələkləri (Candida nəslindən, Torulopsis glabrata, Rhodotorula nəslindən); Malassezia furfur; qrammüsbət (Corynebacterium minutissimum, Staphylococcus spp., Streptococcus spp.) və qrammənfi bakteriyalar (Bacteroides, Gardnerella vaginalis); Trichomonas vaginalis. Klotrimazolun təsir mexanizmi onun göbələyin hüceyrə membranının yaranması üçün zəruri olan erqosterolun sintezini tormozlamasından ibarətdir ki, bu da onun keçiriciliyinin pozulmasına və hüceyrənin məhvinə gətirib çıxarır.
Farmakokinetikası: İntravaginal yeritmə zamanı dozanın 3-10%-i absorbsiya olunur. Qaraciyərdə qeyri-aktiv metabolitlərə qədər sürətlə biotransformasiya olunur və nəcislə xaric olur. Vaginal ifrazatında yüksək, qanda cüzi konsetrasiyası 48-72 saat ərzində saxlanılır. İstifadəsinə göstərişlər Kandidoz vaginit.
Əks göstərişlər
Klotrimazola qarşı yüksək həssaslıq, hamiləliyin 1-ci trimestri. Laktasiya dövrü.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Yerli reaksiyalar əmələ gəldikdə müalicə dayandırılır. Əgər 4 həftə ərzində klinik yaxşılaşma qeyd olunmazsa, o zaman diaqnozu dəqiqləşdirmək üçün mikrobioloji müayinələr keçirilməlidir. Reinfeksiyaların qarşısını almaq üçün cinsi tərəfdaşların müalicəsi birgə aparılmalıdır. Trixomoniaz zamanı preparatla birgə sistem kimya-terapevtik vasitələrin (metronidazol daxilə) qəbulu tövsiyə edilir. Menstruasiya zamanı preparat istifadə olunmur. Aşağıdakı hallarda həkim məsləhəti tövsiyə olunur:
- Kandidoz vaginitin son 6 ay ərzində 2 dəfədən çox infeksiyası
- Anamnezdə və ya cinsi tərəfdaşda cinsi yolla yoluxan infeksiyanın olması
- 16 yaşdan kiçik və ya 60 yaşdan yuxarı yaş dövrü
- İmidazola və ya digər vaginal göbələk əleyhinə preparatlara qarşı yüksək həssaslıq
Aşağıdakı hallarda dərman vasitəsi həkim məsləhəti olmadan istifadə olunmamalıdır:
- Qeyri-müntəzəm vaginal qanaxmalar
- Patoloji vaginal qanaxma və ya qanlı ifrazat
- Vulva və ya uşaqlıq yolundan xoraların və ya yaraların olması
- Qarnın aşağı nahiyəsində ağrı və ya dizuriya
- Hər hansı əlavə təsir: qızartı, qıcıqlanma, şişkinlik
- Qızdırma və ya titrəmə
- Ürəkbulanma və ya qusma
- Diareya
- Pis qoxulu vaginal ifrazat 1 həftə ərzində əlamətlər keçib getmədiyi halda həkimə müraciət olunmalıdır. 7 gündən sonra əlamətlər qayıdarsa, müalicəni təkrarlamaq olar.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Göbələk əleyhinə digər preparatlarla klotrimazolun birgə istifadəsi zamanı onların effektivliyi azalır. Deksametazon yüksək dozalarda klotrimazolun göbələk əleyhinə təsirini tormozlayır. Amfoterisin B, nistatin ilə birgə istifadə edildikdə klotrimazolun aktivliyi azalır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Eksperemental müayinələr zamanı müalicəvi dozalarda istifadə edildikdə embriotoksik təsir qeyd olunmayıb. Klotrimazolun hamiləliyin 1-ci trimestrində istifadəsi tövsiyə edilmir. Əgər laktasiya dövründə istifadəsi zəruri olarsa, o zaman müalicə müddətində ana südü ilə qidalandırma dayandırılmalıdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Müalicə zamanı sürətli reaksiya tələb edən fəaliyyətə, potensial təhlükəli mexanizmləri və nəqliyyat vasitələrini idarəetmə qabiliyyətinə təsir göstərimir.
KLOTRİMAZOL İstifadə qaydası və dozası
Preparat intravaginal istifadə edilir. Böyüklər: 6-7 gün ərzində gündə 1 dəfə (yatmazdan əvvəl) 100 mq (1 suppozitoriya). Müalicə kursunun xarici genital orqanlara klotrimazol kreminin istifadəsi ilə birgə aparılması tövsiyə olunur. Ehtiyac olduqda müalicə kursunu təkrarlamaq olar. Doğuş yollarının sanasiyası üçün preparat birdəfəlik istifadə edilir.
Əlavə təsirləri
İntravaginal yeritmə zamanı – selikli qişaların hiperimiyası və ödemi, qaşınma, yandırma.
Doza həddinin aşılması
Preparatın cüzi absorbsiyası ilə əlaqədər doza həddinin aşılması intravaginal yeridilmə zamanı çox az mümkündür.
Buraxılış forması
Vaginal suppozitoriylar. 6 suppozitoriya, PVX blisterlərdə. 1 blister (6 suppozitoriya) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.