Pharmed

KLOTRIMAZOL 1% 15ML MEHLUL

KLOTRİMAZOL

Beynəlxalq patentləşdirilməmiş adı: Clotrimazole

 

KLOTRİMAZOL Тərkibi

Təsiredici maddə: 100 ml məhlulun tərkibində 1000 mq (10 mq/ml) klotrimazol vardır. Köməkçi maddələr: izopropil miristat, susuz etanol.

 

Farmakoterapevtik qrupu

Xaricə istifadə üçün göbələkəleyhinə dərman vasitəsi. İmidazol törəmələri.

ATC kodu: D01AC01.

 

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası: Klotrimazol imidazol törəmələri qrupuna aid olan, xaricə istifadə üçün geniş təsir spektrinə malik göbələkəleyhinə vasitədir. Klotrimazolun təsir mexanizmi göbələk hüceyrəsinin membranının yaranması üçün vacib olan erqosterolun sintezini tormozlamasından ibarətdir ki, bu da onun keçiriciliyinin pozulmasına və ardınca hüceyrənin lizisinə, həmçinin nuklein turşularının və polisaxaridlərin sintezinin tormozlanmasına gətirib çıxarır. Klotrimazol liposomların fosfolipid membranının keçiriciliyini, sitoplazmanın vakuollaşmasını, ribosomların miqdarının azalmasını yüksəldir. Aşağı konsentrasiyalarda dermatofitlərə (Epidermophyton spp., Trichophyton spp., Microsporum spp. növləri), maya göbələklərinə (Candida albicans və Candida, Cryptococcus neoformans, Malassezia furfur-un digər növlərinə), Aspergillus spp., və kif göbələklərinə, dimorf göbələklərə (Blastomyces dermatidis, Coccidioides immitis, Sporotrichum schenckii) funqistatik təsir göstərir. Yüksək konsentrasiyalarda funqisid təsir göstərir. Həmçinin, praktik olaraq klinik əhəmiyyətsiz, zəif antibakterial və antiprotozoy təsir göstərir (Streptococcus pyogenes, Staphylococcus aureus, Trichomonas vaginalis).

Farmakokinetikası: Zədələnməmiş dəriyə yaxıldıqdan sonra klotrimazol 0,5%-dən çox olmayan miqdarda sorulur, lakin epidermisdə, xüsusilə buynuz təbəqədə yüksək konsentrasiyaya çatır. Selikli qişalardan əhəmiyyətli dərəcədə sorulur (3%). Absorbsiya olunmuş preparat qaraciyərdə metabolizə olunur və böyrəklər vasitəsilə xaric olur, yarımparçalanma dövrü 3-5 saat təşkil edir.

 

İstifadəsinə göstərişlər

- pəncənin, dırnaqların mikozları (onixomikoz), ovucun mikozu.

- Başın, bədənin, qasıq nahiyələrinin dermatomikozu, trixofitoz.

- Kəpəklənən dəmrov və eritrazma.

 

Əks göstərişlər

- Klotrimazola və/və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq.

- Hamiləliyin I trimestri.

- Okklüzion sarğı ilə istifadə.

- Göz nahiyəsində istifadə.

- Daxilə istifadə.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Ağrılı, dəyişilmiş dərini qaşımaq olmaz, çünki bu, infeskiyanın yayılmasına gətirib çıxara bilər. Preparatın gözə düşməsinə yol vermək olmaz. Rütubəti və istiliyi buraxmayan paltar və ayaqqabı geyilməməlidir. Ağrılı dəyişilmiş dəri səthi yuyulduqdan sonra ehtiyatla qurudulmalıdır. Ağrılı dəri səthi örtən paltarı və dəsmalı hər gün dəyişmək və 90°C temperaturda yumaq lazımdır (birdəfəlik dəsmallardan istifadə etmək məsləhət görülür). Əgər 4 həftə ərzində xəstəliyin simptomları aradan qalxmazsa, diaqnozun dəqiqləşdirilməsi üçün mikrobioloji müayinənin aparılmasına ehtiyacın olması haqqında müalicə həkimi ilə məsləhətləşin. Klotrimazoldan istifadə zamanı aşağıdakı ehtiyat tədbirlərini nəzərə almaq lazımdır: preparatın gözlərlə və selikli qişalarla kontaktına yol verilməməlidir. Qaşınan, dəyişilmiş ağrılı yerləri qaşımaq və çırmaq olmaz, belə ki, bu, xəstəliyin yayılmasına səbəb olur. Rütubəti və istini keçirən paltar və ayaqqabı geyməməli. Ağrılı dəyişikliyə uğramış yerləri yuduqdan sonra yaxşı qurulamalı. Ağrılı yerləri örtən paltarı və dəsmalı hər gün dəyişmək və 90 °С temperaturda yumaq lazımdır (birdəfəlik dəsmallardan istifadə etmək tövsiyə olunur). Hətta əgər yuxarıda göstərilən xəbərdarlıqlar keçmişdə yaranan vəziyyətlərə aid olarsa, həkimlə məsləhətləşmək lazımdır.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Reseptsiz buraxılan dərman preparatları da daxil olmaqla, son zamanlar qəbul edilən bütün preparatlar barədə həkimə məlumat vermək lazımdır. Klotrimazol xaricə istifadə üçün digər göbələkəleyhinə preparatların, xüsusilə nistatin və natamisin kimi polien antibiotiklərin təsirini tormozlaya, amfoterisin B-nin təsirini azalda bilər. Yerli istifadə olunan kortikosteroidlər klotrimazolun göbələkəleyhinə təsirini tormozlayır.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatı istifadə etməyə başlamazdan əvvəl həkimlə məsləhətləşmək lazımdır. Hamiləlik və laktasiya dövründə preparatın yerli olaraq dəriyə yaxılmaqla istifadəsinin təhlükəsizliyinə dair tədqiqat aparılmamışdır. Hamiləliyin I trimestrində istifadəsi tövsiyə olunmur. Hamiləliyin I trimestrindən sonra və döşlə qidalandırma zamanı preparatı ehtiyatla istifadə etmək lazımdır.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Klotrimazolun yerli istifadəsi nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.

 

KLOTRİMAZOL İstifadə qaydası və dozası

Klotrimazol preparatını həmişə həkimin və ya əczaçının tövsiyələrinə uyğun olaraq istifadə etmək lazımdır. Xaricə istifadə üçün. Bir neçə damcı maye ilə ehtiyatla dərinin zədələnmiş sahələrini gündə 2-3 dəfə sürtmək lazımdır. Xəstəliyin kəskin simptomlarını aradan qaldırdıqdan sonra, müalicəni ən azı daha 4 həftə ərzində, simptomların tam aradan qalxmasına qədər davam etdirmək lazımdır. Uşaqlar 11 yaşa qədər uşaqlarda preparat yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə edilə bilər. Əgər preparatdan istifadə zamanı pasiyentə elə gəlsə ki, preparatın təsiri həddindən artıq güclü və ya həddindən artıq zəifdir, o, həkimə və ya əczaçıya müraciət etməlidir. Klotrimazolun dozası unudularsa Əgər preparat dəqiq təyin eildiyi vaxtda yaxılmazsa, onu mümkün qədər tez yaxmaq lazımdır (əgər növbəti istifadəyə qədər kifayət qədər qalıbsa) və ya preparatın müntəzəm istifadəsini davam etdirmək lazımdır. Buraxılmış dozanı əvəz etmək üçün ikiqat doza istifadə etmək olmaz.

 

Əlavə təsirləri

Bütün digər dərman vasitələri kimi bu preparat da əlavə təsirlər törədə bilər, baxmayaraq ki, onlar hamıda inkişaf etmir. Nadir hallarda yerli allergik reaksiya, yandırma hissi, qaşınma, preparatın istifadə edildiyi yerdə zəif qıcıqlanma meydana çıxa bilər. Çox nadir hallarda geniş eritema, səpgi, ödem, övrə, epidermisin qabıqlanması və çatlaması baş verə bilər. Bəzi pasiyentlərdə: Klotrimazol preparatı ilə müalicə zamanı digər əlavə təsirlər meydana çıxa bilər. Bu içlik vərəqədə qeyd edilməyənlər də daxil olmaqla, hər hansı əlavə təsir meydana çıxarsa, bu barədə müalicə həkiminə məlumat vermək lazımdır.

 

Doza həddinin aşılması

Doza həddinin aşılması baş verərsə, dərhal həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Xaricə istifadə zamanı klotrimazolun doza həddinin aşılması halları barədə məlumat yoxdur. Bilmədən klotrimazolun daxilə qəbulu zamanı adi tədbirlər, məsələn, mədənin yuyulması yalnız o zaman həyata keçirilə bilər ki, doza həddi aşılmasının klinik simptomları (başgicəllənmə, ürəkbulanma və ya qusma kimi) meydana çıxsın. Onun həyata keçirilməsi zamanı tənəffüs yollarını qorumaq lazımdır.

 

Buraxılış forması

15 ml preparat, “Oster” tipli, polietilen tıxac-damcıladıcıya malik və burulub açılan “ilk açılışa nəzarət” halqalı polietilen qapaqlı tünd şüşə flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.