Pharmed

KLINDABIOKS 100MG N3 SAM

KLİNDABİOKS

Beynəlxalq patentləşdirilməmiş adı: Clindamycin

 

KLİNDABİOKS Tərkibi

Təsiredici maddə: 1 suppozitoriyanın tərkibində 100 mq klindamisin (klindamisin fosfat
 şəklində) vardır.
Köməkçi maddələr:bərk yağ.
 

Farmakoterapevtik qrupu

Ginekoloji xəstəliklərin müalicəsi üçün antiseptik və mikrobəleyhinə preparat. Antibiotik.

ATC kodu: G01AA10.

 

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası:
Antibakterial preparatdır. Klindamisin linkozamid qrupuna daxil olan antibiotikdir. Ribosom
membranının 50S subvahidi ilə birləşib, mikroorqanizmlərdə zülal sintezinə tormozlayıcı təsir
göstərir. Müalicəvi dozalarda bakteriostatik, yüksək dozalarda isə həssas ştammlara qarşı bakterisid
təsir göstərir. Aşağıda göstərilən çoxsaylı mikroorqanizmlərə qarşı aktivdir: aerob qrammüsbət
bakteriyalar (Staphylococcus aureus, S. epidermidis, Streptococcus spp. (S. faecalis istisna
olmaqla), Bacillus anthracis, Corynebacterium diphtheriae, Pneumococci); Anaerob qrammənfi
bakteriyalar (B. fragilis və B. melaninogenicus qrupları daxil olmaqla Bacteroides spp.,
Fusobacterium spp. (F. Varium istisna olmaqla), Veillonella); Anaerob qrammüsbət spor əmələ
gətirməyən bakteriyalar (Propionibacterium, Eubacterium); Anaerob və mikroaerofil qrammüsbət
kokklar (Peptococcus spp., Peptostreptococcus spp.). Actinomyces spp., və Nokardia asteroides
bəzi ştammları klindamisinə qarşı həssasdır. Klindamisin həmçinin, Chlamidia trachomatis,
Clostridium perfinges və Clostridium tetani çoxsaylı ştammlarına qarşı aktivdir.
Trichomonas vaginalis, Candida albicans preparatın təsirinə davamlıdır.
Farmakokinetikası:
Preparatın intravaginal yeridilməsi zamanı sistem absorbsiyası təxminən 5% təşkil edir. Plasentar və
histoloji baryerləri yaxşı keçir; bioloji mayelərə və toxumalara asan keçir, HEB-i çətin keçir (beyin
qişalarının iltihabında HEB-ə keçməsi yüksəlir). Klindamisinin yüksək konsentrasiyası öddə qeyd
olunur. Klindamisin leykositlərdə və makrofaqlarda toplanır; dölün orqanlarında aşkar edilir; ana
südü ilə sekresiya olunur. Qaraciyərdə aktiv (N-dimetilklindamisin və klindamisinsulfoksid) və
qeyri-aktiv metabolitlərin əmələ gəlməsi ilə intensiv metabolizə olunur. Yarımxaricolma dövrü 1,5-
3,5 saat təşkil edir, ağır böyrək xəstəlikləri olan xəstələrdə artır. Dozanın təxminən 10%-i sidiklə və
təxminən 4%-i nəcislə xaric olur. Ekskresiya 7gün ərzində tədricən davam edir. Preparat qandan
dializ yolu ilə xaric olmur.

 

İstifadəsinə göstərişlər

Preparata qarşı həssas olan mikroorqanizmlərin törətdiyi ginekoloji infeksiyalar (uşaqlıq yolunun
infeksiyaları, endometrit, yumurtalıqların abssesi, salpingit, pelvioperitonit, bakterial vaginoz).

 

Əks göstərişlər

Hiperhəssaslıq, miasteniya, qaraciyər və böyrək funksiyasının nəzərəçarpan pozğunluqları, laktasiya
(müalicə zamanı ana südü ilə qidalandırma dayandırılır).

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Klindamisin plasentanı keçərək, dölün qan dövranına daxil olur. Ana südü ilə xaric olur. Əgər,
klindamisinin hamiləlik dövründə istifadəsinin ana üçün faydası döl üçün potensial riskdən
üstündürsə, o zaman preparatın istifadəsi mümkündür. Preparatdan istifadə zamanı ana südü ilə
qidalandırma dayandırılmalıdır.
- Bu suppozitoriyanın tərkibində yağ komponenti vardır və sonuncu hamiləlikdən qorunmaq
üçün istifadə olunan qoruyucunu (prezervativi) və diafraqma rezini qoruyucusunu
zəiflətməklə onların baryer kontraseptiv funksiyasını azaldaraq arzuolunmaz hamiləliyə və
yaxud cinsi yolla yoluxan xəstəliyin yaranmasına səbəb ola bilər. Odur ki, bu suppozitoriya
istifadə olunduğu zaman kontraseptiv vasitə kimi qoruyucu və diafraqmanın istifadəsinə
etibar edilməməlidir.
- Preparat təyin olunan kimi müvafiq laborator üsullarla Trichomonas vaginalis, Chlamydia
trachomatis, N. Gonorrhoeae, Candida ablicans və Herpes simplex infeksiyaları istisna
edilməlidir.
- Xəstə qadına xəbərdarlıq edilməlidir ki, bu preparatla müalicə zamanı cinsi əlaqədə olmasın
və yaxud digər intravaginal müalicələr qəbul etməsin.
- Bu preparatdan istifadə müddətində preparata həssas olmayan digər mikroorqanizimlərin
güclü inkişafı baş verə bilər.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Preparat rifampisinin, aminoqlikozidlərin – streptomisinin, gentamisinin təsirini gücləndirir, nxolinoblokatorların yaratdığı miorelaksasiyanı dərinləşdirir.
Eritromisinlə, ampisillinlə, difenilhidantoinlə, barbituratlarla, aminofillinlə, kalsium qlükonatla və
maqnezium sulfatla preparatın uyuşmazlığı vardır.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Əgər, klindamisinin hamiləlik dövründə istifadəsinin ana üçün faydası döl üçün potensial riskdən
üstündürsə, o zaman preparatın istifadəsi mümkündür. Preparatdan istifadə zamanı ana südü ilə
qidalandırma dayandırılmalıdır.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Müalicə zamanı sürətli reaksiya tələb edən fəaliyyətə, potensial təhlükəli mexanizmləri və nəqliyyat
vasitələrini idarəetmə qabiliyyətinə təsir göstərmir.

 

KLİNDABİOKS İstifadə qaydası və dozası

Preparat intravaginal istifadə olunur. İstifadəsindən öncə 1 suppozitoriya kontur qablaşdırmadan
azad olunaraq, uşaqlıq yolunun daxilinə arxası üstə üzanmış vəziyyətdə dərinə yeridilir.
Böyüklər: 3-7gün ərzində gündə 1dəfə 1 suppozitoriya, yuxudan bilavasitə öncə,.

 

Əlavə təsirləri

Sidik-cinsiyyət sisteminə: servisit, vaginit, vulvovaginal qıcıqlanma.
Qanyaradıcı orqanlara: nadir hallarda keçici leykopeniya, neytropeniya, eozinofiliya, aqranulositoz,
trombositopeniya.
Allergik reaksiyalar: makulo-papulyoz səpgilər, övrə, qaşınma.
Baş ağrısı, başgicəllənmə, ürəkbulanma, qusma, ishal, metiorizm, abdominal ağrı.

 

Doza həddinin aşılması

Preparatın zəif absorbsiya olunması ilə əlaqədər doza həddinin aşılması çox az mümkündür.

 

Buraxılış forması

3 suppozitoriya, PVX/PE konturlu-yuvalı qablaşdırmada. 1 konturlu-yuvalı qablaşdırma, içlik
vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
 

 

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.