Pharmed
KLIMAKSAN N40 TB
KLİMAKSAN HOMEOPATİK, homeopatik tabletlər
KLİMAKSAN HOMEOPATİK tərkibi
Təsiredici maddələr:1 tabletin tərkibində (1:1:1 nisbətində) laktoza monohidrata homeopatik triturasiya şəklində 0,0024 q Cimicifuga racemosa (Cimicifuga) C200, Lachesis mutus (Lachesis) C50, Apis mellifica (Apis) C200 vardır.
İstifadəsinə göstərişlər
Klimakterik sindromun (qıcıqlanma, emosional labillik, yuxunun pozulması, başağrı, başgicəllənmə, ürəkdöyünmə, tərləmə, “istibasma”) təzahürünün müalicəsində simptomatik vasitə qismində.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; hamiləlik və laktasiya dövrü, laktozaya qarşı dözümsüzlük, laktaza defisiti, qlükoza-qalaktoza malabsorbsiyası.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Qadınlarda hamiləlik və laktasiya dövründə Klimaksan homeopatik preparatının istifadəsi əks göstərişdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Klimaksan homeopatik preparatı nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri aşkar edilməyib.
KLİMAKSAN HOMEOPATİK istifadə qaydası və dozası
Bir qəbula 1 tablet (tam həll olana qədər ağızda saxlamaq lazımdır, lakin qida qəbulu zamanı deyil) gündə 2 dəfə səhər və axşam qəbul edilir. Simptomların ağırlıq dərəcəsindən asılı olaraq, preparatın qəbulunu gündə 3-4 dəfəyə qədər artırılması mümkündür. Preparatın məsləhət görülən qəbul müddəti 6 ay təşkil edir. Həkim məsləhətilə təkrar müalicə kursunun aparılması mümkündür.