Pharmed
Ketotifen Hasko 100 ml sirop (PLN)
KETOTİFEN HASKO, 1 mq/5 ml şərbət
KETOTİFEN HASKO tərkibi
Təsiredici maddə: 5 ml şərbətin tərkibində 1 mq ketotifen (ketotifen hidrofumarat şəklində) vardır.
İstifadəsinə göstərişlər
KETOTİFEN HASKO bronxial as tmanın qarşısının alınması, burnun selikli qişasının allergik iltihabının simptomatik müalic əsi v ə konyunktivanın allergik (mövsümi və çoxillik) iltihabı zamanı istifadə edilir.
Əks göstərişlər
Ketotifenə və ya preparatın inqrediyentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq. Eyni zamanda oral antidiabetik vasitələrin istifadə edilməsi. Epilepsiya.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparatı qəbul etməzdən öncə həkiminizlə məsləhətləşin. Yalnız zəruri olduğu halda hamiləlik zamanı KETOTİFEN HASKO qəbul edilə bilər. Ana südünə keçdiyinə görə laktasiya dövründə preparat qəbul edilməməlidir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Müalicənin ilk bir neçə günü ə rzində Siz reaksiyalarınızın z əiflədiyini hiss ed ə bilərsiniz, buna görə preparata olan f ərdi reaksiyalar tam təyin edilməyənə qədər n əqliyyat vasitələrinin idarə edilməsi və ya cihazların istifadəsi dayandırılmalıdır.
KETOTİFEN HASKO istifadə qaydası və dozası
KETOTİFEN HASKO-nu həkiminizin təyin etdiyi qaydada qəbul edin. Əmin olmadığınız halda həkiminizlə məsləhətləşin. Şərbət daxilə qəbul üçün nəzərdə tutulub. Qablaşdırmaya doza ölçən fincan daxil edilmişdir.
KETOTİFEN HASKO-un qəbul edilən adi dozası: 7 aylıqdan 3 yaşa kimi uşaqlar – 0,25 ml şə rbət/kq bədən kütləsi, gündə iki dəfə səhər və axşam yemək zamanı. Gün ərzində 2,5 ml-dən artıq şərbət qəbul etməyin. 3 yaşdan yuxarı uşaqlar və böyüklər - 5ml şərbət (1 mq KETOTİFEN), gündə 2 dəfə səhər və axşam yem ək zamanı. KETOTİFE Nin sakitləşdirici tə sirinə həssas olan pasiyentlə rdə həkim gün ərzində 2 dəfə 2,5 ml olmaqla bir h əftə ərzində dozanı tə dricən artırmağı məsləhət görə bilər, sonra isə tam terapevtik dozaya qədər dozanı artırın.
KETOTİFEN HASKO- nun tə siri Siz ə həddindən artıq güclü və ya zə if gələrsə, o halda həkiminizlə məsləhətləşin. KETOTİFEN HASKO-nun qəbulu unudulduqda Unudulmuş dozam əvəz etmək üçün ikiqat doza qəbul etməyin. KETOTİFEN HASKO-nun qəbulunu dayandırdıqda meydana çıxa bilən hallar KETOTİFEN-dən istifadənin qəfil dayandırılması astma simptomlarının qayıtması ilə nəticələnə bilər. Əg ər preparatın q əbulunu dayandırmaq istəyirsinizsə, bunu tə dricən, 2- 4 hə ftə ərzində həyata keçirin, lakin ilk olaraq həkiminizlə məsləhətləşin.