Pharmed
KETONAL 2,5% 50GR GEL
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri
_____________ E.M.Ağayev
“_____”______________ 2021-ci il
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Dərman preparatının istifadəsindən öncə bu içlik vərəqəsini diqqətlə oxuyun.
- Bu vərəqəni saxlayın, çünki onu təkrar oxumağa ehtiyac yarana bilər.
- Əgər Sizdə əlavə suallar yaranarsa, həkimlə və ya əczaçı ilə məsləhətləşin.
- Bu dərman preparatı reseptsiz buraxılır, lakin ən müsbət nəticənin alınması üçün
istifadəsi üzrə tövsiyələrə riayət etmək lazımdır.
- Əgər hansı bir əlavə effektin gedişi ağırlaşarsa və ya Siz bu içlik vərəqədə qeyd
olunmayan yeni əlavə effekt hiss edərsinizsə, bu haqda həkimə və ya əczaçıya məlumat
verin.
KETONAL® gel
KETONAL®
Beynəlxalq patentləşdirilməmiş adı: Ketoprofen
Tərkibi
Təsiredici maddə: 1 q gelin tərkibində 25 mq ketoprofen vardır.
Köməkçi maddələr: karbomer, trolamin, lavanda efir yağı, etanol, təmizlənmiş su.
Təsviri
Homogen, şəffaf geldir.
Farmakoterapevtik qrupu
İltihabəleyhinə dərman vasitərləri, yerli istifadə üçün qeyri-steroidlər.
ATC kodu: M02AA10.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Ketonal gelin tərkibində qeyri-steroid steroid iltihabəleyhinə dərman vasitələrinə (QSİƏP) aid
olan təsiredici maddə kimi ketoprofen mövcuddur. Siklooksigenaza fermentini inhibə edir,
lipoksigenazanın və bradikinin təsirinin qarşısını alır, iltihab proseslərində iştirak edən
fermentlərin ifraz olunmasının qarşısını alır. Ketoprofen ağrıkəsici, iltihabəleyhinə və
qızdırmasalıcı təsir göstərir.
Farmakokinetikası
Peroral qəbul formaları ilə müqayisədə, gel şəklində ketoprofenin biomənimsənilməsi təxminən
5% təşkil edir. Ketoprofen plazma zülalları ilə yüksək səviyyədə bağlanır (99%). Təsiredici
maddə terapevtik səviyyələrdə sinovial mayedə müşahidə olunur; qanda onun konsentrasiyası
əhəmiyyətsizdir. Ketoprofen qaraciyərdə metabolizə olunur, nəticədə konyuqatlar əsasən sidiklə
xaric olunur. Yaşlılarda, ağır böyrək çatışmazlığı və ya qaraciyər sirrozu zamanı ketoprofenin
metabolizmi dəyişilmir.
İstifadəsinə göstərişlər
Ketonal gel simptomatik yerli istifadə üçün göstərişdir:
- revmatik xəstəliklər zamanı ağrı və oynaqlarda iltihab;
- posttravmatik ağrı halları.
Əks göstərişlər
- Ketoprofenə və ya gelin hər hansı köməkçi vasitələrinə qarşı hiperhəssaslıq
- Tiaprofen turşusuna, fenofibrata və ya UB-blokadaedicilərə və ya ətirlərə qarşı
anamnezdə dərinin allergik reaksiyaları;
- Anamnezdə işığa qarşı həssaslıq qeyd edilmişdirsə.
- ketoprofenə, fenofibrata, tiaprofen turşusuna, asetilsalisil turşusuna və
revmatizməleyhinə digər qeyri-steroid vasitələrə qarşı allergik rinit, astma kimi məlum
olan hiperhəssaslıq reaksiyasının simptomları qeyd olunubsa
- dərinin zədələnməsi – ekzema (qırmızı, yandırıcı və qaşınma ilə müşayiət olunan
səpgilər), civzələr, müxtəlif dermatozlar (dəri zədələnmələri), açıq yaralar və ya infeksion
zədələnmələri olduqda istifadəsi
- hamiləliyin 3-cü trimestri;
- 15 yaşdan kiçik uşaqlarda və yeniyetmələrdə
- Ketonal gel, selikli qişalar, anal və ya cinsiyyət orqanı, eləcə də göz ətrafındakı sahə ilə
təmasda olmamalıdır. Gözlərlə təmasdan çəkinmək lazımdır.
- Müalicə zamanı və dayandırıldıqdan 2 həftə sonra ketonal gel ilə müalicə olunan
sahələrin günəşə, hətta günəşli havaya, solaryum UB işığı da daxil olmaqla, məruz
qalması.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ketonal gel, ürək, qaraciyər və ya böyrək funksiyasının azalması halında ehtiyatla istifadə
edilməlidir: böyrək funksiyasının zədələnməsi daxil olan sistem şəkildə əlavə reaksiyaların təcrid
halları qeyd olunmuşdur.
Xroniki rinit, xroniki sinusit və/və ya burun polipozu ilə birlikdə astma hallarında, asetilsalisil
turşusu və/və ya QSİƏP-ə qarşı allergiya riski daha yüksəkdir.
Ketonal gel, selikli qişalar, anal və ya cinsiyyət orqanı, eləcə də göz ətrafındakı sahə ilə təmasda
olmamalıdır. Gözlərlə təmasdan çəkinmək lazımdır.
Dərinin fotohəsasslıq riskinin qarşısını almaq üçün məhsulun bütün tətbiqi zamanı və
dayandırıldıqdan iki həftə sonra müalicə olunan sahələri paltar geyinərək qorumaq tövsiyə
olunur.
Oktokrilen tərkibli məhsulların birgə tətbiq olunmasından sonra dəri reaksiyaları da daxil
olmaqla, hər hansı bir dəri reaksiyasının inkişafından dərhal sonra istifadəsi dayandırılmalıdır.
Stivens-Conson sindromu kimi ciddi dəri reaksiyaları ketoprofen gel daxil olmaqla, QSİƏP
istifadəsi ilə əlaqəli şəkildə bildirilmişdir. Xəstələrə ciddi dəri təzahürlərinin əlamətləri və
simptomları barədə məlumat verilməlidir. Dəri səpgiləri, selikli qişa zədələnmələri və ya hər
hansı bir digər yüksək həssaslıq əlaməti ortaya çıxdıqda müalicə dayandırılmalıdır.
Oktokrilen kosmetika və gigiyenik məhsullarda məhsulun fotodeqradasiyasının qarşısını almaq
üçün köməkçi vasitə kimi istifadə olunur.
Pasiyent müalicə zamanı və dayandırıldıqdan 2 həftə sonra ketonal gel ilə müalicə olunan
sahələrin günəşə, hətta günəşli havaya, solaryum UB işığı da daxil olmaqla, məruz qalmasından
çəkinməlidir.
Ketonal gel okklüziv sarğılarla istifadə edilməməlidir.
Gelin istifadəsindən sonra əllər yaxşı yuyulmalıdır.
Tövsiyə olunan istifadə müddəti kontakt dermatitinin inkişaf riski səbəbindən aşılmamalıdır,
uzun müddət istifadədə fotohəssaslıq reaksiyaları artır.
Uşaqlarda Ketonal gelin təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər dərman vasitələri ilə birgə tətbiq edilən ketoprofenin plazma konsentrasiyası aşağı olduğu
üçün digər dərman məhsulları ilə qarşılıqlı təsirin yaranması ehtimalı azdır.
Sistem şəkildə istifadə zamanı, qeyri-steroid iltihabəleyhinə dərman vasitələri, o cümlədən
ketoprofen ilə yüksək dozada metotreksatın (psoriazın, revmatoid artrit və xərçəngin
müalicəsində istifadə olunan dərman preparatları) istifadə edildikdən sonra ciddi qarşılıqlı əlaqə
təsirləri qeydə alınmışdır.
Ketoprofen metotreksatın xaric olmasını azaldır və bu dərmanın toksikliyinin artmasına səbəb
olur.
Salisilatların eyni vaxtda istifadəsi tövsiyə edilmir (məsələn, ağrıları yüngülləşdirmək üçün
istifadə olunan asetilsalisil turşusu).
Kumarin antikoaqulyantları (qan laxtalanmasını azaldan dərman məhsulları) ilə müalicə qəbul
edən alınan xəstələriə nəzarət etmək tövsiyə olunur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Ketonal gelin hamiləliyin 1-ci və 2-ci trimestrində istifadəsindən çəkinmək lazımdır.
Hər bir dərman vasitəsinin istifadəsindən əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşin!
Hamiləliyin 3-cü trimestrində Ketonal gel istifadəsi əks göstərişdir.
Laktasiya dövründə preparatın istifadəsi məsləhət görülmür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə
təsiri
Məlumat yoxdur.
İstifadə qaydası və dozası
Preparat yalnız dəridə istifadə üçün nəzərdə tutulub.
Böyüklər və 15 yaşdan yuxarı yeniyetmələr: gel zədələnmiş sahəyə gündə 1-2- dəfə yaxılır və
yüngülcə dəriyə sürtülür. Doza zədələnmiş nahiyənin sahəsindən asılıdır.
Ketonal gelin 5 sm-i 100 mq ketoprofenə müvafiqdir.
Ketonal gelin 10 sm-i 200 mq ketoprofenə müvafiqdir.
Ketonal gelin selikli qişalar, gözlərlə təmasdan çəkinilməlidir.
Müalicə zamanı gelin istifadə edildiyi nahiyəyə sıx sarğı qoymaq məsləhət görülmür.
Gelin istifadəsindən sonra əllər yaxşı yuyulmalıdır.
Ketonal gel Ketonalın digər dərman formaları ilə istifadə oluna bilər (kapsullar, tabletlər,
suppozitoriyalar).
Dərman formasından asılı olmayaraq ketoprofenin maksimal gündəlik dozası 200 mq-dan artıq
olmamalıdır.
Yaşlı insanlar: yaşlı insanlar üçün dozalanma üzrə xüsusi tövsiyələr yoxdur. Xoşagəlməz
reaksiyalara ən çox meylli olan xəstələrdə ən kiçik doza adekvat klinik təhlükəsizliyə nəzarət
etməklə təyin edilir.
Uşaqlar: 15 yaşa qədər uşaqlarda və yeniyetmələrdə istifadə etmək olmaz.
Əgər gelin istifadəsini unutmusunuzsa
Əgər gelin istifadəsini unutmusunuzsa növbəti dozanı öz vaxtında istifadə edə bilərsiniz. İkiqat
dozadan istifadə etmək olmaz.
Əlavə təsirləri
Bütün dərmanlar kimi, Ketonal gel də arzuolunmaz effektlər törədə bilər.
Tez-tez müşahidə olunan əlavə təsirlər yerli xarakter daşıyır. Ən çox rast gəlinən əlavə təsirlər
lokalizasiya olunmuş dəri reaksiyalarıdır, məsələn, eritema, qaşınma, göynəmə hissi, hansılar ki,
tətbiq olunan sahədən xaric ikincili olaraq yayıla bilər.
Arzuolunmaz təsirlərin yaranma tezliyinin təsnifatı: Çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 və <
1/10); Bəzən (≥ 1/1 000 və < 1/100); nadir (≥ 1/10 000 və < 1/1 000); çox nadir (< 1/10 000);
tezliyi məlum deyil (mövcud olan məlumatlara əsasən rast gəlmə tezliyini müəyyən etmək
mümkün deyil).
İmmun sistemə
Məlum deyil: anafilaktik şok, angioödem, hiperhəssaslıq reaksiyaları
Dəri və dərialtı toxumaların zədələnməsi
Bəzən: qızartı, qaşınma və yandırma kimi dəri reaksiyaları yaxılan nahiyədə əmələ gələ bilər.
Nadir: dermatoloji: fotosensibilizasiya və övrə; yayıla və ya ümumi ola bilən fliktenulyoz və ya
bullyoz ekzema kimi daha ağır dərəcəli reaksiyalar halları.
Övrə, səpgilər, fotosensibilizasiya, bullyoz səpgi, purpura, multiformalı eritema, lixenoid
dermatit, dəri nekrozu və Stivens-Conson sindromu həm sistem, həm də yerli istifadə zamanı
qeyd olunub.
Çox nadir hallarda: ağır dərəcəli konatkt dermatit. Ağır dərəcəli fotosensibilizasiya reaksiyaları
yarana bilər, hansılarda ki, dəri dəyişikliyi bütün dəriyə yayıla bilər və uzanmış ola bilər.
Ketoprofen yerli istifadə olunduqda daha uzunmüddətli fotohəsasslıq reaksiyalarına cavabdehdir,
hətta tək istifadədən sonrada toksik epidermal nekroliz təsvir olunmuşdur.
Böyrək və sidikçıxarıcı sistem pozğunluqlar
Çox nadir: mövcud olan böyrək çatışmazlığının ağırlaşması, interstisial nefrit
Doza həddinin aşılması
Lazım olduğundan daha artıq Ketonal gel istifadə etsəniz, tətbiq olunan sahəni axan su ilə
yaxşıca yuyun və həkimə müraciət edin. Dəridə istifadəsi doza həddinin aşılması hallarına səbəb
olduğu ehtimal olunmur. Təsadüfən udulduğu halda, dərman vasitəsi qəbul edilən miqdardan
asılı olaraq sistematik mənfi təsirlərə səbəb ola bilər. Lakin, əgər bunlar baş verərsə, müalicə
simptomatik və dəstəkləyici olmalıdır, QSİƏP-lə doza həddinin aşılmasına uyğun olaraq.
Buraxılış forması
50 q gel, alüminium tublarda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Kip bağlı tubda saxlayın.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
Salyutas Farma GmbH.
Ostervedinqen, Almaniya.
Qeydiyyat vəsiqəsinin sahibi
Lek Pharmaceuticals d.d.
Verovşkova 57, Lyublyana, Sloveniya.
Bu dərman vasitəsinin qəbulu ilə əlaqədar hər-hansı şikayətiniz yaranan zaman
aşağıdakı yazılan nömrələrə müraciət etməyiniz xahiş olunur.
Baki şəhəri, Nəsimi rayonu, Rəsul Rza 75.
Winter Park Plaza business center, mərt.5.
Tel.: +994 12 599-83-89.
+994 12 599-83-90.