Pharmed

KESTRES FORTE N30 TB

KESTRES FORTE, tabletlər

KESTRES FORTE tərkibi

Təsiredici maddələr: 1 tabletin tərkibində 150 mq Tikanlı yemişan hamaşçiçəyi (Crataegi inflorescentia), 30 mq yemişan meyvələri (Crataegi fructus), 100 mq damotu (Leonuri herba), 40 mq xəşəmbul otu (Meliloti herba) vardır.

İstifadəsinə göstərişlər

Nevroz və nevrasteniyalar, neyrosirkulyator distoniya (NSD), həyəcan, qorxu, yuxu pozğunluqları, miqren, klimakterik və predmenstrual dövr. Yüngül və orta dərəcəli koronar çatışmazlıqlar, kardionevrozlar.

Əks göstərişlər

Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə istifadəsinin mümkünlüyü haqqında həkimlə məsləhətləşmək lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

yətinə təsiri Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.

KESTRES FORTE istifadə qaydası və dozası

Gündə 3 dəfə yeməkdən sonra kifayət qədər su ilə 1-2 tablet qəbul edilir.