Pharmed
KEPROPLAST 30MG N7 PLASTR
KEPROPLAST
Beynəlxalq patentləşdirilməmiş adı: Ketoprofen
KEPROPLAST Tərkibi
Təsiredici maddə: 1 plastırın tərkibində 30 mq Ketoprofen vardır. Köməkçi maddələr: akril yapışdırıcı məhlul, rezin yapışdırıcı məhlul, toxunmamış parça, buraxılış kağızı.
Farmakoterapevtik qrupu
Qeyri steroid iltihab əleyhinə preparat (QSİƏP). Yerli istifadə olunan qeyri-steroid iltihabəleyhinə plastır.
ATC kodu: M02AA10.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası: Ketoprofen qeyri steroid iltihab-əleyhinə preparat (QSİƏP) olub, iltihabəleyhinə, ağrıkəsici təsirə malikdır. Təsir mexanizmi prostaqlandinlərin sintezini blokada etməsi ilə bağlıdır. SOG-1 və SOG-2 fermentlərini blokadaya alaraq, iltihab ocağındakı prostaqlandinlərin sintezini tormozlayır.
Farmakokinetikası: Yerli olaraq xaricə istifadə olunduğu üçün dəri nahiyəsindən asanlıqla sorulur, iltihab ocağına nüfuz edir. Daha dərin toxumalara ümumi qan təchizatı vasitəsilə nüfuz edir. Ketoprofenin plastır şəklində təyini zamanı oral formada qəbulu ilə müqayisədə preparatın ümumi biomənimsənilməsi 10% təşkil edir. Sinovial mayedə və sinovial toxumada yüksək konsentrasiya toplayır. Sistem sorulması zəif olduğu üçün plazmadakı konsentrasiyası zəifdir.
İstifadəsinə göstərişlər
Yumşaq toxumaların travmatik zədələnmələri (dartılma, əzilmə).
İdmanla məşğul olan zaman kəskin zədələnmələr (məşqdən sonrakı oynaq və əzələ ağrıların, bağ və vətərlərin gərilməsi və s.).
Revmatik və qeyri-revmatik mənşəli ağrılar:
-oynaq ağrıları,
-əzələ agrıları (boyun və bel),
-artroz və artrit,
-sinir ağrıları (işialgiya, lümbaqo, radikulit).
Bağ və vətərlərin iltihabi xəstəlikləri (tenosinovit, bursit)
Əzələlərin fiziki yüklənməsi (turizm, intensiv fiziki iş)
Qamətin məcburi vəziyyəti (posttravmatik və bərpaedici müalicə, uzun müddət sükan və ya kompüter arxasında oturma)
Sümük travması və sınıqlardan sonrakı vəziyyət .
Əks göstərişlər
Preparatın aktiv komponentinə qarşı yüksək həssaslıq, 7 yaşına qədər olan uşaqlar, hamiləlik və laktasiya dövrü, aspirinə həssas bronxial astma xəstələri (və ya digər qeyri steroid iltihab əleyhinə preparatların (QSİƏP) təsirindən yaranan). Bronxial astması olan xəstələr istifadədən əvvəl həkim və ya əczaçıdan məsləhət almalıdır. Keproplast transdermal plastırı 14 gündən artıq istifadə etməyin.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
İstifadədən sonra əllərinizi sabun və su ilə yuyun. Keproplast transdermal plastır ancaq yerli istifadə (dəri üzərinə) üçün nəzərdə tutulub. Açıq yara (cızıq, kəsik, yanıq, iltihab) və selikli qişalara Keproplast transdermal plastırın tətbiqi qadağandır. Keproplast transdermal plastırı zədələnmiş (ağrıyan) dəri üzərinə yapışdırmazdan əvvəl dəri nahiyəsini təmizləyin və qurulayın. Bronxial astma olan xəstələr istifadədən əvvəl həkim və ya əczaçıdan məsləhət almalıdır. Keproplast transdermal plastırı 14 gündən artıq istifadə etməyin
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Oral istifadə olunan qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP) ilə kombinə şəklində istifadə etmək olar. Sistem təsiri zəif olduğu üçün digər dərman vasitələrinə təsir göstərmir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə istifadə etməzdən öncə həkiminizlə məsləhətləşin. Əgər ehtiyac yoxdursa, preparatı istifadə etməyin.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparatın istifadəsi zamanı yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən fəaliyyət növləri, o cümlədən nəqliyyat vasitələrinin və potensial təhlükəli mexanizmlərin idarə edilməsinə mənfi təsiri yoxdur İstifadə qaydası və dozası Ağrı sahəsinin ölçüsündən asılı olaraq, Keproplast transdermal plastır təsirə məruz (ağrıyan) nahiyənin üzərinə yapışdırılır. Plastırın üzərindəki qoruyucu – örtük kağızı çıxardılır. Plastır təsirə məruz qalmış (ağrıyan) dəri üzərinə düzgün bir şəkildə yapışdırılır. Plastır bütün olaraq istifadə olunmalıdır. 7 yaşından yuxarı uşaqlar və böyüklər: gündə 2 dəfə təsirə məruz qalmış (ağrıyan) dəri nahiyəsinə yapışdırılır.
Əlavə təsirləri
Aşağıda göstərilən vəziyyətlərdə plastırın istifadəsini dayandırmaq, həkim və ya əczaçıdan məsləhət almaq lazımdır. Dəri simptomları: səpgi, qızartı, qaşıntı, dəri qıcıqlanması, yanma hissi, dərinin soyulması kimi allergik simptomlar. Hiperhəssaslıq: nadir hallarda anafilaktik simptomlar (məxmərək,respirator distress sindromu və s.).
Buraxılış forması
7 ədəd plastır, polietilen-aluminium kisələrə qablaşdırılmışdır.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.