Pharmed
KEPLERON 4MG 2ML N6 AMP
KEPLERON, 4 mq/2 ml əzələdaxili inyeksiya üçün məhlul
KEPLERON tərkibi
Təsiredici maddə: 1 ampulda 4 mq tiokolxikozid vardır.
İstifadəsinə göstərişlər
Böyüklərdə və 16 yaşdan etibar ən yeniyetm ələrdə dayaq-hərəkət aparatı il ə əlaqəli k əskin ağrılı əzələ spazmlarının simptomatik müalicəsi.
Əks göstərişlər
Tiokolxikozidə, kolxisinə və ya köməkçi maddələrə qarşı yüksək həssaslıq; əzələ hipotoniyası; periferik iflic, hamiləlik və laktasiya dövrü; 16 yaşa qədər uşaqlar. kontrasepsiyadan istifadə etməyən doğum qabiliyyətli qadınlar. Antikoaqulyant müalicəsi qəbul edən və qanaxması olan xəstələrdə əzələdaxıli yeridilmə əks göstərişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik (X kateqoriyası) Hamilə qadınlar üzərində adekvat və nəzarət olunan tədqiqatlar aparılmamışdır. Heyvanlar üzərində aparılan tədqiqatların nəticəsi heç də hər zaman insanlarda alınan nəticələrlə eyni olmur. Tiokolxikozidin hamiləlik dövründə istifadəsi əks göstərişdir. Laktasiya Tiokolxikozid ana südü ilə ifraz olunduğundan laktasiya dövründə istifadəsi əks göstərişdir.
Tiokolxikozid və onun metabolitləri müxtəlif konsentrasiya səviyyələrində aneugen aktivlik göstərirlər, bu isə insanda fertilliyin azalmasına risk amili hesab olunur.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nəqliyyat vasitələrini və mexanizmləri idarə edən zamanı ehtiyatla istifadə olunmalıdır.
KEPLERON istifadə qaydası və dozası
Həkim tərəfindən başqa cür təyin edilmədikdə, Kepleron gündə 2 dəfə 4 mq dozada əzələdaxili istifadə olunmalıdır. Həmin dozada parenteral müalicə 3-5 gün ərzində davam etdirilməlidir. Peroral qəbul zamanı maksimal doza gündə 8 mq 2 dəfə müalicə 5-7 gün ərzində davam etdirilə bilər. Fizioterapevtik seanslar zamanı müalicəvi təsir müddətinin 30-40 dəqiqə təşkil etdiyini nəzərə almaq lazımdır.
16 yaşa qədər uşaqlara preparat təyin olunmamalıdır.