Gedeon Richter
KAVINTON FORTE 10 MG
KAVİNTON FORTE 10 mq tabletlər
KAVİNTON FORTE tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq vinposetin vardır.
Köməkçi maddələr:maqnezium stearat, susuz kolloidal silisium dioksid, talk, qarğıdalı nişastası,
laktoza monohidrat.
İstifadəsinə göstərişlər
Nevrologiya
Beyin qan dövranının müxtəlif formalı pozuntuları: insult keçirdikdən sonrakı vəziyyət,
vertebrobazilyar çatışmazlıq, damar demensiyası, baş beyinin damarlarının aterozklerozu,
posttravmatik və hipertonik ensefalopatiya. Baş beyinin qanla təchizatının pozulması ilə əlaqədar
psixi və nevroloji pozuntuların təzahürünün azaldılması üçün.
Oftalmologiya
Gözün və torlu qişanın damar təbəqəsinin xroniki damar xəstəlikləri.
Otorinolarinqologiya
Qocalıqla bağlı perseptiv tipli ağır eşitmənin, Menyer xəstəliyinin və qulaqlarda küy.
Əks göstərişlər
Hamiləlik, laktasiya dövrü və etibarlı kontrasepsiya üsulundan istifadə etməyən doğmaq
qabiliyyəti olan qadınlarda istifadəsi.
Təsiredici maddəyə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq.
Preparatın uşaqlarda istifadəsi əks göstərişdir (müvafiq klinik tədqiqat məlumatlarının olma-
masına görə).
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə, eləcə də eitbarlı kontrasepsiya üsulundan istifadə etməyən
doğmaq qabiliyyəti olan qadınlarda preparatın istifadəsi əks göstərişdir.
Hamiləlik
Vinposetin plasentar beryerdən keçir, lakin bu zaman preparatın konsentrasiyası plasentada və
dölün qanında hamilə qadının qanına nisbətən az olur. Heyvanlar üzərində aparılan tədqiqatlar
siçovullarda qüsur inkişafı daxil olmaqla, reproduktiv toksiklik nümayiş etdirmişdir.
Heyvanlarda preparatın yüksək dozaları ilə aparılan tədqiqatlarda bəzi hallarda plasentadan
qanaxma və hamiləliyin spontan kəsilməsi baş vermişdir, bunun plasentar qan təchizatının
güclənməsi nəticəsində baş verməsi ehtimal edilir.
Laktasiya
Vinposetin ana südünə nüfuz edir. Radioaktiv izotopun istifadəsilə preklinik tədqiqatlarda ana
südünün radioaktivliyi yetkin heyvanın qanına nisbətən 10 dəfə artıq olmuşdur. Vinposetinin bir dozasının qəbulundan sonra 1 saat ərzində ana südünə preparatın qəbul edilən dozasının 0,25%-i
nüfuz edir.
Vinposetinin ana südünə keçməsi və preparatın südəmər uşaqlar üçün təhlükəsizliyi üzrə klinik
müşahidələrin kifayət qədər sayı olmadığı üçün laktasiya dövründə vinposetinin istifadəsi əks
göstərişdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə
təsiri
Vinposetinin nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliy-
yətinə hər hansı təsirinə dair məlumat yoxdur.
KAVİNTON FORTE istifadə qaydası və dozası
Preparatın adi dozası sutkada 3 dəfə 5-10 mq təşkil edir (sutkada 15-30 mq). Tabletləri
yeməkdən sonra qəbul etmək vacibdir.
Qaraciyər və böyrək xəstəlikləri olan pasiyentlər üçün heç bir xüsusi doza seçimi tələb edilmir.
Uşaqlar
Kavinton və Kavinton Forte preparatının uşaqlarda istifadəsi əks göstərişdir