Pharmed
KARMETADIN 35MG N60 TB
KARMETADİN, modifikasiyalı azad olunan örtüklü tabletlər
KARMETADİN tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 35 mq trimetazidin dihidroxlorid vardır.
İstifadəsinə göstərişlər
Kardiologiya: - ürəyin işemik xəstəliyinin uzunmüddətli müalicəsi: monoterapiya zamanı stenokardiya tutmalarının qarşısının alınması və ya digər preparatlarla birlikdə istifadəsi. Otolarinqologiya: - işemik mənşəli koxleo-vestibulyar pozulmaların müalicəsi: başgicəllənmə, qulaqlarda küy, hipoakuziya. Oftalmologiya: - işemiya elementlərilə xorioretinal pozulmalar.
Əks göstərişlər
- preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; - hamiləlik və laktasiya dövrü; - Parkinson xəstəliyi, pakinson simptomları, tremor, “narahat” ayaqlar cindromu və onlarla bağlı digər hərəki pozğunluqlar. - 18 yaşa qədər uşaqlar. - Ağır böyrək çatışmazlığı.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövründə preparatın istifadəsi yalnız fayda/risk nisbəti nəzərə alınmaqla mümkündür. Trimetazidinin ana südünə keçməsi barədə məlumat yoxdur. Bu səbəbə görə laktasiya dövründə preparat təyin edilərsə, ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Klinik tədqiqatlar gedişatında trimeazidinin hemodinamikaya təsiri barədə qeydlər olmamışdır. Lakin postqeydiyyat dövründə istifadəsi zamanı başgicəllənmə və yuxuya meyillik kimi əlamətlər müşahidə edildiyi üçün nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarə etmək məsləhət olunmur.
KARMETADİN istifadə qaydası və dozası
Karmetadin gündə 2 dəfə (səhər və axşam) yemək vaxtı 1 tablet su ilə qəbul edilir. Tabletləri çeynəmək olmaz. Preparat uzun müddət qəbul edilir. Müalicə kursunun müddəti fərdi olaraq təyin edilir, ehtiyac olduqda müalicə sxeminə 3 aydan sonra yenidən baxmaq olar.