Grindex
KAPSIKAM 50GR MELHEM
KAPSİKAM
Beynəlxalq patentləşdirilməmiş adı: yoxdur.
KAPSİKAM Tərkibi
Təsiredici maddə: 1q məlhəmin tərkibində 50 mq dimetilsulfoksid, 30 mq rasemik
kamfora, 30 mq skipidar, 20 mq benzilnikotinat, 2 mq nonivamid vardır.
Köməkçi maddələr: emulqator qismində setostearil spirti (A tipli), natrium setilstearilsulfat,
polisorbat-80, bronopol, təmizlənmiş su.
İstifadəsinə göstərişlər
Əzələ və oynaq ağrıları.
Əks göstərişlər
- Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq;
- xoralar, dəri xəstəlikləri;
- hamiləlik və laktasiya dövrü;
- uşaq və yeniyetmə yaş dövrü.
Yuxarıda qeyd edilmiş xəstəlik və ya hallardan hər hansı biri olduqda, preparatı istifadə
etməzdən əvvəl həkimə məlumat vermək lazımdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsinin təhlükəsizliyi barədə müvafiq
məlumat olmadığı üçün bu dövrlərdə ondan istifadə etmək olmaz.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparat nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə
mənfi təsir etmir.
KAPSİKAM İstifadə qaydası və dozası
Məlhəm xaricə istifadə edilir.
İdmançılarda qızışdırıcı vasitə kimi istifadə edildikdə, 2-3 q məlhəm applikator vasitəsilə
əzələ nahiyəsinə yaxılır və dəriyə masaj hərəkətlərilə yüngül qızartı əmələ gələnə qədər
sürtülür. Məşqdən sonra məlhəm dəri səthindən sərin su ilə yuyulur.
Ağrını yüngülləşdirmək üçün 1-3 q məlhəm applikator vasitəsilə ağrı nahiyəsinə ağrının
intensivliyindən asılı olaraq, gündə 2-3 dəfə yaxılır və istilik effektini artırmaq üçün üzərinə
sarğı qoyulur. Müalicə kursu ərzində təqribən 50-100 q məlhəm istifadə edilir.
Hər prosedurdan sonra əlləri soyuq su və sabunla yumaq lazımdır.
Pediatriyada istifadə təcrübəsi yoxdur (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax).
Uşaqlarda və yeniyetmələrdə istifadəsi:
Bu kateqoriyadan olan pasiyentlərdə preparatın istifadəsi barədə kifayət qədər məlumat
olmadığı üçün preparatın istifadəsi əks göstərişdir.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.