
Grindex
KAPSIKAM 50GR MELHEM
KAPSİKAM® xaricə istifadə üçün məlhəm CAPSICAM®
Beynəlxalq patentləşdirilməmiş adı: yoxdur.
Tərkibi
Təsiredici maddə: 1q məlhəmin tərkibində 50 mq dimetilsulfoksid, 30 mq rasemik kamfora, 30 mq skipidar, 20 mq benzilnikotinat, 2 mq nonivamid vardır.
Köməkçi maddələr: emulqator qismində setostearil spirti (A tipli), natrium setilstearilsulfat, polisorbat-80, bronopol, təmizlənmiş su.
Təsviri
Ağ və ya cüzi sarımtıl-ağ rəngli, kamfora və skipidar qoxulu məlhəmdir.
Farmakoterapevtik qrupu
Əzələ və oynaq ağrılarında xaricə istifadə üçün digər ağrıkəsici və qıcıqlandırıcı vasitələr.
ATC kodu: M02AX10.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Preparatın tərkibinə həssas sinir uclarına damargenişləndirici və qıcıqlandırıcı təsirlərə malik olan maddələr daxildir ki, bunun nəticəsində preparat yerli qıcıqlandırıcı, hiperemiyaedici və ağrıkəsici təsir göstərir. Dərinin lokal qıcıqlanması qan dövranının dəyişməsinə və onurğa beyninin həmin seqmentləri tərəfindən innervasiya olunan daxili üzvlərin trofikasının selektiv azalmasına səbəb olur. Onurğa beyninin müvafiq seqmentində əlavə qıcıqlanma antinosiseptiv sistemin əlavə aktivləşməsinə səbəb olur ki, bu da ağrı impulslarının baş beyin qabığına keçməsinin qarşısını alır və ağrıya dözümlülüyü yaxşılaşdırır.
Farmakokinetikası
Tez sorulur və bir neçə dəqiqədən sonra yanma hissi, dərinin nəzərəçarpan hiperemiyası və istilik hissi yaranır; əzələ gərginliyi və ağrı hissi azalır. Dərinin temperaturu 2-3 saat ərzində 1-2ºC yüksəlir. Analgetik təsiri 30-40 dəqiqə sonra baş verir və 3-6 saata qədər davam edir. Temperaturun yüksəlməsi və qan dövranının yaxşılaşması, revmatik hallarda, əzilmələrdə, əzələ dartılmasında və digər idman travmalarında yaxşı təsir göstərir. Təkrar istifadə zamanı preparatın təsiri 10-14 gün ərzində saxlanılır.
İstifadəsinə göstərişlər
Əzələ və oynaq ağrıları.
Əks göstərişlər
- Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq;
- xoralar, dəri xəstəlikləri;
- hamiləlik və laktasiya dövrü;
- uşaq və yeniyetmə yaş dövrü.
Yuxarıda qeyd edilmiş xəstəlik və ya hallardan hər hansı biri olduqda, preparatı istifadə etməzdən əvvəl həkimə məlumat vermək lazımdır.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Məlhəmi zədələnmiş dəriyə istifadə etmək olmaz. Güclü qıcıqlanmanın qarşısını almaq məqsədilə, məlhəmin selikli qişalara düşməsindən çəkinmək lazımdır.
Preparatın istifadəsindən bilavasitə öncə və ya sonra istilik prosedurlarının keçirilməsi (vanna qəbulu, hamam) məsləhət görülmür, belə ki, bu, məsamələrin açılmasına səbəb ola bilər ki, bunun da nəticəsində dəridə yanma hissi baş verə bilər.
Köməkçi maddələrdən olan emulqator setostearil spirti (A tipıi) və bronopol yerli reaksiyaların yaranmasına səbəb ola bilər (o cümlədən, kontakt dermatit).
Əlavə təsirlərin və digər arzuolunmaz simptomların qarşısını almaq məqsədilə, preparata qarşı həssaslığı müəyyən etmək üçün preparatdan azacıq dəriyə sürtmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri müəyyən edilməyib.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsinin təhlükəsizliyi barədə müvafiq məlumat olmadığı üçün bu dövrlərdə ondan istifadə etmək olmaz.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparat nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir etmir.
İstifadə qaydası və dozası
Məlhəm xaricə istifadə edilir.
İdmançılarda qızışdırıcı vasitə kimi istifadə edildikdə, 2-3 q məlhəm applikator vasitəsilə əzələ nahiyəsinə yaxılır və dəriyə masaj hərəkətlərilə yüngül qızartı əmələ gələnə qədər sürtülür. Məşqdən sonra məlhəm dəri səthindən sərin su ilə yuyulur.
Ağrını yüngülləşdirmək üçün 1-3 q məlhəm applikator vasitəsilə ağrı nahiyəsinə ağrının intensivliyindən asılı olaraq, gündə 2-3 dəfə yaxılır və istilik effektini artırmaq üçün üzərinə sarğı qoyulur. Müalicə kursu ərzində təqribən 50-100 q məlhəm istifadə edilir.
Hər prosedurdan sonra əlləri soyuq su və sabunla yumaq lazımdır.
Pediatriyada istifadə təcrübəsi yoxdur (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax).
Uşaqlarda və yeniyetmələrdə istifadəsi
Bu kateqoriyadan olan pasiyentlərdə preparatın istifadəsi barədə kifayət qədər məlumat olmadığı üçün preparatın istifadəsi əks göstərişdir.
Əlavə təsirləri
Aşağıda göstərilən mümkün əlavə təsirlərin başvermə tezliyi MedDRA təsnifatına uyğun olaraq aşağıdakı kimi təsnif edilir dur: çox tez-tez (>1/10), tez-tez (>1/100-dən <1/10-a qədər), bəzən (>1/1000-dən <1/100-ə qədər), nadir hallarda (>1/10000-dən <1/1000-ə qədər), çox nadir hallarda (<1/10000), məlum deyil (əldə olan məlumatlara görə qiymətləndirilə bilməz).
İmmun sistemdə baş verən pozğunluqlar: məlum deyil – yüksək həssaslıq reaksiyaları.
Dəri və dərialtı toxumada baş verən pozğunluqlar: nadir hallarda – qaşınma; məlum deyil – övrə, ödem, güclü qızartı.
Sinir sistemində baş verən pozğunluqlar: məlum deyil – dəridə yanma hissi.
Məlhəmin komponentlərinə qarşı dərinin yüksək həssaslığı zamanı qaşınma, ödem və ya övrə yarana bilər. Bu halda, müalicəni dayandırmaq və məlhəmi dəri səthindən yumaq lazımdır. Sadalanan simptomlar məlhəmin istifadəsi dayandırıldıqdan 8-12 saat sonra itir.
Əlavə təsirlərin qarşısını almaq məqsədilə preparata qarşı həssaslığı müəyyən etmək üçün preparatdan azacıq dəriyə sürtmək lazımdır.
Doza həddinin aşılması
Simptomları
Dəri səthinə həddindən artıq miqdarda məlhəmin yaxılması dəridə qızartı, yüngül keçici qaşınma və ya yanma hissinin yaranmasına səbəb ola bilər.
Müalicəsi
Dəri səthindən məlhəmi sərin su ilə yumaq məsləhət görülür.
Məlhəmin təsadüfi udulması zamanı həkimə müraciət etmək lazımdır (pasiyent qablaşdırmanı özü ilə götürməlidir).
Simptomları
Qusma və diareya. Həddindən artıq miqdarda məlhəmin təsadüfən udulması zamanı kəskin zəhərlənmənin simptomları yarana bilər: ürəkbulanma, qusma, qarın nahiyəsində ağrı, baş ağrısı, başgicəllənmə, istilik/hərarət hissi, qıcolma, tənəffüsün zəifləməsi və koma.
Müalicəsi
Simptomatikdir. Zəhərlənmənin ağır qastrointestinal və nevroloji simptomları zamanı pasiyentə nəzarət etmək və simptomatik müalicə təyin etmək vacibdir.
Buraxılış forması
30 q və ya 50 q məlhəm, alüminium tubda. 1 tub içlik vərəqə və applikator ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºC-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmaq olmaz.
Yararlılıq müddəti
2 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
“Tallinn əczaçılıq zavodu” SC. Tondi 33, 11316 Tallinn, Estoniya.
“Grindeks” SC,
Krustpils k., 53, Riqa ş., LV-1057, Latviya.
Qeydiyyat vəsiqəsinin sahibi
SC “Grindeks”.
Krustpils k., 53, Riqa, LV-1057, Latviya. Telefon: +371 67083205.
Faks: +371 67083505.
Elektron poçtu: grindeks@grindeks.lv