Grindex
KAPSIKAM 30GR MELHEM
KAPSİKAM
Beynəlxalq patentləşdirilməmiş adı: yoxdur.
KAPSİKAM Tərkibi
Təsiredici maddə: 1q məlhəmin tərkibində 50 mq dimetilsulfoksid, 30 mq rasemik
kamfora, 30 mq skipidar, 20 mq benzilnikotinat, 2 mq nonivamid vardır.
Köməkçi maddələr: emulqator qismində setostearil spirti (A tipli), natrium setilstearilsulfat,
polisorbat-80, bronopol, təmizlənmiş su.
Farmakoterapevtik qrupu
Əzələ və oynaq ağrılarında xaricə istifadə üçün digər ağrıkəsici və qıcıqlandırıcı vasitələr.
ATC kodu: M02AX10.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası:
Preparatın tərkibinə həssas sinir uclarına damargenişləndirici və qıcıqlandırıcı təsirlərə malik
olan maddələr daxildir ki, bunun nəticəsində preparat yerli qıcıqlandırıcı, hiperemiyaedici və
ağrıkəsici təsir göstərir. Dərinin lokal qıcıqlanması qan dövranının dəyişməsinə və onurğa
beyninin həmin seqmentləri tərəfindən innervasiya olunan daxili üzvlərin trofikasının
selektiv azalmasına səbəb olur. Onurğa beyninin müvafiq seqmentində əlavə qıcıqlanma
antinosiseptiv sistemin əlavə aktivləşməsinə səbəb olur ki, bu da ağrı impulslarının baş
beyin qabığına keçməsinin qarşısını alır və ağrıya dözümlülüyü yaxşılaşdırır.
Farmakokinetikası:
Tez sorulur və bir neçə dəqiqədən sonra yanma hissi, dərinin nəzərəçarpan hiperemiyası və
istilik hissi yaranır; əzələ gərginliyi və ağrı hissi azalır. Dərinin temperaturu 2-3 saat
ərzində 1-2ºC yüksəlir. Analgetik təsiri 30-40 dəqiqə sonra baş verir və 3-6 saata qədər
davam edir. Temperaturun yüksəlməsi və qan dövranının yaxşılaşması, revmatik hallarda,
əzilmələrdə, əzələ dartılmasında və digər idman travmalarında yaxşı təsir göstərir. Təkrar
istifadə zamanı preparatın təsiri 10-14 gün ərzində saxlanılır.
İstifadəsinə göstərişlər
Əzələ və oynaq ağrıları.
Əks göstərişlər
- Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq;
- xoralar, dəri xəstəlikləri;
- hamiləlik və laktasiya dövrü;
- uşaq və yeniyetmə yaş dövrü.
Yuxarıda qeyd edilmiş xəstəlik və ya hallardan hər hansı biri olduqda, preparatı istifadə
etməzdən əvvəl həkimə məlumat vermək lazımdır.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Məlhəmi zədələnmiş dəriyə istifadə etmək olmaz. Güclü qıcıqlanmanın qarşısını almaq
məqsədilə, məlhəmin selikli qişalara düşməsindən çəkinmək lazımdır.
Preparatın istifadəsindən bilavasitə öncə və ya sonra istilik prosedurlarının keçirilməsi
(vanna qəbulu, hamam) məsləhət görülmür, belə ki, bu, məsamələrin açılmasına səbəb ola
bilər ki, bunun da nəticəsində dəridə yanma hissi baş verə bilər.
Köməkçi maddələrdən olan emulqator setostearil spirti (A tipıi) və bronopol yerli
reaksiyaların yaranmasına səbəb ola bilər (o cümlədən, kontakt dermatit).
Əlavə təsirlərin və digər arzuolunmaz simptomların qarşısını almaq məqsədilə, preparata
qarşı həssaslığı müəyyən etmək üçün preparatdan azacıq dəriyə sürtmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri müəyyən edilməyib.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsinin təhlükəsizliyi barədə müvafiq
məlumat olmadığı üçün bu dövrlərdə ondan istifadə etmək olmaz.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparat nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə
mənfi təsir etmir.
KAPSİKAM İstifadə qaydası və dozası
Məlhəm xaricə istifadə edilir.
İdmançılarda qızışdırıcı vasitə kimi istifadə edildikdə, 2-3 q məlhəm applikator vasitəsilə
əzələ nahiyəsinə yaxılır və dəriyə masaj hərəkətlərilə yüngül qızartı əmələ gələnə qədər
sürtülür. Məşqdən sonra məlhəm dəri səthindən sərin su ilə yuyulur.
Ağrını yüngülləşdirmək üçün 1-3 q məlhəm applikator vasitəsilə ağrı nahiyəsinə ağrının
intensivliyindən asılı olaraq, gündə 2-3 dəfə yaxılır və istilik effektini artırmaq üçün üzərinə
sarğı qoyulur. Müalicə kursu ərzində təqribən 50-100 q məlhəm istifadə edilir.
Hər prosedurdan sonra əlləri soyuq su və sabunla yumaq lazımdır.
Pediatriyada istifadə təcrübəsi yoxdur (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax).
Uşaqlarda və yeniyetmələrdə istifadəsi
Bu kateqoriyadan olan pasiyentlərdə preparatın istifadəsi barədə kifayət qədər məlumat
olmadığı üçün preparatın istifadəsi əks göstərişdir.
Əlavə təsirləri
Aşağıda göstərilən mümkün əlavə təsirlərin başvermə tezliyi MedDRA təsnifatına uyğun olaraq
aşağıdakı kimi təsnif edilir dur: çox tez-tez (>1/10), tez-tez (>1/100-dən <1/10-a qədər), bəzən
(>1/1000-dən <1/100-ə qədər), nadir hallarda (>1/10000-dən <1/1000-ə qədər), çox nadir hallarda
(<1/10000), məlum deyil (əldə olan məlumatlara görə qiymətləndirilə bilməz).
İmmun sistemdə baş verən pozğunluqlar: məlum deyil – yüksək həssaslıq reaksiyaları.
Dəri və dərialtı toxumada baş verən pozğunluqlar: nadir hallarda – qaşınma;
məlum deyil – övrə, ödem, güclü qızartı.
Sinir sistemində baş verən pozğunluqlar: məlum deyil – dəridə yanma hissi.
Məlhəmin komponentlərinə qarşı dərinin yüksək həssaslığı zamanı qaşınma, ödem və ya
övrə yarana bilər. Bu halda, müalicəni dayandırmaq və məlhəmi dəri səthindən yumaq lazımdır.
Sadalanan simptomlar məlhəmin istifadəsi dayandırıldıqdan 8-12 saat sonra itir.
Əlavə təsirlərin qarşısını almaq məqsədilə preparata qarşı həssaslığı müəyyən etmək üçün
preparatdan azacıq dəriyə sürtmək lazımdır.
Doza həddinin aşılması
Simptomları:
Dəri səthinə həddindən artıq miqdarda məlhəmin yaxılması dəridə qızartı, yüngül keçici
qaşınma və ya yanma hissinin yaranmasına səbəb ola bilər.
Müalicəsi:
Dəri səthindən məlhəmi sərin su ilə yumaq məsləhət görülür.
Məlhəmin təsadüfi udulması zamanı həkimə müraciət etmək lazımdır (pasiyent qablaşdırmanı
özü ilə götürməlidir).
Simptomları:
Qusma və diareya. Həddindən artıq miqdarda məlhəmin təsadüfən udulması zamanı kəskin
zəhərlənmənin simptomları yarana bilər: ürəkbulanma, qusma, qarın nahiyəsində ağrı, baş
ağrısı, başgicəllənmə, istilik/hərarət hissi, qıcolma, tənəffüsün zəifləməsi və koma.
Müalicəsi:
Simptomatikdir. Zəhərlənmənin ağır qastrointestinal və nevroloji simptomları zamanı pasiyentə
nəzarət etmək və simptomatik müalicə təyin etmək vacibdir.
Buraxılış forması
30 q və ya 50 q məlhəm, alüminium tubda. 1 tub içlik vərəqə və applikator ilə birlikdə karton
qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.