Nobel İlaç
KANTAB PLUS 16MG/12,5MG N28 TB
KANTAB
Beynəlxalq patentləşdirilməmiş adı: Candesartan cilexetil/Hydrochlorothiazide
KANTAB Tərkibi
Təsiredici maddələr: 1 tabletin tərkibində 16 və ya 32 mq kandesartan sileksetil və 12,5 mq hidroxlorotiazid vardır. Köməkçi maddələr: laktoza monohidrat, qarğıdalı nişastası, polietilenqlikol 8000 P (Makroqol), aşağı əvəzlənmiş hidroksipropilsellüloza (L-HPC) (hidroksipropilsellüloza), kalsium karboksimetilsellüloza (kalsium karmelloza), maqnezium stearat, sarı dəmir oksidi (E172).
İstifadəsinə göstərişlər
- Qan təzyiqi kandesartan sileksetil və ya hidroxlorotiazidin monoterapiyası ilə optimal nəzarət olunmayan xəstələrdə hipertoniyanın müalicəsi üçün Kantab Plyus göstərişdir.
Əks göstərişlər
- Aktiv maddəyə və ya hər hansı köməkçi vasitələrə və ya sulfonamid törəmələri olan aktiv maddələrə qarşı yüksək həssaslıq. Hidroxlorotiazid sulfonamid törəməsindən olan aktiv maddədir.
- Hamiləliyin ikinci və üçüncü trimestri.
- Ağır böyrək çatışmazlığı (kreatinin klirensi < 30 ml/dəq/1,73 m2 BSS).
- Ağır qaraciyər çatışmazlığı və/və ya xolestaz.
- Refrakter hipokaliemiya və hiperkalsiemiya.
- Podaqra xəstəliyi.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik: Angiotenzin II reseptorlarının antaqonistləri (AIIRA) AIIRA (Angiotenzin II Reseptorlarının Antaqonistləri) istifadəsi hamiləliyin ilk trimestri ərzində məsləhət görülmür. Hamiləliyin ikinci və üçüncü trimestri ərzində AIIRA-in istifadəsi əks göstərişdir. Hidroxlorotiazid Hamiləlik dövründə, xüsusilə birinci trimestr ərzində hidroxlorotiazidin istifadəsi ilə bağlı məlumatlar məhduddur. Heyvanlar üzərində tədqiqatlar kifayət qədər deyil. Hidroxlorotiazid plasentar baryerdən keçir. Hidroxlorotiazidin farmakoloji təsir mexanizminə əsaslanaraq onun ikinci və üçüncü trimestr ərzində istifadəsi fetoplasentar perfuziya təhlükəsi yarada bilər və sarılıq, elektrolit balansın pozulması və trombositopeniya kimi fetal və neonatal təsirlərə səbəb ola bilər. Plazma həcminin və plasentar perfuziyanın azalması riski və xəstəliyin gedişatına müsbət təsiri olmadığından hidroxlorotiazid hestasiya ödemi, hestasion hipertenziya və ya preeklampsiya zamanı istifadə edilməməlidir. Başqa heç bir dərman istifadə edilə bilmədiyi nadir hallar istisna olmaqla, hidroxlorotiazid hamilə qadınlarda hipertoniya zamanı istifadə edilməməlidir.
Laktasiya: Angiotenzin II reseptorlarının antaqonistləri (AIIRA) Laktasiya dövründə Kantab Plyus-un istifadə ilə bağlı heç bir məlumat mövcud olmadığından, Kantab Plyus tövsiyə edilmir və laktasiya dövründə daha yaxşı təhlükəsizlik profili müəyyən edilmiş alternativ müalicə üsulları, xüsusilə də yeni və ya erkən doğulmuş körpələrin ana südü ilə qidalandırılması zamanı daha üstün hesab edilirlər. Hidroxlorotiazid Hidroxlorotiazid kiçik miqdarda ana südünə keçir. Tiazidlər yüksək dozalarda diurezin intensivləşməsinə səbəb olaraq süd ifrazını inhibə edə bilər. Kantab Plyus-un laktasiya dövründə istifadəsi məsləhət görülmür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nəqliyyat vasitələrini və digər mexanizmlərdən idarə etmək qabiliyyətinə təsiri barədə tədqiqatlar keçirilməmişdir. Nəqliyyat vasitələrinin idarəsi və ya mexanizmlərin istifadə edilməsi zamanı nəzərə almaq lazımdır ki, Kantab Plyus ilə müalicə zamanı bəzən başgicəllənmə və ya yorğunluq hissi yarana bilər.
KANTAB İstifadə qaydası və dozası
İstifadə qaydası: Peroral istifadə. Kantab Plyus qida ilə və ya qidasız qəbul edilə bilər. Dozalanma Kantab Plyus-un tövsiyə olunan dozası gündə bir dəfə bir tablet təşkil edir. Ayrı-ayrı komponentlər (kandesartan sileksetil və hidroxlorotiazid) ilə dozanın titrasiyası tövsiyə olunur. Klinik cəhətdən məqsədə uyğundursa monoterapiyadan Kantab Plyus ilə müalicəyə keçmə nəzərdə tutula bilər. Hidroxlorotiazidlə monoterapiyadan kandesartan sileksetilə keçid zamanı dozasının titrasiyası tövsiyə olunur. Kandesartan sileksetil və ya hidroxlorotiazidlə monoterapiya zamanı qan təzyiqinə optimal nəzarət əldə olunmayan xəstələrə Kanta Plyus təyin oluna bilər. Antihipertenziv təsirin böyük hissəsi adətən müalicənin başlanmasından 4 həftə ərzində əldə olunur.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.