Pharmed

KAMFORA 100MG 40ML YAG (AZERFARM)

KAMFORA YAĞI

 

KAMFORA YAĞI Tərkibi

Təsiredici maddə: 100 ml məhlulun tərkibində 10 q kamfora vardır.
Köməkçi maddələr: günəbaxan yağı.


Farmakoterapevtik qrupu

Analeptik vasitələr.

ATC kodu: M02AX.

 

Farmakoloji xüsusiyyətləri

Kamfora analeptik vasitələrin əsas nümayəndələrindən biridir. Kamfora tənəffüs mərkəzini tonuslandırır, damar-hərəkət mərkəzini stimulə edir. Kamfora həmçinin, ürək əzələsində maddələr
mübadiləsini gücləndirmək və onun simpatik sinirlərin təsirinə həssaslığını artırmaqla ona
əvəzolunmaz təsir göstərir. Kamforanın təsiri altında periferik qan damarları daralır. Yerli
istifadə zamanı kamfora preparatları qıcıqlandırıcı və qismən antiseptik təsir göstərir.

 

İstifadəsinə göstərişlər

İltihabi proseslər, artrit, revmatizm zamanı kompress və sürtmə şəklində istifadə olunur.

 

Əks göstərişlər

Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.
Epilepsiya və qıcolma reaksiyalarına meyllik, bronxial astma, yanıqlar zamanı dəri zədələnməsi,
dəri tamlığının pozulmuş sahəsi, irinli dəri xəstəlikləri.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Aşkar olunmamışdır

 

KAMFORA YAĞI İstifadə qaydası və dozası

Xaricə sürtmə və kompress şəklində istifadə olunur.
Selikli qişalara, açıq yaralara istifadə etmək olmaz.
Gözlərə düşməsindən çəkinmək lazımdır.

 

Əlavə təsirləri

Fərdi dözümsüzlük, preparata qarşı yüksək həssaslıq.
Dərinin qabıqlanması, dəridə qızartı, dəri səpgisi, övrə, qaşınma, dərinin qıcıqlanması, kontakt
dermatit daxil olmaqla, digər allergik reaksiyalar.

 

Doza həddininin aşılması

Az təsadüf olunur.

 

Buraxılış forması

25 ml və ya 40 ml məhlul, şüşə flakonda. Müvafiq sayda flakon, içlik vərəqə ilə birlikdə karton
qutuya qablaşdırılır.
 

 

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.