Pharmed
KAMFORA 100MG 30ML YAG (BELARUS)
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri
_____________ E.M.Ağayev
“___”__________ 2019-cu il
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
KAMFORA YAĞI 100 mq/ml xaricə istifadə üçün yağlı məhlul
CAMPHOR OIL
Tərkibi
Təsiredici maddə:1 flakonda 3 q rasemik kamfora vardır.
Köməkçi maddə: günəbaxan yağı .
Təsviri
Şəffaf, yağlı, sarı rəngli, kamfora qoxulu mayedir.
Farmakoterapevtik qrupu
Əzələ və oynaqlarda ağrılar zamanı xaricə istifadə üçün digər vasitələr.
ATC kodu: МO2АХ10.
Farmakoloji xüsusiyyətləri
Dərman vasitəsi antiseptik, yerli qıcıqlandırıcı, yerli analgeziyaedici və iltihabəleyhinə təsir
göstərir.
İstifadəsinə göstərişlər
Əzələ-sinir ağrılarının simptomatik müalicəsi, yataq yaralarının profilaktikası.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq, qıcolma reaksiyalarına meyillik,
dəri örtüyünün tamlığının pozulması, dəridə istifadəsi nəzərdə tutulan nahiyənin iltihabi
xəstəliyi (o cümlədən, dermatit, ekzema), hamiləlik, laktasiya dövrü, 18 yaşa qədər uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Yalnız xaricə istifadə üçündür.
İstifadə etməzdən əvvəl dərman vasitəsini dərinin azacıq hissəsinə sürtmək lazımdır.
Bədənin böyük sahəsinin işlənməsi qadağandır. Dərman vasitəsini, yalnız təmiz
zədələnməmiş dəridə istifadə etmək olar. Dərman vasitəsini dəriyə sürtərkən, ağrı
olmamalıdır. Dəridə ağrı, ödem və ya səpgi yarandıqda, dərman vasitəsinin istifadəsini
dayandırmaq və dərhal həkimə müraciət etmək lazımdır.
Preparatı açıq yaraya, göz nahiyəsinə, selikli qişalara sürtmək olmaz. Selikli qişaya və ya
gözlərə təsadüfən düşməsi zamanı xeyli miqdarda su ilə yumaq lazımdır.
Məhlulun istifaadəsindən sonra əlləri isti su və sabunla yaxşıca yumaq lazımdır. Dərman
vasitəsini sürtdükdən sonra dəri reaksiyalarının yaranması riskinin artması ilə əlaqədar yerli
istilikdən (qrelka, lampa, paket və ya içərisində isti su olan flakon) istifadə etmək məsləhət görülmür. Yüksək həssaslığı malik pasiyentlər dərman vasitəsinin istifadəsindən əvvəl və
sonra isti duş və ya vanna qəbul etməməlidirlər.
Dərman vasitəsindən istifadə zamanı simptomlar saxlandıqda və ya vəziyyətin pisləşməsi
baş verdikdə, dərman vasitəsinin istifadəsini dayandırmaq və həkimə müraciət etmək
lazımdır.
Nəfəslə udulmasından çəkinmək lazımdır.Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər dərman vasitələrilə qarşılıqlı təsirini qiymətləndirən tədqiqatlar aparılmayıb. Xaricə
istifadə edilən digər vasitələrlə eyni vaxtda istifadəsi məsləhət görülmür.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə istifadəsinin təhlükəsizliyi müəyyən edilməyib. Hamiləlik
və laktasiya dövründə istifadəsi əks göstərişdir. Ana südü ilə qidalandıran dövrdə süd
vəzisinin dərisinə sürtmək olmaz.
Pediatriyada istifadəsi
Adekvat məlumatların olmaması səbəbindən dərman vasitəsinin 18 yaşa qədər uşaqlarda
istifadəsi əks göstərişdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə
təsiri
Dərman vasitəsinin nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə
qabiliyyətinə təsiri öyrənilməyib. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizm-
ləri idarə edərkən, ehtiyatlı olmaq məsləhət görülür.
İstifadə qaydası və dozası
Xaricə istifadə edilir.
Ağrı nahiyəsinə sutkada 2-3 dəfə sürtülür. Yataq yaralarının yaranmasının profilaktikası
üçün dərinin sahəsi sutkada 2-3 dəfə işlənir. Məhluldan istifadə zamanı dəriyə travma verə
bilən hərəkətlərdən çəkinmək lazımdır.
7 gündən artıq istifadə etmək məsləhət görülmür.
Müalicənin müddəti xəstəliyin xüsusiyyətindən, dərman vasitəsinə qarşı dözümlülükdən və
əldə edilən effektdən asılı olaraq, həkim tərəfindən müəyyən edilir.
Əlavə təsirləri
Allergik dəri reaksiyaları (övrə); dərinin qıcıqlanması; başağrı, başgicəllənmə.
Əlavə təsirlərin yarandığı halda, eləcə də, içlik vərəqədə qeyd edilməyən təsirlər meydana
gəldikdə, dərman vasitəsinin istifadəsini dayandırmaq və həkimə müraciət etmək lazımdır.
Doza həddinin aşılması
Xaricə istifadsi zamanı doza həddinin aşılması halları qeyd edilməyib.
Kamfora yağının daxilə qəbul edilməsi zamanı dərhal həkimə müraciət etmək vacibdir.
Dərman vasitəsinin təsadüfən daxilə qəbulu zamanı doza həddinin aşılması mədə-bağırsaq
(ürəkbulanma, qusma, diareya, qarın nahiyəsində ağrı) və nevroloji pozulmaların (başağrı,
başgicəllənmə, istilik hissi/istibasma, qıcolma, tənəffüsün zəifləməsi və koma) simptomlarını
özündə birləşdirir.
Müalicə simptomatikdir. Doza həddinin aşılması zamanı kiçik yaşlı uşaqlarda letal sonluğa
səbəb ola bilən kamfora ilə sonrakı inhalyasiya və larinqospazmın inkişafı ilə əlaqədar
risklərə görə qusma yaratmaq olmaz.
Buraxılış forması
30 ml məhlul, flakonda. Qutusuz flakonlar, içlik vərəqələri ilə birlikdə qrup qablaşmasına
qablaşdırılır. İçlik vərəqələrin sayı flakonların sayına müvafiq olmalıdır.
Saxlanma şəraiti
10-25º C temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
“Borisov Dərman Preparatları Müəssisəsi” ASC.
Belarus Respublikası, Minsk vilayəti, Borisov ş., Çapayev k., 64.
Tel.: +375 (177) 735612, 731156.