Pharmed
Kameton 20 ml aerazol
KAMETON aerozol
CAMETON
Beynəlxalq patentləşdirilməmiş adı: yoxdur.
Tərkibi
Təsiredici maddə: 1 balonda 0,1 q xlorobutanol hemihidrat (100% susuz maddə hesabı ilə),
0,1 q rasemik kamfora, 0,1 q mentol vardır.
Köməkçi maddələr: evkalipt yağı, izopropilmiristat, tetraflüoretan.
Farmakoterapevtik qrupu
Respirator sistemə təsir edən vasitə. Boğaz xəstəliklərində istifadə edilən preparatlar.
Antiseptiklər.
İstifadəsinə göstərişlər
Boğazın və burunun kəskin və xroniki infeksion-iltihabi xəstəliklərinin (əsasən, kəskinləşmə
dövründə) yerli müalicəsi: tonzillit, faringit, laringit, rinit.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. 5 yaşa qədər uşaqlar.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparatın hamiləlik və laktasiya dövründə istifadəsinin əks göstəriş olması nəzərdə tutulmayıb,
lakin bu dövrlərdə preparatı həkim təyinatı ilə istifadə etmək lazımdır.
Pediatriyada istifadəsi
5 yaşdan yuxarı uşaqlarda həkim nəzarəti altında istifadə edilir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə
təsiri
Məlumat yoxdur.
İstifadə qaydası və dozası
Böyüklərdə və 5 yaşdan böyük uşaqlarda istifadə edilir. Preparat selikli qişaya yerli və boğazın
və burunun zədələnmiş nahiyəsinə istifadə edilir. Böyüklərdə və 15 yaşdan yuxarı uşaqlarda
preparatın birdəfəlik dozası boğaza 2-3 püskürtmə və hər burun dəliyinə 1-2 püskürtmə, 5-12
yaşlı uşaqlarda boğaza 1-2 püskürtmə və hər burun dəliyinə 1 püskürtmə, 12-15 yaşlı uşaqlarda
boğaza 2 püskürtmə və hər burun dəliyinə 1 püskürtmə təşkil edir.
Preparat sutkada 3-4 dəfə istifadə edilir. Müalicə müddəti həkim tərəfindən fərdi təyin edilir və
terapiyanın intensivliyindən asılıdır (adətən 3-10 sutka təşkil edir). Preparatı 2 həftədən artıq
istifadə etmək olmaz.
Balondan istifadə qaydası
1. Püskürdücünü klapanın ştokuna taxmaq lazımdır.
2. Püskürdücüdən qoruyucu qapaq çıxardılır.
3. Püskürdücünün sərbəst ucu burun boşluğuna 0,5 sm dərinliyə yerləşdirib və ya boğazın
zədələnmiş nahiyəsinə istiqamətləndirib püsükürdücüyə basmaq lazımdır. Buruna
püskürtmə zamanı balonu çevirmək olmaz.
4. Püskürtməni bitirdikdən sonra çirklənmənin qarşısını almaq məqsədilə püskürdücünü
qoruyucu qapaqla bağlamaq lazımdır.
Buraxılış forması
30 q məhlul, alüminium balonda. 1 balon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır
Saxlanma şəraiti
25ºС-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə
saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
“Mikrofarm” MMC.
Ukrayna, 61013, Xarkov ş., Şevçenko k., 20.