PharmEd

Pharmed

KALSIY D3 NIKOMED FORTE N30 TB

KALSİUM D3 NİKOMED 

Beynəlxalq patentləşdirilməmiş adı: yoxdur

 

KALSİUM D3 NİKOMED Тərkibi

Təsiredici maddələr: 1 tabletin tərkibində 1250 mq kalsium karbonat (500 mq elementar kalsium),
 2,20 mq xolekalsiferol konsentratı* şəklində 5,5 mkq xolekalsiferol (200 BV
 D3 vitamini) vardır.
Köməkçi maddələr: ksilitol, portağal aromatizatorlu qranulyat (tərkibi: izomalt, portağal
 dadverici, yağ turşularının mono- və diqliseridləri), povidon, maqnezium
 stearat, sukraloza.
 *xolekalsiferol konsentratın tərkibi 10% qalıq daxil olmaqla: xolekalsiferol,
 DL-α-tokoferol, orta zəncirli triqliseridlər, modifikasiya olunmuş qarğıdalı
 nişastası, saxaroza, natrium askorbat, silisium dioksid.
 

 

Farmakoterapevtik qrupu

Mineral əlavələr. Kalsium preparatları. Kalsium preparatları digər preparatlar ilə kombinasiyada.

ATC kodu: А12АХ.

 

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası:
Orqanizmdə kalsium və fosfor mübadiləsini tənzimləyən kombinə olunmuş preparatdır. Orqanizmdə
kalsium və D vitamini çatışmazlığını bərpa edərək sümük toxumasının və dişlərin sıxlığını artırır və
rezorbsiyanı (sorulmanı) azaldır.
Kalsium sinir keçiriciliyinin, əzələ yığılmalarının tənzimlənməsində iştirak edir və qanın laxtalanma
sisteminin komponentidir.
Vitamin D3 bağırsaqlarda kalsiumun sorulmasını artırır.
Kalsium və D3 vitamininin yanaşı qəbulu kalsium çatışmazlığı nəticəsində inkişaf edən və sümüklərdən
kalsiumun yuyulmasına səbəb olan paratireoid hormonu (PTH) səviyyəsinin artmasının qarşısını alır.
Farmakokinetikası:
Kalsium:
Mədə-bağırsaq traktından (MBT) sorulan kalsiumun miqdarı adətən qəbul olunmuş dozanın 30%-i təşkil
edir.
Orqanizmdə kalsiumun 99%-i dişlərin və sümüklərin bərk strukturunda yerləşir. Qalan 1%-i isə
hüceyrədaxili və hüceyrədənkənar mayelərdə yerləşir. Qanda kalsiumun ümumi miqdarının təxminən 50%-
i fizioloji aktiv ionlaşmış şəkildədir, onlardan təxminən 10%-i sitrat, fosfat və ya digər anionlarla birgə
kompleksdə olur, qalan 40%-i zülallarla, ilk növbədə albuminlə birləşir.
Kalsium bağırsaq, böyrəklər və tərlə xaric olunur. Böyrəklər vasitəsilə xaric olunması yumaqcıq
filtrasiyasından və kalsiumun kanalcıq reabsorbsiyasından asılıdır.
Xolekalsiferol:
Vitamin D3 nazik bağırsaqda asan sorulur.
Xolekalsiferol və onun metabolitləri spesifik qlobulinlə birləşmiş şəkildə qanda dövr edir. Xolekalsiferol
qaraciyərdə hidroksilləşmə yolu ilə 25-hidroksixolekalsiferola qədər transformasiya olunur. Sonra
böyrəklərdə 1,25-dihidroksixolekalsiferol aktiv formasına transformasiya olunur. 1,25-
dihidroksixolekalsiferol kalsiumun sorulmasının artmasına cavabdeh olan metabolitdir. Metabolizə
olunmamış vitamin D3 piy və əzələ toxumalarında yığılır.
Vitamin D3 bağırsaq və böyrəklər vasitəsilə xaric olunur.

 

İstifadəsinə göstərişlər

− Kalsium və D vitamini çatışmazlığının müalicə və profilaktikası
− Kalsium və D vitamininin qəbulu əlavə olaraq kalsium və D vitamini çatışmazlığı riski olan xəstələrdə
osteoporozun müalicəsi zamanı istifadə edilir

 

Əks göstərişlər

− Preparatın təsiredici və ya köməkçi maddələrinə qarşı yüksək həssaslıq;
− Ağır böyrək çatışmazlığı (yumaqcıq filtrasiyasının sürəti <30 ml/dəq/1,73m2);
− Hiperkalsiemiyanın və/və ya hiperkalsiuriyanın inkişafına səbəb olan xəstəliklər və/və ya vəziyyətlər;
− Böyrəkdaşı xəstəliyi (nefrolitiaz);
− D vitamini hipervitaminozu;
− Kalsium-D3 Nikomed preparatının tərkibində izomalt (Е953) və saxaroza vardır. Bu səbəbdən qlükozaya
qarşı dözümsüzlülük ilə bağlı nadir irsi problemlər, qlükoza-qalaktoza sorulmasının pozulması və
saxaroza-izomaltaza çatışmazlığı olan xəstələrə bu preparatın istifadəsi tövsiyə edilmir.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Uzunmüddətli müalicə zamanı qan zərdabında kalsiumun səviyyəsi və böyrək funksiyası qan zərdabında
kreatininin səviyyəsi təyin olunmaqla nəzarət altında olmalıdır. Xüsusilə də yaşlı xəstələrdə ürək
qlikozidləri və diuretiklərlə yanaşı müalicə zamanı, və daşların əmələ gəlməsinə meyillilik olan xəstələrdə.
Hiperkalsiemiya inkişaf etdiyi və ya böyrək funksiyası pozulmasının əlamətlərinin meydana çıxdığı halda
doza azaldılmalı və ya müalicə dayandırılmalıdır.
Hiperkalsiemiya və ya böyrək funksiyasının pozulması əlamətləri olan xəstələrə kalsium karbonat
xolekalsiferol ilə yanaşı ehtiyatla təyin edilməli və kalsium və fosfatların təsiri tənzimlənməlidir. Yumşaq
toxumaların kalsifikasiya riski nəzərə alınmalıdır.
Digər D vitamini mənbəyi və/və ya kalsium tərkibli dərman preparatları və ya qida maddələri ilə yanaşı
müalicə zamanı böyrək funksiyasının pozulması ilə nəticələnən hiperkalsiemiya və süd-qələvi sindromu
riski mövcuddur. Qeyd olunan xəstələrdə kalsiumun zərdab konsentrasiyası və böyrək funksiyası nəzarət
altında saxlanılmalıdır.
Kalsium-D3 Nikomed sarkoidozdan əziyyət çəkən xəstələrə D vitamininin onun aktiv formasına
çevrilməsinin yüksək riski ilə əlaqədar ehtiyatla təyin edilməlidir. Həmin xəstələrdə qan zərdabında və
sidikdə kalsiumun səviyyəsi nəzarət altında saxlanılmalıdır.
Kalsium-D3 Nikomed hiperkalsiemiyanın inkişafı riski ilə əlaqədar osteoporoz ilə immobilizə olunmuş
xəstələrə ehtiyatla təyin edilməlidir.
Qaraciyər çatışmazlığı zamanı dozanın tənzimlənməsi tələb olunmur.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Tiazid diuretikləri kalsiumun sidik ilə ekskresiyasının zəifləməsinə səbəb olur. Hiperkalsiemiya inkişafının
yüksək təhlükə səviyyəsinə görə tiazid diuretiklərinin yanaşı qəbulu zamanı zərdabda kalsium səviyyəsinin
müntəzəm qaydada yoxlanılması mütləqdir.
Kalsium və D vitamini ilə müalicə zamanı inkişaf edən hiperkalsiemiya ürək qlikozidlərinin toksikliyini
artıra bilər. Bu səbəbdən, xəstələrdə elektrokardioqrafiya (EKQ) aparılmalı və həmçinin qan zərdabında
kalsiumun səviyyəsi yoxlanılmalıdır.
Kalsium karbonat yanaşı qəbul edilən tetrasiklin qrupuna aid olan preparatların mənimsənilməsinə təsir
göstərə bilər. Bu səbəbdən tetrasiklin qrupuna aid olan preparatlar kalsium karbonatın peroral qəbulundan
2 saat əvvəl və ya 4-6 saat sonra qəbul edilməlidir.
Kalsium ilə yanaşı istifadəsi zamanı xinolon antibiotiklərin absorbsiyası pozula bilər. Xinolon antibiotiklər
kalsium preparatlarının qəbulundan 2 saat əvvəl və ya 6 saat sonra qəbul edilməlidir.
Bifosfonatlar ilə yanaşı qəbulu zamanı qeyd olunan preparatlar Kalsium-D3 Nikomed preparatının
qəbulundan ən azı 1 saat əvvəl qəbul edilməlidir ki, bu da bifosfonatların MBT-dan sorulmasının
zəifləməsinin qarşısını alır.
Kalsium ilə yanaşı istifadəsi zamanı levotiroksinin absorbsiyası zəifləyir və nəticədə onun effektivliyi
azalır. Kalsium və levotiroksinin qəbulu arasında ən azı 4 saat interval olmalıdır.
Kalsium duzları dəmir, sink və stronsium ranelatın sorulmasını azaldır. Bu səbəbdən qeyd olunan
preparatlar kalsium preparatların qəbulundan ən azı 2 saat əvvəl və ya 2 saat sonra qəbul edilməlidir.
Orlistatla müalicə potensial olaraq yağda həll olan vitaminlərin (məsələn, D3 vitamininin) sorulmasını poza
bilər.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik:
Kalsium-D3 Nikomed hamilə qadınlarda kalsium və D vitamini çatışmazlığı zamanı istifadə oluna bilər.
Hamiləlik zamanı kalsiumun gündəlik dozası 2500 mq-dan, D vitamininin isə 4000 BV-dən yuxarı
olmamalıdır. Daimi hiperkalsiemiya inkişaf edən dölə mənfi təsir göstərdiyi üçün hamiləlik zamanı
kalsiumun və D vitamininin doza həddinin aşılmasından qaçmaq lazımdır.
D vitamini terapevtik dozalarda teratogen təsirə malik deyil.
Laktasiya:
Kalsium-D3 Nikomed laktasiya dövründə istifadə oluna bilər. Kalsium və D3 vitamini ana südünə keçir.
Uşağa D vitamininin əlavə təyini zamanı bunu nəzərə almaq lazımdır.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Kalsium-D3 Nikomed preparatı nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə
qabiliyyətinə təsir göstərmir.

 

KALSİUM D3 NİKOMED İstifadə qaydası və dozası

Kalsium və D vitamini çatışmazlığı:
böyüklər: gündə 1-3 dəfə 1 tablet.
uşaqlar: gündə 1-2 dəfə 1 tablet.
Osteopoz zamanı əlavə müalicə kimi:
böyüklər və yaşlı xəstələr: gündə 2-3 dəfə 1 tablet
Böyrək çatışmazlığı olan xəstələr:
Ağır böyrək çatışmazlığı zamanı Kalsium D3 Nikomed preparatını istifadə etmək məsləhət görülmür.
Tabletləri çeynəmək və sormaq olar.

 

Əlavə təsirləri

Arzuolunmaz əlavə təsirlər orqan sistemləri sinfi və yaranma tezliyi nəzərə alınaraq sadalanmışdır. Əlavə
təsirlərin başvermə tezliyi aşağıdakı kimi təsnif edilir: bəzən rast gələn (≥ 1/1000, <1/100); nadir hallarda
rast gələn (≥1/10000, <1/1000); çox nadir hallarda rast gələn (<1/10000), tezliyi məlum olmayan (əldə olan
məlumatlar əsasında tezliyin müəyyən edilməsi mümkün deyil).
Metabolizm və qidalanma pozulmaları
Bəzən rast gələn: hiperkalsiemiya və hiperkalsiuriya.
Çox nadir hallarda rast gələn: süd-qələvi sindromu (sidik ifrazının tezləşməsi; uzunmüddətli baş ağrısı;
iştahanın uzunmüddətli itməsi; ürəkbulanma və ya qusma; yorğunluq və ya zəiflik; hiperkalsiemiya, alkaloz
və böyrək çatışmazlığı). Adətən, doza həddinin aşılması zamanı qeyd olunur.
Mədə-bağırsaq pozulmaları
Nadir hallarda rast gələn: qəbizlik, dispepsiya, meteorizm, ürəkbulanma, qarında ağrı və ishal.
Dəri və dərialtı toxumalarda pozuntular
Çox nadir hallarda rast gələn: qaşınma, səpgi və övrə.
Böyrək çatışmazlığı olan xəstələr: potensial hiperfosfatemiya, nefrolitiaz və nefrokalsinoz inkişafının riski.
İmmun sistemə
Tezliyi məlum olmayan: Kvinke ödemi və qırtlağın ödemi kimi hiperhəssaslıq reaksiyaları.
Dərman vasitəsi ilə müalicənin başlanmasından sonra meydana çıxan istənilən şübhəli əlavə təsir haqqında
məlumatın verilməsi mütləqdir ki, bu da qeyd olunan dərman vasitəsinin fayda/risk nisbətinin profilinin
daimi nəzarətini təmin edir.

 

Doza həddinin aşılması

Doza həddinin aşılması D hipervitaminozu və hiperkalsiemiyaya səbəb ola bilər. Hiperkalsiemiya
simptomları – anoreksiya, susuzluq hissi, ürəkbulanma, qusma, qəbizlik, qarında ağrılar, əzələ zəifliyi,
yorğunluq, əqli pozulmalar, polidipsiya, poliuriya, sümükdə ağrılar, nefrokalsinoz, böyrəklərdə daşların
əmələ gəlməsi, ağır hallarda isə – ürək aritmiyası. Ağır dərəcəli hiperkalsiemiya koma və ölüm ilə
nəticələnə bilər. Kalsiumun dayanıqlı yüksək səviyyələri böyrəklərin geri çevrilməz zədələnməsi və
yumşaq toxumaların əhəngləşməsi ilə nəticələnə bilər.
Böyük miqdarda kalsium və absorbsiya olunan qələvi istifadə edən şəxslərdə süd-qələvi sindromu inkişaf
edə bilər.
Müalicə: kalsium və D vitamininin qəbulu dayandırılmalıdır və həmçinin, tiazid diuretiklər və ürək
qlikozidləri ilə müalicə aparılmalıdır. Huşun pozulması ilə xəstələrə mədənin təmizlənməsi məsləhət
görülür. Həmçinin rehidratasiya aparılmalı və ağırlıq dərəcəsindən asılı olaraq, ilgək diuretikləri,
bifosfonatlar, kalsitonin və kortikosteroidlər ayrıca və ya kombinasiyada istifadə olunmalıdır. Bundan
başqa, qan zərdabında elektrolitlərin səviyyəsi, böyrək funksiyası və diurez nəzarət altında saxlanılmalıdır.
Ağır hallarda EKQ aparılması və mərkəzi venoz təzyiqin (MVT) nəzarəti tövsiyə edilir.

 

Buraxılış forması

30, 60 və ya 120 tablet, yüksək sıxlıqlı polietilendən hazırlanmış və burulan qapaqla bağlanmış flakonda.
1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilir.
 

 

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.