Pharmed
JANUVIYA 100MG N28 TB (B.KRALLIG)
YANUVİYA örtüklü tabletlər JANUVIA
Beynəlxalq patentləşdirilməmiş adı: Sitagliptin
Yanuviya Tərkibi
Təsiredici maddə: 1 örtüklü tabletin tərkibində 100 mq sitaqliptinə ekvivalent miqdarda sitaqliptin fosfat monohidrat vardır.
Köməkçi maddələr:mikrokristallik sellüloza, xırdalanmamış ikiəsaslı susuz kalsium fosfat, natrium kroskarmelloza, maqnezium stearat, natrium stearilfumarat.
Örtük: (Opadray® II: Bej 85 F 17438): polivinil spirti, titan dioksid (E 171), makroqol (polietilenqlikol) 3350, talk, sarı dəmir oksidi (E172), qırmızı dəmir oksidi (E172).
Təsviri
Yumru, ikitərəfli qabarıq, bej rəngdə, örtüklü tabletlərdir. Tabletin bir tərəfi hamardır, digər tərəfində “277” nişanı vardır.
Farmakoterapevtik qrupu
Hipoqlikemik maddə: dipeptidilpeptidaza-4-ün inhibitoru.
ATC kodu: A10BH01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
YANUVİYA (sitaqliptin) dipeptidilpeptidaza-4 (DPP-4) inhibitorları adlanan peroral antihiperqlikemik maddələr sinifinə aiddir, hansılar ki, 2-ci tip şəkərli diabetli xəstələrdə aktiv inkretin hormonların səviyyəsini artırmaqla qlikemik nəzarəti yaxşılaşdırır. İnkretinlər fəslindən olan hormonlar, o cümlədən qlükaqona-bənzər peptid-1 (QBP-1) və qlükozadan asılı insulinotrop polipeptid (QİP), gün ərzində bağırsağlarda ifraz edilir, onların səviyyəsi isə qida qəbuluna cavab olaraq artır. İnkretinlər qlükoza homeostazın fizioloji tənzimlənməsində iştirak edən endogen sistemin bir hissəsidir. Qanda qlükozanın normal və ya yüksək səviyyəsində QBP-
1 və QİP insulinin sintezini, həmçinin siklik AMF ilə assosiasiyalı siqnal hüceyrədaxili mexanizmlər nəticəsində mədəaltı vəzinin beta-hüceyrələrindən insulinin xaric olmasını gücləndirirlər. 2-ci tip şəkərli diabetli heyvanlar üzərində modellərdə QBP-1 və ya DPP-4 inhibitorları ilə müalicə qlükozaya qarşı beta-hüceyrələrin mənimsənilməsinin yaxşılaşmasını və insulinin sekresiya və biosintezinin stimullaşdırılmasını göstərib. İnsulinin yüksək səviyyələrində toxumalarla qlükozanın udulması artır. Bundan əlavə QBP-1 mədəaltı vəzin alfa-hüceyrələrində qlükaqonun sekresiyasını azaldır. İnsulinin səviyyəsinin yüksəlməsi fonunda qlükaqonun konsentrasiyasının azalması qaraciyərlə qlükozanın əmələ gəlməsinin azalmasına səbəb olur ki, bu da nəticədə qanda qlükozanın səviyyəsinin azalmasına gətirib çıxarır. QBP-1 və QİP-in
yuxarıda göstərilən effektləri qlükozadan asılıdır, yəni qanda qlükozanın aşağı konsentrasiyalarında insulinin xaric olmasının stimullaşdırılması və QPP-1 qlükaqonun sekresiyasının enməsi müşahidə olunmur. Həm QPP-1, həm də QİP üçün qlükozanın səviyyəsi normal konsentrasiyadan yüksək olduqda insulinin xaric olması güclənir. Hətta QPP-1 hipoqlikemiyaya cavabdeh olan qlükaqonun normal xaric olmasına təsir etmir. QBP-1 və QİP-in aktivliyi DPP-4 fermenti ilə məhdudlaşır, hansı ki qeyri-aktiv maddələrin əmələ gəlməsi ilə inkretinləri tez hidrolizə edir. Sitaqliptin DPP-4 fermenti ilə inkretinlərin hidrolizinin qarşısını alır, nəticədə QBP-1 və QİP-in aktiv formalarının plazma konsentrasiyalarını artırır. Sitaqliptin inkretinlərin səviyyələrini artıraraq, insulinin qlükozadan asılı xaric olmasını gücləndirir və qlükaqonun sekresiyasının azalmasına səbəb olur. Hiperqlikemiya ilə 2-ci tip şəkərli diabeti olan xəstələrdə insulinin və qlükaqonun səviyyələrinin belə dəyişməsi qlikozilləşdirilmiş A1c hemoqlobinin (HbA1c) enməsinə və qlükozanın acqarına və qida qəbulundan sonra konsentrasiyalarının azalmasına gətirə bilər. Sitaqliptinin qlükozadan asılı təsir mexanizmi sulfonilsidikcövhəri törəmələrinin təsir mexanizmindən fərqlidir; sulfonilsidikcövhəri törəmələri insulinin sekresiyasını hətta qlükozanın aşağı səviyyəsində gücləndirib, sağlam insanlarda və 2 tip şəkərli diabeti olan xəstələrdə hipoqlikemiyaya gətirə bilər. Sitaqliptin DPP-4 fermentin güclü təsiredici və yüksək selektiv inhibitoru olub, müalicəvi konsentrasiyalara yaxın olan DPP- 8 və ya DPP-9 fermentlərini inhibə etmir.
Farmakokinetikası
Sitaqliptinin farmakokinetikası sağlam şəxslərdə və 2-ci tip şəkərli diabetli xəstələrdə hərtərəfli xarakterizə edilib. Sağlam şəxslərdə 100 mq sitaqliptinin peroral qəbulundan sonra preparatın sürətli absorbsiya və 1-4 saatdan sonra maksimal plazma konsentrasiyaları (mediana Tmax) qeyd olunur. Qan plazmasında sitaqliptinin AUC dərəcələri dozaya proporsional olaraq artır. Preparatı 100 mq birdəfəlik dozada peroral qəbul etdikdə qan plazmasında sitaqliptinin AUC dərəcələri sağlam şəxslərdə 8,52 mkmol x saat, Cmax 950 nmol, görünən son yarımxaricolma dövrü (t1/2) 12,4 saat təşkil edib. Qan plazmasında sitaqliptinin AUC tarazlı vəziyyətdə 100 mq dozanın qəbulundan sonra ilk doza ilə müqayisədə təqribən 14% artımışdır. Sitaqliptinin AUC variasiyalarının intra- və intersubyektli əmsalları cüzi olub (5,8% və 15,1%). Sitaqliptinin farmakokinetikası sağlam şəxslərdə və 2 tip şəkərli diabetli xəstələrdə ümumlikdə analojidir.
Absorbsiyası
Sitaqliptinin tam biomənimsənilməsi təxminən 87% təşkil edir. Nəzərə alaraq ki, tərkibində yağların yüksək səviyyəsi olan qida ilə birlikdə YANUVİYA preparatın qəbulu onun farmakokinetikasına təsir etmir, YANUVİYA preparatını qida qəbulundan asılı olmayaraq istifadə etmək olar.
Paylanması
Sağlam şəxslərdə 100 mq sitaqliptinin venadaxili birdəfəlik yeridilməsindən sonra paylanmanın tarazlıq vəziyyətində orta həcmi təxminən 198 litrə təşkil edir. Qan plazmasının zülalları ilə dönən şəkildə birləşmiş sitaqliptinin fraksiyası cüzidir (38%).
Metabolizmi
Sitaqliptin əsasən sidiklə dəyişilməmiş şəkildə xaric olur, metabolizmi isə əhəmiyyətli deyil. Sitaqliptinin təxminən 79%-i dəyişilməmiş şəkildə sidiklə xaric olur.
[14C] sitaqliptinin peroral qəbulundan sonra radioaktiv preparatın təxminən 16%-i sitaqliptin metabolitləri şəklində xaric olunub. Plazmada sitaqliptinin DPP-4 inhibəedici aktivliyə gözlənilən kimi malik olmayan 6 metabolitlərin iz səviyyələri aşkar olunub. İn vitro tədqiqatlarda aşkar olunub ki, sitaqliptinin məhdud metabolizminə cavabdeh olan əsas ferment CYP2C8 iştiraki ilə CYP3A4.
Xaric olması
Sağlam şəxslərlə [14C] sitaqliptinin peroral qəbulundan sonra radioaktiv preparatın təxminən 100%-i nəcislə (13%) və sidiklə (87%) preparatın qəbulundan sonra 1 həftə ərzində xaric olunub. 100 mq sitaqliptinin peroral qəbulundan sonra görünən son yarımxaricolma dövrü təxminən 12,4 saat təşkil edir; böyrək klirensi təxminən 350 ml/dəq təşkil edir.
Sitaqliptinin xaric olunması əsasən böyrəklərlə aktiv kanalcıq sekresiya mexanizmi üzrə baş verir. Böyrəklərlə sitaqliptinin xaric olunma prosesinə qatıla bilən insanın 3-cü tip üzvi anionların (hÜAT-3) daşınması üçün sitaqliptin substratdır. Sitaqliptinin daşınmasında hÜAT-3
klinik əhəmiyyəti qeyd olunmayıb. Sitaqliptin həmçinin P-qlikoproteinin (hansı ki böyrəklərlə sitaqliptinin xaric olunma prosesində həmçinin iştirak edə bilər) substratıdır. Lakin, P- qlikoproteinin inhibitoru olan siklosporin sitaqliptinin böyrək klirensini azaltmayıb.
Ayrı-ayrı qrup xəstələrdə farmakokinetikası
Sağlam insanlarda və 2-ci tip şəkərli diabetli xəstələrdə sitaqliptinin farmakokinetikası ümumlikdə eyni olmuşdur.
Böyrək çatışmazlığı
Böyrək funksiyasının müxtəlif ağırlıq dərəcəli xronik pozulmaları olan xəstələrdə sağlam qrup pasiyentlərlə müqayisədə YANUVİYA preparatının (50 mq) farmakokinetikasını qiymətləndirmək məqsədi ilə birdəfəlik dozadan istifadə etməklə açıq tədqiqat keçirilmişdir. Tədqiqata böyrək funksiyasının yüngül, orta və ağır dərəcəli pozulmaları olan xəstələr, həmçinin böyrək xəstəliklərinin terminal mərhələsində olan, hemodializ aparılan xəstələr daxil edilmişdir. Populyasoin farmakokinetik analiz istifadə etməklə əlavə olaraq 2-ci tip şəkərli diabetli xəstələrdə və böyrək funksiyasının yüngül, orta və ağır dərəcəli pozulmaları olan xəstələrdə (terminal mərhələ daxil olmaqla) sitaqliptinin farmakokinetikasına böyrək funksiyasının pozulmasının təsiri qiymətləndirilmişdir.
Sağlam pasiyentlərdə nəzarət qrupu ilə müqayisədə sitaqliptinin qan plazmasındaki AUC göstəricisi böyrək funksiyasının yüngül dərəcəli pozulması olan xəstələrdə (YFS ≥ 60 -
< 90 ml/dəq) və böyrək funksiyasının orta dərəcəli pozulması olan xəstələrdə (YFS ≥ 45 -
< 60 ml/dəq) müvafiq olaraq təqribən 1,2 və 1,6 dəfə yüksəlmişdir. Nəzərə alaraq ki, bu yüksəlişin klinik əhəmiyyəti yoxdur bu qrup xəstələrdə dozaya düzəliş tələb olunmur.
Sitaqliptinin AUC plazma göstəriciləri böyrək funksiyasının orta dərəcəli pozulması olan xəstələrdə (YFS ≥ 30 - < 45 ml/dəq) təqribən 2 dəfə atrmışdır və böyrək funksiyasının ağır dərəcəli pozulmaları olan xəstələrdə (YFS ≥ 15 - < 30 ml/dəq), böyrək xəstəliklərinin terminal mərhələsində olan, hemodializ aparılan xəstələr daxil olmaqla təxminən 4 dəfə artmışdır (dozanı istifadə etdikdən 4 saat sonra başlanmış hemodiazdən 3-4 saat öncə – 13,5%). Sitaqliptinin normal böyrək funksiyası olan xəstələrdə eyni göstəricilərlə müqayisə edilən plazma konsentrasiyalarını əldə etmək üçün, YFS < 45 ml/dəq olan xəstələrdə preparatı aşağı dozada qəbul etmək tövsiyə edilir.
Qaraciyər funksiyasının pozulması
Qaraciyər funksiyasının yüngül və ya orta ağır dərəcəli pozulmaları olan xəstələrdə (Çayld-Pyu şkalası üzrə ≤ 9) YANUVİYA preparatının dozasına düzəliş etməyə ehtiyac yoxdur. Qaraciyər funksiyasının ağır dərəcəli pozulması olan xəstələrdə (Çayld-Pyu şkalası üzrə >9) preparatdan istifadənin klinik təcrübəsi yoxdur. Lakin, nəzərə alaraq ki, sitaqliptin əsasən böyrəklər vasitəsilə xaric olunur qaraciyər funksiyasının ağır pozulmalarında sitaqliptinin farmakokinetikasına nəzərəçarpan təsir gözlənilmir.
Yaşlı xəstələr
Yaşdan asılı preparatın dozasının korreksiyasına ehtiyac yoxdur. Xəstələrin yaşı sitaqliptinin farmakokinetikasına klinik əhəmiyyətli təsir göstərmir (Faza I və Faza II populyasion farmakokinetik analizin nəticələrinə əsaslanaraq). Yaşlı xəstələrdə (65-80 yaş) sitaqliptinin qan plazmasında konsentrasiyaları daha cavan xəstələrlə müqayisədə təxminən 19% yüksək olub.
Uşaqlar
2-ci tip şəkərli diabeti olan uşaqlarda (10 yaşdan 17 yaşa qədər) (birdəfəlik doza 50 mq, 100 mq və ya 200 mq) sitaqliptinin farmakokinetikası tədqiq edilirdi. Bu populyasiyada sitaqliptinin dozaya uyğunlaşdırılmış qan plazmasında AUC dəyəri 100 mq dozada 2-ci tip şəkərli diabetli böyüklər ilə müqayisədə təxminən 18% aşağı olmuşdur. Bu, 50 mq və 100 mq dozalar arasında bərabər FK/FD nisbətinə əsaslanaraq, yetkin xəstələrlə müqayisədə klinik cəhətdən əhəmiyyətli fərq hesab edilmir. 10 yaşdan kiçik uşaqlarda sitaqliptinin tədqiqatı keçirilməmişdir.
Xəstələrin digər xarakteristikaları Xəstələrin digər xarakteristikaları
Cins, irq və ya bədən kütləsi indeksindən (BKİ) asılı olaraq preparatın dozasına düzəliş etməyə ehtiyac yoxdur. Bu amillər sitaqliptinin farmakokinetikasına klinik əhəmiyyətli təsir göstərməmişdir ki, bu da Faza I və Faza II tədqiqatların nəticələrinin populyasion farmakokinetik analizinə və Faza I nəticələrinin kompleks farmakokinetik analizinə əsaslanır.
JANUVIYA İstifadəsinə göstərişlər
2-ci tip şəkərli diabeti olan xəstələrdə YANUVİYA preparatı qlikemiyaya nəzarəti yaxşılaşdırmaq üçün göstərişdir.
Monoterapiya
Yalnız dieta və ya fiziki işlə qlikemiyaya adekvat nəzarət edilə bilməyən və ya metforminə qarşı əks göstərişə və ya dözümsüzlüyə görə metforminin istifadəsi mümkün olmayan xəstələrə göstərişdir.
İkikomponentli peroral müalicə aşağıdakı kombinasiyalarda
Metforminlə, pəhriz, fiziki iş, həmçinin ancaq metformindən istifadə edilməsi, qlikemiyaya adekvat nəzarəti təmin etmədikdə.
Sulfonilsidikcövhəri ilə, dieta, fiziki iş, həmçinin yalnız sulfonilsidikcövhərinin maksimal dözülən dozada istifadəsi qlikemiyaya adekvat nəzarəti təmin etmədiyi halda və metforminin əks göstəriş olduğu və ya ona qarşı dözümsüzlük olduğu hallarda.
PPARγ (peroksisom proliferator ilə aktivləşdirilmiş reseptor-qamma) aqonisti ilə (başqa sözlə, tiazolidindionla), PPARγ ilə istifadə yararlı olduqda və ya yalnız PPARγ aqonistinin dieta və fiziki işlə birlikdə istifadəsi qlikemiyaya adekvat nəzarəti təmin etmədiyi hallarda.
Üçkomponentli peroral müalicə aşağıdakı kombinasiyalarda
Sulfonilsidikcövhəri və metforminlə dieta, fiziki iş, üstəgəl bu preparatlarla ikikomponentli terapiya qlikemiyaya adekvat nəzarəti təmin etmədiyi halda.
PPARγ aqonisti və metformin ilə PPARγ ilə istifadə yararlı olduqda və dieta, fiziki iş, həmçinin bu preparatlarla ikikomponentli terapiya qlikemiyaya adekvat nəzarəti təmin etmədiyi halda.
YANUVİYA preparatı həmçinin insulinə əlavə kimi (metforminlə/metforminsiz), dieta və fiziki iş, həmçinin insulinin stabil dozası qlikemiyaya adekvat nəzarəti təmin etmir.
YANUVİYA Əks göstərişlər
YANUVİYA preparatı, tərkibində olan hər hansı komponentinə qarşı hiperhəssas olan pasiyentlərə (“Ehtiyat tədbirləri və əlavə təsirləri” böl.bax) əks göstərişdir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ümumi. 1-ci tip şəkərli diabetli xəstələrdə və ya diabetik ketoasidozun müalicəsi üçün YANUVİYA istifadə olunmur.
Kəskin pankreatit
DPP-4 inhibitorlardan istifadə kəskin pankreatitin əmələ gəlməsinin riski ilə assosiasiya edilir. Kəskin pankreatitə xas olan simptomlar barədə xəstəyə məlumat vermək lazımdır: qarın nahiyəsində daimi, intensiv ağrı. Sitaqliptin ləğv edildikdən sonra pankreatitin zəifləməsi müşahidə olunmuşdur (dəstəkləyici müalicə ilə və ya onsuz), lakin çox nadir hallarda nekrotizəedici və ya hemorragik pankreatit halları və/və ya ölüm halları qeyd olunmuşdur. Pankreatitə dair şübhə yarandıqda YANUVİYA və digər potensial təhlükəli preparatlar ləğv olunmalıdır; əgər kəskin pankreatit təsdiqlənərsə, YANUVİYA preparatının qəbulu bərpa olunmamalıdır. Anamnezdə pankreatiti olan xəstələrdə preparat ehtiyatla istifadə olunmalıdır.
Böyrək çatışmazlığı olan xəstələrdə istifadəsi
YANUVİYA preparatı böyrəklər vasitəsilə xaric olunur. Sitaqliptinin normal böyrək funksiyası olan xəstələrdə eyni göstəricilərlə müqayisə edilən plazma konsentrasiyalarını əldə etmək üçün, YFS < 45 ml/dəq olan xəstələrə, həmçinin hemodializ və ya peritoneal dializ tələb edən xəstəliyin terminal mərhələsi olan xəstələrə preparatı aşağı dozada qəbul etmək tövsiyə edilir.
Böyrək funksiyasının pozulması olan xəstələrə sitaqliptini digər antidiabetik preparatlarla kombinasiya şəklində təyin etdikdə bu istifadə üçün şəraiti analizə etmək lazımdır.
( “İstifadə qaydası və dozası, Böyrək çatışmazlığı ilə xəstələr” böl. bax).
Sulfonilsidikcövhəri törəmələri ilə və ya insulinlə kombinasiya zamanı hipoqlikemiya. Monoterapiya kimi və ya hipoqlikemiyanın əmələ gəlməsinə gətirməyən preparatlarla (yani metformin və ya PPARγ aqonistləri (tiazolidindion)) kombinasiya olunmuş müalicənin tərkib hissəsi kimi YANUVİYA preparatın klinik tədqiqatlarında YANUVİYA preparatın istifadəsində
hipoqlikemiyanın səviyyəsi plasebo qəbul etmiş xəstələrdəkiylə analojidir. Digər antihiperqlikemik preparatların istitifadəsi zamanı olduğu kimi, YANUVİYA preparatını sulfonilsidikcövhəri ilə və ya insulinlə kombinasiya şəklində istifadəsi zamanı da hipoqlikemiya müşahidə olunmuşdur (bax. “Əlavə təsirlər”). Buna görə sulfonilsidikcövhəri törəmələri ilə və ya insulinlə induksiya olunmuş hipoqlikemiyanın əmələ gəlməsinin riskini azaltmaq üçün bu preparatların dozasının azalması müzakirə olunmalıdır (“İstifadə qaydası və dozaları” böl. bax). Hiperhəssaslıq reaksiyaları
Sitaqliptinlə müalicə almış xəstələrdə postmarketinq dövründə ciddi hiperhəssaslıq reaksiyaları barədə məlumat verilmişdir. Bu reaksiyalara anafilaksiya, angionevrotik ödem və Stivens- Conson sindromu daxil olmaqla, dərinin eksfoliativ halları aiddir. Bu reaksiyalar sitaqliptinlə müalicəyə başladıqdan sonra ilk 3 ay ərzində yaranmışdır, bəzi hallarda isə – birinci dozanın qəbulundan sonra. Hiperhəssaslıq reaksiyasına dair şübhə yarandıqda YANUVİYA preparatını ləğv edib, reaksiyaların digər mümkün səbəblərini qiymətləndirmək və diabet zamanı alternativ müalicə təyin etmək lazımdır.
Bullyoz pemfiqoid
Sitaqliptin daxil olmaqla DPP4 inhibitorları ilə müalicə almış xəstələrdə postmarketinq dövründə bullyoz pemfiqoid hallar barədə məlumat verilmişdir. Bullyoz pemfiqoidin olmasına dair şübhə yarandıqda YANUVİYA preparatından istifadə ləğv edilir.
Digər dərman maddələri ilə qarşılıqlı təsiri
Digər preparatların sitaqliptinə təsiri
Aşağıda göstərilən klinik məlumatlar onu göstərir ki, eyni zamanda istifadə olunan preparatlarla klinik əhəmiyyətli qarşılıqlı təsirin baş verməsi riski aşağıdır.
In vitro tədqiqatlar göstərmişdir ki, sitaqliptinin məhdud metabolizminə cavabdeh olan əsas ferment CYP2C8-in iştirakı ilə CYP3A4-dür. Normal böyrək funksiyasına malik olan pasiyentlərdə CYP3A4 vasitəsilə baş verən metabolizm də daxil olmaqla metabolizm sitaqliptinin klirensində cüzi rol oynayır. Metabolizm böyrək funksiyasının ağır pozulması zamanı və ya böyrək xəstəliyinin terminal mərhələsində sitaqliptinin xaric olmasında daha əhəmiyyətli rol oynaya bilər. Bu səbəblə, CYP3A4-ün güclü inhibitorları (məsələn, ketokonazol, itrakonazol, ritonavir, klaritromisin) böyrək funksiyasının ağır pozulması olan və ya böyrək xəstəliyinin terminal mərhələsində olan pasiyentlərdə sitaqliptinin farmakokinetikasına təsir göstərə bilər. Klinik tədqiqatda böyrək funksiyasının pozulması zamanı CYP3A4-ün güclü inhibitorlarının təsiri öyrənilməmişdir.
Nəqledilmənin in vitro tədqiqi göstərmişdir ki, sitaqliptin P-qlikoproteinin və üzvi ion daşıyıcısı (nəqledicisi)-3-ün (ÜİD-3) substratıdır. Sitaqliptinin dolayı təsirli nəqledicisi ÜİD-3 in vitro probenesid tərəfindən tormozlanmışdır, baxmayaraq ki, klinik əhəmiyyətli qarşılıqlı təsirin başvermə riskinin aşağı olduğu hesab edilir. ÜİD-3 inhibitorlarının birlikdə istifadə edilməsi in vivo öyrənilməmişdir.
Metformin
Eyni zamanda sitaqliptinin (50 mq) və metforminin (1 000 mq) çoxsaylı dozalarda istifadəsi, 2-ci dərəcəli şəkərli diabet pasiyentlərində sitaqliptinin farmakokinetikasına əhəmiyyətli dərəcədə təsir göstərməmişdir.
Siklosporin
Sitaqliptinin farmakokinetikasına P-qlikoproteinin güclü inhibitoru olan siklosporinin təsirini qiymətləndirmək üçün tədqiqatlar aparılmışdır. Sitaqliptinin peroral birdəfəlik 100 mq dozası və siklosporinin peroral birdəfəlik 600 mq dozasının birlikdə istifadəsi zamanı sitaqliptinin AUC və Cmax göstəriciləri təqribən 29% və 68 % artmışdır. Sitaqliptinin farmakokinetikasında bu dəyişikliklər klinik əhəmiyyət daşımır. Sitaqliptinin böyrək klirensi əhəmiyyətli dərəcədə dəyişməmişdir. Ona görə də P-qlikoproteininin digər inhibitorları ilə əhəmiyyətli qarşılıqlı təsiri gözlənilmir.
Sitaqliptinin digər preparatlara təsiri Diqoksin
Sitaqliptin qan plazmasında az dərəcədə diqoksinin konsentrasiyasına təsir edir.
10 gün müddətində 0,25 mq diqoksinin 100 mq sitaqliptinlə birgə istifadəsindən sonra, qan plazmasında diqoksinin AUC göstəricisi orta hesabla 11%, amma Cmax isə orta hesabla 18% artmışdır. Diqoksinin dozasına düzəliş etmək lazım deyil. Lakin, sitaqliptinlə diqoksini birlikdə istifadə edərkən diqoksinin toksiklik riskinə görə pasiyentlər müşahidə altında saxlanılmalıdır.
İn vitro məlumatlar göstərir ki, sitaqliptin CYP450 izofermentini inhibə və ya induksiya etmir. Klinik tədqiqatlarda sitaqliptin metforminin, qliburidin, simvastatinin, roziqlitazonun, varfarinin və ya oral kontraseptivlərin farmakokinetikasına əhəmiyyətli dərəcədə təsir göstərməmişdir ki, bu da in vivo CYP3A4, CYP2C8, CYP2C9 substratları ilə və üzvi kationların daşıyıcıları ilə qarşılıqlı təsirə meylliliyin aşağı olduğunu göstərir. Sitaqliptin in vivo P-qlikoproteinin zəif inhibitoru ola bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik
Hamilə qadınlarda sitaqliptinin istifadəsi barədə kifayət qədər məlumat yoxdur. Heyvanlar üzərində aparılan tədqiqatlarda yüksək dozalarda reproduktiv toksiklik aşkar edilmişdir. İnsan üçün potensial riski məlum deyil. İnsanlar haqqında məlumat kifayət olmadığından, YANUVİYA preparatı hamiləlik dövründə istifadə edilməməlidir.
Laktasiya dövrü
Sitaqliptinin ana südü ilə xaric olması məlum deyil. Heyvanlar üzərində aparılan tədqiqatlar göstərmişdir ki, sitaqliptin ana südünə nüfuz edir. YANUVİYA preparatı laktasiya dövründə istifadə edilməməlidir.
Fertilik
Heyvanlara aid məlumatlar kişilərdə və qadınlarda sitaqliptinlə müalicə zamanı fertilliyə təsir etdiyini göstərmir. İnsanlara aid məlumatlar kifayət qədər deyil.
Pediatriyada istifadəsi
(10-17 yaş arası) 2-ci tip şəkərli diabet xəstəliyi olan uşaqlarda YANUVİYA preparatının effektivliyi və təhlükəsizliyini qiymətləndirmək üçün 54 həftəlik ikiqat kor tədqiqat keçirilmişdir. Bu xəstələr ən azı 12 həftə ərzində antihiperqlikemik müalicə almamış və ya 12 həftədən az olmayaraq stabil insulin dozası qəbul etmişlər. Pasiyentlər randomizə olunmuş və YANUVİYA preparatını 100 mq dozada (N=95) və ya plasebo (N=95) 20 həftə ərzində gündə 1 dəfə qəbul etmişlər.
100 mq dozada YANUVİYA preparatı ilə müalicə HbA1-in səviyyəsinin 20 həftədən sonra əhəmiyyətli dərəcədə yaxşılaşmasına gətirib çıxarmamışdı.
2 tip şəkərli diabet olan 10 ilə 17 yaş arası uşaqlarda, əlavə reaksiyaların profili böyüklərdəki ilə müqayisə edilə bilər.
YANUVİYA preparatının 10 yaşa qədər uşaqlarda istifadəsi öyrənilməmişdir.
Yaşlı xəstələrdə istifadəsi
Klinik tədqiqatlarda YANUVİYA preparatın yaşlı xəstələrdə (yaşı ≥ 65) istifadəsinin təhlükəsizliyi və effektivliyi daha cavan xəstələrdə (yaşı < 65) olan təhlükəsizliyi və effektivliyi ilə müqayisə edilir. Yaşdan asılı dozanın korreksiyasına ehtiyac yoxdur. Lakin yaşlı xəstələrdə böyrək funksiyasının pozulması daha çox ehtimal edilir; digər xəstələrdə olduğu kimi böyrək funksiyasının nəzərəçarpan pozulmasında preparatın dozasının korreksiyası tələb oluna bilər (“İstifadə qaydası və dozası” və Böyrək çatışmazlığı olan xəstələr” böl. bax).
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
YANUVİYA preparatı nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir və ya cüzi təsir edir. Amma nəqliyyat vasitələrini və mexanizmləri idarə edərkən başgicəllənmə və yuxululuq barədə məlumat verilmişdir.
Bundan əlavə pasiyentlərə, YANUVİYA preparatının sulfonilsidikcövhəri və ya insulinlə kombinasiyada istifadəsi zamanı hipoqlikemiyanın yaranma riski barədə məlumat verilməlidir.
YANUVİYA İstifadə qaydası və dozası
YANUVİYA preparatının tövsiyə edilən dozası monoterapiya zamanı və ya metforminlə, sulfonilsidikcövhəri preparatları ilə, insulinlə (metforminlə və ya onsuz), PPARγ aqonistləri ilə (yəni tiazolidindionla), metformin + sulfonilsidikcövhəri törəmələri ilə və ya metformin + PPARγ aqonistləri ilə kombinəolunmuş müalicə zamanı qündə 1 dəfə 100 mq təşkil edir. YANUVİYA preparatını qida qəbulundan asılı olmayaraq qəbul etmək olar. Tablet bölünmək üçün nəzərdə tutulmamışdır.
Sulfonilsidikcövhəri törəmələri ilə və ya insulinlə kombinasiya şəklində YANUVİYA preparatının istifadəsi sulfonilsidikcövhəri törəmələri ilə və ya insulinin dozasının azalması sulfonilsidikcövhəri törəmələri ilə və ya insulinlə gücləndirilmiş hipoqlikemiyanın əmələ gəlməsi riskinin azalda bilər (“Ehtiyat tədbirləri, Sulfonilsidikcövhəri törəmələri ilə və ya insulinlə kombinasiya zamanı hipoqlikemiya” böl. bax).
Əgər YANUVİYA preparatınln qəbulu unudulmuşdursa, xəstə unudulmuş dozanı mümkün qədər tez qəbul etməlidir. Bir gündə preparatın ikiqat dozası qəbul olunmamalıdır.
Xüsusi pasiyent qruplarında istifadə Böyrək funksiyasının pozulması
Böyrək funksiyasının pozulması olan xəstələrə YANUVİYA preparatını digər antidiabetik preparatlar ilə kombinasiya şəklində təyin etdikdə bu istifadə üçün şəraiti analizə etmək lazımdır. Böyrək funksiyasının yüngül dərəcəli pozulması olan xəstələrdə (YFS ≥ 60 - < 90 ml/dəq) preparatın dozasına düzəliş etməyə ehtiyac yoxdur.
Böyrək funksiyasının orta dərəcəli pozulması olan xəstələrdə (YFS ≥ 45 - < 60 ml/dəq) preparatın dozasına düzəliş etməyə ehtiyac yoxdur.
Böyrək funksiyasının orta ağır pozulması olan xəstələrdə (YFS ≥ 30 - < 45 ml/dəq) YANUVİYA preparatının dozası sutkada 1 dəfə 50 mq təşkil edir.
Böyrək funksiyasının ağır dərəcəli pozulmaları olan xəstələrdə (YFS ≥ 15 - < 30 ml/dəq) və ya böyrək xəstəliklərinin terminal mərhələsində olan xəstələrdə, hemodializ və ya peritoneal dializ aparılan xəstələr daxil olmaqla, YANUVİYA preparatın dozası sutkada 1 dəfə 25 mq təşkil edir. Preparat dializ keçirilən vaxtdan asılı olmadan qəbul oluna bilər.
Nəzərə alaraq ki, dozaya düzəliş böyrək funksiyasından asılıdır, YANUVİYA preparatından istifadəyə başlamazdan əvvəl və sonra müntəzəm olaraq böyrək funksiyasını qiymətləndirmək lazımdır.
Qaraciyər funksiyasının pozulması
Qaraciyər funksiyasının yüngül və ya orta ağır pozulmaları olan xəstələrdə YANUVİYA preparatının dozasına düzəliş etməyə ehtiyac yoxdur. Qaraciyər funksiyasının ağır dərəcəli pozulması olan xəstələrdə YANUVİYA preparatın istifadəsi tədqiq olunmayıb (ehtiyat tədbirlərinə riayət etmək lazımdır).
Baxmayaraq ki, sitaqliptin əsasən böyrəklər vasitəsilə xaric olunur, qaraciyər funksiyasının ağır pozulmalarında sitaqliptinin farmakokinetikasına nəzərəçarpan təsir gözlənilmir.
Yaşlı xəstələr
Yaşdan asılı olaraq dozaya düzəliş etməyə ehtiyac yoxdur.
Uşaqlar
Sitaqliptinin effektivliyinin lazımı qədər olmaması səbəbindən 10 yaşdan 17 yaşa qədər uşaqlar və yeniyetmələrdə istifadə edilməməlidir. Hazırda mövcud olan məlumatlar “Əlavə təsirlər”, “Farmakoloji xüsusiyyətlər” bölməsində təsvir edilmişdir. Sitaqlitin 10 yaşdan kiçik uşaqlarda öyrənilməmişdir.
Əlavə təsirləri
Təhlükəsizlik profilinin qısa təsviri
Pankreatit və hiperhəssaslıq reaksiyaları da daxil olmaqla ciddi əlavə təsirlər barədə məlumat verilmişdir.
Sulfonilsidikcövhəri preparatı (4,7%-13,8%) və insulinlə (9,6%) birlikdə istifadəsi zamanı hipoqlikemiya barədə məlumat verilmişdir.
*Postmarketinq müşahidənin gedişində müşahidə olunmuş əlavə reaksiyalar.
†«Ehtiyat tədbirləri» böl. bax.
‡TECOS tədqiqatın aşağıdaki təsvirinə bax.
Ayrı-ayrı əlavə reaksiyaların təsviri
Preparatın qəbulundan asılı olmayan xəstələrin minimum 5%-də və daha çoxunda əmələ gəlmiş əlavə reaksiyalar aşağıdakılardır: yuxarı tənəffüs yollarının infeksiyaları və nazofaringit. Preparatın qəbulundan asılı olmayan və sitaqliptin qrupunda olan xəstələrdə tez-tez əmələ gəlmiş (5% səviyyəsinə çatmayaraq, lakin nəzarət qrupuna nisbətən sitaqliptin qrupunda 0,5%-dən çox başvermə tezliyi olan) osteoartrit və ətraflarda ağrı əlavə reaksiyalar əlavə olaraq daxil olunmuşdur.
Bəzi əlavə reaksiyalar sitaqliptinin digər antidiabetik preparatlar ilə kombinasiya şəklində istifadəsinin tədqiqatlarında daha tez-tez müşahidə olunmuşdur (yalnız sitaqliptindən istifadənin tədqiqatına nisbətən). Bu reaksiyalara aşağıdakilar daxildir: hipoqlikemiya (sulfonilsidikcövhəri və ya metformini istifadə etdikdə başvermə tezliyi – “çox tez-tez”), qrip (insulini metformin ilə və ya onsuz istifadə etdikdə – “tez-tez”), ürəkbulanma və qusma (metformini istifadə etdikdə – “tez-tez”), meteorizm (metformini və ya pioqlitazonu istifadə etdikdə – “tez-tez”), qəbizlik (sulfonilsidikcövhəri və metforminlə kombinasiya şəklində istifadə etdikdə – “tez-tez”), periferik ödemlər (pioqlitazonla və ya pioqlitazon və metformin kombinasiya ilə istifadə etdikdə – “tez- tez”), yuxuyameyllilik və diareya (metformini istifadə etdikdə – “bəzən”), ağızda quruluq (metforminlə və ya onsuz insulinlə istifadə etdikdə – “bəzən”).
Uşaqlarda istifadəsi
2-ci tip şəkərli diabeti olan 10-17 yaş arası uşaqlarda YANUVİYA-nın istifadəsinə dair klinik tədqiqatda əlavə təsirlərin profili böyüklərdəki ilə müqayisə oluna bilərdi.
Ürək-damar sisteminin təhlükəsizliyi üçün TECOS tədqiqatı
TECOS tədqiqatına sitaqliptindən 100 mq dozada (və ya 50 mq, əgər YFS ilk göstəricisi ≥30 və
<50 ml/dəq/1,73 m2 təşkil etmişdirsə) almış 7 332 xəstə və tədqiqata qatılmış xəstələrin bütün populyasiyalarında plasebodan müalicə almış 7 339 xəstə daxil olunmuşdur. Hər iki növ müalicə HbA1c dair regional standartlara və ürək-damar sistemi üçün risk amillərə yönəldilmiş standart müalicəyə əlavə olunmuşdur. Ciddi əlavə reaksiyaların ümumi başvermə tezliyi sitaqliptin almış xəstələrdə və plasebo almış xəstələrdə eyni olmuşdur.
Tədqiqata qatılmış xəstələrin bütün populyasiyalarında insulin və/və ya sulfonilsidikcövhərini tədqiqatdan əvvəl almış xəstələrin arasında hipoqlikemiyanın ağır formasının tezliyi sitaqliptin qrupunda 2,7% və plasebo qrupunda 2,5% təşkil etmişdir; insulin və/və ya sulfonilsidikcövhərini tədqiqatdan əvvəl almamış xəstələrin arasında hipoqlikemiyanın ağır formasının tezliyi sitaqliptin qrupunda 1,0% və plasebo qrupunda 0,7% təşkil etmişdir.
Təsdiq olunmuş pankreatitin başvermə tezliyi sitaqliptin qrupunda 0,3% və plasebo qrupunda 0,2% təşkil etmişdir.
Doza həddinin aşılması
Nəzarət olunan klinik tədqiqatlar zamanı YANUVİYA preparatının 800 mq-a qədər birdəfəlik dozalarını sağlam könüllülər yaxşı keçirib. QT-intervalının klinik əhəmiyyəti olmayan minimal artması 800 mq dozada YANUVİYA preparatının qəbulu zamanı bir tədqiqatda müşahidə olunub. Klinik tədqiqatlarda qündə 800 mq-dan yüksək dozaların istifadə təcrübəsi yoxdur. Preparatı təkrar istifadə etdikdə I Faza tədqiqatlarda YANUVİYA preparatını gündə 600 mq dozada 10 gün ərzində qəbul etdikdə və gündə 400 mq dozada 28 gün ərzində qəbul etdikdə dozadan-asılı əlavə reaksiyalar aşkar olunmayıb.
Doza həddinin aşıldığı hallarda aşağıdakı standart dəstəkləyici tədbirlər həyata keçirilməlidir: mədə-bağırsaq traktından absorbsiya olunmamış preparatın xaric edilməsi, klinik monitorinqin keçirilməsi (EKQ daxil olmaqla), həmçinin lazım gələrsə, dəstəkləyici müalicənin təyin edilməsi.
Sitaqliptin zəif dializ olunur. 3-4 saatlıq dializ seansı ərzində orqanizmdən dozanın yalnız 13,5%-i xaric edilir. Klinik zərurət olarsa, uzunmüddətli dializin keçirilməsi müzakirə oluna bilər. Peritoneal dializ zamanı sitaqliptinin xaric olması məlum deyil.
Buraxılış forması
Örtüklü tabletlər, 100 mq.
14 tablet, PVDX/Al blisterlərdə. 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30ºC-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Organon Pharma (UK) Limited Shotton Lane, Cramlington Northumberland, NE23 3JU England.
Qeydiyyat vəsiqəsinin sahibi
Merk Şarp və Doum İDEA GmbH, İsveçrə/Merck Sharp & Dohme IDEA GmbH, Switzerland. Tribşenştrasse 60, 6005 Lüsern, İsveçrə/Tribschenstrasse 60, 6005 Luzern, Switzerland.