Pharmed

IXTIOL 10% 25GR MELHEM (AZE)

İXTİOL 

Beynəlxalq patentləşdirilməmiş adı: yoxdur.

 

İXTİOL Tərkibi

Təsiredici maddə: 1 tubda (25 q məlhəm) 5 q ixtiol vardır.
Köməkçi maddələr:emulqator T-2, sarı yumşaq parafin.

 

Farmakoterapevtik qrupu

Digər antiseptiklər və dezinfektantlar

ATC kodu: D08AX.

 

İstifadəsinə göstərişlər

Qızılyel iltihabı, ekzema, dərinin irinli zədələnmələri, furunkulöz xəstəliklərinin kompleks
terapiyası.

 

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Məlhəmin selikli qişalara düşməsindən çəkinmək lazımdır. Məlhəm qalıqlarının gözlərə,
buruna, ağız boşluğuna düşməsinin qarşısını almaq üçün məlhəmi istifadə etdikdən sonra əlləri
yaxşıca yumaq lazımdır.
Dərman vasitəsini infeksiyalaşmış dərin yaraların, II və III dərəcəli yanıqların müalicəsində
istifadə etmək məsləhət görülmür.
Effekt əldə edilmədikdə, aparılan terapiyanı nəzərdən keçirmək lazımdır.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Dərman vasitəsi yodlu duz məhlulları ilə, alkaloidlərlə, ağır metal duzları ilə uyuşmur.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə İxtiolun istifadəsinə dair məlumat yoxdur. Dərman vasitəsinin
istifadəsi, yalnız fayda/risk nisbətinin qiymətləndirilməsindən sonra mümkündür. Laktasiya
dövründə dərman vasitəsini süd vəziləri nahiyəsinə və ya gilələrə sürtmək olmaz.
Pediatriyada istifadəsi:
Uşaqlarda istifadə təcrübəsi yoxdur.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
qeyd edilməyib.

 

İXTİOL İstifadə qaydası və dozası

Xaricə istifadə edilir, zədələnmiş nahiyəyə gündə 1-2 dəfə sürtülür.
Ehtiyac olduqda, sarğı istifadə edilir.
Müalicənin müddəti xəstəliyin xarakteri ilə əlaqədardır.
Müxtəlif pasiyent qrupları:
Qaraciyər və böyrək çatışmazlığı olan 65 yaşdan yuxarı pasiyentlərdə dozanın korreksiyasının
vacibliyi barədə məlumat yoxdur.
Uşaqlar:
12 yaşa qədər uşaqlarda istifadə etmək olmaz.

 

Əlavə təsirləri

Allergik reaksiyalar mümkündür, dərinin qıcıqlanması baş verə bilər, xüsusilə müalicənin
əvvəlində və uzun müddət istifadəsi zamanı. Dərinin güclü qıcıqlanması və ya digər qeyri-adi
reaksiyalar baş verdikdə, məlhəmdən istifadəni dayandırmaq lazımdır.

 

Doza həddinin aşılması

Tövsiyələrə riayət edildiyi halda doza həddinin aşılması mümkün deyil. Dərinin qıcıqlanması
mümkündür. Bu halda məlhəmi dərinin zədələnmiş nahiyəsinin üzərindən təmizləmək lazımdır.

 

Buraxılış forması

25 q məlhəm, alüminium tubda. 1tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.


Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.