Pharmed

ITRAMIKOZ 100MG N15 CAP

TƏSDİQ EDİLMİŞDİR 
 Azərbaycan Respublikası
 Səhiyyə Nazirliyi
 Farmakoloji və Farmakopeya
 Ekspert Şurasının sədri
 _____________ E.M.Ağayev
 
 ___________________ 2023-cü il

 


 Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)


İTRAMİKOZ kapsullar
ITRAMIKOZ 


Beynəlxalq patentləşdirilməmiş adı: İtrakonazol (Itraconazole)

 


Tərkibi
Təsiredici maddə: 1 kapsulda 100 mq itrakonazol vardır.
Köməkçi maddələr: şəkər kürəcikləri, hipromelloza, butilat-metakrilat sopolimeri (Eudragit E 
 100), titan dioksid (E 171), xinolin sarısı (E 104), “günəş qürubu” sarısı FCF 
 (E 110), brilyant göyü FCF (E 133), Ponso 4R (E 124), jelatin.
Boş bərk jelatin kapsul: silisium dioksid, natrium laurilsulfat, buzlu sirkə turşusu, metil p-
 hidroksibenzoat, propil p-hidroksibenzoat, qliserin, titan dioksid, brilyant 
 göyü FCF (E 133), xinolin sarısı (E 104), “günəş qürubu” sarısı FCF (E 
 110), Ponso 4R (E 124), jelatin.

 


Təsviri
Şəffaf olmayan açıq yaşıl rəngli, qapağı tünd yaşıl rəngli olan, bərk jelatin kapsullardır.
Kapsulun içərisində rəngi ağ krem rənginə qədər dəyişən sferik mikroqranullar (pelletlər) vardır. 


Farmakoterapevtik qrupu
Sistem istifadə üçün göbələk əleyhinə vasitə; triazol törəmələri.


ATC kodu: J02AC02.

 


Farmakoloji xüsusiyyətləri


Farmakodinamikası
Təsiredici maddəsi triazol törəməsi olan itrakonazoldan ibarət geniş təsir spektrli sintetik göbələk
əleyhinə vasitədir. İtrakonazolun təsir mexanizmi göbələk membranlarının struktur tamlığının
tənzimlənməsində iştirak edən, hüceyrə membranının əsas komponenti olan erqosterolun 
biosintezinin inhibə edilməsi ilə bağlıdır. Erqosterolun sintezinin pozulması membranın 
keçiriciliyini dəyişir, hüceyrəni lizisə uğradır, bu da preparatın göbələk əleyhinə təsirini təmin 
edir. 
İtrakonazol aşağıda göstərilən göbələklər tərəfindən törədilmiş infeksiyalara qarşı fəaldır:
-dermatofitlər (Trichophyton spp., Microsporum spp., Epidermophyton floccosum);
-maya göbələkləri (Сandida spp. (həmçinin C. albicans, C. tropicalis, C. parapsilosis, C. krusei), 
Cryptococcus neoformans, Malassezia spp., Trichosporon spp., Geotrichum spp.; Aspergillus 
spp.; Histoplasma spp., H. Capsulatum daxil olmaqla; Paracoccidioides brasiliensis; Sporothrix 
schenckii; Fonsecaea spp.; Cladosporium spp.; Blastomyces dermatitidis; Coccidiodes immitis, 
Pseudallescheria boydii; Penicillium marneffei) və digərləri.
Candida krusei, Candida glabrata və Candida tropicalis itrakonazola qarşı ən aşağı həssaslığa 
malik Candida növləridir.

İtrakonazol Zygomyces (Rhizopus spp., Rhizomucor spp., Mucor spp. və Absidia spp.), Fusarium 
spp., Scedosporium spp. və Scopulariopsis spp. kimi göbələk növlərinin inkişafına təsir etmir. 
Azollara qarşı davamlılıq tədricən formalaşır və əsasən bir neçə genetik mutasiyaların
nəticəsidir. Azol qrupundan olan preparatlara qarşı Candida spp. cinsi göbələklərdə çarpaz 
davamlılığın qeydə alınmasına baxmayaraq, bu qrupdan bir preparata davamlılığın olması həmin 
ştammın qrupun digər preparatlarına da rezistent olmasına dəlalət etmir. İtrakonazola davamlı 
Aspergillus fumigates ştamları haqqında məlumatlar vardır.
Müalicənin effekti mikozlar zamanı terapiyanın dayandırılmasından 2-4 həftə sonra, 
onixomikozlarda isə 6-9 aydan sonra (yeni dırnaq əmələ gələnə qədər) qiymətləndirilir. 


Farmakokinetikası
Mədə-bağırsaq traktından tam sorulur. İtrakonazol kapsulların yeməkdən dərhal sonra qəbulu 
biomənimsənilməni artırır. 
Kapsulun qəbulu zamanı maksimal konsentrasiyaya çatma müddəti (Cmах) təxminən 3-4 saat 
təşkil edir. 100 mq preparatın gündə 1 dəfə qəbulu zamanı Css – 0,4 mkq/ml; 200 mq gündə 1 
dəfə qəbulu zamanı - 1,1 mkq/ml, 200 mq gündə 2 dəfə qəbulu zamanı – 2 mkq/ml təşkil edir.
Uzunmüddətli istifadə zamanı plazmada Css 1-2 həftə ərzində çatır. Plazma zülalları ilə 99,8%
birləşir.
Toxuma və orqanlara (həmçinin uşaqlıq yolunun selikli qişasına) yaxşı keçir, piy və tər 
vəzilərinin ifrazatına keçir. İtrakonazolun ağciyərlərdə, böyrəklərdə, qaraciyərdə, sümüklərdə, 
mədədə, dalaqda, skelet əzələlərində konsentrasiyası plazma konsentrasiyasından 2-3 dəfə, 
tərkibində keratin saxlayan toxumalarda isə 4 dəfə artıq olur. 4 həftəlik müalicə kursu bitdikdən
sonra dəridə itrakonazolun terapevtik konsentrasiyası daha 2-4 həftə ərzində qeydə alınır. 
Dırnaqların keratinində müalicə başladıqdan 1 həftə sonra terapevtik konsentrasiyaya çatır və 3 
aylıq müalicə kursundan sonra 6 ay ərzində aşkar olunur. Dərinin piy və tər vəzilərində aşağı 
konsentrasiyalarda müşahidə olunur. Qaraciyərdə metabolizmə uğrayaraq, fəal metabolitlər, 
həmçinin hidroksiitrakonazol əmələ gəlir. CYP3A4, CYP3A5 və CYP3A7 izofermentlərinin
inhibitorudur.
Plazmadan xaric olması iki fazalıdır – 1 həftə ərzində böyrəklərlə (35% metabolitlər şəklində, 
0,03% – dəyişilməmiş şəkildə) və bağırsaqla (3-18% dəyişilməmiş şəkildə) atılır. 
Yarımparçalanma dövrü (Т½) – 1-1,5 gündür. Dializin aparılması zamanı orqanizmdən xaric 
olmur. 

 


İstifadəsinə göstərişlər
− Ginekoloji xəstəliklər: vulvovaginal kandidoz;
− Dermatoloji və oftalmoloji xəstəliklər: kəpəklənən dəmrov, dermatomikoz, göbələk dermatiti 
və ağız boşluğunun kandidozu, dermatofitlər və maya göbələkləri ilə törədilmiş onixomikoz;
− Sistem mikozlar: sistem aspergillyoz və kandidoz, kriptokokkoz (həmçinin kriptokoklarla 
törədilmiş meningit), histoplazmoz, sporotrixoz, parakoksidioidomikoz, blastomikoz və digər 
nadir rast gəlinən sistem və ya tropik mikozlar.

 


Əks göstərişlər
İtrakonazola və ya preparatın hər hansı komponentinə qarşı fərdi həssaslıq. 
Terfenadinlə, astemizolla, sizapridlə, mizolastinlə, dofelitidlə, xinidinlə, pimozidlə, bepridillə
birgə qəbulu, simvastatin və lovastatin kimi CYP3A4 izofermenti ilə metabolizmə uğrayan 
HMQ-KoA-reduktaza inhibitorları ilə, triazolam və midazolamla birgə peroral qəbulu əks 
göstərişdir.


Hazırda və ya anamnezdə mədəciklərin disfunksiyası, durğunluq ürək çatışmazlığı olan şəxslərdə
istifadəsi.
Hamiləlik zamanı, ana üçün gözlənilən faydanın döl üçün mümkün zərərlərdən üstünlüyü və
letal nəticə riskinin olduğu hallar istisna olmaqla. Hamiləlik potensialı olan qadınlar 
itrakonazolla müalicə zamanı kontrasepsiyanın etibarlı üsullarından istifadə etməlidirlər. 
Uşağı sizapridlə müalicə alan süd verən analar.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Müəyyən olunub ki, itrakonazol mənfi inotrop təsirə malikdir. İtrakonazol və kalsium kanalları
blokatorlarının birgə qəbulu zamanı, itrakonazol kalsium kanalları blokatorlarının metabolizminə
mane ola bilər. Bununla əlaqədar onların birgə istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır. 
Mədə turşuluğu aşağı olduğu zaman: belə hallarda itrakonazolun kapsullardan absorbsiyası 
pozulur. Antasid preparatlar (məs., alüminium hidroksid) qəbul edən pasiyentlərə, onların
itrakonazol kapsullarının qəbulundan ən azı 2 saat sonra istifadəsi tövsiyə olunur. Axlorhidriyası 
olan pasiyentlərə, QİÇS pasiyentlərinə və mədə sekresiyasının inhibitorlarını (məs. H2-histamin 
reseptorlarının blokatorları, proton pompası inhibitorları) qəbul edən pasiyentlərə itrakonazol 
kapsulları turş xassəli içkilərlə birgə qəbul etmək tövsiyə olunur. 
Çox nadir hallarda, itrakonazolun qəbulu nəticəsində qaraciyərin ağır toksik zədələnməsi, 
həmçinin ölüm halları ilə nəticələnmiş kəskin qaraciyər çatışmazlığı qeydə alınıb. Əksər hallarda 
bu vəziyyət, qaraciyər xəstəlikləri olan pasiyentlərdə, sistem göstərişlərə görə itrakonazol qəbul 
edən digər ağır xəstəlikləri olan pasiyentlərdə, hepatotoksik təsirə malik digər dərman vasitələri 
qəbul edən pasiyentlərdə müşahidə olunub. Bəzi pasiyentlərdə qaraciyər zədələnməsinə dair 
aşkar risk faktorları müşahidə olunmayıb. Belə halların bəziləri müalicənin birinci ayı, bəziləri 
isə birinci həftəsində qeydə alınıb. Bununla əlaqədar itrakonazolla terapiya alan pasiyentlərdə
qaraciyər funksiyasını daim nəzarətdə saxlamaq lazımdır. Pasiyentləri xəbərdarlıq etmək 
lazımdır ki, anoreksiya, ürəkbulanma, qusma, zəiflik, qarında ağrılar və sidiyin tündləşməsi kimi 
hepatit simptomları müşahidə olunduğu halda həkimlə dərhal əlaqə saxlasınlar. Belə simptomlar 
qeydə alındıqda müalicə dayandırılmalı və qaraciyər funksiyasının yoxlanılması aparılmalıdır. 
Qaraciyər fermentlərinin səviyyəsi yüksək olan və ya qaraciyər xəstəliklərinin fəal fazasında 
olan və ya digər preparatların qəbulu fonunda qaraciyərin toksiki zədələnməsi olan pasiyentlərə
itrakonazol təyin olunmamalıdır, yalnız gözlənilən fayda qaraciyərin zədələnmə riskindən üstün 
olduğu halda təyin oluna bilər. Belə hallarda müalicə müddətində qaraciyər fermentlərinin 
səviyyəsinə nəzarət etmək lazımdır.
Qaraciyər funksiyasının pozulması: itrakonazol əsasən qaraciyərdə metabolizmə uğrayır. 
Qaraciyər funksiyası pozulmuş pasiyentlərdə itrakonazolun tam yarımparçalanma müddəti (Т½)
bir qədər artmış olur, peroral biomənimsənilməsi isə bir qədər aşağı olur. Bu cür hallarda 
dozanın tənzimlənməsi mümkündür.
Böyrək funksiyasının pozulması: böyrək funksiyası pozulmuş pasiyentlərdə itrakonazolun peroral 
biomənimsənilməsi aşağı düşə bilər və dozanın tənzimlənməsi tövsiyə olunur.
Çarpaz yüksək həssaslıq: itrakonazol və azol qrupundan olan digər göbələk əleyhinə vasitələr 
arasında çarpaz yüksək həssaslığın olması haqqında məlumatlar məhduddur. Digər azollara qarşı 
yüksək həssaslıq olduğu halda itrakonazol ehtiyatla təyin olunmalıdır.
İmmunodefisitli pasiyentlər: neytropeniyalı və QİÇS olan pasiyentlərdə itrakonazolun dayanıqlı 
plazma konsentrasiyası (Css) aşağı olduğu üçün yüksək dozaların təyin olunmasına imkan 
yaranır. Əgər dərman vasitələrinin absorbsiyasını dəyişən elementlərin olmasına şübhə
yaranarsa, bu parametrlər nəzarətə alınmalıdır.
Tərkibində şəkər olduğu üçün fruktoza mənimsənilməsi pozulmuş, saxaraza/izomaltaza defisiti, 
qlükoza-qalaktoza malabsorbsiyası olan pasiyentlərə preparatın qəbulu tövsiyə olunmur.
İtrakonazolun venadaxili istifadəsi ilə aparılan tədqiqatda sol mədəciyin atım fraksiyasının keçici 
simptomsuz azalması qeydə alınmışdır və preparatın digər infuziyasına qədər atım fraksiyası
normaya qayıtmışdır. Alınmış məlumatların peroral dərman formaları üçün klinik əhəmiyyəti 
məlum deyil.
İtrakonazol mənfi inotrop təsirə malikdir. İtrakonazolun qəbulu ilə bağlı xroniki ürək 
çatışmazlığı halları barədə məlumat verilmişdir. İtrakonazol xroniki ürək çatışmazlığı olan və ya 
anamnezində xroniki ürək çatışmazlığı olan pasiyentlərə təyin olunmamalıdır, yalnız gözlənilən 
fayda potensial təhlükədən artıq olduğu hallar istisna ola bilər. Fayda-təhlükə nisbəti fərdi olaraq
qiymətləndirdikdə, bu faktorlar nəzərə alınmalıdır: göstərişlərin ağırlığı, dozalanma rejimi və
xroniki ürək çatışmazlığının yaranmasının fərdi risk faktorları (ürəyin işemik xəstəliyi, ürək 
qapaqlarının qüsurları, ağciyərlərin xroniki obstruktiv xəstəlikləri, böyrək çatışmazlığı və
ödemlərlə müşahidə olunan digər xəstəliklər). Belə pasiyentlərə xroniki ürək çatışmazlığı 
simptomları və əlamətləri haqqında məlumat verilməli, müalicə kursu zamanı bu simptomların

üzə çıxması nəzarətdə saxlanılmalıdır. Bənzər simptomlar meydana gəldiyi təqdirdə preparatın 
qəbulunu dayandırmaq lazımdır.
Pediatrik təcrübədə istifadə: itrakonazolun uşaqlarda istifadəsinə dair kifayət qədər klinik 
məlumat olmadığı üçün, yalnız uşaqlara gözlənilən fayda potensial təhlükədən artıq olduğu 
hallarda təyin oluna bilər.
İtrakonazolun qəbulu ilə əlaqəli nevropatiya halları yarandıqda müalicə dayandırılmalıdır.

 


Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:
Əgər pasiyent müəyyən dərman preparatlarını hazırda qəbul edirsə, bir neçə müddət əvvəl qəbul 
etmişsə və ya qəbul etməyə hazırlaşırsa (aptekdən reseptsiz buraxılan dərmanlar da daxil olaraq) 
bu haqda həkimə və ya əczaçıya məlumat verilməlidir. Bəzi dərman vasitələrini itrakonazolla 
birgə qəbul etmək olmaz, bəzi hallarda isə birgə istifadə edildikdə dərmanların qəbul qaydasında 
dəyişiklik olunmalıdır (məsələn, dozanın dəyişməsi).
İtrakonazolun metabolizmini azaldan dərman vasitələri
İtrakonazolun CYP3A4 izofermentinin güclü inhibitorları olan rifampisin, rifabutin və fenitoinlə
qarşılıqlı təsiri öyrənilmişdir. Tədqiqatlarda müəyyən olunmuşdur ki, bu vəziyyətlərdə
itrakonazol və hidroksiitrakonazolun biomənimsənilməsi xeyli azalır ki, bu da preparatın 
effektinin hiss olunacaq dərəcədə azalmasına səbəb olur. İtrakonazolun qaraciyərin mikrosomal 
fermentlərinin potensial induktorları olan bu preparatlarla birgə təyini tövsiyə olunmur. 
Qaraciyərin mikrosomal fermentlərinin induktorları olan digər preparatlarla, məsələn, 
karbamazepin, fenobarbital və izoniazidlə qarşılıqlı təsirinin öyrənilməsinə dair tədqiqatlar 
aparılmayıb, ancaq nəticələrin analoji olacağı barədə mülahizə irəli sürülə bilər. CYP3A4 
izofermentinin güclü inhibitorları olan ritonavir, indinavir, klaritromisin və eritromisin 
itrakonazolun biomənimsənilməsini artıra bilər. 
İtrakonazolun digər dərman vasitələrinin metabolizminə təsiri
İtrakonazol CYP3A4 izofermenti tərəfindən parçalanan preparatların metabolizmini inhibə edə
bilər. Bu onların yan təsirləri də daxil olmaqla, təsirlərinin güclənməsi və ya müddətinin 
uzanmasına gətirib çıxarır. Müalicə bitdikdən sonra itrakonazolun plazmada konsentrasiyası 
dozadan və istifadə müddətindən asılı olaraq tədricən azalır (Farmakokinetika bölməsinə bax).
Bunu itrakonazolun yanaşı dərman vasitələrinin təsir effektini inhibə etdiyi hesab olunduqda
nəzərə almaq lazımdır. 

 


Belə dərman vasitələrinə misal kimi göstərilməlidir:
İtrakonazolla birgə təyin oluna bilməyən preparatlar
Terfenadin, astemizol, mizolastin, bepridil, felodipin, nisoldipin, lerkanidipin, ivabradin, 
ranolazin, eplerenon, sizaprid, triazolam, midazolam, dizopiramid, dronedaron, dofetilid, xinidin,
lurazidon, sertindol, pimozid, kolxisin, levasetilmetadol (levometadil), metadon, halofantrin, 
irinotekan, dihidroerqotamin, erqotamin, erqometrin (erqonovin), metilerqometrin 
(metilerqonovin), CYP3A4 izofermenti ilə metabolizmə uğrayan HMQ-KoA-reduktaza 
inbitorları, məsələn, simvastatin və lovastatin.
Kalsium kanallarının blokatorları mənfi inotrop təsiri onların itrakonazolla birgə qəbulu zamanı 
artır; itrakonazol kalsium kanallarının blokatorlarının metabolizmini inhibə edir. Beləliklə,
itrakonazolun kalsium kanallarının blokatorları ilə birgə təyini zamanı ehtiyatlı olmaq lazımdır.
İtrakonazolun qəbulu dayandıqdan 2 həftə sonra bu dərmanları istifadə etmək olar.
İtrakonazolun təsirini zəiflədən preparatlar
Fenitoin, karbamazepin, fenobarbital, rifampisin, rifabutin, izoniazid, efavirenz, nevirapin. 
Bu dərmanların qəbulu haqqında müalicə həkiminə məlumat verilməlidir. 
Bu dərmanları qəbulu dayandıqdan 2 həftə sonra itrakonazolu istifadə etmək olar.
Yalnız müalicə həkimi məsləhət bildikdə birgə istifadəsi tövsiyə olunan dərmanlar
Dizatinib, nilotinib, trabektedin, aliskiren, rifabutin, karbamazepin, kolxisin, everolimus, 
fentanil, rivaroksaban, salmeterol, tamsulozin, vardenafil. 
Əgər müalicə həkiminin başqa təlimatı yoxdursa, itrakonazolun qəbulu dayandıqdan 2 həftə
sonra bu dərmanları istifadə etmək olar.
Təyini zamanı plazmada səviyyəsi, təsiri və ya yan təsirlərinə nəzarət olunan preparatlar: 
İtrakonazolla birgə təyini zamanı ehtiyac olduqda dozanın azaldılması lazım olan preparatlar

peroral antikoaqulyantlar (kumarinlər, silostazol, dabiqatran); İİV-proteaza inhibitorları, 
məsələn, ritonavir, indinavir, ritonavirlə gücləndirilmiş darunavir, ritonavirlə gücləndirilmiş
fosamprenavir, sakvinavir; QİCS əleyhinə preparatlar (maravirok), bəzi şiş əleyhinə preparatlar 
(məs., qıfotu alkaloidləri, busulfan, dosetaksel, trimetreksat, bortezomib, erlotinib, iksabepilon, 
lapatinib); CYP3A4 izofermentləri ilə metabolizmə uğrayan kalsium kanallarının blokatorları, 
məsələn, verapamil və dihidropiridin törəmələri; bəzi immunosupressiv vasitələr: siklosporin, 
takrolimus, temsirolimus, rapamisin (həmçinin sirolimus adı ilə tanınır); digər preparatlar: 
siprofloksasin, klaritromisin, eritromisin, diqoksin, nadolol, karbamazepin, buspiron, perospiron, 
ramelteon, alprazolam, brotizolam, alfentanil, oksikodon, repaqlinid, saksaqliptin, aripiprazol, 
haloperidol, kvetiapin, risperidon, aprepitant, domperidon, fezoterodin, imidafenasin, solifenasin, 
tolterodin, prazikvantel, atorvastatin, meloksikam, sinakalset, mozavaptan, tolvaptan, 
alitretinoin, eletriptan, venadaxili istifadə üçün midazolam, rifabutin, metilprednizolon, 
budesonid, siklesonid, flutikazon, deksametazon, ebastin, reboksetin, halofantrin, xinidin, 
tolterodin, lerkanidipin, lumefantrin, artemeter, hidroxinidin, qıcolma əleyhinə preparatlar 
(karbamazepin, fenobarbital, primidon), sildenafil, tadalafil, didanozin, buprenorfin, mədə pH-nı 
azaldan preparatlar. 
İtrakonazolun zidovudin və fluvastatinlə qarşılıqlı təsiri müəyyən olunmayıb. 
İtrakonazolun etinilestradiol və noretisteronun metabolizminə təsir effekti qeydə alınmışdır. 
In vitro tədqiqatlarda itrakonazolun plazma zülalları ilə birləşməsi zamanı imipramin, 
propranolol, diazepam, simetidin, indometasin, tolbutamid və sulfametazin kimi preparatlarla 
qarşılıqlı təsirə girmədiyi müşahidə olunmuşdur. 
Hamiləlik və laktasiya dövründə istifadəsi
İtrakonazolun yüksək dozalarda hamilə siçovullarda təyin olunması dölün eybəcərliklərinin
yaranma tezliyini artırması qeydə alınmışdır. İtrakonazolun hamilə qadınlarda istifadəsi haqda 
klinik tədqiqatlar aparılmamışdır. Həyati təhlükəli sistem mikozlar və ana üçün gözlənilən 
faydanın döl üçün ehtimal olunan zərərlərdən üstün olduğu hallar istisna olmaqla, itrakonazol 
hamilə qadınlara təyin olunmamalıdır. Xüsusilə hamiləliyin birinci trimesrtində itrakonazolun 
istifadəsindən uzaq olmaq lazımdır. 
İtrakonazol az miqdarda ana südünə keçdiyi üçün laktasiya dövründə itrakonazolun qəbulundan 
yaranan faydanı südəmər uşaq üçün olan potensial risklə müqayisə etmək lazımdır. Əgər şübhə
olarsa, pasiyent ana südü ilə qidalandırmanı dayandırmalıdır. Əgər südəmər uşaq sizapridlə
müalicə alırsa, ana üçün itrakonazolun qəbulu əks göstərişdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə
təsiri
Preparat nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə
təsir etmir.
İstifadə qaydası və dozası
Preparatın maksimal absorbsiyası üçün İtramikoz yeməkdən dərhal sonra qəbul olunmalıdır.

 

 

 
Göstərişlər Dozalanma rejimi İstifadə müddəti
Ginekoloji xəstəliklər
Vulvovaginal kandidoz gündə 2 dəfə 200 mq 1 gün
gündə 1 dəfə 200 mq 3 gün
Dermatoloji xəstəliklər
Kəpəkli dəmrov gündə 1 dəfə 200 mq 7 gün
Dəri dermatomikozları gündə 1 dəfə 200 mq 7 gün
gündə 1 dəfə 100 mq 15 gün
Dəri örtüyünün yüksək keratinləşmiş nahiyələrinin zədələnmələri
Tinea pedis
(Pəncənin dermatofitiyası)
gündə 2 dəfə 200 mq 7 gün
Tinea manus
(Əlin/ovucun dermatofitiyası)
gündə 1 dəfə 100 mq 30 gün
Ağız boşluğunun selikli qişasının kandidozu gündə 1 dəfə 100 mq 15 güBuraxılış forması
5 kapsul PVX/Alüminium blisterdə. 3 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.


Saxlanma şəraiti
25 °С-dən aşağı temperaturda, orijinal qablaşdırmasında və uşaqların əli çatmayan yerdə
saxlanmalıdır.


Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi
S.C. SLAVIA PHARM SRL.
44th C Theodor Pallady Blvd., District 3, Buxarest, Rumıniya.n