Pharmed
ISLA-MOOS 80MG N30 TB
İSLA-MOOS
Göstərilən dərman preparatını istifadə etməzdən əvvəl bu içlik vərəqəni diqqətlə oxumaq
lazımdır.
Bu içlik vərəqəni saxlamaq lazımdır, ehtimal var ki, onun təkrar oxunması tələb oluna bilər.
Əlavə məlumat və ya məsləhət tələb olunduqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.
İSLA-MOOS Tərkibi
Təsiredici maddə: 1 pastilin tərkibində 80 mq island mamırının sulu ekstraktı (0,4 – 0,8:1)
vardır.
Köməkçi maddələr: akasiya (qummiarabik), saxaroza, yüngül parafin məhlulu, karamel E150c,
təmizlənmiş su.
Farmakoterapevtik qrupu
Boğaz xəstəliklərində istifadə olunan preparatlar.
ATC kodu: R02A.
İstifadəsinə göstərişlər
Boğazın infeksion-iltihabi xəstəlikləri: faringit, laringit, o cümlədən, allergik mənşəli laringit
(quru, qıcıqlandırıcı öskürək, xırıltılı səs); kəskin və xroniki bronxitlərdə və bronxial astma
zamanı meydana çıxan quru öskürəyin simptomatik müalicəsi – kompleks müalicənin tərkibində;
səs tellərinin həddindən artıq yüklənməsi (müğənnilərdə, müəllimlərdə, lektorlarda).
Ağız boşluğu və udlaq nahiyəsinin selikli qişalarında quruluq və qıcıqlanma (istilik dövründə
evlərdə və kondisionerlə təchiz edilmiş otaqlarda mövcud olan quru, kifayət qədər
nəmləndirilməmiş hava ilə nəfəs alma, burun ilə tənəffüs məhdud olan hallarda, eləcə də, idman
yarışları zamanı).
Əks göstərişlər
Preparatın tərkibində olan istənilən inqrediyentə qarşı hiperhəssaslıq qeyd olunduqda, preparatı
təyin etmək olmaz.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
İsla-Moos preparatının tərkibində olan bitki ekstraktları, bəzən göstərilən dərman preparatının
rənginin və dadının dəyişməsinə səbəb ola bilərlər; bununla belə, həmin dəyişikliklər preparatın
terapevtik effektinin dəyişməsinə heç bir təsir göstərmir.
Şəkərli diabetdən əziyyət çəkən pasiyentlər İsla-Moos preparatından ehtiyatla istifadə
etməlidirlər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Preparatın digər dərman vasitələri ilə qarşılıqlı təsirləri indiyə qədər məlum deyil.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Digər dərman preparatları kimi, hamiləlik və laktasiya dövründə İsla-Moos preparatını yalnız,
əvvəlcədən həkimlə məsləhətləşdikdən sonra istifadə etmək olar.
İSLA-MOOS İstifadə qaydası və dozası
Böyüklərə və 12 yaşdan yuxarı uşaqlara – hər saatda 1 pastil (gündə 12 pastilə qədər), 4 yaşdan
12 yaşa qədər uşaqlara – hər 2 saatdan bir 1 pastil (gündə 6 pastilə qədər) – pastillər ağız
boşluğunda tədricən əriməlidir.
İsla-Moos dərman preparatının pasiyentlər tərəfindən yaxşı keçirilməsini nəzərə alaraq, preparatı
heç bir təhlükə olmadan uzun müddət ərzində istifadə etmək olar.
Bundan əlavə, hətta xəstəlik əlamətləri aradan qalxdıqdan sonra belə, davamlı terapevtik effektin
əldə edilməsi məqsədi ilə İsla-Moos preparatını bir neçə gün ərzində istifadə etmək olar.
Xəstəliyin davamlı simptomları 4-5 gün müddətində azalmadıqda və ya əksinə, pisləşdiyi halda,
təngnəfəslik, qızdırma meydana çıxdıqda, eləcə də, irinli və qanlı bəlğəm qeyd olunduğu halda,
dərhal həkimlə məsləhətləşmək lazımdır.
Əlavə təsirləri
Nadir hallarda allergik reaksiyalar müşahidə oluna bilər.
Buraxılış forması
10 pastil blisterdə. 3 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.