Pharmed
ISLA-MINT 100MG N30 TB
İSLA-MİNT
İSLA-MİNT Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 100 mq islandiya mamırının sulu ekstrakti (2-4:1) vardır. Köməkçi maddələr:kristallaşmayan sorbit məhlulu 70% (E 420), aspartam (E 951), аksiya (ərəbistan kitrəsi), istiotlu nanə yağı, suda həll olan xlorofillin (E 141), yüngül duru parafin, təmizlənmiş su.
Farmakoterapevtik qrupu
Boğaz ağrılarında istifadə olunan preparatlar.
İstifadəsinə göstərişlər
Boğazın infeksion-iltihabi xəstəlikləri: faringit, laringit, o cümlədən, allergik mənşəli (quru, qıcıqlandırıcı öskürək, xırıltılı səs); kəskin və xroniki bronxit və bronxial astma zamanı kompleks terapiyada quru öskürəyin simptomatik terapiyası. Səs tellərində yüksək gərginlik (müğənnilərdə, müəllimlərdə, lektorlarda). Ağız boşluğunun və boğazın selikli qişalarının quruluğu və qıcıqlanması (otaqlarda qızdırılma dövründə quru, kifayət qədər nəm olmayan havanın udulması, kondisionerlə təchiz olunmuş otaqlarda, məhdud burun nəfəsalması zamanı, eləcə də, idman müsabiqələri zamanı).
Əks göstərişlər
Fenilketonuriya olduqda, preparatın tərkibində aspartamın şirin maddəsinin olduğunu nəzərə almaq lazımdır. Fruktozaya qarşı dözümsüzlük zamanı təyin etmək olmaz. Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq zamanı təyin etmək olmaz.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
İsla-Mint preparatının tərkibində olan bitki ekstraktları bəzən bu dərman vasitəsinin rəngində və dadında olan kənaraçıxmalara səbəb ola bilər ki, bu da, onun terapevtik effektivliyinə heç bir təsir göstərmir. İsla-Mint preparatının tərkibində şəkər yoxdur, bu səbəbə görə şəkərli diabet xəstəliyindən əziyyət çəkən pasiyentlərə təyin etmək olar. Bütün digər farmasevtik preparatlarla olduğu kimi İsla-Mint preparatını hamiləlik və laktasiya dövründə, yalnız həkimlə əvvəlcədən məsləhətləşdikdən sonra istifadə etmək olar.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri məlum deyil. İstifadə qaydası və dozası Böyüklərə və 12 yaşdan yuxarı uşaqlara hər saatda 1 pastil (gündə 12 pastilə qədər), 4-12 yaşlı uşaqlara hər 2 saatdan bir 1 pastil (gündə 6 pastilə qədər) ağızda tədricən həll olmaqla təyin edilir. İsla-Mint dərman vasitəsinin çarpaz keçiriciliyini nəzərə alaraq, onu heç bir təhlükə olmadan uzun müddət istifadə etmək olar. Bundan başqa, hətta xəstəliyin simptomları itdikdə belə, İsla-Minti davamlı terapevtik effekt əldə etmək məqsədilə bir neçə gün ərzində qəbul etmək lazımdır. 4-5 gün ərzində xəstəliyin davamlı simptomları azalmazsa və ya əksinə pisləşərsə, təngnəfəslik, qızdırma, eləcə də, irinli və qanlı bəlğəm zamanı həkimlə məsləhətləşmək vacibdir.
İSLA-MİNT İstifadə qaydası və dozası
Böyüklərə və 12 yaşdan yuxarı uşaqlara hər saatda 1 pastil (gündə 12 pastilə qədər), 4-12 yaşlı uşaqlara hər 2 saatdan bir 1 pastil (gündə 6 pastilə qədər) ağızda tədricən həll olmaqla təyin edilir. İsla-Mint dərman vasitəsinin çarpaz keçiriciliyini nəzərə alaraq, onu heç bir təhlükə olmadan uzun müddət istifadə etmək olar. Bundan başqa, hətta xəstəliyin simptomları itdikdə belə, İsla-Minti davamlı terapevtik effekt əldə etmək məqsədilə bir neçə gün ərzində qəbul etmək lazımdır. 4-5 gün ərzində xəstəliyin davamlı simptomları azalmazsa və ya əksinə pisləşərsə, təngnəfəslik, qızdırma, eləcə də, irinli və qanlı bəlğəm zamanı həkimlə məsləhətləşmək vacibdir.
Əlavə təsirləri
Çox nadir hallarda allergik reaksiyalar yarana bilər. Preparatın tərkibində sorbit olduğu üçün çox nadir hallarda işlədici təsir göstərə bilər.
Buraxılış forması
10 pastil, blisterdə. 3 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.