Apex-TT
IODOF 30ML DAMLA
İodof
İodof tərkibi
Flüor ionları (Fluorine)- 5.6-7.2 mq Yod ionları (Iodine)-400-600 mkq 1 damcıda mineralların miqdarı: Flüor ionları -0.28-0.36 mq Yod ionları-20-30 mkq Məhsulun xüsusiyyətləri: "İodof" içməli suyun tərkibini zəngin- ləşdirən və keyfiyyətini artıran mineral əlavədir. Flüor dişlərin normal inkişafına kömək edir. Yod qalxanabənzər vəzin normal fəaliyyəti üçün vacib komponentdir. Orqanizmdə gedən bir çox maddələr və enerji mübadiləsini stimulə edir.
Əqli və fiziki inkişafı sürətləndirir, immun sisteminin normal fəaliyyətini təmin edir.
İstifadəsinə göstərişlər
Qalxanabənzər vəzin normal fəaliyyətini təmin etmək Maddələr və enerji mübadiləsini normallaşdırmaq Əqli və fiziki inkişafı sürətləndirmək İmmun sistemin normal fəaliyyətini təmin etmək Dişlərin normal inkişafını stimullaşdırmaq
Əks göstərişlər
Tərkibindəki hər hansı komponentə qarşı yüksək həssaslıq. Qalxanabənzər vəz xəstəliyi olan və yod preparatı qəbul edən şəxslər istifadədən qabaq endokrinoloqla məsləhətləşməlidir.
İodof istifadə qaydası və dozası
Az miqdarda su ilə qəbulu tövsiyə olunur. 5 yaşa qədər uşaqlar üçün gündəlik doza 3 damcı; 5-12 yaş uşaqlar üçün gündəlik doza 4 damcı; 12 yaşdan yuxarı və böyüklər üçün gündəlik doza 5-6 damcı; Hamilələr və südverən analar üçün gündəlik doza 8-10 damcı mineral əlavəyə ekvivalentdir. Profilaktik məqsədlə içməli suyun hər 1 litrində 1-2 damcı həll edilərək qəbul oluna bilər. Bu yolla alınmış və mineral tərkibi tam balanslaş- dırılmış su içilir, xörək və içkilərin hazırlanması üçün istifadə olunur.
Saxlanması: -30°C-dən aşağı və +30°C-dən yüksək olmayan tem- peraturda, uşaqlar üçün əlçatmaz yerdə saxlayın.