Pharmed
INGAVIRIN 90MG N7 CAP
İNQAVİRİN, kapsullar
İNQAVİRİN tərkibi
Təsiredici maddə: 1 kapsulda 100% maddəyə nəzərən 90 mq imidazoliletanamid pentandion turşusu (vitaqlutam) vardır.
İstifadəsinə göstərişlər
A və B virus qripinin və digər kəskin respirator virus infeksiyalarının (adenovirus infeksiyası, paraqrip, respirator-sinsitial infeksiya, rinovirus) müalicəsi və profilaktikası.
Əks göstərişlər
Preparatın təsiredici maddəsinə və ya köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq. Laktaza çatışmazlığı, laktoza dözümsüzlüyü, qlükoza/qalaktoza malabsorbsiyası. Hamiləlik və laktasiya dövrü. 18 yaşdan aşağı uşaqlar.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi nin təhlükəsizliyi və ef fektivliyi öyrənilməmişdir. Əgər laktasiya dövründə preparatın istifadəsi üçün zərurət yaranarsa, ana südü ilə qidalandırma dayandırılmalıdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Tədqiqatlar aparılmayıb, lakin təsir mexanizmini və əlavə təsirlərinin profilini nəzərə alaraq fərz etmək olar ki, nəqliyyat vasitələri ni və digər potensial təhlükəli mexanizmləri idarə etmə qabiliyyətinə təsir göstərmir.
İNQAVİRİN istifadə qaydası və dozası
Qida qəbulundan asılı olmayaraq, daxilə qəbul edilir. Qrip və kəskin respirator virus infeksiyalarının müalicəsi və profilaktikası üçün: böyüklərə gündə 1 dəfə 90 mq təyin edilir. Qrip və kəskin respirator virus infeksiyalarının müalicə müddəti – 5-7 gün dür (xəstənın vəziyyətinin ağırlığından asılı olaraq). Preparatın qəbuluna xəstəliyin ilk simptomları meydana çıxan kimi başlamaq lazımdır.
Preparatın qəbuluna 2 gündən gec olmayaraq başlamaq arzu olunandır. Ağır simptomlar zamanı, habelə virus infeksiyasını müşa yiət edən xəstəli klər olduqda (tənəffüs və ürək-damar sistemi xəstəlikləri, şəkərli diabet, piylənmə) xəstəliyin ilk 3 günü preparatı ikiqat dozada, sonrakı 2-4 gün ərzində isə normal dozada qəbul etmək lazımdır. Xəstə ilə təmas dan sonra qrip və kəskin respirator virus inf eksiyalarının profilaktikası üçün böyüklər 7 gün ərzində preparatı qəbul etməlidir. Əgər 5 gün müalicədən sonra sağalma halı qeydə alınmırsa və ya simptomlar ağırlaş arsa, yeni simptomlar yaranarsa, həkimə müraciət etmək lazımdır.
Preparat yalnız içlik vərəqədə qeyd olunan istifadəsinə göstərişlərə, istifadə qaydası və doza lara uyğun qəbul edilməlidir.