Pharmed
INGALIPT 20ML SPREY
İNQALİPT-ZDOROVYE ağız boşluğu üçün sprey INGALIPT-ZDOROVYE
INQALIPT Tərkibi
Təsiredici maddələr: 1 balonda 0,75 q həll olan streptosid, susuz natrium sulfatiazola nəzərən 0,54 q natrium sulfatiazol, 0,015 q timol, 0,015 q evkalipt yağı, 0,015 q istiotlu nanə yağı vardır.
Köməkçi maddələr: 96%-li etanol, şəkər-rafinad, qliserin, polisorbat-80, təmizlənmiş su.
Təsviri
Açıq-sarı rəngdən tünd sarı rəngə qədər, xarakterik qoxuya malik, şəffaf mayedir.
Farmakoterapevtik qrupu
Respirator sistemə təsir edən vasitələr. Boğaz xəstəliklərində istifadə edilən preparatlar. Antiseptiklər.
ATC kodu: R02AA20.
Farmakoloji xüsusiyyətləri
Preparatın farmakoloji effektləri tərkibində olan komponentlərin təsiri ilə əlaqədardır.
Həll olan streptosid və natrium sulfatiazol ağız boşluğunda və udlaqda xəstəliklər törədən qram- müsbət və qrammənfi bakteriyalara qarşı antimikrob təsir göstərir.
Timol antiseptik, bəlğəmgətirici və spazmolitik təsirlərə malikdir. Evkalipt yağı iltihabəleyhinə və antiseptik aktivlik göstərir. İstiotlu nanə yağı selikli qişaların üzərinə yaxıldıqda mülayim yerli anesteziyaedici təsir göstərir. Preparatın göstərilən komponentlərinin kombinasiyası yuxarı tənəffüs yollarının və ağız boşluğunun selikli qişalarının iltihabi xəstəliklərinin kompleksli patogen müalicəsini təmin edir. Preparat iltihabəleyhinə, mikrobəleyhinə və göbələkəleyhinə təsir göstərir; qrammüsbət və qrammənfi bakteriyalara, eləcə də, Candida nəslindən olan göbələklərə qarşı aktivdir.
İstifadəsinə göstərişlər
LOR-orqanların və ağız boşluğunun selikli qişasının infeksion-iltihabı xəstəliklərinin (tonzillit, faringit, laringit, aftoz və xoralı stomatitlər) yerli müalicəsi.
INQALIPT Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq, anamnezdə sulfanilamidlərə qarşı ağır toksik-allergik reaksiyalar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparatı istifadə etməzdən əvvəl, xüsusilə allergiyaya qarşı meyillik olduqda, həkimlə məsləhətləşmək lazımdır!
Həkim məsləhəti olmadan preparatı tövsiyə edilən müddətdən artıq istifadə etmək olmaz! Bu qrupdan olan preparatların əvvəlki qəbuluna reaksiya barədə mütləq həkimə məsləhət vermək lazımdır.
Preparatın gözlərə düşməsi yolverilməzdir.
Preparatın istifadə etməzdən əvvəl ağız boşluğunu qaynadılmış ilıq su ilə yaxalamaq məsləhət görülür. Steril tampon vasitəsilə ağız boşluğunun zədələnmiş sahələrindən (eroziya, xora) nekrotik ərp təmizlənməlidir. Ağız boşluğuna preparatı püskürtdükdən sonra 15-30 dəqiqə ərzində qida qəbulundan imtina etmək lazımdır.
Preparatın uşaqlarda istifadəsi zamanı nəzərə almaq lazımdır ki, 1-2 saniyə ərzində püskürdülmüş preparatın birdəfəlik dozasında 0,0076-0,0152 ml etanol (96%) vardır ki, bu da, uşaqlar üçün birdəfəlik dozada bədən kütləsinin hər kq-na aşağıdakı miqdarda təşkil edir: 3-5 yaşlı uşaqlarda (bədən kütləsi 15-21 kq) – 0,0004-0,0013 ml/kq; 6-12 yaşlı uşaqlarda (bədən kütləsi 21-38 kq) – 0,0002-0,0007 ml/kq.
Preparatın tərkibində şəkər vardır ki, bunu, şəkərli diabeti olan pasiyentlərdə və anadangəlmə fruktozaya qarşı dözümsüzlüyü, qlükoza-qalaktozanın malabsorbsiya sindromu olan pasiyentlərdə nəzərə almaq lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Əgər Siz digər dərman vasitəsi qəbul edirsinizsə, preparatın istifadəsi üzrə həkimlə mütləq məsləhətləşin!
Paraaminobenzoy turşusunun törəmələri (novokain, anestezin, dikain) ilə eyni vaxtda istifadəsi zamanı preparatın mikrobəleyhinə təsirinin zəifləməsi mümkündür.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi həkim nəzarəti altında mümkündür, bu zaman fayda/risk nisbəti nəzərə alınmalı, preparatın dozalanma rejiminə ciddi əməl edilməlidir.
Pediatriyada istifadəsi
Tərkibində evkalipt və istiotlu nanənin efir yağlarının olması ilə əlaqədar, reflektor bronxospazmın inkişafı riskinin mümkünlüyünə görə 3 yaşa qədər uşaqlarda preparatı istifadə etmək olmaz.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparat nəqliyyat vasitəslərini və digər mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir etmir, lakin nəqliyyat vasitəsinin sürücüləri alkoqola aid müayinələrin nəticəsini təhrif edə bilər.
INQALIPT İstifadə qaydası və dozası
Böyüklərə və 3 yaşdan yuxarı uşaqlara 1-2 saniyə ərzində ağız boşluğunu preparatla islatmaq və ya preparatı ağız boşluğuna püskürtmək yolu ilə ağız boşluğunun və burun-udlağın selikli qişalarına yerli istifadə edilir.
Böyüklərə püskürtmə sutkada 3-4 dəfə təyin edilir.
3 yaşdan yuxarı uşaqlara həkimin xüsusi göstərişləri olmadıqda, sutkada 1-2 dəfə püskürtmə istifadə edilir.
Preparatın istifadə müddəti xəstəliyin gedişindən asılı olub, adətən 3-10 sutka təşkil edir. İstifadə tezliyi və müddəti həkim tərəfindən fərdi təyin edilir və xəstəliyin ağırlığından asılıdır! Balondan istifadə qaydası
1. Qoruyucu qapaqcığı balonun üzərindən çıxarmaq lazımdır.
2. Balonun klapan ştok üzərinə göstərilən boğaz qarmağı taxın (püskürdücü), əvvəlcədən onun təmizliyini yoxlamaq lazımdır.
3. Balonu 1 dəqiqə ərzində çalxalamaq və dispersiyalı şırnağın yaranmasına qədər qarmaq üzərinə 5 dəfədən çox basmaq lazımdır. Şırnaq əmələ gəlmədikdə prosedurun yenidən təkrarlanmasına yol verilir.
4. Püskürdücünün boş ucunu ağız boşluğuna yeridib, balonu şaquli saxlayıb, püskürdücünün üzərinə basmaq lazımdır. Püskürtmə müddəti 1-2saniyədir.
5. Püskürtmə bitdikdə balonun klapan ştok üzərindən püskürdücünü çıxardıb və onun çirklənməsinin qarşısını almaq məqsədilə balonu qoruyucu qapaqcıqla bağlamaq lazımdır.
6. Püskürdücünü ilıq su axını ilə yuyub və isti yerdə qurudub, təmiz saxlamaq lazımdır.
Əlavə təsirləri
Preparat, adətən orqanizm tərəfindən yaxşı qəbul edilir, lakin ayrı-ayrı hallarda aşağıdakı əlavə təsirlər mümkündür:
immun sistemdə baş verən pozğunluqlar: angionevrotik ödem, bronxospazm daxil olmaqla, allergik reaksiyalar.
Dəridə baş verən pozğunluqlar: səpgi, qaşınma, övrə, təmas yerində ödem.
Həzm sistemində baş verən pozğunluqlar: ürəkbulanma, qusma, yerli effektlər (ağızda yanma, boğazda düyün və ya qaynama).
Digər: ümumi zəiflik, tənəffüsün çətinləşməsi.
Hər hansı xoşagəlməz halların və ya qeyri-adi əlavə təsirlərin yarandığı zaman preparatın sonrakı istifadəsilə əlaqədar həkimlə məsləhətləşmək lazımdır.
Doza həddinin aşılması
Doza həddinin aşılması halları qeyd olunmayıb. Preparatın əlavə təsirlərinin güclənməsi mümkündür.
Müalicəsi
Preparatın istifadəsinin dayandırılması, ağız boşluğunun qaynadılmış ilıq su ilə yuyulması. Simptomatik müalicə.
Buraxılış forması
30 ml, balonda. Püskürdücü taxması olan 1 balon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25º C-dən yüksək olmayan temperaturda, orijinal qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
1,5 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
“Zdorovye” Əczaçılıq şirkəti” MMC. Ukrayna, 61013, Xarkov ş., Şevcenko k., 22.