Pharmed
INFLUSID A N40 TB
INFLUCID® А
Beynəlxalq patentləşdirilməmiş adı: yoxdur.
Tərkibi
Təsiredici maddə: 1 tabletin (250 mq) tərkibində 25 mq dərman kəpənəkçiçəyi (Aconitum trit.)
D3, 25 mq helsemium (Gelsemium trit.) D3, 25 mq qusdurucu kök
(Ipecacuanha trit.) D3, 25 mq fosfor (Phosphorus trit.) D5, 25 mq küstüşam
(Bryonia trit.) D2, 25 mq dəlikyarpaq asırqalotu (Eupatorium perfoliatum
trit.) D1.
Köməkçi maddələr: laktoza monohidrat, buğda nişastası, maqnezium stearat.
Təsviri
Yastı-silindrik formalı, iti qıraqlı, ağ və ya demək olar ki, ağ rəngli tabletlərdir, xalların
mövcudluğu mümkündür.
Farmakoterapevtik qrupu
Homeopatik dərman vasitəsi.
Farmakoloji xüsusiyyətləri
Homeopatik müalicə xəstəliyin anlamına və dərman preparatlarının istifadəsinə görə ənənəvi
təbabətdən nəzərə çarpacaq dərəcədə fərqlənir. Homeopatik preparatlar orqanizmin qoruyucu
mexanizmlərini stimullaşdırır və beləliklə, orqanizmin özünü bərpa etmək qabiliyyətini
aktivləşdirirlər. Orqanizmin homeopatik dərman preparatlarına qarşı reaksiyası çox fərdidir. Bu
səbəblərdən, onların dozadan asılı spesifik farmakoloji effektlərini, farmakodinamik və
farmakokinetik xüsusiyyətlərini müəyyən etmək mümkün deyil.
İstifadəsinə göstərişlər
Qızdırma ilə müşayiət olunan qripəbənzər infeksiyaların və yuxarı tənəffüs yollarının digər
kəskin virus infeksiyalarının müalicəsi və profilaktikası. Qripin dəstəkləyici müalicəsi.
Əks göstərişlər
Dəlikyarpaq asırqalotu (adi asırqalotu) bitkisinə və ya astra/mürəkkəbçiçəklilər fəsiləsinin digər
nümayəndələrinə, preparatın tərkibinə daxil olan digər təsiredici maddələrə və ya preparatın hər
hansı digər komponentinə qarşı yüksək həssaslıq.
1 yaşa qədər uşaqlara preparatın istifadəsi əks göstərişdir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Həkim pasiyentdə istənilən şəkər növünə qarşı dözümsüzlüyün mövcudluğunu müəyyən etdiyi
halda, preparatın istifadəsinə başlamazdan əvvəl həkimlə məsləhətləşmək lazımdır.
Dərman preparatının tərkibinə laktoza və buğda nişastası daxildir. Bu səbəbdən, qalaktozaya
qarşı dözümsüzlük, Lapp laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası kimi
nadir irsi xəstəliklər qeyd olunan pasiyentlərdə preparatı istifadə etmək olmaz. Buğda
nişastasının tərkibində yalnız çox az miqdarda qlüten ola bilər və bu səbəbdən, seliakiyadan
əziyyət çəkən pasiyentlər üçün preparat təhlükəsiz hesab edilir. Buğdaya qarşı allergiya
(seliakiyadan fərqli) qeyd olunan pasiyentlər preparatdan istifadə etməməlidirlər.
Aşağıda göstərilən simptomlar meydana çıxdığı halda, həkimlə məsləhətləşmək tələb olunur:
− pasiyentin vəziyyəti yaxşılaşmadıqda və ya daha da pisləşdiyi halda;
− əlavə şikayətlər meydana çıxdıqda;
− bədənin yüksək temperaturu saxlanıldıqda və ya 39°C-dən yüksək olduğu halda.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər dərman preparatları ilə qarşılıqlı təsirləri müşahidə olunmamışdır. Bu homeopatik dərman
preparatının istifadəsi, digər dərman preparatlarının istifadəsini istisna etmir.
Pasiyentlərə hazırda və ya bir müddət əvvəl istifadə etdikləri və ya gələcəkdə istifadəsi nəzərdə
tutulan digər dərman preparatları barədə həkimlə məsləhətləşmələri tövsiyə olunur.
Qeyd. Neqativ həyat vərdişləri, məsələn, tütünün və ya alkoqolun istifadəsi, homeopatik dərman
preparatlarının effektlərinə mənfi təsir göstərə bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatı yalnız, fayda və risk nisbətinin qiymətləndirilməsini
nəzərə alaraq, istifadə etmək olar.
Göstərilən dərman preparatının istifadəsinə başlamazdan əvvəl həkimlə məsləhətləşmək tövsiyə
olunur.
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Təsir göstərmir.
İstifadə qaydası və dozası
Preparatdan istifadə etdikdə, hər zaman bu içlik vərəqədə qeyd olunan göstərişlərə və ya həkimin
və ya əczaçının təyinatlarına riayət etmək vacibdir. Preparatın düzgün istifadəsinə dair hər hansı
şübhə meydana çıxdığı halda, həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır.
Dozalanma rejimi
Böyüklər
Kəskin vəziyyətlərdə – pasiyentin vəziyyəti yaxşılaşmayana qədər, bir saatlıq fasilələrlə 1 tablet –
gündə maksimum 12 tabletə qədər istifadə etmək olar.
Davamlı müalicə məqsədi ilə – gündə 3 dəfə 1-2 tablet.
İnfeksiyaların profilaktikası məqsədi ilə, gündə 3 dəfə 1-2 tablet istifadə etmək lazımdır.
Uşaqlar
1 yaşdan 11 yaşa qədər uşaqlar
Kəskin vəziyyətlərdə – pasiyentin vəziyyəti yaxşılaşmayana qədər, hər 2 saatdan bir 1 tablet –
gündə maksimum 8 tabletə qədər istifadə etmək olar.
Davamlı müalicə məqsədi ilə – gündə 3 dəfə 1 tablet.
Yaşı 12 və daha yuxarı olan uşaqlar
Kəskin vəziyyətlərdə – pasiyentin vəziyyəti yaxşılaşmayana qədər, bir saatlıq fasilələrlə 1 tablet –
gündə maksimum 12 tabletə qədər istifadə etmək olar.
Davamlı müalicə məqsədi ilə – gündə 3 dəfə 1-2 tablet.
İnfeksiyaların profilaktikası məqsədi ilə, 1 yaşdan 11 yaşa qədər uşaqlara gündə 3 dəfə 1 tablet,
yaşı 12 və daha yuxarı olan uşaqlara gündə 3 dəfə 1-2 tablet istifadə etmək lazımdır.
İstifadə qaydası
Tabletlər ağız boşluğunda tədricən həll olmalıdır. Kiçik yaşlı uşaqlar üçün tabletləri az miqdar
suda həll etmək olar.
Preparatı qida qəbulundan ən azı yarım saat əvvəl və ya yarım saat sonra istifadə etmək lazımdır.
Əlavə təsirləri
Preparatın istifadəsi ilə əlaqəli əlavə təsirlər çox nadir hallarda (<1/10000) və ya məlum olmayan
tezliklə (əldə olunan məlumatlar əsasında tezliyi qiymətləndirmək mümkün deyil) müşahidə
olunur: hiperhəssaslıq reaksiyaları, məsələn, dəri üzərində səpgilər və mədə-bağırsaq
pozğunluqları.
Belə hallarda preparatın istifadəsini dayandırmaq və həkimə müraciət etmək lazımdır.
Qeyd. Homeopatik preparatların istifadəsi ilə əlaqəli mövcud şikayətlər müvəqqəti pisləşə bilər
(ilkin homeopatik kəskinləşmə). Belə hallarda preparatın istifadəsini dayandırmaq və həkimə
müraciət etmək tövsiyə olunur.
Doza həddinin aşılması
Müəyyən edilməmişdir.
Buraxılış forması
20 tablet, blisterdə. 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
Dr. Gustav Klein GmbH & Co. KG,
Ştaynenfeld 3, 77736, Sel am Harmersbax, Almaniya.
Qeydiyyat vəsiqəsinin sahibi
Alpen Pharma GmbH,
Ştaynenfeld 3, 77736 Sell am Harmersbax,
Almaniya.