pharmed
IMUDON 0,1575MG N40 TB
İMUDON
Beynəlxalq patentləşdirilməmiş adı: Bakteriya lizatlarının qarışığı (L. Johnsonii + L. helveticus + L. delbrueckii ss lactis + L. fermentum + S. pyogenes groupe A + E. faecium + E. faecalis + S. gordonii + S. aureus + K. pneumoniae ss pneumoniae + C. pseudodiphtheriticum + F. nucleatum ss fusiforme + C. Albicans).
İMUDON Tərkibi
Preparat polivalent antigen kompleksi olub, bakteriya lizatlarının qarışığıdır ki, bu da daha çox ağız boşluğunun və boğazın iltihabi proseslərinə səbəb olan törədicilərə uyğundur. Təsiredici maddə: 1 tabletin tərkibində 2,7 mq quru maddə hesabı ilə) İmudon® (bakteriya lizatlarının qarışığı) vardır: (L. johnsonii + L. helveticus + L. delbrueckii ss lactis + L. fermentum + S. pyogenes groupe A + E. faecium + E. faecalis + S. gordonii + S. aureus + K. pneumoniae ss pneumoniae + C. pseudodiphtheriticum + F. nucleatum ss fusiforme + C. albicans) 0,1575 mq. Köməkçi maddələr:qlisin, natrium dezoksixolat, tiomersal, laktoza monohidrat, mannitol, natrium saxarinat, povidon, natrium hidrokarbonat, susuz limon turşusu, nanə aramatizatoru, maqnezium stearat.
Farmakoterapevtik qrupu
İmmunstimullaşdırıcı vasitə.
ATC kodu: L03AX.
Farmakoloji xüsusiyyətləri
Stomatologiyada və otorinolarinqologiyada yerli istifadə üçün nəzərdə tutulmuş immun sistemi stimullaşdıran bakterial mənşəli preparatdır. Faqositozu aktivləşdirir, immunokomponent hüceyrələrin sayının artmasına təkan verir, lizosim ilə interferonun və eləcə də sekretor immunoqlobulinin ağız suyunda ifrazını artırır. İstifadəsinə göstərişlər Ağız boşluğunun və boğazın iltihabi-infeksion xəstəliklərinin müalıcəsi və profilaktikası:
- faringit;
- xroniki tonzillit;
- tonzillektomiyaya qədər hazırlıq və əməliyyatdan sonrakı dövr;
- səthi və dərin parodontoz, parodontit, stomatit (o cümlədən, aftozlu), qlossit;
- eritematozlu və xoralı qinqivit;
- ağız boşluğunun disbakteriozu;
- dişlərin çəkilməsindən sonra yaranan infeksiyalar, süni diş köklərinin implantasiyası;
- diş protezlərinin törətdiyi xora.
Əks göstərişlər
- Preparatın istənilən komponentinə qarşı yüksək fərdi həssaslıq;
- 3 yaşa qədər uşaqlar;
- autoimmun xəstəliklər.
İmmunoloji və farmakoloji xüsusiyyətləri: Otorinolarinqologiyada, stomatologiyada yerli istifadə üçün bakterial mənşəli immunstimullaşdırıcı preparatdır. Faqositozu aktivləşdirir, immunetibarlı hüceyrələrin miqdarının artmasına səbəb olur, ağız suyunda lizosimin və interferonun, A immunoqlobulinin hasilini artırır.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- 3 yaşdan 6 yaşa qədər uşaqlar tabletləri böyüklərin nəzarəti altında qəbul etməlidirlər!
- Preparatın terapevtik effektliyini azaltmamaq üçün İmudon qəbul edildikdən sonra 1 saat ərzində qida və maye qəbul edilməməlidir, o cümlədən, ağzı yaxalamaq olmaz.
- Preparatın duzlu və ya duzsuz pəhriz saxlayan pasiyentlərə təyin olunması zamanı İmudon preparatının 1 tabletinin tərkibində 15 mq Na+ olmasını nəzərə almaq vacibdir.
- Bakterial lizat tərkibli preparatların qəbulunun xəstəliyin kəskinləşməsinə (bronxial astma tutması) səbəb olan bronxial astmalı pasiyentlərdə preparatın qəbulu məsləhət görülmür.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Qeyd edilməyib.
İmudon digər qruplardan olan dərman vasitələrilə istifadə edilə bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
İmudonun hamilə qadınlarda istifadəi barədə məlumat kifayət qədər deyil. Heyvanlar üzərində aparılan eksperimental və epidemioloji tədqiqatlar barədə müvafiq məlumat mövcud deyil. İmudon preparatını hamiləlik və laktasiya dövründə istifadə etmək mələhət görülmür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Müalicə dövründə avtomobil və ya digər mexanizmləri idarə etməklə əlaqədar hər hansı fəaliyyətin məhdudlaşdırılımasını göstərən məlumat yoxdur.
İMUDON İstifadə qaydası və dozası
Böyüklər və 14 yaşdan yuxarı yeniyetmələr Ağız boşluğunun və boğazın kəskin iltihabi xəstəlikləri zamanı və xroniki xəstəliklərin kəskinləşməsi zamanı gündə 8 tablet qəbul edilir. Tabletlər 1-2 saat intervalla ağız boşluğunda sorulur (çeynənilmədən). Müalicə kursunun orta müddəti 10 gündür. Ağız boşluğu və boğazın kəskin xroniki iltihabi xəstəliklərinin kəskinləşməsinin profilaktikası üçün gündə 6 tablet qəbul edilir. Tabletlər 2 saat intervalla ağız boşluğunda sorulur (çeynənilmədən). Müalicə kursunun orta müddəti 20 gündür. İmudonla profilaktik müalicə kursunu ildə 3-4 dəfə aparmaq məsləhət görülür. 3-14 yaşlı uşaqlar Ağız boşluğunun və boğazın kəskin və xroniki iltihabi xəstəliklərininin kəskinləşməsinin müalicəsi zamanı, eləcə də profilaktika üçün preparat gündə 6 dəfə qəbul edilir. Tabletlər ağız boşluğunda 1-2 saat intervalla sorulur (çeynənilmədən). Müalicə kursunun orta müddəti kəskin xəstəliklər zamanı 10 gün, xroniki xəstəliklərin kəskinləşməsinin profilaktikası zamanı isə 20 gündür. Profilaktik istifadə kursunu ildə 3-4 dəfə təkrar etmək mələhət görülür.
Əlavə təsirləri
Nadir hallarda preparatın istifadəsi allergik reaksiyalarla (səpgi, övrə, angionevrotik ödem), mədəbağırsaq sistemində baş verən reaksiyalarla (qusma, ürəkbulanma, qarın nahiyəsində ağrı), bədən temperaturunun yüksəlməsi, bronxial astmanın kəskinləşməsi, öskürəklə müşayiət edilə bilər. Çox nadir hallarda preparatın istifadəsi düyünlü eritemanın, hemorragik vaskulitin, trombositopeniyanın inkişafı ilə müşaiyət edilə bilər. Doza həddinin aşılması İmudonun doza həddinin aşılması halları qeyd edilməmişdir.
Buraxılış forması
8 tablet kompozisiyalı materialdan/poliamid/aluminium/PVX və çap edilmiş laklanmış alüminium folqalı konturlu-yuvalı qablaşdırmada (blisterdə). 3 və ya 5 konturlu-yuvalı qablaşdırma (blister) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.