Pharmed
IMPERIUM XL 40/10/25MG N28 TB
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri
_____________ E.M.Ağayev
“_____”______________ 2020-ci il
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Bu dərmanı istifadə etməyə başlamazdan əvvəl bu içlik vərəqəsini diqqətlə oxuyun,
çünki burada Sizin üçün mühüm məlumatlar vardır.
• Bu içlik vərəqəsini atmayın. Daha sonra onu təkrar oxumağınız lazım gələ bilər.
• Əgər əlavə suallarınız olarsa, lütfən, həkiminizə və ya əczaçıya müraciət edin.
• Bu dərman şəxsən Sizin üçün təyin edilmişdir, onu başqalarına verməyin.
• Bu dərmandan istifadə müddətində həkimə və ya xəstəxanaya getsəniz, həkiminizə bu
dərmandan istifadə etdiyiniz barədə məlumat verin.
• Bu içlik vərəqədə yazılanlara dəqiq əməl edin. Dərmanın Sizin üçün tövsiyə olunan
dozasından yüksək və ya aşağı doza istifadə etməyin.
İMPERİUM XL 40 mq/10 mq/25 mq örtüklü tabletlər
IMPERIUM XL
Tərkibi
Təsiredici maddələr: 1 tabletin tərkibində 40 mq olmesartan medoksomil, 10 mq amlodi-
pinə ekvivalent 13,88 mq amlodipin bezilat, 25 mq hidroxlorotiazid
vardır.
Köməkçi maddələr: prejelatinləşdirilmiş nişasta, mikrokristallik sellüloza (Avisel 102),
kroskarmelloza natrium, maqnezium stearat, kolloidal silisium dioksid,
çəhrayı opadri II 85F25437.
Təsviri
Çəhrayı rəngli, oval formalı örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Angiotenzin II reseptorlarının blokatorları, digər kombinasiyalar.
ATC kodu: C09DX03.
Farmakoloji xüsusiyyətləri
İMPERİUM XL-in tərkibində 3 təsiredici maddə - olmesartan medoksomil, amlodipin (amlo-
dipin bezilat şəklində) və hidroxlorotiazid vardır. Hər 3 maddə yüksək qan təzyiqinə nəzarət
etməyə kömək edir.
• Olmesartan medoksomil, qan damarlarını genişləndirərək qan təzyiqini aşağı salan
"angiotenzin II reseptorların antaqonistləri" adlı bir dərman qrupuna aiddir.
• Amlodipin, “kalsium kanallarının blokatorları” adlandırılan dərman preparatları qrupuna
daxildir. Amlodipin də qan damarlarını genişləndirərək qan təzyiqini aşağı salır.
• Hidroxlorotiazid tiazid diüretikleri (“sidikqovucu tabletler”) adlandırılan bir dərman
qrupudur. Böyrəklərinizin daha çox sidik hasil etməsini təmin edərək, orqanizminizdəki artıq
suyun xaric edilməsinə kömək edir və qan təzyiqini aşağı salır.
Bu maddələrin təsiri qan təzyiqinizin aşağı düşməsinə səbəb olur.
İstifadəsinə göstərişlər
İmperium XL yüksək qan təzyiqini aşağı salmaq üçün hipertoniyanın müalicəsində istifadə
olunur.
• Qan təzyiqinə olmesartan medoksomil və amlodipinin fiksəolunmuş dozada kombinasiyası
ilə kifayət qədər nəzarət edilə bilməyən böyük xəstələrdə;
• Olmesartan medoksomil və hidroxlortiazidin fiksəolunmuş kombinasiyası ilə birlikdə
amlodipin qəbul edən və ya olmesartan medoksomil və amlodipinin fiksəolunmuş
kombinasiyası ilə birlikdə hidroxlortiazid qəbul edən xəstələrdə
Yüksək qan təzyiqinin aşağı salınması ölümə səbəb olan və olmayan kardiovaskulyar
hadisələrin, xüsusilə də insult və miokard infarktının yaranma riskini azaldır.
Əks göstərişlər
Aşağıdakı hallarda İMPERİUM XL-in istifadəsi əks göstərişdir.
Əgər,
Olmesartan medoksomil, amlodipinə və ya kalsium kanallarının blokatorlarının xüsusi bir
qrupuna (dihidropiridinlər), hidroxlorotiazidə və ya hidroxlorotiazidə bənzər maddələrə
(sulfonamidlər), yaxud bu dərmanın digər komponentlərindən hər hansı birinə qarşı yüksək
həssaslığınız varsa.
Ciddi böyrək problemləriniz varsa.
Şəkər xəstəliyiniz və ya böyrəklərinizin funksional pozğunluğu olmaqla birlikdə, eyni
zamanda qan təzyiqini aşağı salan aliskiren tərkibli bir dərmanla müalicə alırsınızsa
Qanınızda kaliumun, natriumun səviyyəsi aşağıdırsa, kalsiumun səviyyəsi yuxarıdırsa və ya
sidik turşusunun (podaqra və böyrək daşı əlamətləri ilə) səviyyəsi yüksəkdirsə və onlar
müalicə edildikdə yaxşılaşmırsa.
Hamiləsinizsə və ya uşaq əmizdirirsinizsə (bax: “Hamiləlik və laktasiya dövründə istifadəsi”).
Ağır qaraciyər probleminiz varsa, öd ifrazınız pozulmuşdursa və ya öd kisəsindən öd axını
pozulmuşdursa (məsələn, öd daşlarına görə) və ya əgər Sizdə sarılıq (dərinin və gözlərin
saralması) varsa
Aşağı qan təzyiqi, aşağı nəbz, sürətli ürək döyüntüsü və ya şok (ürəklə bağlı problemlərə
görə kardiogen şok daxil olmaqla) kimi səbəblərdən toxumalarda qan təchizatınn azalması
əlamətləri varsa
Qan təzyiqiniz çox aşağıdırsa.
Ürəyinizdən qan axını yavaş və ya tutuludursa (aorta stenozu). Bu, ürəyinizdən qan daşıyan
damar və ya qapağın daralması halında baş verə bilər.
İnfarktdan (kəskin miokard infarktı) sonra hemodinamik cəhətdən qeyri-stabil ürək
çatışmazlığı ürəyin vurğu həcmində azalma varsa. Ürəyin vurğu həcminin aşağı olması
təngnəfəslik hiss etmənizə və ya ayaqlarınızda və topuğunuzda ödemə səbəb ola bilər.
Şəkərli diabet xəstəsisinizsə və ya böyrək çatışmazlığınız varsa (YFS <60 ml /dəq / 1,73 m2
)
və yanaşı olaraq aliskiren istifadə edirsinizsə.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Yüksək qan təzyiqini müalicə etmək üçün istifadə olunan aşağıdakı dərmanlardan hər hansı
birini qəbul edirsinizsə, həkiminizə bu barədə məlumat verin:
• Angiotenzinçevirici fermentin (ACF) inhibitoru (məsələn, enalapril, lizinopril, ramipril),
xüsusilə diabetlə bağlı böyrək probleminiz varsa
• Aliskiren
İMPERİUM XL-i yüksək qan təzyiqinin müalicəsində istifadə olunan dərmanlarla birlikdə
istifadə etmək tövsiyə edilmir. Həkiminiz bu dərmanları birlikdə istifadə etməyi mütləq töv-
siyə edirsə, o, müntəzəm olaraq böyrəklərinizin fəaliyyətinə, qan təzyiqinizə və qanınızdakı
elektrolitlərin (məsələn, kalium) miqdarına nəzarət edə bilər.
AÇF inhibitorları və angiotenzin II reseptorlarının blokatorları diabetik nefropatiyalı
pasiyentlərdə eyni vaxtda istifadə edilməməlidir.
Ehtiyatla
Əgər,
• Böyrək probleminiz varsa və ya Sizə böyrək köçürülmüşdürsə
• Qaraciyər xəstəliyi
• Ürək çatışmazlığı və ya ürəyin klapanları (qapaqları) və ya əzələləri ilə bağlı problemlər
• Güclü qusma və ya ishal varsa, yüksək dozada sidikqovucu tabletlərlə (diuretiklər) müalicə
alırsınızsa və ya az miqdarda duzla pəhriz saxlayırsınızsa
• Hipovolemiya
• Hiponatriemiya
• Qanda kaliumun səviyyəsinin dəyişməsi
• Böyrəküstü vəzilərlə bağlı problemlər (böyrəkdə hormon hasil edən vəzilər)
• Şəkərli diabet
• Litium istifadə edirsinizsə
• Qırmızı qurdeşənəyi (autoimmün xəstəlik)
• Allergiya və ya astma
• Günəş şüalarına məruz qaldıqdan və ya günəş vannaları qəbul etdikdən sonra günəş yanığı
və ya səpgi kimi dəri reaksiyaları (hidroxlorotiazid qəbul edən pasiyentlərdə qeyri-melanom
dəri xərçəngi riski mövcuddur).
Ciddi, davamlı və bədən kütləsinin itməsinə səbəb olan ishal ilə qarşılaşsanız, həkiminizlə
əlaqə saxlayın. Həkiminiz simptomlarınızı qiymətləndirə və qan təzyiqinizin müalicəsi üçün
dərmanlarınızı qəbulunu necə davam etdirəcəyinizə dair qərar verə bilər.
Qan təzyiqini aşağı salan bütün dərmanlarla olduğu kimi, ürək və ya beyində qan axını
pozulan xəstələrdə qan təzyiqinin həddindən artıq düşməsi infarkta və ya insulta səbəb ola
bilər. Buna görə həkiminiz qan təzyiqinizi diqqətlə yoxlayacaqdır.
İMPERİUM XL qanda yağın səviyyəsində və sidik turşusunun səviyyəsində artıma səbəb ola
bilər (podaqra ilə əlaqədar oynaqlarda ağrılı şişkinlik). Həkiminiz bunları vaxtaşırı yoxlamaq
üçün qan testi tələb edə bilər.
İMPERİUM XL, qanınızdakı elektrolit adlanan müəyyən kimyəvi maddələrin səviyyəsini də-
yişdirə bilər. Həkiminiz vaxtaşırı nəzarət üçün qan analizləri tələb edə bilər. Elektrolit
səviyyəsinin dəyişməsinin simptomları aşağıdakılardır: susuzluq, ağızda quruluq, əzələ ağrısı
və ya spazmları, əzələlərdə yorğunluq, aşağı qan təzyiqi (hipotenziya), zəiflik hissi, yuxu-
luluq, yorğunluq, yuxusuzluq və ya narahatlıq, ürəkbulanma, qusma, sidiyəgetməyə ehtiyacın
azalması, ürək döyüntülərinin sayının artması. Bu simptomları hiss etsəniz, bu barədə
həkiminizə məlumat verin.
Qalxanabənzər vəzinin funksiyası üçün test etməlisinizsə, bu testlər aparılmazdan əvvəl
İMPERİUM XL qəbulunu dayandırmalısınız.
Hamilə olduğunuzu (və ya hamilə qala biləcəyinizi) düşünürsünüzsə, bu barədə həkiminizə
söyləməlisiniz. İMPERİUM XL, hamiləliyin ilk mərhələlərində tövsiyə edilmir və əgər 3
aydan çox hamiləsinizsə, bu mərhələdə istifadə edilməməlidir, belə ki, bu, körpənizə ciddi
zərər verə bilər (bax: "Hamiləlik və laktasiya dövründə istifadəsi").
Uşaqlarda və yeniyetmələrdə (18 yaşdan aşağı) istifadəsi
İMPERİUM XL-in uşaqlarda və 18 yaşına çatmayan yeniyetmələrdə istifadəsi tövsiyə
olunmur.
Bu xəbərdarlıqlar, keçmişdəki hər hansı dönəmdə olmuş olsa belə, Sizin üçün keçərlidirsə,
lütfən, bu barədə həkiminizə məlumat verin.
İMPERİUM XL-in tərkibində olan bəzi köməkçi maddələr barədə mühüm məlumatlar
Preparatın tərkibində xəbərdarlıq tələb edən heç bir əlavə maddə yoxdur.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Aşağıda qeyd edilən dərman preparatlarından hər hansı birini istifadə edirsinizsə və ya yaxın
zamanlarda istifadə etmisinizsə, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin:
İMPERİUM XL-in təsirini gücləndirə biləcəyi üçün, qan təzyiqini aşağı salan digər
dərmanlar. Həkiminiz aşağıdakı halda dozanı dəyişdirə və / və ya başqa tədbirlər görə bilər:
AÇF inhibitoru və ya aliskiren qəbul edirsinizsə (bundan başqa, "Əks göstərişlər" və
"Xəbərdarlıqlar və ehtiyat tədbirləri" bölmələrinə baxın)
Litiumun (əhval dəyişikliyini və bəzi depressiya növlərini müalicə etmək üçün istifadə olunan
dərman) İMERİUM XL ilə eyni zamanda istifadəsi litiumun toksik (zəhərləyici) təsirinin
güclənməsinə səbəb ola bilər. Birlikdə istifadəsi məsləhət görülmür. Əgər İMPERİUM XL ilə
yanaşı Litium qəbul etməlisinizsə, həkiminiz qanınızda litiumun səviyyəsini ölçəcəkdir.
CYP3A4 inhibitorları, CYP3A4 induktorları
Ürək ritminin pozulması zamanı və yüksək qan təzyiqini müalicə etmək üçün istifadə olunan
diltiazem, verapamil.
Vərəmin və digər infeksiyaların müalicəsi üçün istifadə olunan rifampisin, eritromisin,
klaritromisin
Dazıotu (St. John’s Wort, Hypericum perforatum), depressiyanın müalicəsi üçün istifadə
olunan bitki mənşəli dərman
Qreypfrut və ya qreypfrut şirəsilə eyni vaxtda istifadəsi məsləhət görülmür.
Mədə və bağırsaqda qidaların hərəkətini artırmaq üçün istifadə olunan sizaprid
Yavaş ürək döyüntüsünü müalicə etmək və ya tərləməni azaltmaq üçün istifadə olunan
difemanil
Malyariya zamanı istifadə olunan halofantrin
Beyin qan dövranını yaxşılaşdırmaq üçün istifadə olunan vinkamin VD.
Parkinson xəstəliyində istifadə olunan amantadin
Kalium əlavələri, tərkibində kalium olan duz əvəzediciləri, sidikqovucular (diuretik-lər),
heparin (qanı durulaşdırmaq və qanın laxtalanmasının qarşısını almaq üçün is-tifadə olunan
dərman), AÇF inhibitorları (qan təzyiqini aşağı salmaq üçün istifadə olunan dərmanlar),
işlədicilər, steroidlər, adrenokortikotrop hormon (ACTH), karbenoksolon (ağız və mədə
xoralarının müalicəsində istifadə olunan dərmanlar), penisillin (antibiotik), asetilsalisil turşusu
kimi bəzi ağrıkəsicilər ("aspirin") və ya salisilatlar. Bu dərmanlar İMPERİUM XL ilə eyni
vaxtda istifadə edildikdə qanınızda kaliumun səviyyəsini dəyişdirə bilər.
İMPERİUMXL ilə eyni vaxtda istifadə edilən qeyri-steroid iltihabəleyhinə preparatlar
(QSİƏP) (QSİƏP-lər ağrı, şişkinlik və artrit daxil olmaqla, iltihabın digər əlamətlərini aradan
qaldırmaq üçün istifadə olunur) böyrək çatışmazlığı riskini artıra bilər. QSİƏP-lər
İMPERİUM XL-in təsirini azalda bilər. Salisilatların yüksək dozalarının istifadəsi mərkəzi
sinir sisteminə toksik təsiri artıra bilər.
İMPERİUM XL ilə alkoqolun, barbituratların, yuxu dərmanlarının, trankvilizatorların və
antidepressant dərmanların birlikdə istifadəsi ayağa qalxan zaman qan təzyiqinin qəfil
enməsinə səbəb ola bilər.
Qanda xolesterinin səviyyəsini aşağı salan Kolesevelam hidroxlorid, İMPERİUM XL-in
təsirini azalda bilər. Həkiminiz İMPERİUM XL-i Kolesevelam hidroxloriddən ən azı 4 saat
əvvəl qəbul etməyi məsləhət görə bilər.
İMPERİUM XL-in təsirini bir qədər azalda bilən antasidlər (həzmin pozulması və ya
qıcqırma zamanı istifadə olunan dərmanlar)
Baklofen və tubokurarin kimi müəyyən miorelaksantlar
Atropin və biperiden kimi antixolinergik dərmanlar
Kalsium əlavələri
Dantrolen (bədən temperaturunun ağır pozulmaları zamanı istifadə olunan infuziya)
İmmun reaksiyasına nəzarət etməklə orqanizminizin köçürülmüş orqanı qəbul etməsinə imkan
verən takrolimus və siklosporin.
Simvastatin (qanda xolesterinin və triqliseridlərin səviyyəsini aşağı salmaq üçün istifadə
olunur).
Aşağıdakı dərmanlardan hər hansı birini istifadə edirsinizsə və ya yaxın zamanda istifadə
etmisinizsə, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin.
Tioridazin, xloropromazin, levomepromazin, triflüoperazin, siamemazin, sulpirid,
amisüliprid, pimozid, sultoprid, tiaprid, droperidol və ya haloperidol kimi bəzi psixiatrik
pozğunluqların müalicəsi üçün istifadə olunan dərmanlar.
Diazoksid və yüksək qan təzyiqinin (məsələn, beta blokatorlar, metildopa) müalicəsi üçün
istifadə olunan dərmanlar. İMPERİUM XL bu dərmanların təsirini dəyişdirə bilər.
Mizolastin, pentamidin, terfenadin, dofetilid, ibutilid və ya eritromisin inyeksiyaları kimi ürək
ritmi problemlərinin müalicəsi üçün istifadə olunan dərmanlar.
İİV/QİÇS-in müalicəsi üçün istifadə olunan dərmanlar (məsələn, ritonavir, indinavir,
nelfinavir).
Göbələk infeksiyalarının müalicəsi üçün istifadə olunan dərmanlar (məsələn, ketokonazol,
itrakonazol, amfoterisin).
Xinidin, hidroxinidin, dizopiramid, amiodaron, sotalol, bepridil və ya üskükotu preparatları
kimi ürək xəstəliklərinin müalicəsi üçün istifadə olunan dərmanlar
Amifostin, siklofosfamid və ya metotreksat kimi xərçəng xəstəliyinin müalicəsi üçün istifadə
olunan dərmanlar
Noradrenalin kimi qan təzyiqini yüksəldən və ürək yığılmalarının tezliyini azaldan dərmanlar
Tetrasiklin və ya sparfloksasin adlanan antibiotiklər kimi infeksiyaların müalicəsi üçün
istifadə edilən dərmanlar
Probenesid, sülfinpirazon və allopurinol kimi podaqranı müalicə edən dərmanlar
Xolestiramin və xolestipol kimi qanda yağ səviyyəsini aşağı salan dərmanlar
Metformin və ya insulin kimi qanda şəkərin səviyyəsini aşağı salan preparatlar
Əgər hazırda resept əsasında və ya reseptsiz buraxılmasından asılı olmayaraq hər hansı
digər dərman preparatı istifadə edirsinizsə və ya yaxın zamanlarda istifadə etmisinizsə, bu
barədə həkiminizə və ya əczaçıya məlumat verin.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Dərmanı istifadə etməyə başlamazdan əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
Əgər hamiləsinizsə, hamilə ola biləcəyinizi düşünürsünüzsə və ya hamilə qalmağı plan-
laşdırırsınızsa, bu barədə həkiminizə məlumat verin. Həkiminiz adətən hamilə qalmanızdan
əvvəl və ya hamilə olduğunuzu bildiyiniz zaman Sizə İMPERİUM XL qəbul etməyi
dayandırmağı məsləhət görəcək və İMPERİUM XL əvəzinə başqa bir dərman istifadə etməyi
məsləhət görəcəkdir. İMPERİUM XL, hamiləliyin ilk mərhələlərində tövsiyə edilmir və
hamiləlik 3 aydan çoxdursa, qəbul edilməməlidir, çünki hamiləliyin 3-cü ayından sonra
istifadə olunarsa, dölə ciddi zərər verə bilər.
İMPERİUM XL ilə müalicə müddətində hamilə qaldığınızı hiss etsəniz, dərhal həkiminizlə və
ya əczaçı ilə məsləhətləşin.
Laktasiya
Dərmanı istifadə etməyə başlamazdan əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
Uşaq əmizdirirsinizsə və ya əmizdirməyə başlamaq istəyirsinizsə, bunu həkiminizə bildirin.
Uşaq əmizdirən analar üçün İMPERİUM XL tövsiyə olunmur və əgər uşağınızı əmizdirmək
istəyirsinizsə, xüsusilə uşağınız yenidoğulmuş və ya vaxtındanəvvəl doğulmuşdursa,
həkiminiz Sizin üçün başqa bir müalicə seçə bilər.
Əgər hamiləsinizsə, hamilə ola biləcəyinizi düşünürsünüzsə və ya hamilə qalmağı planlaşdı-
rırsınızsa, bu dərmanı istifadə etməyə başlamazdan öncə bu barədə həkiminizə və ya tibb ba-
cısına məlumat verin.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə
təsiri
Yüksək qan təzyiqinə görə müalicə edilərkən, Siz yuxululuq, ürəkbulanma və ya başgi-
cəllənmə hiss edə bilərsiniz. Bu baş verərsə, simptomlar yox olana qədər nəqliyyat vasitələrini
və digər potensial təhlükəli mexanizmləri idarə etməyin. Məsləhət üçün həkiminizə müraciət
edin.
İstifadə qaydası və dozası
İMPERİUM XL-i həmişə həkiminizin Sizə söylədiyi şəkildə istifadə edin. Əgər əmin
deyilsinizsə, həkiminizlə və ya əczaçı ilə dəqiqləşdirin. İMPERİUM XL-in gündəlik istifadə
dozası gündə bir tabletdir.
Maksimal məsləhət görülən doza 1 tabletdir.
İstifadə qaydası
Tabletlər ac və ya tox qarına qəbul edilə bilər. Tableti bir qədər maye ilə udun (məsələn, bir
stəkan su). Tableti çeynəmək olmaz. Tableti qreypfrutla birlikdə qəbul etməyin.
Əgər mümkünsə gündəlik dozanızı hər gün eyni zamanda qəbul edin, məsələn, səhər yeməyi
vaxtı.
Müxtəlif yaş qrupları
Uşaqlarda istifadəsi
İMPERİUM XL-in 18 yaşdan kiçik uşaqlarda və yeniyetmələrdə istifadəsi tövsiyə olunmur.
Yaşlılarda istifadəsi
Əgər yaşınız 65 yaşdan yuxarıdırsa, qan təzyiqinizin həddindən artıq dərəcədə aşağı
düşmədiyinə əmin olmaq üçün həkiminiz hər doza artımı zamanı qan təzyiqinizi müntəzəm olaraq yoxlayacaqdır. Yaşlılar maksimal məsləhət görülən dozanı İMPERİUM XL-i gündə 1
tablet qəbul etdikdə, ehtiyatlı olmalıdırlar.
Böyrək çatışmazlığı
Yüngül və orta dərəcəli böyrək çatışmazlığı (KK 30-60 ml/dəqiqə) olan pasiyentlərdə 40 mq-
lıq olmesartan medoksomilin istifadəsi məhduddur. Bu qrup pasiyentlərdə olmesartan
medoksomilin məsləhət görülən dozası 20 mq-dır.
Qaraciyər çatışmazlığı
Yüngül qaraciyər çatışmazlığı zamanı preparat ehtiyatla istifadə edilməlidir. Orta dərəcəli
qaraciyər çatışmazlığı olan pasuyentlərdə olmesartan medoksomilin maksimal gündəlik
dozası 20 mq-dan artıq olmamalıdır.
Ağır dərəcəli qaraciyər çatışmazlığı zamanı preparatın istifadəsi əks göstərişdir.
Qara irqdən olan xəstələr
Qara irqdən olan xəstələrdə bəzi oxşar dərmanlar kimi, İMERİUM XL-in qan təzyiqini aşağı
salıcı təsiri zəif ola bilər.
İMPERİUM XL-in qida və içkilərlə istifadəsi
İMPERİUM XL ac və ya tox qarına qəbul edilə bilər.
İMPERİUM XL istifadə edən insanlar qreypfrut şirəsi və ya qreypfurt istifadə etməməlidirlər.
Belə ki, qreypfrut şirəsi və ya qreypfrutun amlodipin təsiredici maddəsinin qanda səviyyəsini
yüksəltməklə, İMPERİUM XL-in qan təzyiqini azaldıcı təsirinin gözlənilməz artmasına səbəb
ola bilər. İMPERİUM XL qəbul edərkən alkoqolla bağlı ehtiyatlı olun, çünki bəzi insanlar
yanaşı olaraq alkoqol qəbul edərkən vertiqo da daxil olmaqla başgicəllənmə hiss edirlər. Bu
hal Sizdə baş verərsə, alkoqol qəbul etməyin.
İMPERİUM XL-i istifadə etməyi unutsanız
Gündəlik almalı olduğunuz dozanı almağı unutsanız, ertəsi gün normal dərman dozanızı qəbul
edin.
Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza istifadə etməyin.
İMPERİUM XL ilə müalicənin dayandırılması zamanı meydana çıxa biləcək təsirlər
Həkiminizin tövsiyəsi olmadan İMPERİUM XL-i istifadə etməyi dayandırmayın.
Bu dərmanın istifadəsi ilə bağlı başqa suallarınız olarsa, həkiminizə və ya əczaçıya müraciət
edin.
Əgər İMPERİUM XL-in təsirinin çox güçlü və ya zəif olduğuna dair bir müşahidənizz varsa
həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
Əlavə təsirləri
Bütün dərmanlar kimi İMPERİUM XL-in tərkibində olan maddələrdən hər hansı birinə qarşı
həssas olan insanlarda əlavə təsirlər meydana çıxa bilər.
Bu əlavə təsirlərin əksəriyyəti yüngüldür və müalicənin dayandırılmasına səbəb olmur.
Əgər aşağıdakı hallardan hər hansı biri baş verərsə, İMPERİUM XL-i istifadə etməyi
dayandırın və bu barədə həkiminizə məlumat verin və ya ən yaxın xəstəxananın təcili yardım
şöbəsinə müraciət edin.
İMPERİUM XL ilə müalicə zamanı bütün bədənə yayılan, üzün, ağızın və / və ya qırtlağın
(larinks) şişməsinə səbəb olan, qaşınma və ya dəri səpgisi ilə təzahür edən allergik reaksiyalar
meydana çıxa bilər.
Əgər bu əlamətlər meydana çıxarsa, İMPERİUM XL-i istifadə etməyi dayandırın və dərhal
həkiminizə müraciət edin.
Ciddi bayılma və ya huşun itməsi; çünki İMPERİUM XL, həssas şəxslərdə qan təzyiqinin çox
aşağı düşməsinə səbəb ola bilər.
Əgər bu əlamətlər meydana çıxarsa, İMPERİUM XL-i istifadə etməyi dayandırın və dərhal
həkiminizə müraciət edin və düz uzanın, ayaqlarınızın altını dəstəkləyərək yuxarı qaldırın.
Bunların hamısı çox ciddi əlavə təsirlərdir.
Əgər Sizdə bunlardan biri varsa, deməli, İMPERİUM XL-ə qarşı ciddi bir allergiyanız var.
Təcili tibbi müdaxiləyə və ya xəstəxanaya yerləşdirilməyinizə ehtiyac ola bilər.
İMPERİUM XL üç aktiv (təsiredici) maddənin birləşməsidir. Aşağıdakı məlumatlar,birincisi
İMPERİUM XL kombinasiyası ilə bağlı bu vaxta qədər məlumat verilən digər əlavə təsirləri
və ikincisi, hər bir fərdi aktiv maddə ilə bağlı və ya iki maddənin birlikdə verildiyi zaman
meydana çıxan əlavə təsirləri göstərir.
Əlavə təsirlərin baş verə biləcəyi bir çox xəstə haqqında təsəvvür yaratmaq üçün bu əlavə
təsirlərin başvermə tezliyi ”tez-tez”, ”bəzən”, ”nadir” və ”çox nadir” kimi verilmişdir.
Tez-tez: 10 xəstənin birindən azında, lakin 100 xəstənin birindən çoxunda meydana çıxa bilər.
Bəzən: 100 xəstənin birindən azında, lakin 1000 xəstənin birindən çoxunda meydana çıxa
bilər.
Nadir: 1000 xəstənin birindən azında, lakin 10000 xəstənin birindən çoxunda meydana çıxa
bilər.
Çox nadir : 10000 xəstənin birindən azında meydana çıxa bilər.
Məlum deyil: mövcud məlumatlara əsasən başvermə tezliyini müəyyən etmək mümkün deyil.
Aşağıda qeyd edilən əlavə təsirlər İMPERİUM XL-in istifadəsi ilə bağlı məlum olan digər
əlavə təsirlərdir.
Bu əlavə təsirlər meydana çıxarsa, adətən yüngül dərəcədə olur və müalicənizi dayandırmağa
ehtiyac olmur.
Tez-tez (10 xəstənin birindən azında, lakin 100 xəstənin birindən çoxunda meydana çıxa bilər)
Yuxarı tənəffüs yollarının infeksiyası; nazofaringit; sidikçıxarıcı yolların infeksiyası;
başgicəllənmə; baş ağrısı; ürək döyüntüsünün hiss olunması; aşağı qan təzyiqi; ürək-
bulanma; ishal; qəbizlik; əzələ spazmı; oynaqlarda şişkinlik; sidiyəgetməyə çağırışlar; zəiflik;
topuqda, ayaqlarda, qollarda, əllərdə və baldırlarda ödem; yorğunluq; anormal laborator
göstəricilər.
Bəzən (100 xəstənin birindən azında, lakin 1000 xəstənin birindən çoxunda meydana çıxa
bilər)
Hiperkaliemiya, hipokaliemiya, ayağa qalxanda vertiqo; başgicəllənmə; sürətli ürək
döyüntüsü; huşunu itirmə hissi; üzün qızarması və istilik hissi; öskürək; ağızda quruluq; əzələ
zəifliyi; ereksiya qabiliyyətinə malik ola və onu saxlaya bilməmək.
Aşağıdakı əlavə təsirlər, hər bir ayrı maddə ilə bağlı və ya iki maddə birlikdə istifadə
edildikdə meydana çıxan əlavə təsirlərdir.
Bu günə qədər İMPERİUM XL ilə bağlı meydana çıxmamasına baxmayaraq, aşağıdakılar
İMPERİUM XL-in əlavə təsirləri ola bilər.
Çox tez-tez (10 xəstənin birində)
Hipertriqliseridemiya, hiperxolesterinemiya, hiperurikemiya, ödem.
Tez-tez (10 xəstənin birindən azında, lakin 100 xəstənin birindən çoxunda meydana çıxa bilər)
Sidikçıxarıcı yolların infeksiyası, hipokaliemiya, hiperkalsiemiya, hiponatriemiya,
hipomaneziemiya, hiperxloremiya, hiperamilasemiya; bronxit, öskürək, təngnəfəslik; mədə və
ya bağırsaq infeksiyası; qusma; qan şəkərinin artması; sidikdə şəkər; şüurun qarışması;
yuxululuq hissi, başgicəllənmə, başağrı, palpitasiya, qanaxını; burun axması və ya tutulması;
boğaz ağrısı; qarın nahiyəsində ağrı, ishal, ürəkbulanma, qəbizlik; qıcqırma; mədə
pozğunluğu; mədədə köp, qastroenterit; əzələ spazmı, oynaqlarda və ya sümüklərdə ağrı,
topuqda şişkinlik; bel ağrısı; skelet ağrısı; sidikdə qan; qripəbənzər simptomlar; sinədə ağrı;
ağrı, asteniya, yorğunluq, periferik ödem, anormal laborator göstəricilər; görmənin pozulması
(ikili görmə və bulanıq görmə daxil olmaqla).
Bəzən (100 xəstənin birindən azında, lakin 1000 xəstənin birindən çoxunda meydana çıxa
bilər)
Trombositlər kimi tanınan qan hüceyrələrinin sayının azalması, bu, asanlıqla göyərmə ilə və
ya uzun müddət qanaxma ilə nəticələnə bilər; anafilaktik reaksiya; iştahanın anormal azalması
(anoreksiya); yuxu problemi, qıcıqlanma; həssaslıq; narahatlıq daxil olmaqla əhvalda
dəyişiklik; "Kefsiz-lik" və ya depressiya; titrəmə; yuxunun pozulması; dadbilmə hissinin
pisləşməsi; şüurun itməsi; toxunma (lamisə) hissinin azalması; sancma (iynəbatma) hissi;
iştahanın itməsi, tremor; uzağı görməməyin pisləşməsi; vertiqo, tinnitus (qulaqlarda küy);
aritmiya, stenokardiya (sinədə ağrı və ya narahatlıq); hipotoniya, ortostatik hipotenziya;
ağızda quruluq, nəfəs almaqda çətinlik; səpgi; saçın tökülməsi; allergik dermatit, dərinin
allergik iltihabı; dəridə qızartı, ekzantema; kiçik qanaxma səbəbindən dəridə purpura və ya
qırmızımtıl ləkə; dərinin rəngsizləşməsi; qırmızı qaşınan şişkinlik (övrə); güclü tərləmə;
qaşınma; dəridə qabıqlanma; günəş yanığı və ya səpgi kimi, işığa qarşı dəri reaksiyaları; əzələ
ağrısı; tez-tez sidiyə getmə, sidiyəgetmə ilə bağlı problem; gecə təcili olaraq sidiyəgetmə
hissi; kişilərdə sinənin böyüməsi; erektil disfunksiya, cinsi istəyin azalması; üzün ödemi;
özünü pis hissetmə; bədən kütləsinin artması və ya azalması; zəiflik, ətraflarda ağrı.
Nadir (1000xəstənin birindən azında, lakin10000xəstənin birindən çoxunda meydana çıxa
bilər)
Ağızsuyu vəzilərinin şişməsi və ağrılı olması; ağ qan hüceyrələrinin (leykositlərin) sayının
infeksiya riskini artıra biləcək dərəcədə azalması; qırmızı qan hüceyrələrinin (eritrositlər)
sayının azalması (anemiya); aplastik anemiya, sümük iliyinin zədələnməsi,
neytropeniya/aqranulositoz; hiperkaliemiya; həyəcan; laqeydlik hissi (apatiya); qıcolma
tutmaları; baxdığınız əşyaların sarı görünməsi; lakrimasiyanın azalması, gözlərdə quruluq;
ksantopsiya; qan laxtaları (tromboz və ya emboliya); ağciyərlərdə maye yığılması; kəskin
interstisial pnevmoniya; qan damarlarının və dəridəki kiçik qan damarlarının iltihabı; mədəaltı
vəzidə iltihab; dəridə və gözlərdə sarılıq; öd kisəsinin kəskin iltihabı; angioödem, səpgi,
oynaq ağrısı və əl və barmaqlarda soyuma, qırmızı qurde-şənəyinin bəzi əlamətləri; dəri
qırmızı qurdeşənəyinin reaktivasiyası, dəridə qabıqlanma və qabarların əmələ gəlməsi, toksik
epidermal nekroliz; əzələ zəifliyi, hərəkət pozğunluğu; kəskin böyrək çatışmazlığı, interstisial
nefrit, böyrək çatışmazlığı; böyrəyin infeksion törədici iə bağlı olmayan (qeyri-infeksion)
iltihabı; zəif böyrək funksiyası; qızdırma, süstlük.
Çox nadir (10000 xəstənin birindən azında meydana çıxa bilər)
Dərmanlara qarşı yüksək həssaslıq. Yüksək əzələ gərginliyi; əllərdə və ayaqlarda uyuşma;
hipoxloremik alkaloz, hipertoniya, kəskin ürək xəstəliyi, miokard infarktı; mədənin iltihabı
(qastrit); dişətinin qalınlaşması; paralitik bağırsaq keçməzliyi, spruyabənzər enteropatiya;
qaraciyərin iltihabı; allergik dəri səpgisi, multiformalı eritema, eksfoliativ dermatit, Kvinke
ödemi, Stivens-Conson sindromu.
Məlum deyil
Qeyri-melonom dəri xərçəngi, ekstrapiramid pozğunluq, kəskin miopiya, bağlıbucaqlı
qlaukoma, xorioidal effuziya.
Əgər bu içlik vərəqədə qeyd edilməyən hər hansı bir əlavə təsir meydana çıxarsa, bu barədə
həkiminizə və ya əczaçıya məlumat verin.
Doza həddinin aşılması
Əgər lazım olduğundan daha çox İMPERİUM XL almısınızsa, başgicəllənmə, sürətli və ya
yavaş ürəkdöyünmə və aşağı qan təzyiqinin bəzi simptomları ilə qarşılaşa bilərsiniz.
Əgər lazım olduğundan çox tablet qəbul etmisinizsə və ya bir uşaq təsadüfən bir neçə tableti
udmuşdursa, dərhal həkiminizə və ya ən yaxın xəstəxananın təcili yardım şöbəsinə müraciət
edin və dərmanın qablaşdırmasını və ya bu içlik vərəqəsini özünüzlə götürün.
İMPERİUM XL-dən lazım olduğundan artıq miqdarda istifadə etmisinizsə, həkimlə və ya
əczaçı ilə danışın.
Buraxılış forması
7 tablet, blisterdə. 4 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən aşağı otaq temperaturunda, qablaşdırmada və uşaqların əli çatmayan yerdə saxla-
maq lazımdır.
Yararlılıq müddəti bitmiş və ya istifadə edilməmiş dərmanları çirkab sularına və məişət
tullantılarının içərisinə atmayın. Onları hara atmaq lazım olduğunu əczaçıdan soruşun. Bu
tədbirlər ətraf mühitin qorunmasına xidmət edir.
Əgər preparatda və ya qablaşdırmada hər hansı qüsur hiss etsəniz, İMPERİUM XL-i istifadə
etməyin.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırmanın üzərində göstərilmişdir.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
GEN İLAÇ VE SAĞLIK ÜRÜNLERİ SAN. ve TİC. A.Ş.,
ASO 2. ve 3. OSB Alcı OSB Mah. 2013 Cad. No.24 Sincan/ANKARA.
Lisenziyanın sahibi
GEN İLAÇ VE SAĞLIK ÜRÜNLERİ SAN. ve TİC. A.Ş.,
Mustafa Kemal Mah., 2119.Sok. No:3 Çankaya/ANKARA.