Pharmed

IMPERIUM 40/5/12,5MG N28 TB

TƏSDİQ EDİLMİŞDİR 
Azərbaycan Respublikası
 Səhiyyə Nazirliyi
 Farmakoloji və Farmakopeya
 Ekspert Şurasının sədri
 _____________ E.M.Ağayev
 
 “_____”______________ 2020-ci il

 


 Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 


Bu dərmanı istifadə etməyə başlamazdan əvvəl bu içlik vərəqəsini diqqətlə oxuyun, çünki 
burada Sizin üçün mühüm məlumatlar vardır. 
• Bu içlik vərəqəsini atmayın. Daha sonra onu təkrar oxumağınız lazım gələ bilər. 
• Əgər əlavə suallarınız olarsa, lütfən, həkiminizə və ya əczaçıya müraciət edin. 
• Bu dərman şəxsən Sizin üçün təyin edilmişdir, onu başqalarına verməyin. 
• Bu dərmandan istifadə müddətində həkimə və ya xəstəxanaya getsəniz, həkiminizə bu 
dərmandan istifadə etdiyiniz barədə məlumat verin. 
• Bu içlik vərəqədə yazılanlara dəqiq əməl edin. Dərmanın Sizin üçün tövsiyə olunan 
dozasından yüksək və ya aşağı doza istifadə etməyin. 


İMPERİUM 40 mq/5 mq/12,5 mq örtüklü tabletlər
IMPERIUM 


Tərkibi

Təsiredici maddələr: 1 tabletin tərkibində 40 mq olmesartan medoksomil, 5 mq 
 amlodipinə ekvivalent 6,944 mq amlodipin besilat, 12,5 mq hidroxlo-
 rotiazid vardır.
Köməkçi maddələr: prejelatinləşdirilmiş nişasta, mikrokristallik sellüloza (Avisel 102), 
 kroskarmelloza natrium, maqnezium stearat, kolloidal silisium 
 dioksid, sarı opadri II 85F32331.


Təsviri

Sarı rəngli, girdə örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Angiotenzin II reseptorlarının blokatorları, digər kombinasiyalar.


ATC kodu: C09DX03.


Farmakoloji xüsusiyyətləri

İMPERİUM-un tərkibində 3 təsiredici maddə - olmesartan medoksomil, amlodipin (amlo-dipin 
besilat şəklində) və hidroxlorotiazid vardır. Hər 3 maddə yüksək qan təzyiqinə nəzarət etməyə
kömək edir. 
• Olmesartan medoksomil, qan damarlarını genişləndirərək qan təzyiqini aşağı salan "angiotensin 
II reseptorlarının antaqonistləri" adlı dərman qrupuna aiddir. 
• Amlodipin, “kalsium kanallarının blokatorları” adlandırılan dərman preparatları qrupuna 
daxildir. Amlodipin də qan damarlarını genişləndirərək qan təzyiqini aşağı salır. 
• Hidroxlorotiazid tiazid diüretikləri (“sidikqovucu tabletlər”) adlandırılan bir dərman qrupudur. 
Böyrəklərinizin daha çox sidik hasil etməsini təmin edərək, orqanizminizdəki artıq suyun xaric 
olmasına kömək edir və qan təzyiqini aşağı salır.
Bu maddələrin təsiri qan təzyiqinizin aşağı düşməsinə səbəb olur.

 

İstifadəsinə göstərişlər

İmperium yüksək qan təzyiqini aşağı salmaq üçün hipertoniyanın müalicəsində istifadə olunur. 
• Qan təzyiqinə olmesartan medoksomil və amlodipinin fiksəolunmuş dozada kombinasiyası ilə
kifayət qədər nəzarət edilə bilməyən böyük xəstələrdə;
• Olmesartan medoksomil və hidroxlortiazidin fiksəolunmuş kombinasiyası ilə birlikdə
amlodipin qəbul edən və ya olmesartan medoksomil və amlodipinin fiksəolunmuş kombinasiyası 
ilə birlikdə hidroxlortiazid qəbul edən xəstələrdə
Yüksək qan təzyiqinin aşağı salınması ölümə səbəb olan və olmayan kardiovaskulyar 
hadisələrin, xüsusilə də insult və miokard infarktının yaranma riskini azaldır. 


Əks göstərişlər

Aşağıdakı hallarda İMPERİUM -un istifadəsi əks göstərişdir.
Əgər,
Olmesartan medoksomil, amlodipinə və ya kalsium kanallarının blokatorlarının xüsusi bir 
qrupuna (dihidropiridinlər), hidroxlorotiazidə və ya hidroxlorotiazidə bənzər maddələrə
(sulfonamidlər), yaxud bu dərmanın digər komponentlərindən hər hansı birinə qarşı yüksək 
həssaslığınız varsa.
Ciddi böyrək problemləriniz varsa.
Şəkər xəstəliyiniz və ya böyrəklərinizin funksional pozğunluğu olmaqla birlikdə, eyni zamanda
qan təzyiqini aşağı salan aliskiren tərkibli bir dərmanla müalicə alırsınızsa
Qanınızda kaliumun, natriumun səviyyəsi aşağıdırsa, kalsiumun səviyyəsi yuxarıdırsa və ya sidik 
turşusunun (podaqra və böyrək daşı əlamətləri ilə) səviyyəsi yüksəkdirsə və onlar müalicə
edildikdə yaxşılaşmırsa. 
Hamiləsinizsə və ya uşaq əmizdirirsinizsə (bax: “Hamiləlik və laktasiya dövründə istifadəsi”). 
Ağır qaraciyər probleminiz varsa, öd ifrazınız pozulmuşdursa və ya öd kisəsindən öd axını 
pozulmuşdursa (məsələn, öd daşlarına görə) və ya əgər Sizdə sarılıq (dərinin və gözlərin 
saralması) varsa
Aşağı qan təzyiqi, aşağı nəbz, sürətli ürək döyüntüsü və ya şok (ürəklə bağlı problemlərə görə
kardiogen şok daxil olmaqla) kimi səbəblərdən toxumalarda qan təchizatınn azalması əlamətləri 
varsa 
Qan təzyiqiniz çox aşağıdırsa.
Ürəyinizdən qan axını yavaş və ya tutuludursa (aorta stenozu). Bu, ürəyinizdən qan daşıyan
damar və ya qapağın daralması halında baş verə bilər.
İnfarktdan (kəskin miokard infarktı) sonra hemodinamik cəhətdən qeyri-stabil ürək çatışmazlığı 
ürəyin vurğu həcmində azalma varsa. Ürəyin vurğu həcminin aşağı olması təngnəfəslik hiss 
etmənizə və ya ayaqlarınızda və topuğunuzda ödemə səbəb ola bilər.
Şəkərli diabet xəstəsisinizsə və ya böyrək çatışmazlığınız varsa (YFS <60 ml /dəq / 1,73 m2
) və
yanaşı olaraq aliskiren istifadə edirsinizsə.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Yüksək qan təzyiqini müalicə etmək üçün istifadə olunan aşağıdakı dərmanlardan hər hansı
birini qəbul edirsinizsə, həkiminizə bu barədə məlumat verin:
• Angiotenzinçevirici fermentin (ACF) inhibitoru (məsələn, enalapril, lizinopril, ramipril), 
xüsusilə diabetlə bağlı böyrək probleminiz varsa
• Aliskiren
İMPERİUM-u yüksək qan təzyiqinin müalicəsində istifadə olunan dərmanlarla birlikdə istifadə
etmək tövsiyə edilmir. Həkiminiz bu dərmanları birlikdə istifadə etməyi mütləq töv-siyə edirsə, 
o, müntəzəm olaraq böyrəklərinizin fəaliyyətinə, qan təzyiqinizə və qanınızdakı elektrolitlərin 
(məsələn, kalium) miqdarına nəzarət edə bilər.
AÇF inhibitorları və angiotenzin II reseptorlarının blokatorları diabetik nefropatiyalı 
pasiyentlərdə eyni vaxtda istifadə edilməməlidir.
Ehtiyatla
Əgər,
• Böyrək probleminiz varsa və ya Sizə böyrək köçürülmüşdürsə
• Qaraciyər xəstəliyi

• Ürək çatışmazlığı və ya ürəyin klapanları (qapaqları) və ya əzələləri ilə bağlı problemlər
• Güclü qusma və ya ishal varsa, yüksək dozada sidikqovucu tabletlərlə (diuretiklər) müalicə
alırsınızsa və ya az miqdarda duzla pəhriz saxlayırsınızsa
• Hipovolemiya
• Hiponatriemiya
• Qanda kaliumun səviyyəsinin dəyişməsi
• Böyrəküstü vəzilərlə bağlı problemlər (böyrəkdə hormon hasil edən vəzilər)
• Şəkərli diabet
• Litium istifadə edirsinizsə
• Qırmızı qurdeşənəyi (autoimmün xəstəlik)
• Allergiya və ya astma
• Günəş şüalarına məruz qaldıqdan və ya günəş vannaları qəbul etdikdən sonra günəş yanığı və
ya səpgi kimi dəri reaksiyaları (hidroxlorotiazid qəbul edən pasiyentlərdə qeyri-melanom dəri 
xərçəngi riski mövcuddur).
Ciddi, davamlı və bədən kütləsinin itməsinə səbəb olan ishal ilə qarşılaşsanız, həkiminizlə əlaqə
saxlayın. Həkiminiz simptomlarınızı qiymətləndirə və qan təzyiqinizin müalicəsi üçün
dərmanlarınızı qəbulunu necə davam etdirəcəyinizə dair qərar verə bilər.
Qan təzyiqini aşağı salan bütün dərmanlarla olduğu kimi, ürək və ya beyində qan axını pozulan 
xəstələrdə qan təzyiqinin həddindən artıq düşməsi infarkta və ya insulta səbəb ola bilər. Buna 
görə həkiminiz qan təzyiqinizi diqqətlə yoxlayacaqdır.
İMPERİUM qanda yağın səviyyəsində və sidik turşusunun səviyyəsində artıma səbəb ola bilər 
(podaqra ilə əlaqədar oynaqlarda ağrılı şişkinlik). Həkiminiz bunları vaxtaşırı yoxlamaq üçün 
qan testi tələb edə bilər.
İMPERİUM, qanınızdakı elektrolit adlanan müəyyən kimyəvi maddələrin səviyyəsini də-yişdirə
bilər. Həkiminiz vaxtaşırı nəzarət üçün qan analizləri tələb edə bilər. Elektrolit səviyyəsinin 
dəyişməsinin simptomları aşağıdakılardır: susuzluq, ağızda quruluq, əzələ ağrısı və ya spazmları, 
əzələlərdə yorğunluq, aşağı qan təzyiqi (hipotenziya), zəiflik hissi, yuxu-luluq, yorğunluq, 
yuxusuzluq və ya narahatlıq, ürəkbulanma, qusma, sidiyəgetməyə ehtiyacın azalması, ürək 
döyüntülərinin sayının artması. Bu simptomları hiss etsəniz, bu barədə həkiminizə məlumat 
verin.
Qalxanabənzər vəzinin funksiyası üçün test etməlisinizsə, bu testlər aparılmazdan əvvəl 
İMPERİUM qəbulunu dayandırmalısınız.
Hamilə olduğunuzu (və ya hamilə qala biləcəyinizi) düşünürsünüzsə, bu barədə həkiminizə
söyləməlisiniz. İMPERİUM , hamiləliyin ilk mərhələlərində tövsiyə edilmir və əgər 3 aydan çox 
hamiləsinizsə, bu mərhələdə istifadə edilməməlidir, belə ki, bu, körpənizə ciddi zərər verə bilər 
(bax: "Hamiləlik və laktasiya dövründə istifadəsi").
Uşaqlarda və yeniyetmələrdə (18 yaşdan aşağı) istifadəsi
İMPERİUM-un uşaqlarda və 18 yaşına çatmayan yeniyetmələrdə istifadəsi tövsiyə olunmur.
Bu xəbərdarlıqlar, keçmişdəki hər hansı dönəmdə olmuş olsa belə, Sizin üçün keçərlidirsə, 
lütfən, bu barədə həkiminizə məlumat verin. 
İMPERİUM-un tərkibində olan bəzi köməkçi maddələr barədə mühüm məlumatlar Preparatın 
tərkibində xəbərdarlıq tələb edən heç bir əlavə maddə yoxdur.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Aşağıda qeyd edilən dərman preparatlarından hər hansı birini istifadə edirsinizsə və ya yaxın 
zamanlarda istifadə etmisinizsə, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin:
İMPERİUM-un təsirini gücləndirə biləcəyi üçün, qan təzyiqini aşağı salan digər dərmanlar. 
Həkiminiz aşağıdakı halda dozanı dəyişdirə və / və ya başqa tədbirlər görə bilər: AÇF inhibitoru 
və ya aliskiren qəbul edirsinizsə (bundan başqa, "Əks göstərişlər" və "Xəbərdarlıqlar və ehtiyat 
tədbirləri" bölmələrinə baxın)
Litiumun (əhval dəyişikliyini və bəzi depressiya növlərini müalicə etmək üçün istifadə olunan 
dərman) İMERİUM ilə eyni zamanda istifadəsi litiumun toksik (zəhərləyici) təsirinin 
güclənməsinə səbəb ola bilər. Birlikdə istifadəsi məsləhət görülmür. Əgər İMPERİUM ilə
yanaşı Litium qəbul etməlisinizsə, həkiminiz qanınızda litiumun səviyyəsini ölçəcəkdir.
CYP3A4 inhibitorları, CYP3A4 induktorları Ürək ritminin pozulması zamanı və yüksək qan təzyiqini müalicə etmək üçün istifadə olunan 
diltiazem, verapamil.
Vərəmin və digər infeksiyaların müalicəsi üçün istifadə olunan rifampisin, eritromisin, 
klaritromisin
Dazıotu (St. John’s Wort, Hypericum perforatum), depressiyanın müalicəsi üçün istifadə olunan 
bitki mənşəli dərman
Qreypfrut və ya qreypfrut şirəsilə eyni vaxtda istifadəsi məsləhət görülmür.
Mədə və bağırsaqda qidaların hərəkətini artırmaq üçün istifadə olunan sizaprid
Yavaş ürək döyüntüsünü müalicə etmək və ya tərləməni azaltmaq üçün istifadə olunan 
difemanil
Malyariya zamanı istifadə olunan halofantrin
Beyin qan dövranını yaxşılaşdırmaq üçün istifadə olunan vinkamin VD.
Parkinson xəstəliyində istifadə olunan amantadin
Kalium əlavələri, tərkibində kalium olan duz əvəzediciləri, sidikqovucular (diuretik-lər), heparin 
(qanı durulaşdırmaq və qanın laxtalanmasının qarşısını almaq üçün is-tifadə olunan dərman), 
AÇF inhibitorları (qan təzyiqini aşağı salmaq üçün istifadə olunan dərmanlar), işlədicilər, 
steroidlər, adrenokortikotrop hormon (ACTH), karbenoksolon (ağız və mədə xoralarının 
müalicəsində istifadə olunan dərmanlar), penisillin (antibiotik), asetilsalisil turşusu kimi bəzi 
ağrıkəsicilər ("aspirin") və ya salisilatlar. Bu dərmanlar İMPERİUM ilə eyni vaxtda istifadə
edildikdə qanınızda kaliumun səviyyəsini dəyişdirə bilər.
İMPERİUM ilə eyni vaxtda istifadə edilən qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP) 
(QSİƏP-lər ağrı, şişkinlik və artrit daxil olmaqla, iltihabın digər əlamətlərini aradan qaldırmaq 
üçün istifadə olunur) böyrək çatışmazlığı riskini artıra bilər. QSİƏP-lər İMPERİUM-un təsirini
azalda bilər. Salisilatların yüksək dozalarının istifadəsi mərkəzi sinir sisteminə toksik təsiri artıra 
bilər.
İMPERİUM ilə alkoqolun, barbituratların, yuxu dərmanlarının, trankvilizatorların və
antidepressant dərmanların birlikdə istifadəsi ayağa qalxan zaman qan təzyiqinin qəfil enməsinə
səbəb ola bilər.
Qanda xolesterinin səviyyəsini aşağı salan Kolesevelam hidroxlorid, İMPERİUM -un təsirini 
azalda bilər. Həkiminiz İMPERİUM-u Kolesevelam hidroxloriddən ən azı 4 saat əvvəl qəbul 
etməyi məsləhət görə bilər.
İMPERİUM-un təsirini bir qədər azalda bilən antasidlər (həzmin pozulması və ya qıcqırma 
zamanı istifadə olunan dərmanlar)
Baklofen və tubokurarin kimi müəyyən miorelaksantlar
Atropin və biperiden kimi antixolinergik dərmanlar
Kalsium əlavələri
Dantrolen (bədən temperaturunun ağır pozulmaları zamanı istifadə olunan infuziya)
İmmun reaksiyasına nəzarət etməklə orqanizminizin köçürülmüş orqanı qəbul etməsinə imkan 
verən takrolimus və siklosporin.
Simvastatin (qanda xolesterinin və triqliseridlərin səviyyəsini aşağı salmaq üçün istifadə olunur).
Aşağıdakı dərmanlardan hər hansı birini istifadə edirsinizsə və ya yaxın zamanda istifadə
etmisinizsə, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin. 
Tioridazin, xloropromazin, levomepromazin, triflüoperazin, siamemazin, sulpirid, amisüliprid, 
pimozid, sultoprid, tiaprid, droperidol və ya haloperidol kimi bəzi psixiatrik pozğunluqların 
müalicəsi üçün istifadə olunan dərmanlar.
Diazoksid və yüksək qan təzyiqinin (məsələn, beta blokatorlar, metildopa) müalicəsi üçün 
istifadə olunan dərmanlar. İMPERİUM bu dərmanların təsirini dəyişdirə bilər.
Mizolastin, pentamidin, terfenadin, dofetilid, ibutilid və ya eritromisin inyeksiyaları kimi ürək 
ritmi problemlərinin müalicəsi üçün istifadə olunan dərmanlar.
İİV/QİÇS-in müalicəsi üçün istifadə olunan dərmanlar (məsələn, ritonavir, indinavir, nelfinavir).
Göbələk infeksiyalarının müalicəsi üçün istifadə olunan dərmanlar (məsələn, ketokonazol, 
itrakonazol, amfoterisin).
Xinidin, hidroxinidin, dizopiramid, amiodaron, sotalol, bepridil və ya üskükotu preparatları kimi
ürək xəstəliklərinin müalicəsi üçün istifadə olunan dərmanlar
Amifostin, siklofosfamid və ya metotreksat kimi xərçəng xəstəliyinin müalicəsi üçün istifadə
olunan dərmanlar Noradrenalin kimi qan təzyiqini yüksəldən və ürək yığılmalarının tezliyini azaldan dərmanlar
Tetrasiklin və ya sparfloksasin adlanan antibiotiklər kimi infeksiyaların müalicəsi üçün istifadə
edilən dərmanlar
Probenesid, sülfinpirazon və allopurinol kimi podaqranı müalicə edən dərmanlar
Xolestiramin və xolestipol kimi qanda yağ səviyyəsini aşağı salan dərmanlar
Metformin və ya insulin kimi qanda şəkərin səviyyəsini aşağı salan preparatlar
Əgər hazırda resept əsasında və ya reseptsiz buraxılmasından asılı olmayaraq hər hansı digər 
dərman preparatı istifadə edirsinizsə və ya yaxın zamanlarda istifadə etmisinizsə, bu barədə
həkiminizə və ya əczaçıya məlumat verin. 
Hamiləlik və laktasiya dövründə istifadəsi
Dərmanı istifadə etməyə başlamazdan əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. 
Əgər hamiləsinizsə, hamilə ola biləcəyinizi düşünürsünüzsə və ya hamilə qalmağı plan-
laşdırırsınızsa, bu barədə həkiminizə məlumat verin. Həkiminiz adətən hamilə qalmanızdan 
əvvəl və ya hamilə olduğunuzu bildiyiniz zaman Sizə İMPERİUM qəbul etməyi dayandırmağı 
məsləhət görəcək və İMPERİUM əvəzinə başqa bir dərman istifadə etməyi məsləhət görəcəkdir. 
İMPERİUM, hamiləliyin ilk mərhələlərində tövsiyə edilmir və hamiləlik 3 aydan çoxdursa, 
qəbul edilməməlidir, çünki hamiləliyin 3-cü ayından sonra istifadə olunarsa, dölə ciddi zərər 
verə bilər.
İMPERİUM ilə müalicə müddətində hamilə qaldığınızı hiss etsəniz, dərhal həkiminizlə və ya 
əczaçı ilə məsləhətləşin. 
Laktasiya
Dərmanı istifadə etməyə başlamazdan əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. 
Uşaq əmizdirirsinizsə və ya əmizdirməyə başlamaq istəyirsinizsə, bunu həkiminizə bildirin. 
Uşaq əmizdirən analar üçün İMPERİUM tövsiyə olunmur və əgər uşağınızı əmizdirmək 
istəyirsinizsə, xüsusilə uşağınız yenidoğulmuş və ya vaxtındanəvvəl doğulmuşdursa, həkiminiz 
Sizin üçün başqa bir müalicə seçə bilər. 
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə
təsiri
Yüksək qan təzyiqinə görə müalicə edilərkən, Siz yuxululuq, ürəkbulanma və ya başgi-cəllənmə
hiss edə bilərsiniz. Bu baş verərsə, simptomlar yox olana qədər nəqliyyat vasitələrini və digər 
potensial təhlükəli mexanizmləri idarə etməyin. Məsləhət üçün həkiminizə müraciət edin.
İstifadə qaydası və dozası
İMPERİUM-u həmişə həkiminizin Sizə söylədiyi şəkildə istifadə edin. Əgər əmin deyilsinizsə, 
həkiminizlə və ya əczaçı ilə dəqiqləşdirin. İMPERİUM -un gündəlik istifadə dozası gündə bir 
tabletdir.


İstifadə qaydası

Tabletlər ac və ya tox qarına qəbul edilə bilər. Tableti bir qədər maye ilə udun (məsələn, bir 
stəkan su). Tableti çeynəmək olmaz. Tableti qreypfrutla birlikdə qəbul etməyin.
İMPERİUM-un qida və içkilərlə istifadəsi
İMPERİUM ac və ya tox qarına qəbul edilə bilər.
İMPERİUM istifadə edən insanlar qreypfrut şirəsi və ya qreypfurt istifadə etməməlidirlər. Belə
ki, qreypfrut şirəsi və ya qreypfrut amlodipinin qanda səviyyəsini yüksəltməklə, İMPERİUM-un 
qan təzyiqini azaldıcı təsirinin gözlənilməz artmasına səbəb ola bilər. İMPERİUM qəbul 
edərkən alkoqolla bağlı ehtiyatlı olun, çünki bəzi insanlar yanaşı olaraq alkoqol qəbul edərkən 
vertiqo da daxil olmaqla başgicəllənmə hiss edirlər. Bu hal Sizdə baş verərsə, alkoqol qəbul 
etməyin.
Əgər mümkünsə gündəlik dozanızı hər gün eyni zamanda qəbul edin, məsələn, səhər yeməyi 
vaxtı.
Müxtəlif yaş qrupları
Uşaqlarda istifadəsi
İMPERİUM-un18 yaşdan kiçik uşaqlarda və yeniyetmələrdə istifadəsi tövsiyə olunmur.
Yaşlılarda istifadəsi 

Əgər yaşınız 65 yaşdan yuxarıdırsa, qan təzyiqinizin həddindən artıq dərəcədə aşağı 
düşmədiyinə əmin olmaq üçün həkiminiz hər doza artımı zamanı qan təzyiqinizi müntəzəm 
olaraq yoxlayacaqdır.
Böyrək çatışmazlığı
Yüngül və orta dərəcəli böyrək çatışmazlığı (KK 30-60 ml/dəqiqə) olan pasiyentlərdə 40 mq-lıq 
olmesartan medoksomilin istifadəsi məhduddur. Bu qrup pasiyentlərdə olmesartan medoksomilin 
məsləhət görülən dozası 20 mq-dır.
Qaraciyər çatışmazlığı
Yüngül qaraciyər çatışmazlığı zamanı preparat ehtiyatla istifadə edilməlidir. Orta dərəcəli 
qaraciyər çatışmazlığı olan pasuyentlərdə olmesartan medoksomilin maksimal gündəlik dozası 
20 mq-dan artıq olmamalıdır.
Ağır dərəcəli qaraciyər çatışmazlığı zamanı preparatın istifadəsi əks göstərişdir.
Qara irqdən olan xəstələr
Qara irqdən olan xəstələrdə bəzi oxşar dərmanlar kimi, İMERİUM -un qan təzyiqini aşağı salıcı 
təsiri daha zəif ola bilər.
İMPERİUM-u istifadə etməyi unutsanız
Gündəlik almalı olduğunuz dozanı almağı unutsanız, ertəsi gün normal dərman dozanızı qəbul 
edin. 
Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza istifadə etməyin.
İMPERİUM ilə müalicənin dayandırılması zamanı meydana çıxa biləcək təsirlər
Həkiminizin tövsiyəsi olmadan İMPERİUM-u istifadə etməyi dayandırmayın. 
Bu dərmanın istifadəsi ilə bağlı başqa suallarınız olarsa, həkiminizə və ya əczaçıya müraciət 
edin.
Əgər İMPERİUM-un təsirinin çox güçlü və ya zəif olduğuna dair bir müşahidənizz varsa
həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. 
Əlavə təsirləri
Bütün dərmanlar kimi İMPERİUM-un tərkibində olan maddələrdən hər hansı birinə qarşı həssas 
olan insanlarda əlavə təsirlər meydana çıxa bilər.
Bu əlavə təsirlərin əksəriyyəti yüngüldür və müalicənin dayandırılmasına səbəb olmur. 
Əgər aşağıdakı hallardan hər hansı biri baş verərsə, İMPERİUM-u istifadə etməyi dayandırın və
bu barədə həkiminizə məlumat verin və ya ən yaxın xəstəxananın təcili yardım şöbəsinə müraciət 
edin.
İMPERİUM ilə müalicə zamanı bütün bədənə yayılan, üzün, ağızın və / və ya qırtlağın (larinks) 
şişməsinə səbəb olan, qaşınma və ya dəri səpgisi ilə təzahür edən allergik reaksiyalar meydana 
çıxa bilər.
Əgər bu əlamətlər meydana çıxarsa, İMPERİUM-u istifadə etməyi dayandırın və dərhal
həkiminizə müraciət edin.
Ciddi bayılma və ya huşun itməsi; çünki İMPERİUM, həssas şəxslərdə qan təzyiqinin çox aşağı 
düşməsinə səbəb ola bilər.
Əgər bu əlamətlər meydana çıxarsa, İMPERİUM-u istifadə etməyi dayandırın və dərhal 
həkiminizə müraciət edin və düz uzanın, ayaqlarınızın altını dəstəkləyərək yuxarı qaldırın. 
Bunların hamısı çox ciddi əlavə təsirlərdir. 
Əgər Sizdə bunlardan biri varsa, deməli, İMPERİUM-a qarşı ciddi bir allergiyanız var. Təcili 
tibbi müdaxiləyə və ya xəstəxanaya yerləşdirilməyinizə ehtiyac ola bilər.
İMPERİUM üç aktiv (təsiredici) maddənin birləşməsidir. Aşağıdakı məlumatlar,birincisi 
İMPERİUM kombinasiyası ilə bağlı bu vaxta qədər məlumat verilən digər əlavə təsirləri və
ikincisi, hər bir fərdi aktiv maddə ilə bağlı və ya iki maddənin birlikdə verildiyi zaman meydana 
çıxan əlavə təsirləri göstərir.
Əlavə təsirlərin baş verə biləcəyi bir çox xəstə haqqında təsəvvür yaratmaq üçün bu əlavə
təsirlərin başvermə tezliyi ”tez-tez”, ”bəzən”, ”nadir” və ”çox nadir” kimi verilmişdir.
Tez-tez: 10 xəstənin birindən azında, lakin 100 xəstənin birindən çoxunda meydana çıxa bilər.
Bəzən: 100 xəstənin birindən azında, lakin 1000 xəstənin birindən çoxunda meydana çıxa 
bilər. 
Nadir: 1000 xəstənin birindən azında, lakin 10000 xəstənin birindən çoxunda meydana çıxa
bilər.

Çox nadir : 10000 xəstənin birindən azında meydana çıxa bilər.
Məlum deyil: mövcud məlumatlara əsasən başvermə tezliyini müəyyən etmək mümkün deyil.
Aşağıda qeyd edilən əlavə təsirlər İMPERİUM –un istifadəsi ilə bağlı məlum olan digər əlavə 
təsirlərdir.
Bu əlavə təsirlər meydana çıxarsa, adətən yüngül dərəcədə olur və müalicənizi dayandırmağa 
ehtiyac olmur.
Tez-tez (10 xəstənin birindən azında, lakin 100 xəstənin birindən çoxunda meydana çıxa bilər) 
Yuxarı tənəffüs yollarının infeksiyası; nazofaringit; sidikçıxarıcı yolların infeksiyası; 
başgicəllənmə; baş ağrısı; ürək döyüntüsünün hiss olunması; aşağı qan təzyiqi; ürək- bulanma; 
ishal; qəbizlik; əzələ spazmı; oynaqlarda şişkinlik; sidiyəgetməyə çağırışlar; zəiflik; topuqda, 
ayaqlarda, qollarda, əllərdə və baldırlarda ödem; yorğunluq; anormal laborator göstəricilər.
Bəzən (100 xəstənin birindən azında, lakin 1000 xəstənin birindən çoxunda meydana çıxa bilər) 
Hiperkaliemiya, hipokaliemiya, ayağa qalxanda vertiqo; başgicəllənmə; sürətli ürək döyüntüsü; 
huşunu itirmə hissi; üzün qızarması və istilik hissi; öskürək; ağızda quruluq; əzələ zəifliyi;
ereksiya qabiliyyətinə malik ola və onu saxlaya bilməmək.
Aşağıdakı əlavə təsirlər, hər bir ayrı maddə ilə bağlı və ya iki maddə birlikdə istifadə edildikdə 
meydana çıxan əlavə təsirlərdir.
Bu günə qədər İMPERİUM ilə bağlı meydana çıxmamasına baxmayaraq, aşağıdakılar 
İMPERİUM -un əlavə təsirləri ola bilər.
Çox tez-tez (10 xəstənin birində)
Hipertriqliseridemiya, hiperxolesterinemiya, hiperurikemiya, ödem.
Tez-tez (10 xəstənin birindən azında, lakin 100 xəstənin birindən çoxunda meydana çıxa bilər) 
Sidikçıxarıcı yolların infeksiyası, hipokaliemiya, hiperkalsiemiya, hiponatriemiya, 
hipomaneziemiya, hiperxloremiya, hiperamilasemiya; bronxit, öskürək, təngnəfəslik; mədə və ya 
bağırsaq infeksiyası; qusma; qan şəkərinin artması; sidikdə şəkər; şüurun qarışması; yuxululuq 
hissi, başgicəllənmə, başağrı, palpitasiya, qanaxını; burun axması və ya tutulması; boğaz ağrısı; 
qarın nahiyəsində ağrı, ishal, ürəkbulanma, qəbizlik; qıcqırma; mədə pozğunluğu; mədədə köp, 
qastroenterit; əzələ spazmı, oynaqlarda və ya sümüklərdə ağrı, topuqda şişkinlik; bel ağrısı; 
skelet ağrısı; sidikdə qan; qripəbənzər simptomlar; sinədə ağrı; ağrı, asteniya, yorğunluq, 
periferik ödem, anormal laborator göstəricilər; görmənin pozulması (ikili görmə və bulanıq 
görmə daxil olmaqla).
Bəzən (100 xəstənin birindən azında, lakin 1000 xəstənin birindən çoxunda meydana çıxa bilər) 
Trombositlər kimi tanınan qan hüceyrələrinin sayının azalması, bu, asanlıqla göyərmə ilə və ya 
uzun müddət qanaxma ilə nəticələnə bilər; anafilaktik reaksiya; iştahanın anormal azalması 
(anoreksiya); yuxu problemi, qıcıqlanma; həssaslıq; narahatlıq daxil olmaqla əhvalda dəyişiklik; 
"Kefsiz-lik" və ya depressiya; titrəmə; yuxunun pozulması; dadbilmə hissinin pisləşməsi; şüurun 
itməsi; toxunma (lamisə) hissinin azalması; sancma (iynəbatma) hissi; iştahanın itməsi, tremor;
uzağı görməməyin pisləşməsi; vertiqo, tinnitus (qulaqlarda küy); aritmiya, stenokardiya (sinədə 
ağrı və ya narahatlıq); hipotoniya, ortostatik hipotenziya; ağızda quruluq, nəfəs almaqda çətinlik; 
səpgi; saçın tökülməsi; allergik dermatit, dərinin allergik iltihabı; dəridə qızartı, ekzantema; kiçik 
qanaxma səbəbindən dəridə purpura və ya qırmızımtıl ləkə; dərinin rəngsizləşməsi; qırmızı 
qaşınan şişkinlik (övrə); güclü tərləmə; qaşınma; dəridə qabıqlanma; günəş yanığı və ya səpgi 
kimi, işığa qarşı dəri reaksiyaları; əzələ ağrısı; tez-tez sidiyə getmə, sidiyəgetmə ilə bağlı 
problem; gecə təcili olaraq sidiyəgetmə hissi; kişilərdə sinənin böyüməsi; erektil disfunksiya, 
cinsi istəyin azalması; üzün ödemi; özünü pis hissetmə; bədən kütləsinin artması və ya azalması; 
zəiflik, ətraflarda ağrı.
Nadir (1000xəstənin birindən azında, lakin10000xəstənin birindən çoxunda meydana çıxa bilər)
Ağızsuyu vəzilərinin şişməsi və ağrılı olması; ağ qan hüceyrələrinin (leykositlərin) sayının 
infeksiya riskini artıra biləcək dərəcədə azalması; qırmızı qan hüceyrələrinin (eritrositlər) 
sayının azalması (anemiya); aplastik anemiya, sümük iliyinin zədələnməsi, 
neytropeniya/aqranulositoz; hiperkaliemiya; həyəcan; laqeydlik hissi (apatiya); qıcolma 
tutmaları; baxdığınız əşyaların sarı görünməsi; lakrimasiyanın azalması, gözlərdə quruluq; 
ksantopsiya; qan laxtaları (tromboz və ya emboliya); ağciyərlərdə maye yığılması; kəskin 
interstisial pnevmoniya; qan damarlarının və dəridəki kiçik qan damarlarının iltihabı; mədəaltı 
vəzidə iltihab; dəridə və gözlərdə sarılıq; öd kisəsinin kəskin iltihabı; angioödem, səpgi, oynaq 
ağrısı və əl və barmaqlarda soyuma, qırmızı qurde-şənəyinin bəzi əlamətləri; dəri qırmızı qurdeşənəyinin reaktivasiyası, dəridə qabıqlanma və qabarların əmələ gəlməsi, toksik epidermal 
nekroliz; əzələ zəifliyi, hərəkət pozğunluğu; kəskin böyrək çatışmazlığı, interstisial nefrit, böyrək 
çatışmazlığı; böyrəyin infeksion törədici iə bağlı olmayan (qeyri-infeksion) iltihabı; zəif böyrək 
funksiyası; qızdırma, süstlük.
Çox nadir (10000 xəstənin birindən azında meydana çıxa bilər)
Dərmanlara qarşı yüksək həssaslıq. Yüksək əzələ gərginliyi; əllərdə və ayaqlarda uyuşma; 
hipoxloremik alkaloz, hipertoniya, kəskin ürək xəstəliyi, miokard infarktı; mədənin iltihabı
(qastrit); dişətinin qalınlaşması; paralitik bağırsaq keçməzliyi, spruyabənzər enteropatiya;
qaraciyərin iltihabı; allergik dəri səpgisi, multiformalı eritema, eksfoliativ dermatit, Kvinke 
ödemi, Stivens-Conson sindromu.
Məlum deyil
Qeyri-melonom dəri xərçəngi, ekstrapiramid pozğunluq, kəskin miopiya, bağlıbucaqlı qlaukoma, 
xorioidal effuziya.
Əgər bu içlik vərəqədə qeyd edilməyən hər hansı bir əlavə təsir meydana çıxarsa, bu barədə
həkiminizə və ya əczaçıya məlumat verin. 
Doza həddinin aşılması
Əgər lazım olduğundan daha çox İMPERİUM almısınızsa, başgicəllənmə, ürək döyüntülərinin 
sayının azalması və ya artması və aşağı qan təzyiqinin bəzi simptomları ilə qarşılaşa bilərsiniz.
Əgər lazım olduğundan çox tablet qəbul etmisinizsə və ya bir uşaq təsadüfən bir neçə tableti 
udmuşdursa, dərhal həkiminizə və ya ən yaxın xəstəxananın təcili yardım şöbəsinə müraciət edin 
və dərmanın qablaşdırmasını və ya bu içlik vərəqəsini özünüzlə götürün.
İMPERİUM -u lazım olduğundan artıq miqdarda istifadə etmisinizsə, həkimlə və ya əczaçı ilə
danışın.


Buraxılış forması

7 tablet, blisterdə. 4 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 


Saxlanma şəraiti

25°C-dən aşağı otaq temperaturunda, qablaşdırmada və uşaqların əli çatmayan yerdə saxla-maq 
lazımdır. 
Yararlılıq müddəti bitmiş və ya istifadə edilməmiş dərmanları çirkab sularına və məişət 
tullantılarının içərisinə atmayın. Onları hara atmaq lazım olduğunu əczaçıdan soruşun. Bu 
tədbirlər ətraf mühitin qorunmasına xidmət edir.
Əgər preparatda və ya qablaşdırmada hər hansı qüsur hiss etsəniz, İMPERİUM-u istifadə
etməyin.


Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırmanın üzərində göstərilmişdir.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. 


Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. 


İstehsalçı
GEN İLAÇ VE SAĞLIK ÜRÜNLERİ SAN. ve TİC. A.Ş., 
ASO 2. ve 3. OSB Alcı OSB Mah. 2013 Cad. No.24 Sincan/ANKARA.
Qeydiyyat vəsiqəsinin sahibi
GEN İLAÇ VE SAĞLIK ÜRÜNLERİ SAN. ve TİC. A.Ş., 
Mustafa Kemal Mah., 2119. Sok. No:3 Çankaya/ANKARA.