
Materia Medika
İmpaza
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri
__________ E.M.Ağayev
“28” iyun 2019-cu il
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
İMPAZA sorma üçün homeopatik tabletlər
Tərkibi
Təsiredici maddələr:1 tabletin tərkibində 0,003q* endotelial No- sintazaya qarşı
affin təmizlənmiş anticisim vardır.
Köməkçi maddələr: laktoza monohidrat , mikrokristallik sellüloza , maqnezium stearat.
*laktoza monohidrat üzərinə tərkibində təsiredici maddənin aktiv forması 10-15nq/q artıq olmadan su-spirt qarışığı şəklində yaxılır.
Təsviri
Ağ rəngdə və ya demək olar ki, ağ rəngli, yastısilindrik formalı, üzərində xətti olan, iti kənarlı, tabletlərdir. Üzərində xətt olan yastı tərəfində MATERIA MEDICA yazısı, digər yastı tərəfində isə IMPAZA yazısı vardır.
Farmakoterapevtik qrupu
Erektil disfunksiyanın müalicəsi üçün preparat.
ATC kodu: G04BE.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Endotelial NO-sintazanın aktivliliyini yüksəldir, seksual stimullaşma zamanı endotelium tərəfindən azot oksidin (NO) yaranmasını bərpa edir, saya əzələlərdə siklik quanozin-monofosfatın (sQMF) miqdarını artırır və onların boşalmasına səbəb olur ki, bu da, məsaməli cisimlərdə qanın toplanmasının artmasına səbəb olur və ereksiyanın kifayət qədər gücünü və müddətini təmin edir.
Preparat libidonu (cinsi meyilliyi) və cinsi aktla məmnunluğu artırır.
Preparatın müntəzəm istifadəsi zərdabda testosteronun səviyyəsini artırır (zəif azalmış ilkin səviyyə olduqda).
Farmakokinetikası
Müasir fiziki-kimyəvi analizlərin (qaz-maye xromatoqrafiyası, yüksək effektiv maye xromatoqrafiyası, xromato-mass-spektrometriya) həssaslığı bioloji mayedə, orqanlarda və toxumalarda antitelin çox kiçik dozasının miqdarını qiymətləndirməyə imkan vermir ki, bu da, İmpaza preparatının farmakokinetikasının texniki cəhətdən öyrənilməsini imkansız edir.
İstifadəsinə göstərişlər
Müxtəlif mənşəli ereksiya pozulmaları (erektil disfunksiya).
Kişilərdə klimakterik dövrdə vegetativ pozuntular (zəiflik, yorğunluq, fiziki aktivliyin zəifləməsi, libidonun zəifləməsi və s.)
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq, 18 yaşa qədərki dövr; laktaza defisiti, laktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparatın tərkibində laktoza monohidrat vardır, bununla əlaqədar anadangəlmə qalaktozemiya, qlükoza və ya qalaktozanın malabsorbsiya sindromu və ya anadangəlmə laktaza çatışmazlığı olan pasiyentlərə preparatı təyin etmək məsləhət görülmür.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Ürəyin işemik xəstəliyi ilə (I-II funksional sinif gərginlik stenokardiyası) pasiyentlərdə nitratların qəbulu fonunda, eləcə də, beta-adrenoblokatorlarla, diuretiklərlə, angiotenzinçevirici fermentin (AÇF) inhibitorları və kalsium antaqonistləri ilə birlikdə İmpaza preparatının istifadəsi mümkündür.
Hamiləlik və laktasiya dövründə istifadəsi
İmpaza preparatı qadınlarda istifadə üçün nəzərdə tutulmayıb.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
İmpaza preparatının nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsiri aşkar edilməyib.
İstifadə qaydası və dozası
1 qəbul üçün 1 tablet (qida qəbul etmədən, ağızda tam sorulanadək saxlamalı).
Müntəzəm qəbulu
Cinsi potensiyanın stabilləşdirilməsi üçün (cinsi akt qabiliyyəti) 12 həftədən az olmayaraq, müalicəvi-profilaktik kurs məsləhət görülür. Erektil disfunksiyanın təzahüründən asılı olaraq qəbulun tezliyi dəyişə bilər: günaşırı 1 tabletdən gündə 2 dəfə 1 tabletə qədər, yaxşı olardı ki, axşam saatlarında.
Ehtiyac olduqda kurs terapiyanı 3-6 aydan sonra təkrarlamaq olar.
Periodik qəbulu
Ereksiyanı epizodik stimullaşdırılması üçün preparat cinsi aktdan əvvəl 2 tablet qəbul edilir (nəzərdə tutulan yaxınlıqdan 1-2 saat əvvəl).
Əlavə təsirləri
Preparatın komponentlərinə qarşı yüksək fərdi həssaslıq reaksiyaları mümkündür.
Doza həddinin aşılması
Doza həddinin aşılması zamanı dərman formasının tərkibində olan köməkçi maddələrlə əlaqədar dispepsik əlamətlər mümkündür.
Buraxılış forması
Sorma üçün homeopatik tabletlər.
20 tablet, polivinilxlorid örtüklü və alüminium folqalı konturlu-yuvalı qablaşdırmada. 1 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25º C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi və Rusiya Federasiyası ərazisində iradları qəbul edən təşkilat
“Materia Medika Holdinq” EİŞ” MMC.
Rusiya, 127473, Moskva ş., 3-cü Samoteçnıy dalanı, ev 9.
Tel.:/Faks: +7 (495) 684-43-33.
“Qaynar xətt” telefonları: +7 (495) 681-09-30, +7 (495) 681-93-00.
E-mail: hotline@materiamedica.ru
Ünvan
Rusiya, 454139, Çelyabinsk ş., Buquruslanskaya k., ev 54.
Azərbaycan Respublikasında istehlakçıların iradlarını qəbul edən təşkilat/Ünvan
Nümayəndəlik: “Materia Medika Holdinq “EİŞ” MMC.
Azərbaycan Respublikası, AZ 1025, Bakı ş., Nobel prosp.15, kvartal 1212, ev 15
Tel.:+994124886892.
Mob.:+994503685661.
E-mail: az@materiamedica.ru