PharmEd

Herba Flora

İmmun 10

İMMUN 10

İmmunitet gücləndirici bioloji fəallığa malik qida əlavəsi

 

Tərkibi:

Qırmızı Exinaseya otunun quru ekstraktı, şirin biyan kök və kökümsovunun quru ekstraktı, it İtburnu meyvəsinin quru ekstraktı, tikanlı eleuterokokk kökümsovunun quru ekstraktından ibarətdir.

Kimyəvi tərkibi:

Exinaseya otunun tərkibində A, C vitaminləri, Se, exinazidlər, polisaxaridlər vardır.

İtburnu meyvəsinin tərkibində C, B1, B2, E, K, P və PP vitaminləri Dəmir duzları

C vitamini (limondan 100 dəfə çox) vardır. 

Şirin biyan kökünün tərkibində qlisirrizin turşusu, ,saponinlər, selik vardır.

Tikanlı Eleuterokokkun  tərkibində eleuterozidlər,kumarin,flavonoidlər,efir yağları,bitki lifləri vardır.

 

Məhsulun xüsusiyyətləri:

İmmun sistemi aktivləşdirir, bakteriya, virus və göbələklərə qarşı mübarizə aparmağa yardım edir, iltihabi əlamətləri azaldır. Orqanizmdə endogen interfero- nun sintezini, qanda leykositlərin miqdarını və onların faqositar qabiliyyətini artırır. Sərbəst radikalları neytrallaşdıraraq qan və limfadan xaric edir, nəticədə hüceyrələrin qocalmasının (anti-aging effekt) və şiş hüceyrələrinin inkişafının

qarşısını alır. Qızdırmanı və ağrını yüngülləşdirir. İştahanı yaxşılaşdırır, tərkibində yüksək miqdarda C vitamini (limondan 100 dəfə çox) hesabına orqanizmin infeksiyalara və ətraf mühitin zərərli təsirlərinə qarşı müdafiə qabiliyyətini yüksəldir. Tərkibindəki dəmir duzları və B qrupu vitaminləri hesabına

qanyaranmanı sürətləndirir, zehni və fiziki fəaliyyəti gücləndirir.

 

İstifadəsinə göstəriş (aşağıdakı hallarda profilaktik və yardımçı vasitə kimi istifadə olunur):

- Kəskin respirator virus infeksiyalarının müalicə və profilaktikası (o cümlədən qrip, paraqrip)

- Tənəffüs yollarının iltihabi xəstəliklərinin müalicəsi

- Kəskin və xroniki virus infeksiyalarının kompleks müalicə və profilaktikası

(herpesvirus, rotavirus, enterovirus, Covid-19 və s.)

- Bakterial infeksiyaların kompleks müalicəsi

- Soyuqdəymə

- Müxtəlif etiologiyalı immunodefisit vəziyyətlərin kompleks müalicəsi

- Antibiotiklərlə uzunmüddətli müalicə zamanı

 

İstifadə qaydası:

18 yaşdan yuxarı: gündə 2 dəfə, hər dəfə 1 kapsul yeməkdən əvvəl daxilə qəbul edilir. Qəbul müddəti 15 gündür. 18 yaşa qədər şəxslər yalnız həkim məsləhəti ilə qəbul edə bilər.

Əks göstəriş: Tərkibindəki komponentlərə qarşı fərdi həssaslıq.

Saxlama şəraiti: 25°C-dən yuxarı olmayan temperaturda, rütubətdən qorunmaqla, uşaqlar üçün əlçatmaz yerdə saxlayın.

Reseptsiz buraxılır.


Buraxılış forması: 400 mq-lıq 60 kapsul, içlik vərəqə ilə birlikdə karton qablaşdırmada.