
Grindex
HYCLADOKS 100MG N20 CAP
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri
_____________ E.M.Ağayev
“____”________________ 2022-ci il
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
HİKLADOKS 100 mq bərk jelatin kapsullar
HYCLADOX
Beynəlxalq patentləşdirilməmiş adı: Doxycycline
Tərkibi
Təsiredici maddə: 1 kapsulda 100 mq doksisiklin (115,4 mq doksisiklin hiklat şəklində)
vardır.
Köməkçi maddələr: laktoza monohidrat, mikrokristallik sellüloza PH101, maqnezium stearat
Kapsulun örtüyü: silisium dioksid, natrium laurilsulfat, buzlu sirkə turşusu, ), metil p-hidroksi-
benzoat (E 218), n-propyl-p-hidroksibenzoat (E 216), qliserin, titan dioksid
(E171), brilyant mavisi FCF (E 133), brilyant qarası BN (E 151), xinolin sarısı (E
104), “günəş qürubu” sarısı (E 110), jelatin.
Təsviri
Qapağı və gövdəsi yaşıl rəngli qeyri-şəffaf, içərisində sarı qranullaşdırılmış toz olan bərk jelatin
kapsullardır.
Farmakoterapevtik qrupu
Sistem istifadə üçün antibakterial dərman vasitəsi, tetrasiklinlər.
ATC kodu: J01AA02.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Doksisiklin geniş təsir spektrinə malik antibiotik olub, oksitetrasiklinin sintetik törəməsidir.
Doksisiklin lipidlərdə yüksək dərəcədə həll olur və kalsiumla birləşməyə affinliyi aşağıdır. O, insan
zərdabında yüksək stabilliyə malikdir.
Antimikrob təsir spektri
Doksisiklin daxil olmaqla, tetrasiklinlər, qrammüsbət və qrammənfi mikroorqanizmlərin geniş
qrupuna qarşı oxşar antimikrob təsir spektrinə malikdir. Bu mikroorqanizmlərin tetrasiklinə qarşı
çarpaz rezistentliyi ümumidir.
Farmakokinetikası
Absorbsiyası
- sürətlə absorbsiya olunur (effektiv konsentrasiyaları ilk saatda yaranır) və plazmada maksimal
konsentrasiyası 2-4 saatdan sonra yaranır.
- demək olar ki, dərman vasitəsinin bütün miqdarı başlıca olaraq həzm traktında sorulur.
- birlikdə qəbul zamanı qida preparatın absorbsiyasını dəyişdirmir, süd isə az təsir göstərir.
Paylanması
Böyüklərdə 200 mq oral doza aşağıdakılara səbəb olmuşdur:
- plazmada maksimal konsentrasiyası 3 μq/ml-dən çox
- 24 saatdan sonra qalıq konsentrasiya 1 μq/ml-dən çox
- plazmadan yarımxaricolma dövrü 16-22 saat
- zülallarla birləşməsi 82 ilə 93% arasında dəyişməklə (labil əlaqə) intra- və ekstrasellülar diffuziyası
yaxşıdır.
Adi dozaları ilə effektiv konsentrasiyaları yumurtalıqda, uşaqlıq borularında, uşaqlıqda, plasentada,
xayalarda, prostatda, sidik kisəsində, böyrəklərdə, ağciyər toxumasında, dəridə, əzələlərdə, limfa
vəzilərində, fistul sekretində, haymor boşluğunda, burun poliplərində, badamcıq vəzilərində,
qaraciyərdə, qaraciyər və öd kisəsi ödündə, ağız boşluğunda, kor bağırsaqda, bağırsaqlarda, ağız
suyunda və diş əti mayesində aşkar edilir.
Onurğa beyni mayesinə yalnız az miqdarda nüfuz edir.
Ekskresiyası
Antibiotik öddə toplanır.
Qəbul edilmiş dozanın 40%-ə qədəri 3 gün müddətində aktiv formada sidiklə, 32%-i isə nəcislə xaric
olur.
Eyni vaxt ərzində sidikdə konsentrasiyası plazma konsentrasiyasından təqribən 10 dəfə yüksəkdir.
Böyrəklərin funksional pozğunluğu zamanı sidiklə xaric olması azalır, yarımxaricolma dövrü isə
dəyişmir. Hemodializ yarımxaricolma dövrünə təsir göstərmir.
İstifadəsinə göstərişlər
Hikladoks 100 mq preparatının qrammüsbət və qrammənfi bakteriyaların həssas ştamları və digər
müəyyən mikroorqanizmlər tərəfindən törədilən müxtəlif infeksiyaların müalicəsi üçün klinik
effektiv olduğu müəyyən edilmişdir.
Tənəffüs yollarının infeksiyaları: pnevmoniya və aşağı tənəffüs yollarının Streptococcus pneumoniae,
Haemophilus influenzae, Klebsiella pneumoniae və digər mikroorqanizmlərin həssas ştamları
tərəfindən törədilən digər infeksiyaları. Mycoplasma pneumoniae tərəfindən törədilən pnevmoniya,
xroniki bronxit, sinusitin müalicəsi.
Sidik yollarının Klebsiella species, Enterobacter species, Escherichia coli, Streptococcus faecalis və
digər mikroorqanizmlərin həssas ştamları tərəfindən törədilən infeksiyaları.
Cinsi əlaqə ilə ötürülən xəstəliklər: fəsadlaşmamış uretral, endoservikal və ya rektal infeksiyalar
daxil olmaqla, Chlamydia trachomatis-in törətdiyi infeksiyalar. Ureaplasma urealyticum (T-
mycoplasma) tərəfindən törədilən qeyri-qonokokk mənşəli uretrit. Hikladoks 100 mq, həmçinin
şankroiddə, qasıq qranulomasında və zöhrəvi limfoqranulomada təyin olunur. Hikladoks 100 mq
süzənəyin və sifilisin müalicəsində alternativ dərmandır.
Dəri infeksiyaları: əgər antibiotik müalicəsi zəruri hesab edilərsə, adi çivzə.
Hikladoks 100 mq tetrasiklin qrupu antibiotiki olduğu üçün digər tetrasiklinlərlə müalicəyə cavab
verən aşağıda göstərilən infeksiyaların müalicəsində onun faydalı olacağını gözləmək olar:
Oftalmik infeksiyalar: qonokokların, stafilokokların və Haemophilus influenzae-nin həssas ştamları
tərəfindən törədilən oftalmik infeksiyalar.Traxoma, baxmayaraq ki, immunoflüoressensiya yolu ilə
infeksiya törədicisinin heç də həmişə aradan qalxmadığı müəyyən edilmişdir. Konyunktivit oral
Hikladoks 100 mq ilə müalicə oluna bilər (tək və ya yerli agentlərlə kombinəolunmuş şəkildə).
Rikketsiya infeksiyaları: gənə səpgili yatalağı, səpgili yatalaq qrupu, qızdırma, koksiella endokarditi
və ani qızdırma.
Digər infeksiyalar: Psittakoz, brusellyoz (streptomisinlə kombinasiyada), vəba, bubon taunu, bit və
ani-məhdud qayıdan yatalaq qızdırması, tulyaremiya, manqo, melioidoz (yalançı manqo), xloroxinə
rezistent ildırımsürətli üçgünlük malyariya və kəskin bağırsaq amöbiazı (amöbisidlərə əlavə kimi).
Hikladoks 100 mq leptospirozun, qazlı qanqrenanın və tetanusun müalicəsində alternativ dərmandır.
Hikladoks 100 mq aşağıdakı halların profilaktikası üçün təyin edilir: Solğun yatalaq, səyahətçi ishalı
(enterotoksik Escherichia coli), leptospiroz və malyariya. Malyariyanın profilaktikası üçün mövcud
təlimata əsasən istifadə edilməlidir.
Əks göstərişlər
Doksisiklinə, preparatın köməkçi maddələrindən hər hansı birinə və ya tetrasiklinlərdən hər hansı
birinə qarşı yüksək həssaslıq.
12 yaşa qədər uşaqlara Hikladoks 100 mq preparatının təyin edilməsi əks göstərişdir.
Hamiləlik və laktasiya dövründə Hikladoks 100 mq preparatının təyin edilməsi əks göstərişdir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ezofagit. Tək-tək hallarda doksisiklin də daxil olmaqla, tetrasiklin qrupu preparatlarının kapsul və ya
tablet formalarını qəbul edən pasiyentlərdə ezofagit və ezofageal xoralar barədə məlumatlar
verilmişdir. Bu pasiyentlərdən əksəriyyəti dərmanı bilavasitə yatmazdan əvvəl və ya qeyri-adekvat
miqdarda maye ilə qəbul etmişdir.
Tetrasiklin qrupu preparatlarının dişlərin inkişafı dövründə (hamiləlik dövründə, körpələrdə və 12
yaşa qədər uşaqlarda) istifadəsi dişlərin rənginin uzunmüddətli dəyişməsinə (sarı-boz-qonur) səbəb
ola bilər. Bu əlavə reaksiya dərmandan uzun müddətli istifadə zamanı çox adi reaksiyadır, lakin
dərmanın qısamüddətli istifadəsi zamanı da müşahidə oluna bilər. Həmçinin mina qatının
hipoplaziyası barədə də məlumatlar olmuşdur.
Bütün tetrasiklinlərlə olduğu kimi, Hikladoks 100 mq da hər bir sümükformalaşdırıcı toxumada
davamlı kalsium kompleksi formalaşdırır. Vaxtından əvvəl oral tetrasiklinlərdən istifadə zamanı incik
sümüyünün inkişaf sürətinin azalması müşahidə edilmişdir. Bu reaksiyanın dönər olduğu və
dərmanın qəbulunu dayandırdıqdan sonra aradan qalxdığı müşahidə edilmişdir. Bu səbəbdən
Hikladoks 100 mq pasiyentlərin bu qrupunda əks göstərişdir.
Əmgəyin şişməsi: körpələrdə əmgəyin şişməsi və tam müalicə kursu almış fərdlərdə, cavanlarda və
böyüklərdə kəllədaxili təzyiqin yüngül yüksəlməsi barədə məlumat verilmişdir. Bu hallar dərmanla
müalicənin dayandırılmasından sonra tez bir zamanda aradan qalxır.
Fotosensibilizasiya: doksisiklin daxil olmaqla tetrasiklinlər qəbul edən bəzi pasiyentlərdə günəş
altında həddindən artıq qaralma nəticəsində fotosensibilizasiya müşahidə edilir. Birbaşa günəş
şüalarının və ya ultrabənövşəyi şüaların təsirinə məruz qalan və tetrasiklin qrupu preparatlarından
istifadə edən şəxslərdə bu reaksiya meydana çıxa bilər. Dəri eritemasının ilk əlaməti meydana çıxan
kimi tetrasiklin qrupu preparatları ilə müalicə dayandırılmalıdır.
Tetrasiklinlərin antianabolik təsiri qanda sidik cövhərinin səviyyəsinin artmasına səbəb ola bilər.
Aparılmış tədqiqatlar göstərir ki, böyrəklərin funksional pozğunluğu olan pasiyentlərdə Hikladoks
100 mq preparatının istifadəsi zamanı anabolik təsir baş vermir.
Doksisiklindən uzun müddət ərzində istifadə edən pasiyentlərdə hematoloji, böyrək və qaraciyər
funksiyalarının testləri keçirilməli və dövri olaraq onların nəticələri qiymətləndirilməlidir.
Qaraciyərin funksional çatışmazlığı olan pasiyentlərdə istifadəsi: Hikladoks 100 mq qaraciyərin
funksional çatışmazlığı olan pasiyentlərdə və eyni zamanda potensial hepatotoksik dərman qəbul
edən pasiyentlərdə ehtiyatla istifadə edilməlidir.
Doksisiklin daxil olmaqla tetrasiklinlərin həm oral, həm də parenteral istifadəsi zamanı nadir hallarda
qaraciyərin funksiya pozulması barədə məlumatlar olmuşdur.
Böyrək çatışmazlığı olan pasiyentlərdə istifadəsi: böyrəklərin funksiyaları normal olan fərdlərdə
doksisiklinin böyrəklər vasitəsilə ekskresiyası təqribən 40%/72 saatdır. Ekskresiyanın bu faizi ağır
böyrək çatışmazlığı olan fərdlərdə (kreatinin klirensi 10 ml/dəq-dən az) 1-5%/72 saata qədər düşə
bilər. Tədqiqatlar göstərir ki, böyrək funksiyaları normal olan və böyrəklərin funksional çatışmazlığı
olan pasiyentlərdə doksisiklinin plazmadan yarımxaricolma dövrləri arasında əhəmiyyətli fərq olmur.
Hemodializ doksisiklinin plazmadan yarımxaricolma dövrünü dəyişdirmir. Tetrasiklinlərin
antianabolik təsiri qanda sidik cövhərinin səviyyəsinin yüksəlməsinə səbəb ola bilər. Aparılmış
tədqiqatlar göstərir ki, böyrək çatışmazlığı olan pasiyentlərdə Hikladoks 100 mq preparatının
istifadəsi zamanı bu anabolik təsirlər baş vermir.
Beta-hemolitik streptokok infeksiyaları: A qrupu beta-hemolitik streptokokların törətdiyi infeksiyalar
ən azı 10 gün ərzində müalicə olunmalıdır.
Mikrobioloji artım: antibiotiklərin istifadəsi bəzi hallarda kandida daxil olmaqla qeyri-həssas
mikroorqanizmlərin artıb çoxalmasına səbəb ola bilər. Əgər rezistent mikroorqanizmlər meydana
çıxarsa, müalicə dayandırılmalı və müvafiq müalicə başlanmalıdır.
Doksisiklin də daxil olmaqla bütün antibakterial maddələrlə müalicə zamanı psevdomembranoz kolit
barədə məlumatlar olmuşdur, bunlar zəifdən həyat üçün təhlükəli ağırlıq dərəcəsinə qədər olmuşdur.
Əgər antibiotik müalicəsi zamanı pasiyentdə ishal meydana çıxarsa, o zaman bu diaqnoz barədə
düşünmək lazımdır.
Porfiriya: tetrasiklinlərdən istifadə edən pasiyentlərdə nadir hallarda porfiriya barədə məlumatlar
olmuşdur.
Zöhrəvi xəstəliklər: zöhrəvi xəstəliyi müalicə edərkən eyni zamanda sifilisin də mövcud olduğuna
şübhə olarsa, rentgen müayinə də daxil olmaqla, lazımi diaqnostik prosedurlar vasitəsilə bu, istisna
olunmalıdır. Bütün bu cür hallarda ən azı 4 ay müddətində hər ay seroloji testlər qoyulmalıdır.
Myasthenia gravis: zəif sinir-əzələ blokadası potensialına görə tetrasiklinləri myasthenia gravis-i
olan pasiyentlərdə istifadə edərkən ehtiyatlı olmaq lazımdır.
Sistem eritematoz qurdeşənəyi: tetrasiklinlər sistem eritematoz qurdeşənəyinin kəskinləşməsinə
səbəb ola bilər.
Metoksifluran: tetrasiklinləri metoksifluran ilə birlikdə istifadə edərkən ehtiyatlı olmaq tövsiyə
olunur.
Bu dərman vasitəsinin tərkibində həmçinin laktoza vardır. Qalaktozaya qarşı dözümsüzlük, Lapp
laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası kimi nadir irsi problemləri olan
pasiyentlər bu preparatları qəbul etməməlidir.
Alkoqol doksisiklinin yarımxaricolma dövrünü azalda bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Tərkibində alüminium, kalsium, maqnezium olan antasidlərlə və ya tərkibində bu kationlar olan digər
dərmanlar; oral sink, dəmir duzları və ya bismut preparatları doksisiklinin absorbsiyasını zəiflədə
bilər. Doza maksimal dərəcədə fərdi olmalıdır.
Bakteriostatik dərmanlar penisillinin bakterisid təsirini zəiflədə bildiyindən Hikladoks 100 mq
preparatı ilə penisillinin birgə istifadəsindən qaçmaq tövsiyə olunur.
Varfarin və doksisiklin qəbul edən pasiyentlərdə protrombin vaxtının uzanması barədə məlumatlar
olmuşdur. Tetrasiklinlər plazma protrombininin aktivliyini aşağı salır və eyni zamanda istifadə
olunan antikoaqulyantların dozasının azaldılması lazım gələ bilər.
Barbituratlar, karbamazepin və ya fenitoin doksisiklinin plazmadan yarımxaricolma dövrünü qısalda
bilər. Hikladoks 100 mq preparatının gündəlik dozasının artırılması məsələsinə baxılmalıdır.
Tetrasiklin antibiotikləri ilə oral kontraseptivlərin eyni zamanda istifadəsi bəzi hallarda hamiləliyə və
ya uşaqlıq qanaxmalarına səbəb ola bilər.
Doksisiklin siklosporinin plazma konsentrasiyasını yüksəldə bilər. Birlikdə istifadə yalnız müvafiq
monitorinq altında həyata keçirilə bilər.
Tetrasiklinlərlə metoksifluranın yanaşı istifadəsinin ölümcül böyrək toksikliyinə səbəb olması barədə
məlumat verilmişdir.
Laborator test qarşılıqlı reaksiyaları
Flüoressensiya testləri ilə maneə hesabına sidikdə katexolaminlərin səviyyələrinin yanlış yüksəlməsi
baş verə bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hikladoks 100 mq hamiləlik dövründə əks göstərişdir. Belə ki, hamiləlik müddətində tetrasiklinlərin
istifadəsi zamanı döldə dişlərin əsasının qoyulması və skeletin inkişafının ləngiməsi riski vardır.
Tetrasiklinlər ana südünə nüfuz edir və ona görə də laktasiya dövründə onun istifadəsi əks göstərişdir
(dişlərin inkişafı dövründə istifadəsinə dair yuxarı bax).
İstifadə qaydası və dozası
Böyüklər və bədən kütləsi 50 kq-dan çox olan uşaqlar
Böyüklərdə kəskin infeksiyaların müalicəsi üçün doksisiklinin adi dozası birinci gün 200 mq
(birdəfəlik doza və ya bölünmüş dozalar şəklində), sonra 100 mq/gün dəstəkləyici doza.
Daha ağır infeksiyalarda bütün müalicə müddətində gündə 200 mq.
Kapsullar yalnız oral istifadə üçündür.
Hikladoks 100 mq kapsullar adekvat miqdarda maye ilə qəbul olunmalıdır. Bu, oturaq və ya ayaqüstü
vəziyyətdə edilməlidir və ezofageal qıcıqlanma və xoralanma riskini aşağı salmaq üçün yaxşı olar ki,
yatmazdan qabaq qəbul edilsin. Mədənin qıcıqlanması baş verdiyi təqdirdə Hikladoks 100 mq
preparatının qida və ya süd ilə birlikdə qəbul edilməsi tövsiyə edilir. Tədqiqatlar göstərir ki, qida və
ya süd Hikladoks 100 mq preparatının absorbsiyasına nəzərəçarpan təsir göstərmir.
Tövsiyə olunan dozanın aşılması əlavə təsirlərin başvermə hallarının artmasına səbəb ola bilər.
Müalicə simptomlar və qızdırma aradan qalxdıqdan sonra ən azı daha 24-48 saat müddətində davam
etdirilməlidir.
Streptokokk infeksiyalarında istifadə zamanı revmatik qızdırmanın və ya qlomerulonefritin
inkişafının qarşısını almaq üçün müalicə 10 gün davam etdirilməlidir.
Xüsusi infeksiyalarda tövsiyə olunan dozalanma:
Adi çivzə: 6-12 həftə müddətində gündə 50 mq qida və ya maye ilə birlikdə.
Cinsi yolla ötürülən xəstəliklər: aşağıdakı infeksiyalarda 7 gün ərzində gündə 2 dəfə 100 mq tövsiyə
olunur: fəsadlaşmamış qonokokk infeksiyaları (kişilərdə anorektal infeksiyalar istisna olmaqla);
Chlamydia trachomatis tərəfindən törədilən fəsadlaşmamış uretral, endoservikal və ya rektal
infeksiya; Ureaplasma urealyticum tərəfindən törədilən qeyri-qonokokk uretriti.
Chlamydia trachomatis və ya Neisseria gonorrhoea tərəfindən törədilən kəskin epididimoorxit : 10
gün ərzində gündə 2 dəfə 100 mq.
Birincili və ikincili sifilis: penisillinə qarşı allergiyası olan, hamilə olmayan, birincili və ya ikincili
sifilisi olan xəstələr aşağıdakı rejimdə müalicə oluna bilərlər: penisillin müalicəsinə alternativ olaraq
2 həftə ərzində gündə 2 dəfə 200 mq doksisiklin oral yolla.
Bit və ani-məhdud qayıdan yatalaq qızdırması: vəziyyətin ağırlığından asılı olaraq birdəfəlik 100 və
ya 200 mq.
Xloroxinə rezistent ildırımsürətli üçgünlük malyariyanın müalicəsi: ən azı 7 gün müddətində gündə
200 mq. İnfeksiyanın potensial ağır olmasına görə xinin kimi sürətli şizontosid təsir göstərən maddə
həmişə Hikladoks 100 mq ilə birlikdə istifadə olunmalıdır; xininin tövsiyə olunan dozası müxtəlif
zonalarda müxtəlifdir.
Malyariyanın profilaktikası: böyüklərdə və 12 yaşdan yuxarı uşaqlarda gündə 100 mq. Profilaktika
malyariya zonalarına səyahətdən 1-2 gün əvvəl başlanıla bilər. Bu, malyariya zonasına səyahət
müddətində hər gün və malyariya zonasını tərk etdikdən sonra 4 həftə ərzində davam etdirilməlidir.
Coğrafi rezistentlik nümunələrinə aid və uyğun kimyəvi-profilaktikaya aid məsləhət üçün malyariya
məlumat kitabçasına baxmaq lazımdır.
Qayıdan yatalağın qarşısını almaq üçün: 200 mq birdəfəlik doza.
Böyüklərdə səyahət zamanı baş verən ishalın qarşısını almaq üçün: səyahətin birinci gün 200 mq
(birdəfəlik dozada və ya hər 12 saatdan bir 100 mq), sonra səyahətçinin səyahət zonasında qaldığı
müddət ərzində gündə 100 mq. Dərmanın profilaktik məqsəd üçün 21 gündən artıq istifadəsinə dair
məlumatlar yoxdur.
Leptospirozun qarşısını almaq üçün: zonada qalma müddəti ərzində həftədə bir dəfə 200 mq və
səyahət qurtardıqdan sonra 200 mq. Dərmanın profilaktik məqsəd üçün 21 gündən artıq istifadəsinə
dair məlumatlar yoxdur.
Bədən kütləsi 50 kq-a qədər olan 12 yaşdan yuxarı uşaqlarda istifadəsi
Başlanğıc doza 4 mq/kq, sonra 2-4 mq/kq b.k. gündəlik dozada.
Yaşlılarda istifadəsi: Hikladoks 100 mq preparatını adi dozalarda çəkinmədən yaşlı pasiyentlərə təyin
etmək olar. Böyrək çatışmazlığı olan pasiyentlərdə dozaya düzəliş edilməsinə ehtiyac yoxdur.
Qaraciyərin funksional çatışmazlığı olan pasiyentlərdə istifadəsi üçün xüsusi xəbərdarlıq və
ehtiyatlılıq bölməsinə bax.
Böyrəklərin funksional çatışmazlığı olan pasiyentlərdə istifadəsi: aparılmış tədqiqatlar göstərir ki,
Hikladoks 100 mq preparatının adi tövsiyə olunan dozalarda istifadəsi antibiotikin kumulyasiyasına
səbəb olmur.
Əlavə təsirləri
Aşağıdaki əlavə təsirlər MedDRA-ın terminologiyasına uyğun olaraq rastgəlmə tezliyi və orqanlar
sistemi nəzərə alınmaqla göstərilmişdir.
Çox tez-tez: >1/10
Tez-tez: >1/100 –dən <1/10-ə qədər
Bəzən: >1/1,000 –dən <1/100-ə qədər
Nadir hallarda: >1/10,000 –dən <1/1,000-ə qədər
Çox nadir
hallarda :
<1/10,000
Məlum deyil: mövcud məlumatlara görə müəyyən
etmək mümkün deyil
Mədə-bağırsaq pozğunluqları
Tez-tez: anoreksiya, ürəkbulanma, qusma, diareya
Nadir hallarda: qlossit, disfagiya, enterokolit, anogenital sahənin iltihabi zədələnməsi
(kandidaların həddindən artıq inkişafı ilə), ezofagit və ezofaqeal xora
Məlum deyil: 12 yaşdan aşağı uşaqlarda dişlərin rəngsizləşməsi və diş minasının
hipoplaziyası.
Immun sistem pozğunluqları
Nadir hallarda: urtikar səpgilər, angionevrotik ödem, anafilaktoid purpura, zərdab
xəstəliyi, perikardit kimi hiperhəssaslıq reaksiyası
Çox nadir hallarda: Anafilaksiya
Məlum deyil: qurdeşənəyinin kəskinlşməsi, sistem eritematoz
Dəri və dərialtı toxuma pozğunluqları
Bəzən: makulopapulyar və eritematoz səpgilər, övrə
Nadir hallarda: dərinin fotosenzibilizasiya reaksiyaları, eksfoliativ dermatit
Hepatobiliar pozğunluqlar
Məlum deyil: qeyri-normal qaraciyər funksiyaları
Qan və limfa sisteminin pozğunluqları
Nadir hallarda: hemolitik anemiya, trombositopeniya, neytropeniya və eozinofiliya
Böyrək və sidik yolları pozğunluqları
Nadir hallarda: qanda sidik cövhərinin dozadanasılı yüksəlməsi
Sinir sistemi pozğunluqları
Çox nadir hallarda: körpələrdə köpmə, böyüklərdə yüngül formada kəllədaxili təzyiq, bu
hallar dərmanın qəbulu dayandırıldıqdan sonra tez bir zamanda aradan
qalxır.
Doza həddinin aşılması
Antibiotiklərin doza həddinin kəskin aşılması nadir hallarda baş verir. Doza həddinin aşılması zamanı
müalicə dayandırılmalıdır. Mədə yuyulmalı, dəstəkləyici müalicə aparılmalıdır.
Dializ plazmadan yarımxaricolma dövrünü dəyişdirmir, ona görə də doza həddinin aşılması zamanı
faydası olmayacaq.
Buraxılış forması
10 kapsul, blisterdə. 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yüksək olmayan temperaturda, işıqdan qorumaqla, öz qutusunda və uşaqların əli çatmayan
yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
ARENA GROUP S.A., Rumıniya.
54 Dunarii Blvd., Voluntari, 077910, Ilfov. Rumıniya.
Qeydiyyat vəsiqəsinin sahibi
Arena Group S.A., Rumıniya.
Str.Stefan Mihaileanu nr.31, sector 2, Bucuresti, cod 024022, Rumıniya.