Pharmed
HORMEEL SNT 30ML DAMLA
HORMEL SNT, daxilə qəbul üçün damcı
HORMEL SNT tərkibi
Təsiredici maddələr: 100 q tərkibində: Calcium carbonicum Hahnemanni D8 10,0 q; Conyza canadensis D3 5,0 q; Cyclamen purpurascens D4 5,0 q; Myristica fragrans D6 10,0 q; Sepia officinalis D6 5,0 q; Strychnos ignatii D6 5,0 q; Viburnum opulus D3 5,0 q. Tərkibində 35 həcm %-i etil spirti var.
İstifadəsinə göstərişlər
Qadınlarda menstrual dövrün funksional pozulması. Sonsuzluğun əlavə medikamentoz müalicəsi üçün. Endokrin vəzilərin funksiyalarının tənzimlənməsi üçün.
Əks göstərişlər
Preparatın komponentlərindən hər hansı birinə qarşı allergiya (yüksək həssaslıq).
Hamiləlik və laktasiya dövründə istifadəsi
Bu preparatda təqdim olunan homeopatik durulaşmış maddələrin hamiləlik və laktasiya müddətində toksiki təsiri haqda məlumat yoxdur. Bütün dərman vasitələri kimi, hamiləlik və laktasiya dövründə bu preparatı istifadə etməzdən öncə həkiminizlə və ya müalicə edən mütəxəssislə məsləhətləşin.
HORMEL SNT istifadə qaydası və dozası
Standart doza: Böyüklər (və 12 yaşdan yuxarı uşaqlar): Gündə 3 dəfə 10 damcı. Pediatriya: 12 yaşa qədər: 12 yaşına qədər olan uşaqlarda istifadə üçün, həkiminizlə məsləhətləşin. Kəskin və ya başlanğıc dozalanma: Böyüklər (və 12 yaşdan yuxarı uşaqlar): 10 damcı hər yarım saatdan və ya 1 saatdan bir gündə 12 dəfəyə qədər, sonra isə standart dozaya keçin. Pediatriya: 12 yaşa qədər: 12 yaşına qədər olan uşaqlarda istifadə üçün, həkiminizlə məsləhətləşin.
Qəbul qaydası: Bu preparat qida qəbulundan kənar vaxtlarda qəbul edilməlidir. Uşaqlar üçün, damcıları az miqdar suya əlavə etmək olar.