Pharmed

HERBION PLYUSA 7MG 150ML SRP

HERBİON

Beynəlxalq patentləşdirilməmiş adı: Ivy leaf dry extract (sarmaşıq yarpaqlarının quru
ekstraktı)

 

HERBİON Tərkibi

Təsiredici maddə: 1 ml şərbətin tərkibində 7 mq sarmaşıq yarpaqlarının (Hedera helix L.,
folium) (5–7,5:1) quru ekstraktı vardır.
Ekstragent: etanol 30% (m/m)
Köməkçi maddələr: duru sorbitol (kristallaşmamış) (E420), qliserin (E422), natrium benzoat
(E211), limon turşusunun monohidrat (E330), bədrənc ətirli ətirverici
(tərkibində propilenqlikol, etanol, sitronell yağı, sitral ex. Litsea cubeba,
limon yağı və keşniş yağı vardır), təmizlənmiş su.
 

 

Farmakoterapevtik qrupu

Soyuqdəymə xəstəliklərində və öskürək zamanı istifadə edilən preparatlar. Bəlğəmgətirici
preparatlar (öskürəkəleyhinə preparatlar ilə kombinasiyalar istisna olmaqla).

ATC kodu: R05CА12

 

Farmakoloji xüsusiyyətləri

Herbion sarmaşıq şərbətinin tərkibindəki adi sarmaşıq yarpaqlarının quru ekstraktı mukolitik
və bronxospazmolitik vasitə kimi təsir göstərir. Preparat bəlğəmin qatılığının azalmasına
səbəb olur, bəlğəmin xaric olmasını asanlaşdırır və öskürəyi sakitləşdirir.

 

İstifadəsinə göstərişlər

Herbion sarmaşıq şərbəti nəmli öskürək zamanı bəlğəmgətirici vasitə kimi istifadə edilir.

 

Əks göstərişlər

Təsiredici substansiyaya, araliya fəsiləsindən digər bitkilərə və ya preparatın köməkçi
maddələrindən hər hansı birinə qarşı yüksək fərdi həssaslıq.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

4 yaşa qədər uşaqlarda davamedici və ya şiddətli öskürək müalicəyə başlamaz-dan əvvəl
diaqnozun müəyyən olunmasını tələb edir.
Əgər müalicədən 7 gün sonra xəstənin vəziyyəti yaxşılaşmırsa və ya tənəffüsün çətinləşməsi,
irinli bəlğəm əmələ gələrsə və ya temperatur yüksələrsə, həkimə müraciət etmək lazımdır.
Kodein və ya dekstrometorfan kimi öskürəkəleyhinə vasitələr ilə birgə istifadəsi mütəxəssisin
məsləhəti olmadıqda tövsiyə olunmur.
Mədə-bağırsaq traktının şiddətli fazasında xəstəlikləri olan pasiyentlər ehtiyatlı olmalıdır.
Preparatın bəzi inqrediyentləri barədə önəmli məlumat
Herbion sarmaşıq şərbətinin tərkibində sorbitol (E420) vardır. Fruktozaya qarşı nadir irsi
dözümsüzlüyü olan xəstələr bu preparatı qəbul etməməlidir.
Preparatın tərkibində bir qədər etanol (spirt) vardır – 1 dozaya - 100mq-dan az.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Bu preparatı istifadə etməyə başlamazdan əvvəl Siz qəbul etdiyiniz və ya yaxın keçmişdə
qəbul edilmiş dərman vasitələr barədə həkimə xəbər verməlisiniz.
Digər dərman vasitələri və qida məhsulları ilə qarşılıqlı təsiri barədə məlumat yoxdur.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hər bir preparatın qəbulundan əvvəl həkimlə məsləhətləşmək lazımdır.
Hamiləlik və laktasiya dövründə istifadəsinin təhlükəsizliyi üzrə məlumat az olduğu üçün
preparatı bu qrup xəstələrdə istifadə etmək məsləhət görülmür.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətin ətəsiri

Preparatın nəqliyyat vasitələrini və digər mexanizmləri idarəetmə qabiliyyətinə təsiri barədə
məlumat yoxdur.

 

HERBİON İstifadə qaydası və dozası

Böyüklər: sutkada üç dəfə 5 ml (1 dozalayıcı qaşıq) şərbət
Məktəbli və yeniyetmə yaşlarında uşaqlar: sutkada iki dəfə 5 ml (bir dozalayıcı qaşıq) şərbət
Məktəbəqədər uşaqlar (1-6 yaş arası): sutkada 2 dəfə 2,5 ml (bir dozalayıcı qaşığın yarısı)
şərbət.
1 yaşa qədər uşaqlar: sutkada iki dəfə 2,5 ml (bir dozalayıcı qaşığın yarısı) şərbət (yalnız
həkim təyinatı ilə).
Herbion sarmaşıq şərbəti qida qəbulundan asılı olmayaraq istifadə edilir.
Dərmanın üstündən kifayət qədər ilıq su və ya çay içmək lazımdır.
Müalicə müddəti – 1 həftədən az olmayaraq. Əgər şərbətin qəbulundan sonra 1 həftə ərzində
simptomlar saxlanılarsa, həkimlə məsləhətləşmək lazımdır.
Doza qəbulu unudularsa:
Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza qəbul etmək olmaz. Müalicə növbəti dozanı
vaxtında qəbul etməklə davam etdirilir.

 

Əlavə təsiri

Digər dərman vasitələr kimi ,Herbion sarmaşıq şərbəti tək-tək hallarda əlavə təsirlərin
meydana çıxmasına səbəb ola bilər.
Tez-tez (1/100 - <1/10):
- ürəkbulanma, qusma, diareya.
Bəzən (1/1000 - <1/100):
-övrə, dəri səpgisi, kuperoz və ya tənəffüsün çətinləşməsi şəklində özünü büruzə verən
allergik reaksiyalar, anafilaktik reaksiyalar.
Allergik reaksiyalar əmələ gələrsə, preparatın qəbulunu ləğv edib, həkimlə məsləhətləşmək
lazımdır.
Bu içlik vərəqədə qeyd olunmayan əlavə təsirlər meydana çıxarsa, lütfən, müalicə həkiminizə
bu barədə məlumat verin.

 

Doza həddinin aşılması

Tövsiyə olunduğundan artıq doza qəbul etmək olmaz.
Simptomları: sutkalıq dozadan 2 dəfə artıq doza qəbul etdikdə ürəkbulanma, qusma, diareya,
oyanıqlıq halları mümkündür.
Müalicəsi: simptomatik.

 

Buraxılış forması

150 ml şərbət, plastik qapaqlı şüşə flakonda. 1 flakon dozalayıcı qaşıqla və içlik vərəqə ilə
birlikdə karton qutuya qablaşdırılır.
 

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.