Pharmed
HERBION ISLANDSKOQO MXA 150ML SRP
HERBİON İSLANDİYA MAMIRININ ŞƏRBƏTİ
Beynəlxalq patentləşdirilməmiş adı: Iceland moss extract
HERBİON Tərkibi
Təsiredici maddələr: 1 ml şərbətin tərkibində 6 mq islandiya mamırının qatı ekstraktı (Cetraria
islandica (L.) Acharius s.l., thallus) vardır, bu isə 96-108 mq islandiya
mamırına ekvivalentdir.
Ekstraksion həlledici: su.
Köməkçi maddələr: sorbitol* (kristallaşmamış) (E420), ksantan qətranı (E415), natrium benzoat
(E211), limon turşusu monohidratı (E330), limon aromatizatoru (etanol*),
təmizlənmiş su.
*1 ml şərbətin tərkibində 532 mq sorbitol və 0,6 mq etanol vardır.
Farmakoterapevtik qrupu
Öskürəkəleyhinə vasitələr, bəlğəmgətirici vasitələrlə kombinasiyalar istisna olmaqla.
ATC kodu: R05D.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası:
Herbion islandiya mamırının şərbəti preparatının tərkibində olan islandiya mamırının qatı ekstraktı
immunostimuləedici, antibakterial və iltihabəleyhinə təsirə malikdir. İslandiya mamırının
ekstraktının əsas inqrediyentləri suda həll olan polisaxaridlər formasında selikdir, əsasən lixenin və
izolixenin, həmçinin şibyənin acı turşularıdır. Polisaxaridlər yuxarı tənəffüs yollarının selikli
qişasını örtür və qoruyucu qat əmələ gətirir, selikli qişanın səthində sakitləşdirici təsir göstərir,
bununla da xarici faktorların yaratdığı öskürək refleksini ləngidir, və qıcıqlanmaya səbəb olan quru
öskürəyi yüngülləşdirir. Həmçinin selik selikli qişanın səthində suyu birləşdirir və ağız boşluğu və
udlağın qıcıqlanmış quru selikli qişasına yerli nəmləndirici təsir göstərir.
İslandiya mamırı ekstraktının antioksidant təsiri, ayrı-ayrı α-D-qlükan və qalaktomannan
inqrediyentlərinin immunstimuləedici effekti, həmçinin şibyənin protolixesterin turşusunun
antivirus və antiproliferativ təsirləri in vitro tədqiqatların gedişi zamanı göstərilmişdir.
Farmakokinetikası:
İslandiya mamırı ekstraktının farmakokinetik xüsusiyyətləri barədə məlumat yoxdur.
İstifadəsinə göstərişlər
Herbion islandiya mamırının şərbəti bitki mənşəli preparat olub aşağıdakı hallarda tövsiyə olunur:
- quru, qıcıqlandırıcı öskürək;
- yuxarı tənəffüs yollarının yüngül iltihabı və ağız-udlağın selikli qişasının qıcıqlanması, o
cümlədən xırıltı və boğazda ağrı zamanı.
- Səs tellərinin çox yorulması.
İslandiya mamırının ekstraktının tərkibində çoxlu miqdarda suda həll olan seliklər var ki, bunlar da
ağız boşluğu və udlağın selikli qişasını bürüyür, qoruyur və nəmləndirir və qıcıqlanmanı və quru
öskürəyi azaldır.
Əks göstərişlər
Preparatın təsiredici və ya köməkçi komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Təngnəfəslik, xroniki öskürək, xırıltı, qanlı bəlğəm yaranan zaman, həmçinin temperaturun
yüksəlməsi zamanı təcili olaraq həkimə və ya əczaçıya müraciət etmək lazımdır.
7-14 gün müalicədən sonra yaxşılaşma olmadıqda həkimə müraciət etmək lazımdır. Herbion
islandiya mamırı şərbəti preparatının tərkibində sorbitol var. Fruktozaya qarşı nadir irsi
dözümsüzlüyü olan xəstələrin bu preparatı qəbul etməsi məsləhət görülmür.
Bu dərman vasitəsinin tərkibində az miqdarda etanol (spirt) var, hər dozaya 100 mq-dan az.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Herbion islandiya mamırının şərbəti preparatının digər dərman vasitələrinin effektivliyinə təsiri
barədə məlumat verilməyib. Digər vasitələrlə qarşılıqlı təsiri üzrə tədqiqatlar aparılmayıb.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə islandiya mamırı ekstraktının istifadəsi üzrə kifayət qədər klinik
məlumatların olmaması ilə əlaqədar olaraq hamiləlik və laktasiya dövründə şərbətin istifadə
edilməsi məsləhət görülmür.
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Herbion islandiya mamırının şərbəti preparatının nəqliyyat vasitələrini idarəetmə və yüksək diqqət
və sürətli psixomotor reaksiya tələb edən texniki avadanlıqlarla işləmə qabiliyyətinə təsiri barədə
məlumatlar yoxdur.
HERBİON İstifadə qaydası və dozası
Böyüklər və 16 yaşdan yuxarı yeniyetmələr: 15 ml şərbət gündə 4 dəfə (gündə 360 mq quru islandiya
mamırı ekstraktına uyğundur) daxilə qəbul edilir;
10 yaşdan 16 yaşa qədər uşaqlar: 10 ml şərbət gündə 4 dəfə (gündə 240 mq quru islandiya mamırı
ekstraktına uyğundur);
4 yaşdan 10 yaşa qədər uşaqlar: 5 ml şərbət gündə 4 dəfə (gündə 120 mq quru islandiya mamırı
ekstraktına uyğundur);
1 yaşdan 4 yaşa qədər uşaqlar: 2,5 ml şərbət gündə 4 dəfə (gündə 60 mq quru islandiya mamırı
ekstraktına uyğundur);
Herbion islandiya mamırı şərbəti preparatının qəbulundan dərhal sonra qida və ya içki qəbul
edilməsi məsləhət görülmür, belə ki, bu şərbətin ağız boşluğu və udlağın selikli qişasından çox tez
kənar olunmasına səbəb ola bilər.
Herbion islandiya mamırı şərbəti preparatı ilə müalicə zamanı çay və ya digər ilıq içkilər şəklində
bol maye qəbulu məsləhət görülür, lakin onları preparatın istifadəsindən dərhal sonra qəbul etmək
olmaz.
Preparatın qəbul kursu xəstəliyin xüsusiyyətlərindən və ağırlığından asılıdır və uzunmüddətli
fasiləsiz dövr ərzində davam edə bilər. Xəstəliyin simptomları itdikdən sonra bir neçə gün ərzində
preparatın qəbuluna davam edilməsi məsləhət görülür.
İstifadədən əvvəl flakonu çalxalayın!
Əlavə təsirləri
Herbion islandiya mamırının şərbəti preparatı ilə terapiya dövründə yarana bilən arzuolunmaz hallar
yaranma tezliyinə görə aşağıdakı qruplara bölünür:
- çox tez-tez (≥1/10),
- tez-tez (≥1/100-dən <1/10-ə qədər),
- az-az (≥1/1 000-dən <1/100-ə qədər),
- nadir (≥1/10 000-dən <1/1000-ə qədər),
- çox nadir (<1/10 000),
- məlum deyil (əldə olan məlumatlar qiymətləndirmə üçün kifayət deyil).
Arzuolunmaz halların yaranması tezliyi ayrı-ayrı orqanlar sistemləri üzrə qruplaşdırılmışdır:
Məlum deyil:
İmmun sistemdə baş verən pozğunluqlar :Yüksək həssaslıq reaksiyası
Ağır arzuolunmaz hallar inkişaf edən zaman müalicəni dayandırmaq lazımdır.
Doza həddinin aşılması
Tövsiyə olunan dozaları aşmaq olmaz. Doza həddinin aşılması hadisələri barədə məlumat
verilməyib.
Buraxılış forması
150 ml şərbət, ilkin açılmaya nəzarət məqəsədilə vintlənib bağlanan plastik qapaqlı, tünd şüşədən
hazırlanmış şüşə flakonlarda.
1 flakon ölçü qaşığı və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Apteklərdən buraxılış forması
Reseptsiz buraxılır.