Herba Flora

Hepas10

Bir kapsulun tərkibi:
Əkilən ənginar (Cynara scolymus) yarpağının quru ekstraktı – 75 mq; Adi alaqanqal (Silybum marianum) meyvəsinin tozu – 45 mq; May itburnusu (Rosa majalis) meyvəsinin quru ekstraktı – 10 mq; Qumluq ödotu (Solmazçiçəyi) (Helichrysum arenarium) çiçəyinin quru ekstraktı – 10 mq.

Köməkçi maddələr: Qarğıdalı nişastası (Amylum maidis) – 310 mq, kapsul örtüyü (jelatin, qliserin, su).

İstifadəsinə göstəriş: Qaraciyərin və öd yollarının fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ.

İstifadə qaydası:
Böyüklər: Gündə 2 dəfə hər dəfə 1-2 kapsul yeməkdən əvvəl daxilə qəbul edilir. Qəbul müddəti 30 gündür.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
18 yaşa qədər şəxslər yalnız həkim məsləhəti ilə qəbul edə bilər.

Əks göstəriş: Preparatın tərkib hissələrinə qarşı fərdi həssaslıq, öd daşı xəstəliyi.

Saxlanma şəraiti: Rütubətdən qorunmaqla, 25°C-dən yuxarı olmayan temperaturda və uşaqlar üçün əlçatmaz yerdə saxlayın.