Pharmed

GRASULAN 0,4MG N30 CAP

QRASULAN, qmq təsiredici maddəsi modifikasiyaolunmuş şəkildə azad olan kapsullar

QRASULAN tərkibi

Təsiredici maddə: 1 kapsulda 0,4 mq tamsulozin hidroxlorid vardır.

Əks göstərişlər

Tamsulozin və ya preparatın digər komponentlərinə qarşı artmış həssaslıq; Ortostatik hipotenziya (o cümlədən anamnezdə); Ağır böyrək, qaraciyər çatışmazlığı.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Qrasulan qmq yalnız kişilərin istifadəsi üçün nəzərdə tutulub.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və mexanizmləri idarəetmə qabiliyy ətinə təsiri haqqında heç bir tədqiqat aparılmayıb. Lakin, preparatın qəbulu zamanı başgicəllənmə olması ehtimalı barədə xəstələr xəbərdar edilməlidir.

QRASULAN istifadə qaydası və dozası

Daxilə səhər yeməyindən və ya birinci qida qəbulundan sonra bir kapsul qəbul edilir. Kapsulu bütöv şəkildə, su ilə, ayaq üstə və ya oturaq vəziyyətdə (heç bir halda uzanmış vəziyyətdə olmaz) qəbul etmək lazımdır. Kapsul bir neçə qəbul üçün bölünməməli və çeynənməməlidir, çünki bu təsiredici maddənin ayrılma sürətinə təsir edə bilər.