
Olimp Labs
Gold-Vit C 500 plus kapsul
Təsviri:
Yeni nəsil vitamin C PureWay-C® yüksək dozada olan kapsulşəkilli bioloji fəallığa malik qida əlavəsidir. PureWay-C® C vitamininin patentləşdirilmiş mikrokapsul formasıdır - mədəni qıcıqlandırmıradan sorulur.
Tərkibi:
1 kapsulda:
Aktiv maddələr:
Vitamin C (L-Ascorbic acid) 500 mq
Sitrus bioflavonoidləri 50 mq
Köməkçi maddələr: mikrokristalik selüloz - həcm artırıcı maddə (microcrystalline cellulose – bulking agent), yağ turşularının maqnezium duzu – aqreqasiyaya qarşı maddə (magnesium salts of fatty acids – anti-caking agent), jelatin – boş kapsul (gelatin – capsule shell), boya (colur)-E 171 Xüsusiyyətləri:
C vitamini bədən üçün vacibdir, çünki:
- bədən onu istehsal edə bilmir;
- immun sisteminin düzgün işləməsinə kömək edir, bədənin təbii müqavimətini artırır;
- gərgin fiziki məşq zamanı və sonrasında immun sisteminin düzgün işləməsinə kömək edir;
- bir çox biokimyəvi və metabolik proseslər üçün vacibdir;
- kollagenin normal formalaşmasına və beləliklə sümüklərin, dişlərin, qığırdaqların, diş ətlərinin, dəri və qan damarlarının düzgün işləməsinə kömək edir;
- güclü antioksidant olaraq hüceyrələri stres zamanı oksidləşmə prosesindən qorumağa kömək edir. İstifadə üçün göstərişlər: Təqdim olunan məhsul bədənin müqavimətinin azaldığı dövrlərdə (payız və qış fəsillərində), yüksək fiziki fəaliyyət zamanı və digər C vitamininə ehtiyacın artması hallarında, həmçinin C vitaminin çatışmamazlığında tövsiyə olunur.
İstifadə qaydası: 18 yaşdan yuxarı şəxslər: 1 kapsul gündə 1 dəfə yeməkdən sonra bol miqdarda su ilə. Tövsiyə olunan gündəlik dozadan artıq qəbul etmək olmaz.
Əks göstərişləri: Məhsulun tərkibindəki hər hansı bir komponentə qarşı hiperhəssaslığı olanlar, 18 yaşa qədər olan şəxslər, hamiləlik və laktasiya dövründə olan qadınlar istifadə etməməlidir Buraxılış forması: Karton qutu, 30 kapsul, təlimat vərəqəsi ilə birlikdə. Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir. Bioloji fəallığa malik qida əlavələri normal qidalanmanı əvəz etmir. Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Tövsiyə edilən sutkalıq dozanı keçməyin.
Saxlanma şəraiti: 25° C-dən yuxarı olmayan temperaturda, quru, qaranlıq və uşaqların əli çatmadığı yerdə saxlanılmalıdır.
Yararlılıq müddəti: Qablaşmanın üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə olunmamalıdır.
İstehsalçı: Olimp Laboratories, Nagawczyna 109 c, Poland-39-200 Debica