Pharmed
GLUTAMINOVAYA KISLOTA 0,25GR N10 TB
QLÜTAMİN TURŞUSU, bağırsaqda həll olan örtüklü tabletlər
QLÜTAMİN TURŞUSU tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 250 mq qlütamin turşusu vardır.
İstifadəsinə göstərişlər
Qlütamin turşusu böyüklərdə epilepsiyada, əsasən, ekvivalentlərlə olan kiçik tutmalar zamanı; somatogen, involyusion, intoksikasion psixozlar, depressiya, üzülmə əlamətləri olan reaktiv vəziyyətlərdə kompleks terapiya şəklində təyin edilir. Uşaqlarda kompleks terapiya şəklində psixi inkişafın ləngiməsi, Daun xəstəliyi, uşaq serebral iflici; poliomielit (kəskin və bərpa dövrlərində); proqressivləşən miopatiya (paxikarpin hidroyodid və ya qlisinlə birlikdə) zamanı; hidrazid izonikotin turşusunun törəmələri tərəfindən törədilən neyrotoksik təsirlərin aradan qaldırılması və qarşısının alınması üçün istifadə olunur.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq, qızdırma sindromu, qaraciyər və/və ya böyrək çatışmazlığı, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, anemiya, leykopeniya, yüksək oyanıqlıq, kəskin keçən psixotik reaksiyalar, nefrotik sindrom, sümük iliyində qanyaranmanın zəifləməsi, piylənmə, 3 yaşa qədər uşaqlar.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövründə preparatın istifadəsinin təhlükəsizliyi barədə adekvat və nəzarət olunan klinik tədqiqatlar aparılmayıb. İstifadəsi, yalnız o zaman mümkündür ki, ana üçün gözlənilən fayda dölə olan potensial riskdən üstün olsun. Müalicə dövründə ana südü ilə qidalanmanın dayandırılması məsələsini nəzərdən keçirmək lazımdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparatın sinir sisteminə təsirini nəzərə alaraq, nəqliyyat vasitələrini və digər mexanizmləri idarə edərkən, ehtiyatlı olmaq lazımdır.
QLÜTAMİN TURŞUSU istifadə qaydası və dozası
Preparat daxilə, yeməkdən 15-20 dəqiqə əvvəl təyin olunur. Böyüklərə gündə 2-3 dəfə, 1000 mq (4 tablet) birdəfəlik dozada təyin edilir. 3-4 yaşlı uşaqlara gündə 2-3 dəfə 250 mq (1 tablet), 5-6 yaşlı uşaqlara 500 mq (2 tablet), 7-9 yaşa 500-1000 mq (2-4 tablet), 10 yaş və yuxarı uşaqlara 1000 mq (4 tablet) təyin edilir. Müalicə kursu 1-2 aydan 6-12 aya qədər təşkil edir.