Pharmed

Glutad 600 Mg N10 Flakon (İtaliya)

QLUTAD əzələdaxili və venadaxili inyeksiya məhlulu hazırlamaq üçün toz və həlledici
GLUTAD

 

Beynəlxalq patentləşdirilməmiş adı: Glutathione sodium

 

Tərkibi

Təsiredici maddə: 1 flakonda 643 mq qlutationun natrium duzu (600 mq qlutationa bərabər) vardır.
Həlledici: inyeksiya üçün su.

 

Farmakoterapevtik qrupu

Digər terapevtik dərman vasitələri. Antidotlar.

 

İstifadəsinə göstərişlər

Sisplatin və ya analoqları ilə kimyəvi terapiya nəticəsində yarana bilən neyropatiyanın profilaktikası.

 

Əks göstərişlər

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.
Uşaqlarda preparatın effektivliyi və təhlükəsizliyi tədqiq edilməmişdir.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Toksikliyi klinik sınaqlarla təsdiqlənməsə də, hamiləlik və laktasiya dövründə istifadəsi məsləhət deyil. 
Yalnız həkim nəzarəti altında istifadə edilməlidir.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Dərman vasitəsi nəqliyyat vasitələrinin idarə olunması və mexanizmlərdən istifadə qabiliyyətinə təsir 
etmir və ya çox cüzi təsir edir.

 

İstifadə qaydası və dozası

Gün ərzində əzələdaxili və ya venadaxili inyeksiya və ya venadaxili infuziya üçün 1-2 flakon.
Doza xəstənin yaşından, çəkisindən və klinik vəziyyətindən asılıdır. 
Əzələdaxili və ya venadaxili inyeksiya üçün flakonda olan preparat qablaşdırmaya qoyulmuş ampulda 
olan həlledicidə (inyeksiya üçün su) həll edilməlidir. Venadaxili infuziya üçün bu məhlul ən azı 20 ml 
inyeksiya üçün suda həll edilməlidir.
Məhlul hazırlandıqdan dərhal sonra istifadə olunmalıdır.
Uşaqlarda istifadəsinin təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir.
Uyuşması müəyyən edilməyən hallarda dərman vasitəsi digər preparatlarla birgə istifadə edilməməlidir.
İstifadədən əvvəl və istifadə zamanı orqanizmin su ehtiyatını qorumaq məqsədilə bütün tədbirlər 
görülməlidir.
Kimyaterapiya zamanı qlutation terapiyadan 15-30 dəqiqə əvvəl istifadə edilməlidir.

 

Buraxılış forması

10 flakon 600 mq toz və 10 ampul 3ml inyeksiya üçün su konturlu yuvalı qablaşdırmada içlik 
vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 

Saxlanma şəraiti

25°C-ə qədər otaq temperaturunda, quru, sərin, qaranlıq və uşaqların əli çatmayan yerdə sazlamaq 
lazımdır.

 

Yararlılıq müddəti

2 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

Apteklərdən buraxılma şərti

Resept əsasında buraxılır.

 

İstehsalçı

Laboratorio Italiano Biochimico Farmaceutico Lisapharma S.p.A, Italy.
Via Licinio 11, 22036 Erba (CO) Italy.

 

Qeydiyyat vəsiqəsinin sahibi

Laboratorio Italiano Biochimico Farmaceutico Lisapharma S.p.A, Italy.
Via Licinio 11, 22036 Erba (CO) Italy