Pharmed
GLISIN 0,1GR N50 TB
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri
_____________ E.M.Ağayev
“___”__________ 2019-cu il
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
QLİSİN dilaltı tabletlər
GLYCINE
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 100 mq qlisin (aminosirkə turşusu) vardır.
Köməkçi maddələr: suda həll olan metilsellüloza, maqnezium stearat.
Təsviri
Ağ rəngli, yastı silindrik formalı, iti kənarlı, mərmər elementi olan tabletlərdir.
Farmakoterapevtik qrupu
Metabolik vasitə.
ATC kodu: N06BX.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Qlisin maddələr mübadiləsinin tənzimləyicisi olub, mərkəzi sinir sistemində qoruyucu
tormozlanmanı normallaşdırır və aktivləşdirir, psixoemosional gərginliyi azaldır, zehni iş
qabiliyyətini artırır.
Qlisin, qlisin- və QAYT-ergik, alfa-1-adrenoblokadaedici, antioksidant, antitoksik
təsirlərə malikdir; qlutamat (NMDA) reseptorların fəaliyyətini tənzimləyir ki, bunun da
hesabına aşağıdakı xüsusiyyətlərə malikdir:
- psixoemosional gərginliyi, aqressivliyi, münaqişəni azaldır, sosial adaptasiyanı
artırır;
- əhval-ruhiyyəni yüksəldir;
- yuxuyagetməni asanlaşdırır və yuxunu normallaşdırır;
- əqli iş qabiliyyətini artırır;
- vegetativ-damar pozğunluğunu (o cümlədən, klimakterik dövrdə) azaldır;
- işemik insult və kəllə-beyin travması zamanı beyin pozulmalarının təzahürünü zəiflədir;
- alkoqolun və MSS-nin funksiyasını zəiflədən digər dərman vasitələrinin toksik təsirini
azaldır.
Farmakokinetikası
Bioloji mayelərin əksəriyyətinə, orqanizmin toxumalarına, o cümlədən, baş-beyinə asanlıqla
daxil olur; su və karbon qazına qədər metabolizmə uğrayır, toxumalarda toplanması baş vermir.
İstifadəsinə göstərişlər
- Əqli iş qabiliyyətinin zəifləməsi;
- stress vəziyyətləri – psixoemosional gərginliklər (imtahanlar dövrü, münaqişəli və s.
vəziyyətlər);
uşaqlarda və yeniyetmələrdə davranışın deviant (kənara çıxan) formaları;
- yüksək oyanıqlıq, artması, emosional qeyri-stabillik, əqli iş qabiliyyətinin azalması və
yuxunun pozulması ilə müşayiət olunan sinir sisteminin müxtəlif funksional və üzvi
xəstəlikləri zamanı: nevrozlar, nevrozabənzər vəziyyətlər və vegetativ-damar distoniyası,
neyroinfeksiyaların və kəllə-beyin travmalarının nəticələri, ensefalopatiyanın perinatal və
digər formaları (o cümlədən, alkoqol genezli);
- işemik insult.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək fərdi hassaslıq.
Digər dərman vasitəsitələri ilə qarşılıqlı təsiri
Antipsixotik vasitələrin (neyroleptiklərin), anksiolitiklərin, antidepressantların, yuxugətiricilərin
və qıcolmaəleyhinə vasitələrin əlavə təsirlərinin təzahürünü zəiflədir.
İstifadə qaydası və dozası
Qlisin dilaltı və ya transbukkal 100 mq dozada (tablet və ya əzildikdən sonra toz şəklində)
istifadə edilir. Praktiki sağlam uşaqlara, yeniyetmələrə və böyüklərə psixoemosional gərginliklər,
yaddaşın, diqqətin, əqli iş qabiliyyətinin zəifləməsi, əqlin ikişafdan qalması, davranışın deviant
formaları zamanı 14-30 gün ərzində gündə 2-3 dəfə 1 tablet təyin edilir.
Oyanıqlığın artması, emosional labillik və yuxunun pozulması ilə müşayiət edilən sinir
sisteminin funksional və üzvi zədələnmələri zamanı 3 yaşa qədər uşaqlara 7-14 gün
ərzində gündə 2-3 dəfə 0,5 tablet (50 mq), sonradan 7-10 gündə ərzində gündə 1 dəfə 50 mq
təyin edilir. Sutkalıq doza 100-150 mq, kurs dozası 2000-2600 mq təşkil edir. 3 yaşdan yuxarı
uşaqlara və böyüklərə gündə 2-3 dəfə 1 tablet təyin edilir, müalicə kursu 7-14 günür. Müalicə
kursunu 30 günə qədər artırmaq olar, ehtiyac olduqda, kursu 30 gündən sonra təkrarlamaq olar.
Yuxunun pozulması zamanı qlisin yatmazdan 20 dəqiqə qabaq və ya bilavasitə yatmazdan
əvvəl 0,5-1 tablet (yaşdan asılı olaraq) təyin edilir.
Beyinin işemik insultu zamanı: insultun inkişafının ilk 3-6 saatı ərzində 1000 mq transbukkal və
ya bir çay qaşığı su ilə dilaltı, sonradan 1-5 sutka ərzində gündə 1000 mq, sonrakı 30
gün ərzində sutkada 3 dəfə 1-2 tablet təyin edilir.
Narkologiyada qlisin, ensefalopatiya təzahürləri zamanaı remissiya dövründə əqli iş qabiliyyətini
artıran və psixoemosional gərginliyi azaldan vasitə qismində, mərkəzi və periferik sinir
sisteminin üzvi zədələnmələrində 14-0 gün ərzində gündə 2-3 dəfə 1 tablet istifadə edilir.
Ehtiyac olduqda, kurs 4-6 dəfə təkrarlanır.
Əlavə təsirləri
Allergik reaksiyalar mümkündür.
Buraxılış forması
100 mq-lıq dilaltı tabletlər.
50 tablet, konturlu-yuvalı qablaşdırmada. 1 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə
karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə
saxlamaq lazımdır.
Yararlıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
“Biotiki” TEİK MMC, Rusiya Federasiyası
Ünvan
Rusiya Federasiyası, 115404, Moskva ş., 6-cı Radialnaya k., ev 24, bina 14.
Tel.: +7 (495) 327-86-30.