Pharmed

GLISERIN 860MG 50ML MEHLUL (AZERFARM)

TİBBİ QLİSERİN

Beynəlxalq patentləşdirilməmiş adı: Glycerol

 

TİBBİ QLİSERİN Tərkibi

Təsiredici maddə: 100 q məhlulun tərkibində 86 q qliserin vardır.
Köməkçi maddələr: distillə olunmuş su.
 

Farmakoterapevtik qrupu

Yerli istifadə üçün vasitə.

 

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası:
Qliserin həm 30%-li sulu məhlul, həm də mineral və üzvi maddələr daşıyan, suda və qliserində həll
olan liniment və məlhəm əsası kimi dəriyə yumşaldıcı təsir göstərir. Qliserin həmçinin xaricə
istifadə olunan bor turşusunun, protarqolun, taninin həlledicisi kimi istifadə olunur.

Farmakokinetikası:
Qliserin dəridən sorulmur, ancaq selikli qişadan asanlıqla sorulur.

 

İstifadəsinə göstərişlər

Qliserin xaricə dəri və selikli qişanı yumşaldıcı kimi istifadə olunan liniment və məlhəmlərin
hazırlanması zamanı müvafiq olaraq liniment və məlhəm əsası kimi istifadə olunur. Həmçinin,
qəbizlik zamanı imalə şəklində işlədici kimi istifadə olunur.

 

Əks göstərişlər

Preparata qarşı həssaslıq. Dərinin açıq yaraları. Babasil (kəskinləşmə dövründə, anus çatları, düz
bağırsağın iltihab xəstəlikləri və şişləri).

 

TİBBİ QLİSERİN İstifadə qaydası və dozası

Böyüklərdə xaricə applikasiya şəklində quru dəriyə istifadə olunur. Qəbizlik zamanı imalə şəklində
istifadə olunur (2-5 ml).

 

Əlavə təsirləri

Xaricə istifadə zamanı qıcıqlanma, allergik reaksiyalar kimi əlavə təsirlər müşahidə olunarsa,
sonrakı istifadəsinin davam etdirilməsi üçün həkimlə məsləhətləşmək lazımdır.
Uzun müddətli rektal istifadə zamanı düz bağırsağın qıcıqlanması, defekasiya fizioloji prosesinin
zəifləməsi mümknüdür.

 

Doza həddinin aşılması

Müşahidə olunmayıb.

 

Buraxılış forması

25 q və ya 50 q məhlul, flakonda. Müvafiq sayda flakon və içlik vərəqə birlikdə karton
qutuya qablaşdırılır.
 

 

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.