Pharmed

GLISERIN 860MG 25ML MEHLUL (RUS)

TƏSDİQ EDİLMİŞDİR 
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri
 _____________ E.M.Ağayev
 
 “___”__________ 2018-ci il

 


 Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
QLİSERİN xaricə istifadə üçün məhlul
GLYCERIN


Beynəlxalq patentləşdirilməmiş adı: Glycerol


Tərkibi
Təsiredici maddə: distillə olunmuş qliserin PK 94 – 1 kq.
Köməkçi maddələr:1,223-1,233 sıxlıqlı qliserin alınana qədər təmizlənmiş su.


Təsviri
Şəffaf, rəngsiz, şirəyəbənzər, iysiz, hiqroskopik mayedir.


Farmakoterapevtik qrupu
Dermatoprotektor vasitə.


ATC kodu: D11AX.


Farmakoloji xüsusiyyətləri
Dermatoprotektor yumşaldıcı dərman vasitəsi olub, dərini və selikli qişaları yumşaldır. 


İstifadəsinə göstərişlər
Dərinin və selikli qişaların quruluğu.


Əks göstərişlər
Preparata qarşı yüksək həssaslıq. 
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Məlumat yoxdur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Göstərişlər üzrə istifadə etmək mümkündür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə 
təsiri.
Məlumat yoxdur.


İstafadə qaydası dozası
Xaricə istifadə edilir. Dərinin və selikli qişaların zədələnmiş sahələrinə tələb edilən qədər 
sürtülür.

Əlavə təsirləri
Allergik reaksiyalar. Yerli – qıcıqlanma (uzunmüddətli istifadə zamanı).
Doza həddinin aşılması
Məlumat yoxdur.

 

Buraxılış forması
Xaricə və yerli istifadə üçün məhlul.
25 q, 40 q və ya 50 q məhlul, narıncı rəngli şüşə flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə 
karton qutuya qablaşdırılır.


Saxlanma şəraiti
30˚C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.


Yararlılıq müddəti
5 il. 
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.


Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. 


İstehsalçı/İradları qəbul edən təşkilat
“Tula Pharmaceutical Factory” MMC.
Ünvan
Rusiya Federasiyası, 300004, Tula ş., Torxovski keçidi, 10.
Tel.:/Faks: (4872) 41-04-73.